Azərbaycan və Rusiya prezidentləri görüşdə çıxış etdilər.
Azərbaycan Prezidenti İlham ƏLİYEV dedi:
- Hörmətli Vladimir Vladimiroviç, icazə verin, Sizi
Azərbaycanda bir daha salamlayım, xoş gəlmisiniz.
Biz, Sizi görməyimizə həmişə çox şadıq. Sizin bugünkü
səfəriniz xüsusi xarakter daşıyır. Biz bu gün ilk dəfə olaraq
rekord miqdarda - minə yaxın iştirakçı toplayan Azərbaycan-
Rusiya Regionlararası Forumunun işində iştirak edirik. Bu
da tədbirə göstərilən böyük marağa dəlalət edir. Biz Sizinlə
bu ayın əvvəlində Soçidə görüşmüşdük, bu gün isə Bakıda
görüşürük. Bu, bizim münasibətlərimizin səviyyəsinin par-
laq göstəricisidir. Biz həm siyasi, həm də iqtisadi, nəqliyyat,
energetika, humanitar sahələrdə fəal əməkdaşlıq edirik. Biz
bütün istiqamətlərdə böyük tərəqqi görürük. Biz bu barədə
indicə Forum iştirakçılarına danışdıq, bununla onlara daha
fəal işləmələri və əməkdaşlığımızı inkişaf etdirmələri üçün
daha bir impuls verdik. Rusiya bizim üçün münasibətlərimizin
ən yüksək səviyyədə olduğu çox mühüm və dəyərli
tərəfdaş, dost və qonşudur. Düşünürəm ki, gələcək illərdə
biz əməkdaşlığımızı yalnız inkişaf etdirmək, ölkələrimizin
biznes qurumları üçün daha yaxşı şərait yaratmaq və bütün
istiqamətlərdə qarşılıqlı fəaliyyəti möhkəmləndirmək yolu
ilə gedəcəyik. Bir daha “Xoş gəlmisiniz!” deyir və səfərə görə
təşəkkür edirəm.
X X X
Rusiya Federasiyasının Prezidenti Vladimir PUTİN dedi:
- Çox sağ olun, hörmətli İlham Heydər oğlu.
Bakıya dəvətə və cüdo üzrə dünya çempionatın-
da olmaq imkanına görə çox sağ olun. Mən bunun
necə layiqli, çox yüksək beynəlxalq səviyyədə
təşkil edildiyini, təşkilatçıların, cənab Vizer başda
olmaqla Cüdo üzrə Beynəlxalq Federasiyanın
məmnunluğunu görürəm. Mənə indi burada hər
şeyin necə peşəkarlıqla təşkil edildiyini dedilər. Bu,
təkcə cüdonun deyil, bütövlükdə dünya idmanının
inkişafına böyük töhfədir.
Əlbəttə ki, bu gün regionlararası forumda bizim
iştirakımız da bu qısa işgüzar səfərin əhəmiyyətli
tərkib hissəsidir. Doğrudur, biz bu yaxınlarda
Soçidə görüşdük, amma münasibətlərimizin
yüksək səviyyəsini və həcmini nəzərə alaraq,
bizim həmişə danışmağa sözümüz var. Necə
deyərlər, MDB-nin sammiti meydanlarında da
ünsiyyətimiz gözlənilir. Amma, şübhəsiz, çox
əladır ki, bu şəraitdən istifadə edərək ikitərəfli
münasibətlər haqqında danışmaq imkanı var. Biz
hələ Soçidə qeyd etmişdik ki, münasibətlərimiz
həm iqtisadiyyat, həm də digər sahələrdə müsbət
inkişaf edir. İndi gərək elə edək ki, Sizin Rusiyaya
səfərinizin gedişində bizim qarşılıqlı fəaliyyətimizə
verilən impuls itməsin və Sizinlə imzaladığımız çox
əhəmiyyətli sənədlər işləsin. Düşünürəm ki, biz bu
gün elə bu barədə danışacağıq. Sağ olun.
X X X
Sonra Azərbaycan Respublikasının Prezidenti İlham
Əliyev və Rusiya Federasiyasının Prezidenti Vladimir Putin
söhbətlərini çay süfrəsi arxasında davam etdirdilər.
Qəzet 1933 -cü ildən çıxır.
http://www.amu.edu.az
№ 16 (1677) 28 sentyabr 2018 - ci il
Qiyməti 50 qəpik
Sentyabrın 27-də Azərbaycan Respublikasının Prezidenti
İlham Əliyevin Rusiya Federasiyasının Prezidenti
Vladimir Putin ilə təkbətək görüşü olub.
Təsisçi: Azərbaycan
Tibb Universiteti
BÖYÜK ELMİ ŞURADA
“Dünya ağciyər
günü”nə
həsr edilmiş
simpozium
BU SAYIMIZDA
Azərbaycan Prezidenti İlham Əliyevin Rusiya Prezidenti Vladimir Putin ilə təkbətək görüşü olub
2
4
Rusiya senatoru ATU-da qonaq olub
Azərbaycanlı alim Dünya Tibbi Hüquq
Assosiasiyasının birinci vitse-prezidenti seçilib
Rezidentura və
magistraturaya
əcnəbi
vətəndaşların
qəbulu keçirilib
3
4
3
http://www.amu.edu.az
28 sentyabr 2018-ci il
2
u
Sentyabrın 25-də
Böyük Elmi Şura-
nın 2018-2019-cu
tədris ilində ilk
yığıncağını açan
Azərbaycan Tibb
Universitetinin
rektoru, professor
Gəray Gəraybəyli
əvvəlcə yeni tədris
ilinin başlanması
münasibətilə şura
üzvlərini təbrik
etdi.
Gündəlikdə duran məsələlərin
müzakirəsindən öncə bu günlərdə
dünyasını dəyişən Azərbaycan dili
kafedrasının sabiq müdiri, dosent
Akif Miriyevin xatirəsi bir dəqiqəlik
sükutla yad edildi.
Bundan sonra genişləndirilmiş icla-
sın gündəliyini diqqətə çatdıran rek-
tor “Azərbaycan Tibb Universitetində
2017/2018-ci tədris ilinin yekunları və
2018/2019-cu tədris ilində universitet
kollektivi qarşısında duran vəzifələr”
barədə hesabat məruzəsi ilə çıxış
etmək üçün sözü universitetin tədris
və müalicə işləri üzrə prorektoru,
professor Sabir Əliyevə verdi.
S.Əliyev əsasını ümummilli lider
Heydər Əliyevin qoyduğu təhsil is-
lahatlarının bu gün Azərbaycan Res-
publikasının Prezidenti cənab İlham
Əliyev tərəfindən uğurla davam etdi-
rildiyini diqqətə çatdırdı.
2017-2018-ci dərs ilinin “Təhsildə
keyfiyyət ili” elan olunduğunu
vur ğu layan
S.Əliyev
2014/2015-
ci tədris ilinə nisbətən ali təhsil
müəssisələrinə tələbə qəbulunun
keyfiyyət göstəricilərində dayanıqlı
artım dinamıkasının müşahidə olun-
duğunu söylədi: “Belə ki, son 5 ildə
qəbul imtahanlarında 300 baldan
çox toplayanların sayı 26.5 faiz, 400
baldan çox toplayanların sayı 35.1
faiz, 500 bal toplayanların sayı 51.5
faiz, 600 baldan çox toplayanların
sayı isə 81,3 faiz artıb. Bu isə ali təhsil
müəssisələrinin, eləcə də qəbul
olunanların orta bal göstəricilərinin
artması deməkdir. Bu ilin qəbul im-
tahanlarında 3127 nəfər abituriyent
600 baldan yuxarı nəticə göstərib.
Həmin göstərici ötən il 2472 nəfər,
2016-ci ildə 2281 nəfər, 2015-ci ildə
2094 nəfər, 2014-ci ildə isə 1725
nəfər olub. Bu tədris ilində 29 nəfər
abituriyent 700 bal toplayıb. Ötən il
bu göstərici 15 nəfər idi”.
Prorektor onu da qeyd etdi ki, xa-
rici dillərdə tədris aparacaq kadrla-
rın hazırlanmasına kafedralarımızda
xüsusi diqqət yetirilməlidir: “İşçilər
yeniləşdirilərkən gənc nəslin ana
dili ilə yanaşı, xarici dillərin heç ol-
masa birini (ingilis, rus və s.) kamil
bilməsi nəzərə alınmalıdır. Həmçinin,
universitet rəhbərliyi gənc müəl-
limlərin xarici dil bilgilərinin təkmil-
ləşdirilməsi sahəsində ciddi iş
aparır. Düşünürəm ki, universitet
öz maliyyə məsələlərini yaxşılaş-
dırdıqdan sonra gənc müəllimlərin
universitetdənkənar pedaqoji və dil
cəhətdən hazırlanması məsələsinə
yenidən baxacaqdır. Lakin uni-
versitetin müvafiq kafedrasında
professor-müəllim heyətinə xarici
dillərin tədrisi davam etdirilməli,
ehtiyac duyulduğu halda məsələnin
həlli üçün universitet rəhbərliyinə
müraciət olunmalıdır”.
Cari tədris ilində universitetin I kur-
suna 576 xarici ölkə vətəndaşının
saziş əsasında ödənişli təhsil hüqu-
qu ilə qəbul olunduğunu (keçən il
573 nəfər) diqqətə çatdıran prorek-
tor qeyd etdi ki, universitetin xarici
tələbələrlə iş üzrə müvafiq qurumla-
rının işi böyük elmi şurada dəfələrlə
müzakirə olunmuş və onun işinin
yaxşılaşması üçün hesabat ilində
əməli tədbirlər həyata keçirilmişdir:
“Xarici əlaqələr üzrə yeni prorektor
təyin olunmuş, fakültə dekanı və de-
kan müavinləri dəyişdirilərək gənc
və perspektivli kadrla əvəzlənmiş,
həmçinin xarici əlaqələr şöbəsinə də
yeni müdir təyin olunmuşdur. Hazır-
da həmin fakültənin işində müəyyən
dönüş yaranmışdır. Lakin əldə olu-
nanlarla kifayətlənmək olmaz”.
Məruzəsində elmi-tədqiqat işlə-
rinin nəticələrinə, universitetin
tədris binalarında, klinikalarında,
yataq
xanalarında və həmçinin
“Təbib” istirahət düşərgəsində
müəy yən əsaslı və cari təmir işlərinin
görülməsinə də yer ayıran prorek-
tor keçən tədris ilinin payız və yaz
semestrlərinin imtahan sessiya-
larının nəticələri üzərində xüsu-
si dayandı: “2017/2018-ci ilin yaz
semestrinin imtahan sessiyasının
başlanğıcından 6 nəfər akademik
məzuniyyətdə olmuşdur. Yaz se-
mestri ərzində öz ərizələrinə görə 11
tələbə universitetdən xaric edilmiş-
dir. Beləliklə, 6514 tələbə imtahanda
iştirak etmişdir, 340 nəfər imtahanda
iştirak etməmişdir. İmtahan verməli
olanlardan 5667 nəfəri bütün imta-
hanlarda müvəffəq qiymətlər alaraq,
sessiyanı başa vurmuşdur (86,9%,
keçən il 94,1%). İmtahan sessiyası-
nı «əla» qiymətlərlə başa vuranlar
– 994 nəfər (15,2%, keçən il 18%),
«əla» və «yaxşı» qiymətlərlə – 2177
nəfər (34,4%, keçən il 34,9%), qarı-
şıq qiymətlərlə – 2496 nəfər (38,3%,
keçən il 31,6%) təşkil etmişlər. 507
nəfər (7,7%, keçən il 5,8%) «qeyri-
kafi almışdır ki, bunlardan da 328
nəfərin yalnız bir fənndən, 95 nəfərin
2 fənndən, 84 nəfərin isə 3 və daha
artıq fənndən akademik borcu qal-
mışdır.
Ümumiyyətlə, universitetimi-
zin kəmiyyət göstəricisi 91,7%
(2016/2017-cı tədris ili – 94,1%), key-
fiy yət göstəricisi 51,3% (2016/2017-cı
tədris ili – 58%) olmuşdur və görün-
düyü kimi kəmiyyət və keyfiyyət
göstəricisi azalmışdır”.
S.Əliyev universitetimizə bu il qəbul
olunmuş tələbələrin test imtahanla-
rında yüksək nəticələr göstərməsini
xüsusi qabardaraq bildirdi ki,
rəhbərlik universitetə yüksək balla
daxil olan və Prezident təqaüdçüsü
adına layiq görülən tələbələri dai-
mi diqqətdə saxlamağın, onları icti-
mai işlərə cəlb etməyin, hətta lazım
olarsa, kafedralarda elmin müasir
tələblərini nəzərə almaqla onlarla
əlavə dərs aparmağın zəruriliyini
elmi şura üzvlərinin nəzərinə çatdı-
rır.
S.Əliyev çıxışının sonunda bir sıra
kafedra müdirləri və kafedraların
ayrı-ayrı əməkdaşları tərəfindən
tədrisin təşkili, dərs cədvəlinin opti-
mal tərtib olunması, ayrı-ayrı fənlərə
ayrılan dərs yüklərinin artırılması,
fənnin semestr ərzində tədris ardı-
cıllığı və s. məsələlər üzrə universitet
rəhbərliyinə müraciət olunduğu-
nu söyləyərək həmin müraciətlərin
diqqətlə öyrənildiyini və imkan
daxilində tətbiqinin nəzərdə tutul-
duğunu söylədi.
Məruzə ətrafında çıxış edən kafed-
ra müdirləri Arif Əfəndiyev, İbadulla
Ağayev və Fariz Camalov hesabatı
müsbət qiymətləndirdilər. Eyni za-
manda tədris prosesində mövcud
olan problemlərdən də danışaraq öz
təkliflərini irəli sürdülər.
Universitet üzrə mərkəzləşmiş
Apellyasiya Komissiyasının sədri, pro-
fessor Surxay Musayev apellyasiya
araşdırmalarının nəticələri haqqında
şura üzvlərinə məlumat verərək na-
rahatçılıq doğuran bəzi məqamlara
toxundu. Bir çox testlərdə sualların
şərtinin konkret olmaması, cavab
etalonunda doğru cavab variantı-
nın səhv verilməsi, test suallarında
2, bəzən 3 düzgün cavabın olması,
bəzi testlərə çox çətin açıq sualla-
rın salınması və ayrı-ayrı testlərin
məzmunundakı mücərrədliklə bağlı
iradlarını diqqətə çatdırdı.
Hesabat və çıxışlarda səslənən
fikirləri yekunlaşdıran rektor bu-
günkü elmi şuraya bütün kafed-
ra müdirlərinin dəvət olunması-
nın heç də təsadüfi olmadığını,
müzakirəyə çıxarılan məsələnin xü-
susi əhəmiyyət daşıdığını bildirdi.
Azərbaycan Tibb Universitetinin
ölkə universitetləri arasında həmişə
layiqli yer tutduğunu vurğulayaraq
qeyd etdi ki, bizim əsas məqsədimiz
və borcumuz bu ənənələri qoruyub
saxlamaqdır.
Hazırkı şəraitin 30, 50 il əvvəlki
şəraitdən tamamilə fərqləndiyini
söyləyən G.Gəraybəyli dedi ki, yeni
dövrün ən vacib xüsusiyyətlərindən
biri də rəqabətdir: “Bu rəqabət bazar
iqtisadiyyatı dövründə hər bir sahəyə
təsir etdiyi kimi, təhsil sahəsinə də
təsirsiz ötüşmür. Ölkəmizdə və ölkə
xaricində fəaliyyət göstərən hər bir
universitetin məhsulu tələbələrdir,
hazırladığı kadrlardır. Biz tələbələrə
sadəcə olaraq xidmət təklif edi-
rik. Əgər hər hansısa bir xidmətin
keyfiyyəti aşağıdırsa - istər məişət
xidməti olsun, istər elmi xidmət ol-
sun, istərsə də həkimlik xidməti olsun
- o yerə getmərik. Ona görə də biz ilk
növbədə dünyada gedən prosesləri
izləyərək tədrisin keyfiyyəti haqqın-
da düşünməliyik”.
Elə bu gün səhər Təhsil Nazir-
liyi ilə Avropa Şurasının təhsilin
keyfiyyətinin yaxşılaşdırılması istiqa-
mətində birgə həyata keçirdiyi bey-
nəlxalq layihənin açılışında iştirak
etdiyini şura üzvlərinin diqqətinə
çatdıran rektor həmin layihəyə
səhiyyə ixtisasının salınmamasın-
dan təəssüfləndiyini də dilə gətirdi.
Bildirdi ki, layihədə 4 seçilmiş ixtisas
üzrə proqramların standartlaşdırıl-
ması, tədrisin keyfiyyətinin yaxşılaş-
dırılması, yaxşılaşdırma prosesinə
aid hüquqi sənədlərin hazırlanması,
eləcə də tələbələrin və müəllimlərin
sərbəst mübadiləsi nəzərdə tutulur.
Təhsilin keyfiyyətinin universitetimiz
üçün də prioritet məsələ olduğu-
nu vurğulayan G.Gəraybəyli əvvəlki
illərlə müqayisədə qəbul planının
nəzərə çarpacaq dərəcədə azalma-
sına diqqət yönəldərək bu prose-
sin kadr məsələlərinə, xüsusən də
müəllimlərin akademik yükünə ciddi
təsir etdiyini dedi.
G.Gəraybəyli qəbul planının azal-
masına, qəbul imtahanlarının nəti-
cəsinə görə bütün yerlərin dol-
masına baxmayaraq, 9 nəfərin
qey diyyatdan keçmədiyini, yəni bi-
zim universitetdən imtina etdiyini,
təkrar sorğu əsasında onların əvəzinə
daha az bal toplayan abituriyentlərin
universitetə göndərildiyini söylədi.
Eyni zamanda müalicə fakültəsinə
ödənişsiz əsaslarla daxil olmuş 2
nəfərin öz ərizələri ilə universitetdən
imtina etməsini, digər tərəfdən
demək olar ki, hər semestrin
əvvəlində 5-10, bəzən 15 nəfərə
yaxın müxtəlif kurs tələbələrinin
universitetdən getməsini təəssüflə
qeyd etdi. Bütün bu halları keyfiyyət
uğrunda rəqabətin nəticəsi kimi
dəyərləndirərək, “xidmətin daha
yüksək səviyyəyə qaldırılması sayə-
sində bu axın azalacaq”–deyən rek-
tor universitetimizə qəbul olmaq
üçün xarici ölkə vətəndaşlarının qar-
şısına qoyulan tələblərə, o cümlədən
ingilis dillindən dərs deyən müəllim-
lərlə bağlı problemlərə də toxundu.
Eyni zamanda Türkiyə universitetləri
ilə çox yaxşı əlaqələrin qurulmasın-
dan məmnunluqla söhbət açdı.
Kurasiya sistemində olan dəyi-
şiklər haqqında tələbələrin və
müəllimlərin reaksiyasına münasibət
bildi
rən rektor uzaqgörən tələ-
bələ
rin bu sistemi çox yaxşı
qiymətləndirdiyini, ancaq bəzilərinin
“biz yoruluruq”, “kursa çatmırıq” kimi
cəfəng səbəblər göstərdiyini vur-
ğuladı. Kliniki kafedralarda, xüsusən
də cərrahiyyə yönümlü kafedra-
larda çalışan bəzi müəllimlərin bu
sistemdən niyə razı qalmadıqlarına
da aydınlıq gətirdi: “Təbii ki, bir neçə
yerdə işləyən, xəstə qəbul edən,
əməliyyata gedən adam üçün bu sis-
tem əlverişli deyil. Kliniki kafedralar-
da işləyən müəllimlərin əksəriyyəti
imkan yarandıqca 1 ştat vahidinə
keçiriləcək, yəni yeni kadrların işə
qəbulu və digər strateji xətlər elə
istiqamətə yönələcək ki, kliniki ka-
fedralarda 0.25, 0.5 ştat vahidində
qalan olmasın”.
Hərbi Tibb Fakültəsində keçid balı-
nın 500-ə qaldırılması ilə fakültənin
sayda itirsə də, keyfiyyətdə qazan-
dığını deyən universitetin rəhbəri
yekun nitqində test imtahanlarının
təkmilləşdirilməsi yollarından da da-
nışdı. “Elektron Universitet”ə keçidlə,
professor-müəllim heyətinin bal-
reytinq attestasiyasından keçməsi
ilə bağlı tövsiyələrini verdi, kadr və
digər məsələlərə dair fikirlərini də
şura üzvləri ilə bölüşdü.
Stomatologiya (müalicə-profilak-
tika və digər fakültələr üçün) ka-
fedrasının müdiri, professor Tamara
Hüseynovanı kafedrada məsləhətçi-
professor vəzifəsinə seçən, elmlər
doktoru işinin mövzusunu, elmi
məsləhətçisini təsdiqləyən Böyük
Elmi Şura müsbət rəy alan dərslik,
dərs vəsaitləri və metodik vəsaitlərin
əlyazmalarını çapa tövsiyə etdi və
müsabiqə məsələlərinin həlli ilə öz
işini yekunlaşdırdı.
Arif MƏMMƏDLİ
BÖYÜK ELMİ ŞURADA