Azərbaycan


Diaqram 2.8 Ərzaq xərclərinin ümumi xərclərdə payı



Yüklə 5,05 Kb.
Pdf görüntüsü
səhifə15/56
tarix05.06.2018
ölçüsü5,05 Kb.
#47496
1   ...   11   12   13   14   15   16   17   18   ...   56

36 
 
Diaqram 2.8 Ərzaq xərclərinin ümumi xərclərdə payı 
 
Mənbə: 2008 YSQS məlumatları 
 
 


37 
 
Diaqram 2-9 2000-ci illər ərzində zəruri qeyri-ərzaq məhsullarına çəkilən xərclər artmıĢdır  
 
Mənbə: EBM 2001 and YSQS 2008 
D.
 
Qlobal iqtisadi böhranın yoxsulluğa təsiri  
 
2.17
 
ĠnkiĢaf etmiĢ ölkələrdə kredit böhranı qismində baĢlanan qlobal iqtisadi böhran dünyanın 
demək  olar  ki,  hər  yerində  istehsalın  və  ticarətin  həcminin  azalmasına  səbəb  olmuĢdur.  Ən  son 
proqnozlar  ikinci  Dünya  Müharibəsindən  sonra  ilk  dəfə  olaraq  2009-cu  ildə  dünya 
iqtisadiyyatının  daraldığını  və  artım  tempinin  potensial  səviyyədən  5  faiz  bəndi  qədər  aĢağı 


38 
 
olduğunu göstərmiĢdir. Avropa və Mərkəzi Asiya regionundan (AMA) olan ölkələr, o cümlədən 
Azərbaycan müxtəlif dərəcədə təsiri hiss edə biləcəkdir.  
 
2.18
 
Azərbaycan  digər  ölkələr  ilə  müqayisədə  qlobal  böhrana  daha  güclü  vəziyyətdə  daxil 
olmuşdur.  Son  illərdə  neft  qiymətlərinin  və  neft  istehsalının  həcminin  artması  ilə  əlaqədar 
Azərbaycanda  sürətli  artım  müĢahidə  olunmuĢdur.  2007  və  2008-ci  illərdə  ölkə  iqtisadiyyatı 
xarici kapital axınlarından və ya xarici yardımlardan əhəmiyyətli dərəcədə asılı olmamıĢdır. Bu 
səbəbdən də maliyyə sektoru böhranın güclü təsirindən qoruna bilmiĢdir və qeyri-neft sektorunun 
həcmi  böhrana  yuvarlanmaq  üçün    çox  kiçikdir.    Belə  olan  təqdirdə  qlobal  iqtisadi  böhran 
Azərbaycanının  makroiqtisadi  sabitliyinə  və  ölkənin  inkiĢaf  perspektivlərinə  birbaĢa  olaraq 
məhdud səviyyədə təsir etmiĢdir.  
 
2.19
 
Lakin  hazırkı  qlobal  mühit  makroiqtisadi  sabitlik,  iqtisadiyyatın  diversifikasiyası  və 
yoxsulluğun  azaldılmasından  ibarət  üçlü  hədəfin  əldə  olunması  baxımından  hələ  də  ciddi 
təhlükə  yaradır.  Azərbaycana  təsirin  digər  kanallar  ilə  yanaĢı  neft  və  qaz  kimi  əsas  ixrac 
məhsullarına olan tələbin azalmasında təzahür olunacağı ehtimal edilir. Böhranın neftin qiymətini 
aĢağı  həddə  saxlaması  nəticəsində  neft  sektorunun  stimullaĢdırıcı  rolu  zəifləyə  bilər.  Qlobal 
iqtisadi  fəaliyyətin  və  tələbatın  azalması  Azərbaycanın  qeyri-neft  məhsulları  ixracını  da 
məhdudlaĢdıracaqdır. 2009-cu ilin birinci rübündə ÜDM yalnız 4% artmıĢdır ki, bu da ötən illər 
ilə müqayisədə çox aĢağı göstəricidir.  
 
2.20
 
Qeyri-neft  məhsullarının  ixracının  artması  2006-2015-ci  illər  üçün  Yoxsulluğun 
azaldılması  və  davamlı  inkişaf  üzrə  Dövlət  Proqramında  (YADİDP)  diversifikasiyaya  nail 
olunması  istiqamətində  əsas  yollarından  biri  kimi  qeyd  olunmuşdur.
7
  Azərbaycanın  məqsədi 
qeyri-neft  sektorunun  üstünlük  təĢkil  etdiyi  diversifaskiyalı  və  qlobal  səviyyədə  inteqrasiya 
olunmuĢ  bazar  iqtisadiyyatının  bərqərar  edilməsidir.  Kənd  təsərrüfatı  sektorunun  və  ərzaq 
məhsulları  emalının  həcminin  əhəmiyyətli  dərəcədə  artırılması  sözügedən  məqsədin  əldə 
olunmasını  dəstəkləyə,  eləcə  də,  Rusiyada,  Türkiyədə  və  AMA  regionu  və  onun  hüdudları 
kənarında mövcud ixrac bazarlarının geniĢləndirilməsinə kömək edə bilər. Lakin, hazırda davam 
edən  və  qlobal  və  regional  inkiĢafa  təsir  göstərən  qlobal  maliyyə  böhranı  diversifikasiyanın 
sözügedən  vasitələrinə  birbaĢa  təsir  göstərir.    2006-cı  il  və  2008-ci  ilin  iyul  ayını  əhatə  edən 
müddət  ərzində  30%-dən  artıq  möhkəmlənən  real  valyuta  məzənnəsi  iqtisadiyyatın  kənd 
təsərrüfatı  və  emal  sənayesi  sahələri  üzrə  diversifikasiya  etməsi  baxımında  əlavə  çətinliklər 
yarada bilər. Neft bumunun müvəqqəti xarakter daĢıdığını nəzərə alsaq adları çəkilən sahələr ölkə 
üçün çox mühüm əhəmiyyət kəsb edir.     
 
2.21
 
Əlverişsiz xarici mühit investorların cəlb edilməsi və istehsalın və ixrac potensialının 
diversifikasiyası istiqamətində Azərbaycan hökumətinin səylərinə mane ola bilər. Böhran, artıq, 
beynəlxalq maliyyə mənbələrinə çıxıĢ imkanının məhdudlaĢdırmıĢ, ərzaq məhsullarının və neftin 
qiymətini  aĢağı  salmıĢ,  xarici  axınlara  (köçürmələr,  birbaĢa  xarici  investisiyalar  (BXĠ), 
kommersiya  bankları  üçün  yenidən  maliyyələĢmə  mənbələri)  təsir  etmiĢ  və  ixrac  üzrə  tələbi 
azaltmıĢdır. Qlobal böhran baĢ verməsəydi qeyri-neft sektoru üzrə BXĠ-lərin cəlb edilməsinə və 
qeyri-neft  sektoru  üzrə  ixrac  bazarlarının  geniĢləndirilməsinə  nail  ola  bilərdi.  Lakin,  bu  gün 
böhranın nəticəsində kapitalın istənilən ölkə tərəfindən cəlb edilməsi çətinləĢmiĢ və Azərbaycanın 
qeyri-neft məhsullarının ixracı üçün tələb kifayət qədər azala bilər (Azərbaycanın mühüm ticarət 
tərəfdaĢları olan Rusiya və Türkiyə üçün inkiĢaf perspektivləri ötən il ilə müqayisədə əhəmiyyətli 
dərəcədə aĢağı düĢmüĢdür). 
                                                 
7
  Yoxsulluğun  azaldılması  və  davamlı  inkiĢaf  üzrə  Dövlət  Proqramı  Azərbaycanın  Yoxsulluğun 
Azaldılması üzrə Strateji Sənədidir (PRSP).  


39 
 
 
2.22
 
Maliyyə  böhranı  Azərbaycanda  yoxsulluğa  necə  təsir  göstərir?  Təsir  müxtəlif  keçid 
kanalları vasitəsi ilə, məsələn, iĢsizlik səviyyəsinin yüksəlməsi və gəlirlərin azalması ilə baĢ verir. 
MəĢğulluğuq  sektorundan  və  ev  təsərrüfatlarının  xüsusiyyətlərindən  (demoqrafik,  təhsil 
səviyyəsi,  coğrafi  mövqe  və  s.)  asılı  olaraq  təsirin  miqyası  dəyiĢəcəkdir.  Azərbaycan  üçün 
böhranın  tikinti  sektoruna və  ixrac  yönlü  sənaye  sahələrinə təsirinin  daha ciddi  olacağı  ehtimal 
edilir.  Sözügedən  sahələrdə  iĢçi  qüvvəsinə  olan  tələbin  azalması  iĢçi  qüvvəsinin  xərc  tutumlu 
yerdəyiĢməsinə,  o  cümlədən,  natural  xarakterli  fəaliyyətlərin  geniĢlənməsinə  səbəb  ola  bilər.   
Eyni zamanda, valyuta məzənnəsinin möhkəmlənməsi kənd ərazilərində əldə edilən gəlirlərə təsir 
göstərə  bilər.  Çünki,  manatın  möhkəmlənməsi  nəticəsində  yerli  və  xarici  ərzaq  məhsulları 
bazarları itirilə bilər və yaddan çıxarmaq lazım deyil ki, kənd təsərrüfatı Azərbaycanın potensial 
ixrac sektorudur və xarici ərzaq məhsulları yerli bazarlarda yerli məhsullar ilə rəqabət aparır.  
 
2.23
 
Mənbə  ölkələrində (məsələn,  Rusiya)  iqtisadiyyatın azalması  nəticəsində  Azərbaycana 
gələn köçürmələrin həcmi azala bilər. Köçürmələrin nisbəti ev təsərrüfatlarının gəlirinin o qədər 
də böyük bir hissəsini təĢkil etməsə də (təqribən 5%) əhalinin kifayət qədər böyük hissəsi onları 
alır.  2008  YSQS  çərçivəsində  rəyi  soruĢulan  ev  təsərrüfatlarının  təqribən  16%-i  köçürmələr 
aldığını  qeyd  etmiĢdir.  Kənd  ərazilərində  yaĢayan  ev  təsərrüfatları  ilə  müqayisədə  (14%)  Ģəhər 
ərazilərində  yaĢayan  ev  təsərrüfatlarının  nisbətən  daha  çox  hissəsi  (17%)  köçürmələr  alırlar. 
Köçürmələr alan ev təsərrüfatları üçün bu vəsaitlər onların gəlirlərinin 28%-ini təĢkil edir (30% 
Ģəhər,  25%  kənd  əraziləri  üçün)  və  bu  səbəbdən  də  istənilən  azalma  maddi  rifah  halına 
əhəmiyyətli  dərəcədə  təsir  göstərəcəkdir.  Buna  görə  də  Azərbaycanda  böhranın  dərinliyi,  onun 
əsas  ticarət  tərəfdaĢları,  miqrant  iĢçilərin  getdikləri  ölkələr  və  yardımçı  tədbirlərin 
effektivliyindən  asılı  olaraq,  böhran  yaĢayıĢ  standartları  və  yoxsulluq  səviyyələrinə  mənfi  təsir 
göstərə bilər.     
 
2.24
 
Bu  bölmənin  məqsədi  qlobal  maliyyə  böhranının  yoxsulluğa  müxtəlif  təsirlərinin 
müəyyən  edilməsindən  ibarətdir.  Yoxsulluq  üzrə  mümkün  göstəricilər  ağıdakı  fərziyyələrə 
əsaslanır:  (a) tikinti sektorunda real artım 2009 və 2010-cu illərdə 5% azalacaq, kənd təsərrüfatı 
və  xidmət  sektorları  isə  eyni  dövr  ərzində  5%  artacaqdır;  və  (b)  2009-2011-ci  illər  ərzində 
köçürmələr  25%  aĢağı  düĢəcəkdir.  PovStat  alətindən  istifadə  etməklə,  artım  və  məĢğulluğun 
sektoral  xüsusiyyətlərini  nəzərə  almaqla  yoxsulluq  indekslərinin  alternativ  artım  ssenariləri  ilə 
simulyasiyası  yaradılmıĢdır  (baxın:  HaĢiyə  2.1).  2008-ci  il  YSQS-nin  ev  təsərrüfatları  üzrə 
məlumatları,  2009-2011-ci  illər  üzrə  sektoral  ÜDM  və  məĢğulluğun  artım  proqnozları  maliyyə 
böhranının  Azərbaycanda  yoxsulluğa  mənfi  təsirinin  simulyasiyasının  qurulması  üçün  istifadə 
olunmuĢdur. Simulyasiya misalının əsas nəticələri Diaqram 2-10-da əks etdirilmiĢdir (2008-ci ilin 
qiymətləri  ilə  Dünya  Bankının  ayda  adambaĢına  49.3  AZN-ə  bərabər  olan  aĢağı  yoxsulluq 
həddinə əsaslanmaqla).  
 


Yüklə 5,05 Kb.

Dostları ilə paylaş:
1   ...   11   12   13   14   15   16   17   18   ...   56




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə