Azərbaycan



Yüklə 5,05 Kb.
Pdf görüntüsü
səhifə25/56
tarix05.06.2018
ölçüsü5,05 Kb.
#47496
1   ...   21   22   23   24   25   26   27   28   ...   56

70 
 
təhsil prosesində
20
  Azərbaycanlı  Ģagirdlərin  nə  üçün  riyaziyyat  testlərində  bu  qədər  uğurlu,  oxu 
sınağında isə müvəffəqiyyətsiz olmaları sirdir. Riyaziyyat üzrə heyrətamiz nəticələr müəllimlərin 
və  daha  geniĢ  çərçivədə  götürsək,  təhsil  sisteminin  bütün  Ģagirdləri  üçün  yüksək  səviyyəli 
riyaziyyat təlimi təĢkil edə bilməsini göstərir. Oxuya gəldikdə isə, eyni müəllimlər və məktəblər 
(və  müvafiq  maliyyə,  muxtariyyət  və  hesabatlılıq  strukturu)  müvəffəqiyyətsizliyə  düçar  olur. 
Mövcud məlumatlara əsasən biz, bu sirrin üstünü açmaq iqtidarında deyilik.  2008-ci ilin dekabr 
ayından  2009-cu  ilin  sentyabr  ayına  qədər  olan  dövrdə  tələbələr,  müəllimlər  və  məktəb 
direktorları  arasında  həyata  keçirilən  keyfiyyət  sorğusu  bir  neçə  amilin  o  cümlədən,  Kiril 
əlifbasından Latın əlifbasına keçidin, tədris vəsaitlərinin, kitabların və təlim keçmiĢ iĢçi heyətinin 
çatıĢmazlığını,  təlim  stimulunun  və  proqramının  zəif  olmasını  tələblərin  oxu  testlərinə  təsir 
göstərə  bildiyini  müəyyən  etmiĢdir.        Əlifba  1993-cü  ildə  dəyiĢdirilsə  də  2000-2001-ci  illərə 
qədər Latın qrafikasında olan dərs kitabları və tədris materialları demək olar ki, mövcud deyildi.  
Bu  amil  2006-cı  ildə  PĠSA  testinin  iĢtirakçılarının  nəticələrinə  əhəmiyyətli  dərəcədə  təsir 
göstərmiĢdir. Bu Ģagirdlər 1995-ci ilin payızında məktəbə getmiĢlər. Əlifbanın dəyiĢdirilməsi yeni 
tədris vəsaitlərinin, xüsusilə də  ədəbiyyat kitablarının və oxu materiallarının nəĢrinə mənfi təsir 
göstərmiĢdir. Hədəf qrupları köhnəlmiĢ tədris proqramının ölkənin təhsil sisteminin üzləĢdiyi əsas 
problemlərdən biri olduğunu müəyyən etmiĢdir. Köhnə tədris proqramı ədəbiyyat və dil bilikləri 
ilə müqayisədə riyazi biliklərin tədrisinə daha çox yer ayırırdı.
21
   
 
 
5.4
 
Ali təhsilə çıxış imkanı baxımından böyük fərqlər mövcuddur ki, bu da Azərbaycanda 
yoxsulluğun  azaldılmasında  ciddi  çətinliklər  yaradır.  Avropa  və  Mərkəzi  Asiya  regionu 
standartları  və  oxĢar  inkiĢaf  səviyyəsində  olan  ölkələr  ilə  müqayisədə  ölkədə  ali  təhsil  üzrə 
qeydiyyat  əmsalı  çox  aĢağıdır.  Ġcbari  orta  təhsilə  çıxıĢ  imkanı  demək  olar  ki,  kütləvi  xarakter 
daĢısa da, ali təhsildə qeydiyyat əmsalı ən kasıb kvintildən olan Ģəxslər ilə müqayisədə ən varlı 
kvintildən olan Ģəxslər arasında iki dəfə yüksəkdir. Təhlillər Azərbaycanda ali təhsilə yönəldilən 
təhsil xərclərinin aĢağı olduğunu göstərir ki, bu da ailələrin üzərinə çox böyük yük qoyur. Nəticə 
etibarilə, ali təhsil nisbətən yoxsul ev təsərrüfatları üçün əlçatmaz dərəcədə bahalı olur. Təhlillər, 
həmçinin,  orta  təhsilin  sonrakı  pillələri  üzrə  investisiyaların  yatırılmasının  əhəmiyyətini 
vurğulayır: Yalnız icbari təhsil alan Ģəxslərin (bütün məĢğul əhalinin təqribən 18%-i) yoxsulluq 
səviyyəsində  və  ya  ondan  aĢağı  səviyyədə  əmək  haqqı  almaları  ehtimal  edilir.  Ali  təhsili  baĢa 
vuran  fərdi  Ģəxslər  və  ailələr  arasında  təhsil  ilə  yoxsulluq  arasında  əlaqə  daha  nəzərəçarpacaq 
dərəcədədir.  Nəticələr  əsas  və  orta  təhsilin  yuxarı  pillələrinin  gəlirlilik  səviyyəsinin  fərqli 
olmadığını göstərir (ibtidai təhsilə və ya heç bir təhsilə malik olmamaq ilə müqayisədə). Lakin, 
ali  təhsilli  Ģəxslərin  (universitet  və  ya  peĢə)  əmək  haqları  ibtidai  və  ya  heç  bir  təhsilə  malik 
olmayan Ģəxslər ilə müqayisədə təqribən 45% yüksəkdir. Eyni zamanda, maksimum olaraq əsas 
təhsilə malik ailə baĢçısının mövcud olduğu ev təsərrüfatları ilə müqayisədə ali təhsilə malik ailə 
baĢçısının mövcud olduğu ev təsərrüfatları orta hesabla 25% daha çox istehlak edirlər. 
 
5.5
 
Azərbaycanın təhsil sistemi məzunların təlim səviyyəsi ilə iqtisadiyyatın tələb etdiyi biliklər 
arasında  uyğunsuzluqlar  ilə  üzləşir.  PeĢə  və  ali  təhsil  ocaqlarında  məhdud  sayda  iĢçi  yerləri 
yaradan təhsil, səhiyyə, və istehsal sahələri üzrə mütəxəssis artıqlığı mövcud olduğu halda, kənd 
təsərrüfatı  və  xidmət  sektorları  kimi  məĢğulluq  üzrə  yeni  tələbin  yarandığı  sahələrdə  az  sayda 
məzun buraxılır. Sözügedən uyğunsuzluq iĢəgötürənlər tərəfindən qəbul edilir. Məsələn, kiçik və 
                                                 
20
 Belə ki, ġagirdlərin Qiymətləndirilməsi üzrə Beynəlxalq Proqramın (PISA) oxu testində iĢtirak edənlərin 
79.4%-i  axırıncı  iki  yerləri  tutmuĢdur  (―səviyyə  1‖  və  ―səviyyə  1-dən  aĢağı‖).  Bu  səviyyəyə  daxil  olan 
Ģagirdlər yalnız çox bəsit səviyyədə olan yazıları oxuya bilərlər. 
21
  Azərbaycanda  Yoxsulluğun  Proqramatik  Qiymətləndirməsi  proqramının  tərkib  hissəsi  olan  keyfiyyət 
sorğusuna dair təfsilatlı məlumatlar Dünya Bankının (2009) saytında yerləĢdirilmiĢdir.    


71 
 
orta  müəssisələr  asanlıqla  ixtisassız  iĢçi  qüvvəsi  tapa  bildikləri  halda  (iĢə  götürülən  Ģəxslərin 
böyük  hissəsini  təĢkil  edir)  ixtisaslı  mütəxəssislərin,  eləcə  də,  müvafiq  sənətkarların,  texniki 
iĢçilərin və menecerlərin tapılmasında çətinliklər çəkirlər. Faktiki olaraq, son illərdə Bakıda təĢkil 
olunan  əmək  yarmarkalarında  iĢlə  təminat  aĢağı  səviyyədə  olmuĢdur  –  əmək  haqlarının 
qənaətbəxĢ  səviyyədə  olmasına  baxmayaraq  təklif  edilən  iĢ  yerlərinin  təqribən  70%-i  boĢ 
qalmıĢdır. Mövcud iĢ yerlərinin əksəriyyəti üzrə yüksək ixtisas tələbləri, o cümlədən, kompüter 
və Ġngilis dili üzrə biliklər tələb olunur. 
 
5.6
 
Hökumət  bu  məsələdən  xəbərdardır  və  bir  sıra  islahatlar  həyata  keçirməyə  başlamışdır. 
Təhsil sistemini gücləndirmək məqsədilə AH bir sıra tədbirlər həyata keçirir: dövlət ümumtəhsil 
məktəblərindən  təhsil  olan  Ģagirdlərə  dərs  kitablarının  pulsuz  paylanması,  yeni  məktəblərin 
titkilməsi, mövcud olanların bərpası və müasir avadanlıqlar ilə təmin edilməsi; təhsil sisteminin 
informasiya  texnologiyaları  bazasının  gücləndirilməsi  üçün  dövlət  proqramının  (2008-2010) 
hazırlanması; xüsusi istedada malik gənclər üçün nəzərdə tutulan dövlət proqramı (2006-2010), 
de-institutlaĢdırma  və  alternativ  qayğı  haqqında  dövlət  proqramı  (2006-2015).    2005-2014-cü 
illəri əhatə edən təhsil islahatı layihəsinin məqsədi (Dünya Bankı tərəfindən dəstəklənən) aĢağıda 
adları  sadalanan  tədbirlər  vasitəsilə  orta  təhsil  sistemində  təhsil  və  təlim  proseslərinin 
keyfiyyətinin  yüksəldilməsi  yolu  ilə  hökumətin  Təhsil  Ġslahatı  Proqramının  dəstəklənməsindən 
ibarətdir: (a) yeni kurrikulumların tərtib edilməsi, onların məzmunu və hazırlanması proseslərinin 
dəstəklənməsi;  (b)  müəllimlər  üçün  yeni  ixtisasartırma  kurslarının  təĢkil  edilməsi  və  çatdırılma 
mexanizmlərinin  hazırlanması;  və  (c)  sektor  üzrə  geniĢ  islahatların  aparılması  üçün  təcrübənin 
yaradılması məqsədilə müəllimlərin təlimi üzrə pilot institutlarda və pilot məktəblərdə monitorinq 
və  qiymətləndirmə  mexanizmi  vasitəsilə  layihənin  təsirlərinin  dəyərləndirilməsi.  PeĢə  yönümü 
xidmətləri  vasitəsilə  Ģagirdlərə  məĢğulluq  sektorları  və  əmək  haqları  barədə  daha  dolğun 
məlumatların təqdim edilməsi və yeni iĢ yerlərinin yaradılmasının lokomotivi olan özəl sektor ilə 
məsləhətləĢmə Ģəraitində dövlət universitetlərində və peĢə məktəblərində kurrikulumların mövcud 
tələblərə  uyğunlaĢdırılması  məqsədilə  əmək  və  təhsil  nazirlikləri  arasında  daha  yaxĢı 
əlaqələndirmə tələb olunur. 
 
B.
 
Kimlər və hansı qiymətə təhsil verirlər? 
 
5.7
 
Digər keçmiĢ Sovet Ġttifaqı ölkələrində olduğu kimi Azərbaycana da bütün səviyyələrdə geniĢ 
təhsil müəssisələri Ģəbəkəsi və müəllimlər ordusu miras qalmıĢdır. Azərbaycan təhsil ocaqlarının 
böyük əksəriyyətini dövlət müəssisələri təĢkil edir və özəl məktəblərin payı yalnız 17%-dir (DSK 
2008).  Rəsmi  məlumatlara  əsasən  2007-2008-ci  tədris  ili  üzrə  4562  orta  ümumtəhsil 
müəssisələrində  təqribən  1.5  milyon  Ģagird  təhsil  almıĢdır.  Özəl  orta  məktəblərdə  təhsil  alan 
Ģagirdlərin  nisbəti isə  0.3%-dən  az  olmuĢdur.  47  ali  təhsil  məktəbinin  5-ini  xüsusi  təyinatlı  (üç 
hərbi  akademiya,  Bakı  Polis  Akademiyası  və  Milli  Təhlükəsizlik  Akademiyası),  15-ini  isə  özəl 
təhsil  ocaqları  təĢkil  edir.  2006-cı  ilin  məlumatlarına  əsasən  mövcud  universitetlərin  böyük 
əksəriyyəti Bakı Ģəhərində, yalnız 9 universitet paytaxtdan kənarda, regionlarda yerləĢmiĢdir. 
 
5.8
 
Nominal  olaraq  Azərbaycan  büdcəsinin  təhsil  xərcləri  əhəmiyyətli  dərəcədə  artmışdır. 
Azərbaycanda  ictimai  (dövlət  və  bələdiyyə)  maliyyələĢmə  sistemi  üç  əsas  komponentdən 
ibarətdir:  Azərbaycan  Respublikasının  Dövlət  Büdcəsi  (Naxçıvan  Muxtar  Respublikası  istisna 
olmaqla),  Naxçıvan  Muxtar  Respublikasının  büdcəsi  və  əsas  etibarilə  dövlət  təĢkilatlarının 
(əsasən  Dövlət  Neft  Fondu  və  Azərbaycanın  rayonlarının  (Naxçıvan  MR  istisna  olmaqla)  yerli 
dövlət büdcələri). Qismən neftin qiymətinin yüksək olması səbəbindən son illərdə Azərbaycanda 
iqtisadi artım tempi yüksək olmuĢdur. ÜDM-in real artım tempi 2006-cı ildə 34.5% olmuĢdur ki, 


Yüklə 5,05 Kb.

Dostları ilə paylaş:
1   ...   21   22   23   24   25   26   27   28   ...   56




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə