Azərbaycan



Yüklə 5,05 Kb.
Pdf görüntüsü
səhifə23/56
tarix05.06.2018
ölçüsü5,05 Kb.
#47496
1   ...   19   20   21   22   23   24   25   26   ...   56

64 
 
müqayisədə  yüksək  gəlirlərə  malik  olduğunu  göstərir.
16
  Təkrarlanma  komponenti  daxili 
komponentdir və çox zaman müəyyən hissəni təĢkil edir. O, ərazi tipləri üzrə istehlakın yekcins 
olmadığına  dair  dəyərli  məlumatlar  təmin  edir.  Teyl  əmsalı  isə,  əksinə  olaraq,  komponentlər 
daxilində və komponentlər üzrə dəqiq Ģəkildə hissələrə bölünə biləndir və bu səbəbdən də bu cür 
bölgülər zamanı tez-tez istifadə olunur (Cədvəl 4-2). 
 
Cədvəl 4-2 Ümumi bərabərsizliyin bölgüsü (yaĢayıĢ yerləri üzrə) 
 
Cini 
Teyl və ya GE(1) əmsalı 
Komponent daxilində 
12.0 
-- 
Təkrarlanma 
17.2 
-- 
Ümumi daxilində 
29.2 (96%) 
16.1 (96%) 
Komponentlər arasında 
1.2 (4%) 
0.7   (4%) 
Cəmi 
30.4 
16.8 
  
Mənbə: 2008 YSQS məlumatları
 
 
4.8
 
Ġki  bölgü  eyni  nəticələri  verir:  Azərbaycan  üzrə  bərabərsizliyin  96%-i  Ģəhərlər,  rayon 
mərkəzləri və kənd əraziləri daxilində mövcud olan bərabərsizlik ilə bağlıdır. Sözügedən üç ərazi 
tipləri üzrə orta gəlir baxımından fərqlər ümumi bərabərsizliyə yalnız 4% təsir edir. Bu nəticə onu 
deməyə əsas verir ki, hər üç yaĢayıĢ məskəni üzrə gəlirlər mümkün qədər bərabərləĢdikdə ümumi 
bərabərsizliyə təsir minimal həddə olacaqdır: o yalnız 4% azalacaqdır.   
 
C.
 
Gender üzrə bərabərsizlik 
 
4.9
 
Azərbaycanda  kiĢi  və  qadınlar  arasısında  maddi  rifah  halı  baxımından  fərq  minimum 
səviyyədədir. KiĢilər və qadınlar arasında bərabərsizlik səviyyəsi müvafiq olaraq 31% və 30,8% 
Cini əmsalında olduğu kimidir. Bu onunla ziah oluna bilər ki, ev təsərrüfatı üzvləri gəlirləri (və 
ya istehlakı) bərabər Ģəkildə bölüĢdürürlər və biz, maddi rifah halı baxımından gender üzrə böyük 
fərqlərin mövcud olacağını gözləmirik. Lakin, tək analı və dul qadınların ailə baĢçısı olduqları ev 
təsərrüfatlarının  üstünlük  təĢkil  etdiyi  və  onların  orta  hesabla  nisbətən  yoxsul  olduğu  (bu  bir 
qayda  olaraq  belədir)  halda  gender  üzrə  böyük  fərqlərin  mövcud  olması  mümkündür.  Bu  hal 
Azərbaycan  üçün  o  qədər  də  xarakterik  deyildir  və  Cədvəl  4-3-ün  göstəriciləri  bizim 
gözləntilərimizi təsdiq edir – daha dəqiq desək gender üzrə maddi rifah halı baxımından fərqlər 
minimaldır (). 
 
Cədvəl 4-3 Gender, istehlak və bərabərsizlik 
 
  
 
 
Qeyd: Əhalinin tərkibi tədqiqatda göstərildiyi kimidir (sorğu nəticələri tətbiq olunduqdan sonra). 
                                                 
16
 Kənd ərazilərində yaĢayan bütün əhalinin gəlirləri rayon mərkəzlərində yaĢayan bütün  əhalinin gəlirləri 
ilə  müqayisədə  az  olduqda  və  sonuncuların  gəlirləri  Ģəhər  ərazilərində  yaĢayan  insanların  gəlirlərindən 
aĢağı olduqda təkrarlanma komponenti ―0‖-a bərabər olacaqdır.  
 
Əhalinin 
istehlakı   
(faiz ilə) 
Orta istehlak 
(aylıq AZN-lə) 
Cini 
bərabərsizliyi  
Qadınlar 
51.9 
105.7 
31.0 
KiĢilər 
 
48.1 
106.3 
30.8 
Azərbaycan 
100 
106.0 
31.0 


65 
 
      
Mənbə: Azərbaycan üçün 2008 YSQS məlumatları

 
4.10
 
Təkcə  orta  istehlakı  (maddi  rifah)  deyil,  bərabərsizliyi  də  özündə  əks  etdirən  gender 
bərabərliyi
17
 (iki Cini əmsalları praktik olaraq eynidir) maraqlı göstəricidir. Çünki, iki cinsin ev 
ailə vəziyyəti statusu tam eyni deyildir. Belə ki, qadınların 11% dul olduqları halda, kiĢilər üçün 
bu  göstərici  yalnız  1%  təĢkil  edir.  Eynilə,  qadınların  3%-i,  kiĢilərin  isə  yalnız  0.3%-i  boĢanmıĢ 
ailələrdə  yaĢayırlar.  Dul  və  ya  boĢanmıĢ  ailələrin  maddi  rifah  halının  nisbətən  aĢağı  olduğu 
ehtimalını  nəzərə  alsaq,  bu  halda  qadınların  kiĢilər  ilə  müqayisədə  daha  əlveriĢsiz  vəziyyətdə 
(orta  hesabla)  olduğunu  gözləyə  bilərik.  Lakin,  göründüyü  kimi  bu  belə  deyildir.  Səbəb  isə 
Azərbaycanda  boĢanmıĢ  və  dul  insanların  istehlak  göstəricilərinin  orta  göstəricidən  aĢağı 
olmamasıdır.  
D.
 
Beynəlxalq müqayisələr 
 
4.11
 
Digər keçid iqtisadiyyatına malik ölkələr ilə müqayisədə Azərbaycanda bərabərsizlik orta 
səviyyədədir.  Diaqram  4-3-də  Azərbaycandakı  bərabərsizlik  digər  keçid  ölkələri  ilə  müqayisə 
edilir.  Ġkincilər,  xüsusilə  də  keçmiĢ  Sovet  Ġttifaqı  respublikaları  Azərbaycan  üçün  ―təbii‖ 
müqayisə  obyektləridir.  Azərbaycanın  məlumatları  o  qədər  də  fərqli  deyildir.  Ölkənin 
bərabərsizlik göstəricisi müvafiq ölkələr ilə müqayisədə orta mövqeyə malikdir (ölkələr üçün orta 
Cini əmsalı Diaqram 4-3-də göstərilmiĢdir və bu 32-yə bərabərdir). Məlumatların müqayisə oluna 
bilməsinin səbəbi onların təkcə  eyni  müddəti  əhatə  etməsi  ilə  deyil,  maddi rifah  göstəricilərinin 
də bütün hallarda eyni olması ilə bağlıdır.
18
 Beləliklə, gözlənilənlərin əksinə olaraq Azərbaycan 
neft ixrac edən ölkə olduğu üçün bərabərsizlik baxımından Rumıniya və Serbiya kimi ölkələr ilə 
müqayisədə  yüksək  göstəricilərə  malik  deyildir.  Bu  göstərici  Ukrayna  ilə  müqayisədə  bir  qədər 
yüksək,  Moldova  ilə  müqayisədə  aĢağı  olsa  da,  fərqlər  ümumilikdə  minimaldır  və  statistik 
baxımdan  əhəmiyyətli  deyildir.  Lakin,  Azərbaycanda  bərabərsizlik  Gürcüstandakı  göstəricidən 
azdır (müvafiq olaraq 30 və 40 Cini əmsalı). Cini əmsalı baxımından 10 bənd fərq kifayət qədər 
yüksəkdir və statistik əhəmiyyətə malikdir.   
 
                                                 
17
 Ġki cins üzrə ümumi Lorens əyriləri praktik olaraq eynidir. YaĢayıĢ yerləri üzrə (Ģəhər, rayon mərkəzi və kəndlər).  
18
 Eyni zamanda, AMA ölkələri üzrə fərdi sorğuların standartlaĢdırılması və beləliklə də daha müqayisə oluna biləcək 
Ģəklə salınması istiqamətində əlavə səylər görülmüĢdür.  
 


Yüklə 5,05 Kb.

Dostları ilə paylaş:
1   ...   19   20   21   22   23   24   25   26   ...   56




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə