Azərbaycan


Diaqram 3-2 Azərbaycanda ailə baĢçısının yaĢına və cinsinə görə yoxsulluq



Yüklə 5,05 Kb.
Pdf görüntüsü
səhifə18/56
tarix05.06.2018
ölçüsü5,05 Kb.
#47496
1   ...   14   15   16   17   18   19   20   21   ...   56

45 
 
 
Diaqram 3-2 Azərbaycanda ailə baĢçısının yaĢına və cinsinə görə yoxsulluq 
 
 
 
Mənbə: 2008 YSQS 
 
3.5
 
Daha  az  sayda  uşaqlara  malik  ev  təsərrüfatları  ilə  müqayisədə  çox  sayda  uşaqlara 
malik  ev  təsərrüfatları  arasında  yoxsulluq  riski  daha  yüksəkdir.  Azərbaycanda  ev 
təsərrüfatlarının yarıdan çoxu 0-6 yaĢ həddində olan uĢaqlara malikdirlər. 6 yaĢına qədər uĢaqları 
olmayan  ev  təsərrüfatlarının  orta  yoxsulluq  riski  ölkə  üzrə  orta  göstəricidən  aĢağıdır. 
Azərbaycanda  ev  təsərrüfatları  üçün  6  yaĢına  qədər  bir  uĢağa  malik  olmaq  təqribən  12.7% 
yoxsulluq  riski  ilə  üzləĢmək  deməkdir  ki,  bu  da  ölkə  üzrə  orta  göstəricidən  2%  yüksəkdir. 
UĢaqların  sayı  üçə  çatdıqda  yoxsulluq  riski  kəskin  artır  və  yoxsulluq  həddinə  düĢmək  ehtimalı 
təqribən üç dəfə artır (Diaqram 3-3). 
 
3.6
 
Ev təsərrüfatlarının ölçüsü  ilə yoxsulluq səviyyəsi arasında birbaşa  əlaqə mövcuddur. 
Üzvlərinin  sayı  6  və  ya  daha  çox  olan  ev  təsərrüfatları  üçün  yoxsulluq  riski  ölkə  üzrə  orta 
göstəricidən  yüksək  olmuĢdur  (Diaqram  3-3).  2008-ci  il  üzrə  Azərbaycanın  ən  tipik  ev 
təsərrüfatları  4-5  nəfər  üzvlərdən  ibarətdir.  Ev  təsərrüfatı  üzvlərinin  sayı  artdıqca  yoxsulluq 
səviyyəsi  davamlı  olaraq  yüksəlir.  Məsələn,  5  nəfərdən  ibarət  ev  təsərrüfatları  üçün  yoxsulluq 
səviyyəsi  9.6%  təĢkil  etdiyi  halda  7  və  ya  daha  çox  üzvlərə  malik  ev  təsərrüfatları  üçün  bu 
göstərici  20%-ə  yaxındır.  6  və  ya  daha  çox  üzvlərə  malik  ev  təsərrüfatlarının  ümumi  əhali 
arasında nisbəti ilə müqayisədə onların yoxsullar arasında çəkisi daha yüksəkdir.   
   


46 
 
Diaqram 3.3 UĢaqların və ailə üzvlərinin sayının artması ilə yoxsulluq səviyyəsinin 
yüksəlməsi 
 
 
Mənbə: 2008 YSQS məlumatları
 
 
 
3.7
 
Yoxsulluq səviyyəsi uşaqlar arasında ən yüksək göstəriciyə malik olmuşdur.  UĢaqlar (6 
yaĢına qədər) ən yoxsul təbəqədir və onlar arasında yoxsulluq nisbəti 15.6% təĢkil edir ki, buda 
ölkə üzrə orta göstəricidən kifayət qədər yüksəkdir.  6 yaĢına qədər olan uĢaqlar əhalinin 9%-dən 
də  az  hissəsini  təĢkil  etdiyinə  baxmayaraq  yoxsulların  təqribən  12%-i  bu  qrupun  payına  düĢür. 
(Diaqram  3-4).  6-14  yaĢ  arasında  olan  uĢaqlar ikinci  ən  yoxsul  qrupu təmsil edir.  Bu  qrup  üzrə 
yoxsulluq göstəricisi 14%-dir ki, bu da ölkə üzrə orta yoxsulluq riskindən (10.9%) kifayət qədər 
yüksəkdir. 
    
Diaqram 3.3 Gənclər arasında yoxsulluq riski daha yüksəkdir 
 
Mənbə: 2008 YSQS məlumatları
 


47 
 
 
3.8
 
Təhsil  səviyyəsinin  yüksək  olması  yoxsulluğun  səviyyəsinin  aşağı  düşməsi  ilə  sıx 
şəkildə əlaqəlidir.
8
 Ölkə üzrə ibtidai və ya daha aĢağı təhsil səviyyəsinə malik hər beĢ nəfərdən 
biri  yoxsulluq  səviyyəsində  yaĢayır  (Diaqram  3-5).  Təhsil  səviyyəsinin  yüksək  olması 
yoxsulluqdan  çıxmanın  yoludur:  rəsmi  ali  təhsilə  malik  Ģəxslər  arasında  yoxsulluq  riski  aĢağı 
olmaqla yalnız 4.2%-ə bərabər olmuĢdur. Kollec və ya daha yüksək təhsil pilləsinə malik Ģəxslər 
istisna  olmaqla  digər  bütün  təhsil  səviyyələri  üzrə  yoxsulluq  riski  ölkə  üzrə  orta  göstəricidən 
yüksək olmuĢdur. Lakin, onlar arasında fərqlər əhəmiyyətli dərəcədə deyildir.   
3.9
 
İşsizlər arasında yoxsulluq riski ən yüksək göstəriciyə malikdir. Ölkə üzrə iĢsiz Ģəxslər 
arasında yoxsulluq səviyyəsi təqribən 24%-dir (Diaqram 3-6).  MəĢğul Ģəxslər arasında yoxsulluq 
riski  ölkə  üzrə  orta  göstəricidən  aĢağıdır.  Qeyri-fəal  əhali  kateqoriyasına  aid  olunan  Ģəxslər,  o 
cümlədən,  tələbələr,  təqaüdçülər,  əlillər,  ümidsiz  Ģəxslər
 
və  s.  əhalinin  38%-ini  təĢkil  edir  və 
onların yoxsulluq riski ölkə üzrə orta göstəricidən yüksəkdir.   
 
Diaqram 3-4 Təhsil. Xüsusilə də ali təhsil yoxsulluğun azalması ilə əlaqəlidir 
 
Mənbə: 2008 YSQS məlumatları
 
 
 
 
                                                 
8
 Yoxsulluq ilə təhsil arasında əlaqənin daha təfsilatlı təhlili 5-ci fəsildə verilmiĢdir. 


48 
 
Diaqram 3-5 iĢsizlər arasında yoxsulluq riski yüksəkdir 
 
 
Mənbə: 2008 YSQS məlumatları
 
 
 
C.
 
Yoxsulluğun qeyri-gəlir göstəriciləri 
 
3.10
 
Bu  bölmədə  istehlak  yoxsulluğu  məiĢət  malları,  zəruri  infrastruktura  və  kommunal 
xidmətlərə  çıxıĢ  imkanı,  mühüm  aktivlərə  malik  olmaq  və  s.  bu  kimi  maddi  rifah  halının  digər 
göstəriciləri  və  maddi  rifah  halının  subyektiv  tərəfləri  ilə  müqayisə  edilir.  Eyni  zamanda, 
məhrumiyyətlərin  fərdi  səviyyədə  olan  göstəriciləri,  məsələn,  təhsil  səviyyəsi,  sağlamlığın  pis 
olması və məĢğulluq səviyyəsi istehlak yoxsulluğu ilə müqayisə olunur.    
 
Yoxsulluq və infrastruktura çıxıĢ imkanı  
 
3.11
 
Azərbaycan  üçün  ölkə  üzrə  iqtisadi  memorandum  (2009)  hesabatında  qeyd  olunur  ki, 
1990-cı  illərin  ortalarından  baĢlayaraq  Azərbaycanda  ictimai  infrastrukturun  keyfiyyətinin  aĢağı 
olması  inkiĢafa  mənfi  təsir  göstərən  amillərdən  biri  olmuĢdur.  Ġctimai  infrastrukturun  zəif 
olmasının  iqtisadiyyatın  digər  sahələrinə  mənfi  təsir  göstərdiyini  nəzərə  alan  Azərbaycan 
hökuməti  bu  sektorun  inkiĢaf  etdirilməsini  özünün  əsas  prioritet  istiqaməti  kimi  qəbul  etmiĢdir. 
Hesabatda, xüsusilə Bakıdan kənar ərazilərdə su təchizatı sisteminin etibarlı olmadığı vurğulanır. 
Hökumət investisiya qoyuluĢlarının həcmini getdikcə artırır və 2006-cı ildən baĢlayaraq artan neft 
gəlirlərindən  istifadə  etməklə  dövlət  investisiyalarını  üç  dəfə  yüksəltmiĢdir.  Bu  investisiyalar 
nəticəsində  ölkə  üzrə  ictimai  xidmətlərin  keyfiyyətinin  və  onlara  çıxıĢ  imkanının  əhəmiyyətli 
dərəcədə  yaxĢılaĢacağı  və  kənd  ərazilərində  təkcə  ev  təsərrüfatlarının  yaĢayıĢ  Ģəraitinin  deyil, 
həmçinin,  ərzaq  məhsullarının  emalı,  yüngül  və  digər  sənaye  sahələrinin  inkiĢaf  edəcəyi 
gözlənilir.    
 


Yüklə 5,05 Kb.

Dostları ilə paylaş:
1   ...   14   15   16   17   18   19   20   21   ...   56




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə