Azərbaycan



Yüklə 5,05 Kb.
Pdf görüntüsü
səhifə17/56
tarix05.06.2018
ölçüsü5,05 Kb.
#47496
1   ...   13   14   15   16   17   18   19   20   ...   56

42 
 
istifadə etməklə böhranın yaratdığı əlavə yoxsulluq dərinliyi təqribən 10 milyon manata (2008-ci 
il  üzrə  ÜDM-in  təqribən  0.15%-i)  bərabərdir.  Bu  məbləğ  təsirin  aradan  qaldırılması  üçün  tələb 
olunan əlavə xərclərin həcminə bərabərdir.  


43 
 
 
3. AZƏRBAYCANDA YOXSULLUĞUN PROFĠLĠ 
 
 
3.1
 
Bu  bölmə  çərçivəsində  ölkə  üzrə  məcmu  göstəricilər  nəzərdən  keçirilir  və  aĢağıdakı 
suallara cavab axtarılır: (a) hansı qruplar orta səviyyədən yüksək yoxsulluq riski ilə üzləĢir; və (b) 
hansı qrup yoxsulların əksər hissəsini təĢkil edir. Qeyd edilən iki sual oxĢar deyildir: Müəyyən 
qruplar arasında yoxsulluğun səviyyəsi həddindən artıq yüksək ola bilsə də, onların çəkisi ümumi 
əhali  arasında  aĢağı  olduğu  üçün  yoxsulların  əksəriyyətini  təĢkil  etməyə  bilər.  Təhlillər 
nəticəsində yüksək yoxsulluq riski ilə üzləĢən qruplar (yoxsulluq səviyyəsi və ya yoxsulların sayı 
ölkə üzrə orta göstəricidən yüksək olan qruplar) və yoxsulları əhatə edən böyük qruplar müəyyən 
edilmiĢdir. Azərbaycanda yoxsulluğun profili 2008-ci ilin yanvar-aprel aylarında həyata keçirilən  
cari  il  üzrə  YaĢayıĢ  Səviyyəsinin  Qiymətləndirilməsi  Sorğusuna  (YSQS)  əsaslanır.  Təqdimatı 
sadələĢdirmək məqsədilə biz, sadə qrafiklərdən istifadə etməklə əsas diqqəti 2008-ci il YSQS və 
Dünya Bankının əsas ehtiyacların dəyəri çərçivə metodologiyası üzrə ayda adambaĢına 50 AZN-ə 
bərabər olan yoxsulluq həddinə yönəltmiĢik.  
 
A.
 
SistemləĢdirilmiĢ dəlillər 
 
3.2
 
Ġlkin  olaraq  2008-ci  il  üzrə  Azərbaycanda  yoxsulluğa  dair  bəzi  əsas  məlumatlar 
göstərilmiĢdir. Cədvəl 3-1-də 2008-ci il üzrə yoxsulluq göstəriciləri əks olunmuĢdur. Sözügedən 
cədvəldən aĢağıdakı nəticələri çıxarmaq olar:  
 

 
Orta hesabla yoxsulların istehlakı yoxsulluq həddindən yalnız 22% aşağı olduğu halda, 
daha yoxsul olan Ģəxslər arasında bu göstərici ifrat yoxsulluq həddindən 21% olmuĢdur. 
Bu rəqəmlər Azərbaycanda yoxsulluğun dayaz olduğunu və yoxsulların əksər hissəsinin 
müvafiq yoxsulluq hədlərindən azacıq aĢağıda olduğunu göstərir.  

 
Azərbaycanda yoxsulluq getdikcə daha çox kənd əraziləri üçün xarakterik cəhətə çevrilir. 
2001-ci  ildə  daha  az  yoxsul  olan  kənd  əraziləri  artıq  iri  Ģəhər  əraziləri  ilə  müqayisədə 
daha yoxsuldurlar. 

 
Əvvəlki  yoxsulluq  qiymətləndirmələri  ilə  müqayisədə  Bakı  ilə  ölkənin  qalan  əraziləri 
arasında  fərqlər  azalmışdır.  Yoxsulluq  səviyyəsi  kənd  ərazilərində  və  kiçik  Ģəhər 
ərazilərində demək olar ki, eynidir.   

 
Əldə edilən məlumatların yoxsulluğun ev təsərrüfatlarının həcmi, uşaqların və gənclərin 
sayı,  təhsil  səviyyəsinin  aşağı  olması  gözlənildiyi  kimi  Azərbaycanda  yoxsulluğun 
səviyyəsi  ilə  düz  mütənasibdir.  Sözügedən  asan  proqnozlaĢdırıla  bilən  göstəricilər 
Azərbaycanda  yoxsulluq  üzrə  əvvəllər  aparılan  təhlillərə  və  digər  ölkələrin  beynəlxalq 
göstəricilərinə uyğundur. 
 
Cədvəl 3-1 Azərbaycanda istehlak yoxsulluğu (adambaĢı), 2008 
 
  
Azərbaycan  Bakı 
Bakı istisna 
olmaqla 
digər böyük 
Bakı istisna 
olmaqla 
digər kiçik 
Kənd 
əraziləri 


44 
 
şəhərlər 
şəhərlər 
Faiz, yoxsul 
10.8 
7.9 
8.4 
11.7 
12 
Əhalinin nisbəti 
100 
25.5 
14.2 
15.2 
45.1 
Yoxsulların nisbəti 
100 
23.3 
11.0 
16.3 
49.5 
Mənbə: 2008 YSQS 
 
B.
 
2008-ci ildə yoxsulluq profili 
 
3.3
 
2000-ci illər ərzində yaşayış səviyyəsinin coğrafi ərazi bölgüsündə əhəmiyyətli dərəcədə 
azalma baş vermişdir. Yoxsulluğun coğrafi ərazilər üzrə bölgüsü Azərbaycanın 9 iqtisadi rayonu 
üzrə  oxĢarlıqların  mövcud  olduğunu  göstərir  (Diaqram  3-1).  Lakin,  regionlar  arasında  hələ  də 
əhəmiyyətli fərqlər qalmaqdadır. 2008-ci ildə yoxsulluq səviyyəsinin ən yüksək göstəricisi Dağlıq 
ġirvan  iqtisadi  rayonunda  qeydə  alınmıĢdır  ki,  burada  da  əhalinin  təqribən  17%-i  aylıq 
adambaĢına  50  AZN  götürülən  yoxsulluq  həddindən  aĢağıda  yaĢayır.    Ən  aĢağı  göstərici  isə 
(9.9%) ölkənin paytaxtı olan Bakı Ģəhərində müĢahidə edilmiĢdir.  Bakı Ģəhəri və Dağlıq ġirvan 
iqtisadi  rayonu  istisna  olmaqla  digər  regionlar  üzrə  əhali  və  yoxsulların  nisbəti  demək  olar  ki, 
eynidir və bu fakt Azərbaycanda yoxsulluq üzrə regional fərqlərin azalmasını göstərir.  
 
 
Diaqram 3.1 Ġqtisadi rayonlar üzrə yoxsulluq səviyyələri 
 
Mənbə: 2008 YSQS 
 
3.4
 
Azərbaycanda  ailə  başçısının  yaşlı  olduğu  ev  təsərrüfatlarında  yoxsulluq  səviyyəsi 
yüksək  olsa  da  ev  təsərrüfatı  başçılarının  yaş  qrupları  üzrə  dəyişkənlik  səviyyəsi  aşağıdır. 
Yoxsulların sayı ailə baĢçısının yaĢının 50-54 arasında olduğu ev təsərrüfatları üçün 8.6%-dən 65 
və daha yuxarı yaĢ qrupundan olan ev təsərrüfatları üçün təqribən 13.2%-ə qədər dəyiĢir. Lakin, 
ailə  baĢçısının  kiĢi  və  qadın  olduğu  ev  təsərrüfatlarında  müəyyən  fərqlər  mövcuddur  (müvafiq 
olaraq 14.4% və 9.9%) (Diaqram 3-2).   


Yüklə 5,05 Kb.

Dostları ilə paylaş:
1   ...   13   14   15   16   17   18   19   20   ...   56




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə