Azərbaycan



Yüklə 5,05 Kb.
Pdf görüntüsü
səhifə26/56
tarix05.06.2018
ölçüsü5,05 Kb.
#47496
1   ...   22   23   24   25   26   27   28   29   ...   56

72 
 
bu  da  dünyada  ən  yüksək  göstərici  olmaqla  dünya  üzrə  orta  göstəricini  9  dəfə  üstələmiĢdir 
(UNICEF  2008).  Nəticə  etibarilə  iqtisadiyyatın  inkiĢaf  etdiyi  bir  Ģəraitdə  Azərbaycanın  dövlət 
büdcəsi də artmıĢdır. Bu meyl xüsusilə son beĢ ildə daha nəzərəçarpacaq dərəcədə olmuĢdur. Bu 
müddət ərzində dövlət büdcəsinin gəlirləri (və xərcləri) nominal dəyərdə 6 dəfədən çox artmıĢdır. 
Büdcənin  artması  sosial  sektora  (səhiyyə,  təhsil  və  sosial  müdafiə)  yönəldilən  xərclərin 
səviyyəsinin  əhəmiyyətli  dərəcədə  artması  ilə  nəticələnmiĢdir.  Lakin,  ümumi  xərclər  ilə 
müqayisədə  sosial  sahəyə  yönəldilən  xərclərin  artım  tempi  nisbətən  aĢağı  olmuĢdur.  Məsələn, 
2003-2008-ci illər arasında ümumi xərclər təqribən 8 dəfə artdığı halda səhiyyə, təhsil və sosial 
müdafiə xərcləri müvafiq olaraq 6, 4 və 3 dəfədən az artmıĢdır.      
 
5.9
 
Lakin  ÜDM-ə  nisbət  baxımından  təhsilə  yönəldilən  dövlət  xərcləri  Sovet  İttifaqı 
dağıldıqdan sonra azalmışdır (1993-cü ildə ÜDM-in 7.6%-indən 2006-cı ildə 2.7%-inə qədər). 
Həmin  dövrdən  etibarən  ÜDM-ə  nisbət  baxımından  təhsil  xərcləri  cüzi  də  olsa  artaraq  2.8%-ə 
çatmıĢdır  (Cədvəl  5-1)
22
.  1990-cı  illərin  əvvəllərindən  baĢlayaraq  demək  olar  ki,  bütün  keçid 
ölkələrində sosial xərclərin ÜDM-dəki nisbəti azalsa da, onların bəziləri vəziyyəti düzəltməyə və 
müvafiq  səviyyəni  aĢmağa  nail  olmuĢdur.  Təəssüflər  olsun  ki,  bu  sözlər  Azərbaycana  Ģamil 
edilmir.  Hal-hazırda, Azərbaycan təhsil xərclərinin ÜDM-ə nisbətinə görə keçid ölkələri arasında 
ən  aĢağı  yerlərdən  birini  tutur  (Diaqram  5-2).  Beləliklə  də,  Azərbaycanın  təhsil  sistemi  nisbi 
investisiya  çatıĢmazlığı  ilə  üzləĢir  və  dövlət  xərcləri  aĢağı-orta  gəlirli  ölkələr  (4%-dən  çox), 
dünya  üzrə  orta  göstərici  (təqribən  5%)  və  Ġqtisadi  ƏməkdaĢlıq  və  ĠnkiĢaf  TəĢkilatı  ölkələrinin 
orta  göstəricisi  (5.2%)  ilə  müqayisədə  kifayət  qədər  azdır.  Ġqtisadi  inkiĢaf  tempinə  və  ümumi 
xərclərə mütənasib formada xərclərin təmin edilməsi Azərbaycan üçün mühüm məqsəddir.  
Diaqram 5-1 Azərbaycan təhsilə çəkilən xərclərin ÜDM-ə nisbətinə görə AMA ölkələri                                   
arasında sonuncu yerləri tutur 
 
Mənbə: Edstats.  
 
5.10
 
Təəccüblü  deyildir  ki,  Azərbaycanda  təhsil  xərclərinin  əsas  hissəsi  icbari  təhsilə 
yönəldilmişdir (Cədvəl 5-1). 2006-cı ildə Azərbaycanda təhsil xərclərinin 60%-dən bir qədər az 
hissəsi icbari təhsilə yönəldiyi halda (buraya ibtidai, əsas və orta təhsil məktəbləri daxildir), orta 
                                                 
22
 ÜDM-ə nisbətdə təhsilə çəkilən xərclərin az olması qismən müvəqqəti neft bumu sayəsindədir. Məsələn, 
2008-ci ildə təhsilə çəkilən xərclərin qeyri-neft sektoru ÜDM-inə nisbəti nəzərəçarpacaq dərəcədə çox – 7 
faiz olmuĢdur. 


73 
 
ixtisas və ali təhsil pillələri üçün bu göstərici 2008-ci il üzrə müvafiq olaraq 5% və 9% təĢkil edir. 
Təhsil  xərclərinin  əsas  hissəsinin  orta  təhsilə  yönəldiyini  nəzərə  alaraq,  resursların  digər  təhsil 
pillələrindən baĢqa istiqamətə yönəldilməsi potensialı aĢağıdır. Cədvəl 5-1-də göstərildiyi kimi ali 
təhsilə  sərf  olunan  xərclərin  həcmi  kiçik  olsa  da,  son  illərdə  onların  ümumi  təhsil  xərclərindəki 
payı artmıĢdır (2006-cı ildə 7%-dən 2008-ci ildə 8.7%-ə qədər). 
 
Cədvəl 5-1 Təhsil xərclərinin tərkibi 
Təhsil səviyyəsi 
Ümumi təhsil xərcləri 
2006 
2007 
2008 
% Məktəbəqədər və ibtidai 
7.4 
6.9 
6.4 
% Orta 
59.2 
60.7 
51.6 
% TEP 
4.7 
5.2 
4.5 
% Ali təhsil 
7.0 
7.9 
8.7 
% Digər 
21.7 
19.3 
28.7 
%Ümumi 
100 
100 
100 
ÜDM-də məcmu nisbət  
2.66 
2.87 
2.81 
Mənbə: UNICEF, 2008. 
 
 
 
Diaqram 5-2 Ali təhsilə çəkilən büdcə xərclərinin ÜDM-ə nisbəti 
 
Mənbə: UNESCO Statistika Ġnstitutu (
www.uis.unesco.org

 
5.11
 
Azərbaycanda orta ümumtəhsil xərclərinin əksər hissəsi müəllimlərin əmək haqlarına 
və əmək haqları ilə bağlı vergilərə sərf edilir və investisiya qoyuluşları üçün az miqdarda vəsait 
qalır. Sovet dönəmində tikilən məktəblərin keyfiyyəti ümumi olaraq aĢağıdır. Məktəb binalarına 
texniki baxıĢ üçün xərclər çox az olmuĢdur və keçid illərinin ilk dövrlərində təhsil xərclərindəki 
azalma  investisiya  qoyuluĢlarının  əhəmiyyətli  dərəcədə  aĢağı  düĢməsinə  səbəb  olmuĢdur.  Son 
dövrlərdə  investisiya  qoyuluĢları,  dərsliklər,  müəllimlərin  təlimi  və  məktəb  avadanlıqları  üzrə 


74 
 
xərclər aĢağı olmuĢdur. Çünki, orta təhsil xərclərinin təqribən 92%-i müəllimlərin əmək haqlarına 
və kommunal xərclərə sərf edilmiĢdir (Diaqram 5-1). 
 
Diaqram 5-1 Azərbaycanda təhsil xərclərinin tərkibi 
 
Mənbə: Dövlət büdcəsi məlumatları 2005-2007 
 
5.12
 
Buna baxmayaraq, Azərbaycanda təhsil sektorunda əmək haqları ölkə üzrə orta əmək 
haqqı  səviyyəsindən  aşağıdır  və  ötən  bir  neçə  il  ərzində  bu  fərq  böyümüşdür.  Faktiki  olaraq 
müəllimlərin  əmək  haqqı  öhdəliyində  bir  nəfər  Ģəxs  olan  ailənin  təmin  edilməsinə  imkan  verir. 
Diaqram  5-4-də  göstərildiyi  kimi  2007-ci  ildə  orta  aylıq  əmək  haqqı  143  manata  bərabər 
olmuĢdur  ki,  müvafiq  dövrdə  üç  nəfərdən  ibarət  ev  təsərrüfatı  üçün  yoxsulluq  həddi  aylıq  192 
manat təĢkil edirdi. Əmək haqlarının aĢağı olması müəllimlərin motivasiyasına mənfi təsir edərək 
tədris biliklərinin artırılması üçün marağı aĢağı salır. Bu isə, öz növbəsində təhsilin keyfiyyətinə 
mənfi təsir göstərə bilər. Eyni zamanda, müəllimlər bir qayda olaraq əlavə iĢlərlə (məsələn, fərdi 
repetitorluq)  məĢğul  olur  ki,  bu  da  onları  məktəblə  bağlı  öhdəliklərdən  yayındıra  bilər.  Qeyri 
rəsmi  məlumatlar  bəzi  hallarda  müəllimlərin  yüksək  qiymət  üçün  pul  və  hədiyyələr  aldığını 
göstərir.  


Yüklə 5,05 Kb.

Dostları ilə paylaş:
1   ...   22   23   24   25   26   27   28   29   ...   56




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə