Azərbaycan VII-IX əsrləRDƏ



Yüklə 2,81 Mb.
Pdf görüntüsü
səhifə26/156
tarix01.08.2018
ölçüsü2,81 Mb.
#60576
1   ...   22   23   24   25   26   27   28   29   ...   156

79

heyvanlardan şir, bəbir və çöl eşşəyinə, çoxlu quş arasında qartal,

şahin və s. təsadüf edilir. Albaniyanın paytaxtı böyük Partavdır"

1

.



Mənbələrin verdiyi məlumata görə, Arranda pambıq

becərilməsinin əsrlər boyu qədim tarixi vardır. Pambıq tarlaları yaxşı

suvarılan Şirvan, Mil və Muğan rayonlarında idi. VII əsrdəki

"Erməni coğrafıyası"nda tamamilə aydın göstərilir ki, Arran "saysız-

hesabsız miqdarda pambıq istehsal edir"

2

.



Arranda mədənçıxarma sənayesinin olması onunla əlaqədar

metal  emalının inkişafına təkan verirdi. Ölkədə "qızıl, gümüş, dəmir

fılizi və mis çıxarmada biliyi olan" çoxlu sənətkar usta vardı

3

.



Cavanşirin Moisey Kalankatuklu tərəfindən təsvir edilən

knyazlıq dövrü belə güman etməyə əsas verir ki, VI əsrin axırı ilə VII

əsrin əvvəllərində Arranın ictimai quruluşunda feodalizmin xarakter

cəhətləri var idi. Padşah Vaçaqanın (V əsr) və katolikos Simeonun

kilsə qaydaları ilə müəyyən edilmiş qərarlarının təhlili əsasında

ölkənin ictimai quruluşu barəsində müəyyən nəticə çıxarmaq olar. Bu

qərarlar Arranda feodalizm quruluşunun bəzi xüsusiyyətlərini

aydınlaşdırmağa kömək edir.

Feodalizm cəmiyyətinin sosial-iqtisadi tarixini öyrənmək

üçün torpaq sahibliyi formaları məsələsinin çox böyük, birinci

dərəcəli əhəmiyyəti vardır.

Orta əsrlərin əvvəllərində Arran (Albaniya) feodallarının əsas

torpaq sahəsi şəxsi mülk idi; bu mülk kəndli icma torpaqlarını tutmaq

nəticəsində və uğurlu müharibələr ediləndə yeni torpaqları  əlavə

etməklə arta bilərdi. Bu torpaqlar ən müxtəlif asılılıq şərti əsasında,

müxtəlif hüquqi əsas və normalara görə feodalların ixtiyarına keçirdi.

Bu dövrdə Arranda hakim siniflər feodallardan (knyazlardan)

və ruhanilərdən ibarət idi. Hər bir knyaz öz mülkünün kiçik feodal

padşahı olub, öz sarayı və bəzən hətta şəxsi qoşunu var idi; qoşun

lazım olduqda, knyaza tabe olan camaatdan yığılırdı. Öz təbəələrinin

həyatı knyazın ixtiyarında olduğuna görə knyaz onlarla öz bildiyi

1

История Агван, стр. 5-6.



2

 Apмянская география VII в.,

 СТР

. 50a-51.



3

История Агван, стр. 131/104




80

kimi rəftar edirdi. Bəzən knyaz adı  şah (knyazlar knazı) tərəfindən

müəyyən xidmətə görə bir şəxsə verilirdi

1

, knyaz ona verilən len



(mülk) üçün şaha yalnız vergi verirdi ki, bunu da özünə tabe olan

kəndlilərdən yığırdı. Knyazların lenləri irsi idi və nəsildə böyük olan

şəxsə, onun bölünməz tam mülkiyyəti olaraq keçirdi.

Arranın ən böyük mülkü və yeri olan ən iri feodalı şah, yaxud

knyazlar knyazı (böyük knyaz) idi; bütün ölkənin sahibi olan şah silk

iyerarxiyası silsiləsinin başında dururdu. Məsələn, Bizans

imperatorunun Albaniya knyazı Cavanşirə göndərdiyi məktubdan

götürülən aşağıdakı parça bunu aydın göstərir: "Girdiman hakimi və

Albaniya knyazı cənab Cavanşirə"

2

. Göründüyü kimi, Cavanşir öz



şəxsi mülkü olan Girdimanın sahibi idi, ölkənin qalan hissəsini idarə

edirdi.


Özü mülkiyyətçi olan Albaniya padşahı Vaçe V əsrdə ölkəni

idarə etməkdən əl çəkəndə yalnız atasından ona qalan öz hissəsini -

min ailəni özü üçün götürdü

3

. Cavanşir isə ölərkən varis təyin



etməyib, öz mülkü olan Girdiman vilayətini öz oğulları arasında

bölüşdürdü, "öz oğullarından hər birinə sərvəti və titul verdi, hər

birinə öz sahəsini ayırdı"

4

.



Padşah və ya böyük knyaz eyni zamanda knyaz hərbi

dəstələrindən ibarət olan Arran qoşunlarının baş komandanı idi.

Bundan əlavə, onun özünəməxsus hərbi dəstəsi var idi ki, daim onun

yanında olurdu. Böyük knyazdan sonra çox böyük torpaq sahibi

Arran kilsəsi idi. Kilsə-monastır torpaqları kilsələrin, monastır və

böyük ruhani zadəganların bölünməz və irsi mülkiyyəti idi və

"müqəddəs kilsənin irsi" adlanırdı. Kilsə-monastır torpaqları, adətən,

padşahın, knyazların, feodalların, onların ailə üzvlərinin nəzir və

ianələri hesabına, bəzən ayrı-ayrı varlı kəndlilərin hesabına, habelə

1

История Агван, səh. 145/116.



2

 Yenə orada, səh. 145, 148, 173/117, 119, 137.

3

 Yenə orada, səh. 12/10



4

Yenə orada, səh. 181




81

kəndli icma torpaqlarının satın alınması, yaxud tutulması nəticəsində

genişlənirdi.

Ərəblərin Arrana hücumu ərəfəsində, bəxşiş və nəzirlərdən

varlanan kilsə torpaq tutub öz əlində saxlamaq üçün feodal və

knyazlarla, "hərbi adamlar" adlananlarla açıq mübarizəyə girişir.

Bəzən  bu  mübarizə,  yeni  torpaq  əldə  etmək,  habelə  siyasi

hakimiyyəti ələ keçirmək məqsədilə rəqabət edənlər arasında silahlı

vuruşma şəklini alırdı

1

.



Hələ V əsrdə padşah Vaçenin dövründə "ilk meyvələr,

xırmanlarda döyülən taxılın, tarladan yığılan və anbarlarda

2

 olan


məhsulun, bütün ev heyvanlarının onda biri kilsəyə həsr edilmişdi,

habelə torpaq kilsə üçün idi"

3

.

Ruhanilər natural rüsumlar hesabına yaşayırdılar, padşah



Vaçaqanın (V əsr) "kilsə qaydası qərarlarının" Aquen dini yığıncağı

tərəfindən qəbul edilməsi də bunu təsdiq edir

4

. M.Kalankatuklunun



qeyd etdiyi kimi, ölkədə vergi verən silk üç qrupa: "lazımınca varı

olanlara", "yoxsullara" və "heç bir şeyi olmayan kəndlilərə"

bölünmüşdü. Bu bölgü [torpaq] məhsullarının xalq tərəfindən

keşişlərə verilməsi qaydası olmalıdır. Kim dövlətlidirsə, 4 vahid

buğda, 6 arpa və 16 kuzə  şirin [çaxır] verir. Yoxsul adam yarım

kömbə çörək və imkanı olduğu qədər çaxır verir; kimin ki nə  əkin

yeri var, nə də üzümlüyü, ondan heç bir şey alınmamalıdır. Öz

ruhunu şad etmək üçün bundan artıq şey verənlər, xeyir iş görmüş

1

Ermənistandakı eyni proses üçün bax: С.Е.Акопян. История армянского



крестьянства, Ереван, 1952.

2

"Şaranas". K.P.Patkanov bu sözü tərcümə edə bilməmişdir.



К.Шахназарян. История  Агвании, 23-cü qeyddə "İndiyədək ermənilər bu sözü

qış üçün yayda ipə düzüb qurutduqları meyvə mənasında işlədirlər".

3

История Агван, стр. 15/12.



4

Aquen dini yığıncağı İran şahı Balaş Vaçaqanı Albaniya padşahı (484-

488) kimi tanıdıqdan bir müddət sonra - 484/5-487/8-ci illər arasında

oldu.Yığıncağın başlandığı 13 Mareri günü 486/7-ci il yanvarın 26-na düşür. Bu

yığıncağı Vaçaqan çağırmışdı: səbəbi bu idi ki, bir tərəfdən kilsə, digər tərəfdən

"əsilzadələr" və qara camaat arasında böyük çəkişmə meydana gəlmişdi.




Yüklə 2,81 Mb.

Dostları ilə paylaş:
1   ...   22   23   24   25   26   27   28   29   ...   156




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə