Tövsiyələr
Avropa Birliyinə tövsiyələr:
Əgər Avropa Birliyi dəyərlərə önəm verən bir qurumdursa, o zaman insan haqları və fundamental
azadlıqlarının təşviqi onun qlobal fəaliyyətinin əsas meyarı olmalıdır.
Avropa Birliyi və Azərbaycan arasındakı enerji təhlükəsizliyi tərəfdaşlığı mühüm və səmərəli olsa
da, bu münasibətlərin əsasında insan haqlarına qarşılıqlı hörmət dayanmalıdır. Azərbaycanla enerji
əməkdaşlığı sahəsində anlaşma memorandumu və ya hətta hüquqi müqavilə imzalayarkən, AB
insan hüquqlarını əməkdaşlıq üçün əsas tələblərdən biri olaraq irəli sürməlidir.
Əksəriyyəti enerji resursları ilə zəngin olan Ərəb və Yaxın Şərq ölkələrindəki inqilablar sabitliyin
illuziya mahiyyətli olduğunu nümayiş etdirdi. Enerji ilə zəngin olan ölkələrdə təhlükəsizlik Qərb
dövlətləri üçün əhəmiyyətlidirsə bunu “aşağıdan yuxarıya” prinsipi əsasında qurmaq lazımdır –
yəni bu prosesə fundamental insan haqlarına hörmətdən başlamaq lazımdır.
Avtoritar ölkələrdə insan haqları ilə bağlı problemlər nadir hallarda ölkə daxilində öz həllini tapır.
Azərbaycanda insan hüquqları durumuna dair Avropa Parlamentinin üç qətnaməsi, həmçinin
Avropa Birliyi və Avropa Komissiyası rəsmilərinin çoxsaylı bəyanatlarında ölkədə mövcud olan
insan hüquqları problemlərinin bəzilərinə toxunulub. Lakin bu qətnamə və bəyanatlar yetərli
olmayıb. Azərbaycanda insan hüquqlarının qorunmalı və onlara dəstək verilməli olduğu AB-nin ən
yüksək vəzifəli rəsmiləri tərəfindən Azərbaycan hökuməti ilə danışıqlar zamanı səsləndirilməlidir.
Məsələn, Assosiasiya Sazişi
13
üzrə danışıqlar zamanı, AB öz öhdəlik şərtlərinə sadiq qalmalıdır və
daha çox siyasi və iqtisadi inteqrasiya müqabilində Azərbaycan üçün konkret standartlar tətbiq
etməlidir. AB ilə Azərbaycan arasında ən yüksək səviyyədə münasibətlər üçün müəyyən olunmuş
hər hansı bir çərçivəyə güclü insan hüquqları komponenti də daxil edilməlidir. Bu yanaşma AB
siyasətinə və 2012-ci ildə AB xarici işlər nazirləri tərəfindən qəbul olunmuş və AB hökumət və
dövlət başçıları tərəfindən təsdiqlənmiş “İnsan Hüquqları və Demokratiya üzrə Strateji Çərçivə”yə
14
uyğundur.
Brüssel Azərbaycanda insan hüquqları ilə bağlı vəziyyətin həm ölkədaxili, həm də beynəlxalq
səviyyədə yaxşılaşmasına yönəlmiş güclü insan haqları və demokratikləşmə təşəbbüsləri ilə çıxış
etməklə Azərbaycanda öz siyasi təsirini artırmalıdır. AB vətəndaşlara və siyasətçilərə uzun
müddətli təsir qabiliyyətinə malik olan təsisatların yaradılması və onların gücləndirilməsi
prosesinə öz yardımını göstərməlidir. AB həmçinin ölkədə söz azadlığının təşviqi məqsədi ilə
müstəqil KİV-lərin inkişafına dəstək verməlidir.
Xülasə, əgər AB rəsmi Bakının öz insan hüquqları öhdəliklərinə hörmətlə yanaşmasına nail olmaq
istəyirsə, insan hüquqlarının pozulmasının qarşısının alınması istiqamətində irəliləyiş üçün aşkar
standartlar tətbiq etməlidir.
Azərbaycan hökumətinə tövsiyələr:
Azərbaycanın xarici işləri və investisiya siyasətində üzləşdiyi əsas çətinliklərdən biri ölkənin öz
beynəlxalq öhdəliklərini yerinə yetirə bilməməsi nəticəsində onun imici və etibarlılığı arasında
13
Assosiasiya Sazişləri Avropa Komissiyasının/Avropa Birliyinin üçüncü ölkələrlə ikitərəfli münasibətlərin həyata
keçirilməsi üçün geniş çərçivə yaratmaq məqsədi ilə bağlanan beynəlxalq müqavilələrdir. Əlavə məlumat üçün:
http://eeas.europa.eu/association/
14
Avropa Birliyinin 2012-ci ildə qəbul olunmuş “İnsan Hüquqları və Demokratiya üzrə Strateji Çərçivə”si,
http://bit.ly/KXgi8R
yaranmış ziddiyyətdir. Bir çox analitiklər hakim elita daxilində konsensus olmadığını və
öhdəliklərin yerinə yetirilməməsinin əsas səbəbinin prezident İlham Əliyevin öz seçimlərində və
məramlarında qətiyyətsizliyinin olduğunu hesab edirlər. Azərbaycan bu etibarlılıq böhranını yalnız
ədliyyə, habelə ifadə, sərbəst toplaşma və birləşmə azadlıqları sahəsində çoxdan gözlənilən
islahatları həyata keçirməklə aradan qaldıra bilər.
Lakin bu gün Azərbaycan xalqının uzun müddətli maraqları və ehtiyacları ölkənin demokratik
inkişafını və uzun müddətli sabitliyini təhlükə altına alan hüquq pozuntuları üzündən ən yaxşı
səviyyədə ödənmir. Azərbaycan hökuməti dinc nümayişlərə, tənqidi fikirlərə və müxalifətə şərait
yaratmalı, vətəndaş cəmiyyəti və müstəqil mediaya qarşı təqiblərin və təzyiqlərin bütün
formalarına son qoymalıdır. Hökumət bütün siyasi məhbusları azad etməli və fundamental
azadlıqlarla bağlı beynəlxalq qanunvericilik çərçivəsində üzərinə götürdüyü öhdəliklərinə tam əməl
etməlidir.
Fəsil 1: Əməkdaşlıq üçün Çərçivə
AB-Azərbaycan Tərəfdaşlıq və Əməkdaşlıq Sazişi
AB-Azərbaycan Tərəfdaşlıq və Əməkdaşlıq Sazişi (TƏS)
15
1999-cu ildə demokratiyaya, qanunun
aliliyinə və insan haqlarına hörmətin, bazar iqtisadiyyatı islahatlarının,
ticarətin
liberallaşdırılmasının və bir çox sahələrdə əməkdaşlığın təşviqi məqsədi ilə qüvvəyə minib. TƏS
Azərbaycan-AB əlaqələri üçün hüquqi çərçivədir.
Müqavilənin I Bölməsinin (Ümumi Müddəalar) II maddəsində
16
qeyd olunur ki, “BMT
Nizamnaməsi
17
, Helsinki Yekun Aktı
18
və Yeni Avropa üçün Paris Xartiyasında
19
müəyyən olunmuş
demokratiyaya hörmət, beynəlxalq hüquq və insan hüquqları prinsipləri Azərbaycanla
“tərəfdaşlığın əsas elementlərini” təşkil edir”.
Müqavilənin 71-ci maddəsinə əsasən
20
, Azərbaycan “Demokratik təsisatların yaradılması və ya
möhkəmləndirilməsi, həmçinin beynəlxalq qanunvericiliyə və ATƏT prinsiplərinə uyğun olaraq
qanunun aliliyinin və insan hüquqlarının və fundamental azadlıqlarının müdafiəsinin
gücləndirilməsi ilə bağlı olan bütün məsələlərdə” Avropa Birliyi ilə əməkdaşlıq edəcək.
AB və Azərbaycan hazırda TƏS-in davamı olaraq Assosiasiya Sazişinin imzalanmasını müzakirə
edirlər. Assosiasiya Sazişi Azərbaycanın AB-nə siyasi və iqtisadi inteqrasiyasını əhəmiyyətli
dərəcədə dərinləşdirəcək.
Şərq Tərəfdaşlığı
Şərq Tərəfdaşlığının əsası (ŞT) 2009-cu ildə Praqada qoyulub. Bu, AB-nin altı tərəfdaş ölkə-
Ermənistan, Azərbaycan, Belarus, Gürcüstan, Moldova və Ukrayna ilə əlaqələrini gücləndirmək
məqsədi daşıyan bir təşəbbüsdür. ŞT tərəfdaş ölkələri AB-nə daha da yaxınlaşdırmaq, sabitliyi,
effektiv idarəetməni və iqtisadi inkişafı təşviq etmək məqsədi daşıyır. Bu təşəbbüs demokratiya,
qanunun aliliyi, insan hüquqlarına və fundamental azadlıqlara hörmət, bazar iqtisadiyyatı və sabit
inkişaf kimi ortaq dəyərlərə əsaslanır.
ŞT üzrə inkişaf hər iki ildən bir keçirilən yüksək səviyyəli sammitlər və xarici işlər nazirlərinin illik
görüşləri zamanı qiymətləndirilir. AVRONEST Parlament Assembleyası 2011-ci il mayın 3-də,
Avropa Birliyi ilə Şərqi Avropa Tərəfdaşları arasında siyasi assosiasiyanı və gələcək iqtisadi
inteqrasiyanı irəlilətmək məqsədi ilə təsis olunmuş parlament forumudur. Avronest mandatı Şərq
Tərəfdaşlığının gücləndirilməsinə, inkişafına və tanıtımına töhfə verməkdən ibarət olan parlament
məşvərətinə, nəzarətinə və monitorinqinə görə məsul qurumdur.
15
Avropa Birliyi və ona üzv dövlətlərlə Azərbaycan Respublikası arasında Tərəfdaşlıq və Əməkdaşlıq Sazişi
http://eeas.europa.eu/delegations/azerbaijan/documents/eu_azerbaijan/eu-az_pca_full_text.pdf
16
Həmin yerdə
17
BMT Nizamnaməsi,
http://bit.ly/BXKec
18
Helsinki Yekun Aktı,
http://bit.ly/1gd34OE
19
Yeni Avropa üçün Paris Xartiyası,
http://bit.ly/14zH2nT
20
Bölmə VII. Demokratiya və insan haqları ilə bağlı məsələlərdə əməkdaşlıq, maddə 71,
http://eeas.europa.eu/delegations/azerbaijan/documents/eu_azerbaijan/eu-az_pca_full_text.pdf