Azərbaycan VII-IX əsrləRDƏ



Yüklə 2,81 Mb.
Pdf görüntüsü
səhifə19/156
tarix01.08.2018
ölçüsü2,81 Mb.
#60576
1   ...   15   16   17   18   19   20   21   22   ...   156

58

625-626-cı ildə  İrakli öz əyanlarından ağıllı və bacarıqlı bir

xadim olan Andreni səfərə hazırlayıb ona təlimat verdi və [xəzərlərin

yanına] göndərərək onlara çoxlu var-dövlət vəd verib dedi: "Əgər

onlar [iranlılardan] qisas almağıma səylə yardım etsələr, onların

ürəyi nə istəsə mən verərəm"

1

. Cebu xaqan



2

 elçiyə cavabında belə

dedi: "Onun [İraklinin] düşmənlərindən qisas almağa mən özüm

çıxaram və öz igid ordum ilə özüm onun yanına gələrəm. Mən onun

arzusuna uyğun olaraq, onun istədiyini vuruşmaqla, öz qılıncım və

yayımla yerinə yetirərəm"

3

.

Orta əsrlərə aid gürcü, ərəb, Bizans və erməni mənbələrindən



göründüyü kimi, 627-ci ildə, son İran-Bizans müharibəsinin qızğın

çağında İrakli Tiflisə gəlir və yeni müttəfıqlər mühasirəyə alınmış

şəhərin hasarları yanında görüşürlər

4

. E.Gibbon xəzərlərin İraklini



necə qəbul etdiyini gözəl təsvir etmişdir

5

.



O zaman, 628-ci ildə edam edilən II Xosrovun yerinə onun

oğlu Şiruyə (II Qubad) İran taxtına çıxmış və Arran katolikosu Viro

25 il İranda həbsdə qalandan sonra Arrana qayıtmışdı

6

.



1

История  Агван, стр. 109-110/87; М.Т.Джанашвили. Осада

Константинополя  скифами, кои суть  русские и поход императора Ираклия в

Персию, стр. 49-51; Müqayisə et: М.И.Артамонов. Очерки  древнейшей

истории хазар. Л., 1936, стр. 52-53 və b., D.M.Duniop. Adı çəkilən əsəri, səh. 29.

2

Hər iki titul türk mənşəlidir (A.V.Gabain. Altturkische grammatik, p. 309,



350).Onun oğlu Şat-Şad adlanır (yenə orada, səh. 336) Bizans mənbələrində Cebu

xaqanzibel (Feofan, стр. 316) və Cavanşirdə - Cibqa ("Краткая история Грузии").

Bununhaqqında və başqa titullar və terminlər haqqında həmçinin bax:

A,Zajachkowski, Zestudiow nad zagadnienien chazarskim, Krakow, 1947.

3

 История Агван, стр. 110-87; Histoire de la Georgie, p. 228-229.



4

E.Chavannes, Documents sur les Tou-Kiue (Turks) occidentaux, p. 252;

Ch. Lebeau. Histoire, p. 117; M. Ed. de Musalt. Essai de Chronographie Byzantine,

p. 279-280; C.Toumanoff. Iberia on the Eve of Bagratig Rule, p. 200.

5

 Edw. Gibbon. The Decline and fall..., p. 46.



6

М.Буниятов. О деятельности каталикоса Албании Виро (596-630 гг.),

стр. 15-20.



59

Qafqaz Albaniyasının (müqəddəs Şupxaqişodan) on dördüncü

katolikosu Viro

1

 bu ölkənin tarixində xüsusi bir mövqe tutur. Onun



fəaliyyəti indiyədək tədqiqatçıların nəzərini cəlb etməmişdir və bu

cəhət xüsusilə onun həyatının son beş ilinə (626-630) aiddir.

Mənbələrdə göstərilir ki, Sasani padşahı II Xosrovun 628-ci ildə

ölümündən sonra onun xələfi Şiruyə "atasının saray həbsxanasında

yatan kişilərin hamısını evə buraxdı"

2

. Əsarətdə olan bu adamlar



arasında Albaniya katolikosu Viro da var idi, "o, hikmətdə güclü olan

dahi və müdrik bir adam idi; böyük və  şahanə işlərdə müdrik

məsləhətlər verməkdə onun dili cəld yazan bir qələm kimi idi. Onun

çox mülayim danışığı sadə adamların və xalqın xoşuna gəlirdi. O,

fılosof kimi danışar və çoxlu hikmətli sözlər deyərdi: mirvari saf

qızıl sapma düzüldüyü kimi, onun ağzından bir-birinin ardınca

hikmətli sözlər tökülürdü. O, fars dilinə tərcümə işində xüsusilə

mahir idi, çünki Xosrovun sarayında 25 il həbsdə olarkən bu dili

mükəmməl öyrənmişdi"

3

. Gördüyümüz kimi, salnaməçi təmtəraqlı



ifadələr işlətməkdə xəsislik etməmişdir; salnaməçinin Viro haqqında

yazdığının çoxu Albaniya kilsəsi başçısının şənini yüksəltmək üçün

olsa da, biz Vironun həqiqətən ağıllı bir dövlət xadimi olduğunu

qeyd etməyə bilmərik: onun kilsə və dövlət başçısı vəzifəsindəki

bütün fəaliyyəti bunu göstərir. Arran xalqının təşəkkül tarixində və

1

"История  Агван" (стр. 281/229) bildirir ki, Viro 34 il, Kirakos



Qandzaketsi (История, стр. 101) və Mxitar Ayrivantsi (Histoire chronologique, p.

16) 33 il katolikos olmuşlar. Basmacan (Chronologie de 1'hİstoire d'Armenie.

Revue de l’Orient Chretien, XIX, 1914, p. 366-369) Vironun idarəetmə tarixini

593-630-cu illərə, yəni 34 ilə, Т.И.Тер-Григорьян (прим. 650 к "Истории",

К.Гандзакеци, стр. 267) – 569-631-ci illərə, yəni 35 il; Мхитар Гош (Албанская

хроника, стр.9) - 33 il qeyd edir. Həmçinin bax: C.J.Dowsett. The Albanian

chronicle, p. 477.

2

 История  Агван, стр. 116/92; К.Гандзакеци, стр. 35; "İran şahı



Xosrovdan sonra şahın  taxtına Kəvat çıxdı. O, öz atasının həbsxanaya saldığı

Albaniya katolikosu Vironu əsarətdən azad etdi", səh. 101; O, yəni Viro uzun

müddət İran şahı Xosrovun sarayında həbsdə idi, onun ölümündən sonra isə azad

olub öz ölkəsinə qayıtdı".

3

Yenə orada, səh. 117, 93.




60

birləşdirilməsi prosesində Vironun rolu o qədər böyükdür ki, orta

əsrlərdə Azərbaycanın çox görkəmli şəxsiyyətlərindən biri olan Viro

haqqında tarixi mənbələrdəki materiallar imkan verdikcə daha ətraflı

danışmaq lazımdır.

602-ci ildə Foka Bizans imperatoru Mavrikini (582-602)

öldürdükdən sonra imperiyanın taxtını  ələ keçirdi. Bundan istifadə

edən Xosrov, Mavrikinin intiqamını almaq bəhanəsi ilə Bizansa

müharibə elan etdi və bu müharibə II Xosrov devrilib öldürülənədək

uzandı. İlk dövrdə Sasanilər müvəffəqiyyət qazanıb Bizansın

təqribən bütün Kiçik Asiya torpaqlarını, habelə Misiri tutmuşdular.

Sasani qoşunları hətta imperiyanın paytaxtı Konstantinopola

yaxınlaşmışdılar. Lakin Foka öldürüləndən sonra imperiya taxtına

çıxan I İrakli (610-641) Xəzər xaqanı ilə ittifaq bağladı və

görəcəyimiz kimi, müharibə 629-cu ildə İranın tam məğlubiyyəti ilə

qurtardı


1

.

Albaniya xalqı  İranla Bizans arasında gedən müharibədən



istifadə edib 603-604-cü ildə Sasani hökmranlığına qarşı üsyan

qaldırdı. Lakin II Xosrov üsyan etmiş Albaniya xalqına çox tez divan

tutmağa müvəffəq oldu. Üsyan rəhbəri katolikos Viro "İran şahına

qarşı qəzəblənən Ağvan əyanlarının qiyamında ittiham edilmişdi;

[onlardan] çoxu məhv oldu; bəziləri qılıncdan, digərləri şikəstlikdən

məhv oldu, bəziləri də uzaq ölkələrə sürgün edildi"

2

.

Viro II Xosrovun cəza dəstələrindən gizlənməyə müvəffəq



oldu. O, imperiyanın paytaxtı Ktesifona (Mədainə) qaçdı və orada II

Xosrovun arvadı xristian

3

 məlikə  Şirinin himayəsinə sığındı, onun



himayəsi nəticəsində Viro, ələ keçmiş knyazların əksəriyyətinin

başına gələnlərdən canını qurtara bildi

4

. Məlikə  Şirin "çox səy



göstərəndən sonra şah, Vironun həyatını ona bağışladı", lakin II

1

История Агван, стр. 99-117/76-92;Джуаншер.  Краткая история



Грузии, стр, 96-97; История епископа Себеоса, стр. 63-72, 77-83; Киракос

Гандзакеци, стр. 34-35.

2

 История Агван, стр 117-118/93



3

 Себеос, стр. 45;müqayisə et6 Zəbihulla səfa. Xəmasə-i  Saraiyi dər İran.

Tehran, 1333 h, səh 48.

4

 История Агван, стр.118/93




Yüklə 2,81 Mb.

Dostları ilə paylaş:
1   ...   15   16   17   18   19   20   21   22   ...   156




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə