Azərbaycan VII-IX əsrləRDƏ



Yüklə 2,81 Mb.
Pdf görüntüsü
səhifə27/156
tarix01.08.2018
ölçüsü2,81 Mb.
#60576
1   ...   23   24   25   26   27   28   29   30   ...   156

82

olarlar. Evində qoyunu olanlar bir qoyun, üç qoyununun yununu və

bir baş pendir verir; atı olanlar bir dayça, qaramalı olanlar

1

 isə bir



buzov verir

2

. Bundan əlavə, "azad adam (azad mərd)



3

, yaxud kənd

əhli və ya ruhani olmayan hər bir adam öz ölənlərinə rəhmət oxumaq

üçün hər il öz imkanı daxilində nəzir gətirməyi unutmamalıdır. Əgər

ölənin atı olmuşsa, kim isə [onun əvəzinə] istədiyi atı kilsəyə

verməlidir; əgər onun qaramalı vardısa, istədiyi öküzü verməlidir".

4

Demək lazımdır ki, kilsə nəzir verilən mal-qaranı, xüsusilə



atları  həvəslə  alırdı.  Bu,  ilk  növbədə,  "əsilzadələrə"  aid  idi.  "Azad

adam və padşah ailəsinin üzvü olanlar öz ruhunu şad etmək xatirinə

ömrünün axırınadək öz əlləri ilə [kilsəyə] yəhərlənib yüyənlənmiş bir

at və bundan başqa arzu etdiyi şeyləri verməlidir. Əgər bu adam öz

ömründə bunu verməmişsə, öləndən sonra onun ailəsi bunu

verməlidir".

5

Kilsənin nəzir (məcburi nəzir) olaraq at əldə etməyə çalışması



onunla izah olunur ki, Qafqaz xalqlarının mərasim və dini

ayinlərində at böyük rol oynayırdı. Bu, xristianlığın əvvəllərində bu

dinə daxil olmuş bütpərəstlik adətinin qalığıdır; bu cəhət, Vaçaqanm

"Kilsə qaydası qərarları"nın yuxarıda gətirilən maddəsindən aydın

görünür.

6

Kilsəyə, qeyri-məhdud ixtiyarı olan katolikos başçılıq edirdi.



O, böyük knyaza tabe olmaqdan boyun qaçıra bilərdi və onun adı çox

1

"P a x r e k" - "qaramal, pul". İrancadan götürülmüş söz. Müqayisə et:



soqdicə "prxyy" - "mükafat" (J.Gerschevich. Grammar of Manichaean Sogdian.

Oxford, 1954, p.144)

2

История  Агван, стр. 66-67/51. Mötərizə arasında verilen mətn



K.P.Patkanovun tərcüməsində yoxdur.

3

Н.В.Пигулевская. К вопросу о феодальной собственности на землю



в Иране, стр. 82-83.

4

История Агван, стр. 66/51.



5

Yenə orada.

6

Ata sitayiş haqqında b a x: R.Bleichsteiner. Rosweihe und Pferderennen



im Totenkult der Kaukasischen Völker. Die Indogermanen - und Germanenfrage.

Vienna, 1936.




83

vaxt knyazın adından əvvəl çəkilirdi.

1

 Katolikos  ölkədə  bütün



knyazları itaət etməyə məcbur edə bilən yeganə qüvvə idi.

Katolikosun qərarlarına tabe olmayan knyazlara lənət oxunur və

bunlar hətta məhv edilirdi.

2

Aquen dini yığıncağı dövlət və kilsə hüququna dair bir sıra



normalar da müəyyən etmişdi. Yığıncaqda qəbul edilən qərarlar

ruhanilərdən yalnız "dini nizamnamələri", yəni kilsə qanunlarını

"öyrənməyi" tələb etmək deyil, dünyəvi həyata qarışmağı da onlara

əmr edirdi

3

. Məsələn, qərarların 10-cu maddəsində



4

 deyilirdi: "Kişi,

üçüncü nəsil qohumluğu çatan qadınlarla

5

 və öz qardaşı arvadı ilə



evlənə bilməz"

6

. Feodalların əmlakının irs olaraq yalnız oğullarına



keçə biləcəyi və bunlar olmadıqda kilsənin həmin əmlaka dotələb ola

biləcəyi nəzərə alınırsa, demək lazımdır ki, "bu qərarda hərislik:

qadın vərəsəni əmlakdan məhrum edib onu əlindən almaq arzusu ola

bilər"


7

. Yenə də eyni səbəbə görə  əcnəbilərlə evlənmək qadağan

edilirdi

8

.



Katolikos Simeonun qərarları kilsənin feodallar və "hərbi

adamlar" təsiri və nəzarətinə tabe olması əleyhinə çevrilmişdi, "çünki

ilahi qanunlara görə camaatın Allah evinə gətirdiyi nəzirlərdən yalnız

1

История Агвана,  168, 170, 209/134, 136, 168.



2

Yenə orada, стр. 172/137.

3

Sonralar, Vaçaqanın kilsə qanunları Arran katolikosu Simeonun (704-



706) qərarları ilə təsbit edilmişdi. Bax: История Агван, стр. 249/199.

4

K.P.Patkanovun tərcüməsində maddələrin sayı ixtisar edilmişdir, 21



əvəzinə 19. Bu maddə Patkanovda 8-cidir.

5

"Zerrord azqi kin", yəni öz babasının nəvəsi, onun "т'орнакис"i. Belə



bir evlənmə hadisəsi katolikos Mikael (706-741) dovründə evlənən adama lənət

oxunmasına səbəb olmuşdu: "Varazo, Vaxtanqın oğlu Varazmanın nəvəsi

(Cavanşirin qardaşı) Varazmanın qız nəvəsi Vardanuxi (yəni əmioğlu, əmiqızı -

Z.B.) ilə evlənmişdi. Mikael Varazo ailəsinə lənət yağdırdı". (История Агван, стр.

215/204).

6

История Агван, стр. 67, 255-256/52, 204-205.



7

З.И.Ямпольский. О зарождении феодализма в Азербайджане, л.17.

8

История Агван, стр. 172/137.




84

keşişlər və mehrab din xadimləri faydalanmalıdırlar. Bu, onların

gəliridir! Ləyaqətsizlərə və ya hərbi adamlara kilsə üzərində hakim

olmağa icazə verilmir; ona görə ki, heç kəs Allahın kilsəsini

ləyaqətsizlərə və ya hərbi adamlara tabe etməyə, yaxud onu bir

əmlak kimi satmağa, ya da knyazlara və ya onların hökmdarlarına bir

hədiyyə kimi bağışlamağa cürət etməsin; ona görə də, ləyaqətsizlər

və hərbi adamlar cəsarət edib kilsəni özlərinə tabe etməsinlər, kim

cəsarət edərsə, ona lənət oxunacaqdır"

1

.



Katolikos Simeonun qərarının bütün maddələrində başlıca

cəhət belə bir əmr idi ki, kilsə işlərini ancaq keşişlər idarə etməlidir,

ruhani olmayanların və hərbi adamların kilsə üzərində beç bir

hüququ yoxdur və camaatdan güclə nəzir almağa əsla ixtiyarı

yoxdur

2

.



Arran kilsəsi tez bir zamanda o qədər güclənib müstəqil oldu

ki, hökmdar knyaz və feodalları  əmrlər verib ki, torpaq satılarkən,

yaxud varislərə vəsiyyət edilərkən "hansı torpağın hansı kilsəyə

məxsus olduğunu"'

3

 göstərməyi onlardan tələb etməyə başladı, yəni



feodal, istəsə də, istəməsə də torpağın bir hissəsini kilsəyə

ayırmalıdır, yoxsa ona lənət oxunacaqdır.

Katolikos və ruhanilər başa düşürdülər ki, kilsənin nüfuzu və

gücü torpaq mülkünün böyüklüyündən asılıdır, buna görə də onlar

heç bir şeyə baxmadan cəhd edirdilər ki, öz mülklərini

genişləndirmək üçün hətta ən cüzi fürsəti əldən qaçırmasmlar.

Məsələn, Arranın knyazlar knyazı Varaz-Trdat tərəfindən Pusan Vex

adlı bir süvariyə bağışlanan kiçik bir kəndin irsiyyəti məsələsinə

baxılarkən kilsə işə qarışmş və Pusan Vexi pozğunluq və

yalançılıqda ittiham edərək "sübut etmişdi" ki, Varaz-Trdat bu kiçik

kəndi "öz ruhunu şad etmək üçün müqəddəs xaça" vəsiyyət etmişdir

4

.



etmişdir

4

.



1

История Агван, стр. 249-250/199-200.

2

Yenə orada, səh. 252/201.



3

История Агван, стр. 251/200.

4

Yenə orada.




Yüklə 2,81 Mb.

Dostları ilə paylaş:
1   ...   23   24   25   26   27   28   29   30   ...   156




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə