Azərbaycan VII-IX əsrləRDƏ



Yüklə 2,81 Mb.
Pdf görüntüsü
səhifə29/156
tarix01.08.2018
ölçüsü2,81 Mb.
#60576
1   ...   25   26   27   28   29   30   31   32   ...   156

88

edib Allahın kilsəsini ləyaqətsizlərə və hərbi adamlara tabe

etməsin"

1

.



"Hərbi adamlar" və "atlılar" kilsə xadimlərinin

səhlənkarlığından istifadə edərək tez-tez kilsə vəzifələrinə və rahiblər

sırasına soxulurdular; odur ki, kilsənin nüfuzu üçün onların törətdiyi

təhlükə və əhalini maneəsiz olaraq qarət etmək imkanı artırdı. Buna

görə Simeon kilsə xadimlərini bu cəhətə də ciddi diqqət yetirməyə

çağırırdı: "Mənə çox vaxt belə nəql edirdilər ki, çox yerlərdə Allahın

kilsələrində hərbi adamlar rahiblər sırasındadır, halbuki bunlar öz

bəd əməllərinə gorə nəinki kilsənin çörəyini və gəlirini yeməyə, hətta

Allahın kilsəsinə ayaq basmağa da layiq deyillər... Hərbi adamların

kilsə üzərində heç bir ixtiyarı olmamalı və onlar zorla nəzir

almamalıdırlar". Simeon deyir ki, "ləyaqətsiz adamlar hərbi adam və

atlılar deyil", yepiskoplar və keşişlər kilsənin qayğısına

qalmalıdırlar

2

.



Yuxarıdakı materialdan gördüyümüz kimi, Şimali

Azərbaycanda "əsilzadələr" (azad mərdlər), "hərbi adamlar" və

"atlılar" kimi əhali təbəqələri mövcud idi. Cənubi Azərbaycanda eyni

kateqoriyanı yenə də "əsilzadələr" (azadlar) təşkil edirdilər. Ölkənin

həm şimalında, həm də cənubunda bu əhali kateqoriyaları padşah və

ya knyaz hakimiyyətinin dayağı və arxası olub öz xidmətləri

əvəzində onlardan şərti olaraq torpaq alırdılar. "Əsilzadələr" və

"hərbi adamlar" kiçik dvoryan olub yeni əmələ gələn feodallar sinfıni

təşkil edirdilər, müstəqil vəziyyət və hakimiyyəti olan qədim qəbilə

əyanlarına nisbətən, padşahdan və ya knyazdan xeyli asılı idilər

3

.

Həmin "əsilzadələr" və "hərbi adamlar" cənubda ölkənin



padşahı ilə, ya da şimalda knyazla hərbi qulluq təəhhüdü ilə bağlı

idilər və mülk olaraq onlara verilmiş torpaqlarda yaşayan kəndliləri

feodal kimi istismar etməklə öz rifahlarını təmin edirdilər.

"Əsilzadələrin" 'hərbi adamların" hakimiyyəti və mülkiyyətinin əsas

1

 История Агван, стр. 249-250/199-200.



2

Yenə orada, səh. 251-252/200-201.

3

Н.В.Пигулевская. К вопросу о феодальной собственности на землю



в Иране, стр. 82-83; M.M.Dyakonov. Sitat gətirilən əsəri, səh. 282.


89

obyekti, öz icmasını mühafızə edən kənd idi; odur ki, kəndləri ələ

keçirmək məqsədi kəndli icması üzvlərini daha artıq istismar edib

əsarətdə saxlamağa cəhd edən bu adamlar üçün əsas olmuşdur.

Qəbilə  əyanları da qəbilə mülklərinə istinad edirdilər,

bunların arasında isə malikanələr çox yer tuturdu

1

.

İzafi məhsulu bölüşdürmək üstündəki mübarizə bu iki qrup



arasında gedirdi, nəhayət, kilsə də bu mübarizəyə qarışdı və tərəfləri

barışdırmaq bəhanəsi ilə mülklərin çoxuna əl uzatdı və hər iki

düşmən tərəfinin hərəkətini məhdud etdi.Təəssüf ki, VI-VII əsrlərdə

istər Şimali, istərsə Cənubi Azərbaycanda ruhani olmayan feodalların

xeyrinə  əhali üzərinə qoyulan vergilərin miqdarı haqqında heç bir

mənbədə məlumat tapmadıq. Sasanilər xəzinəsinin xeyrinə isə,

mərzbanlar həmin ölkələrdən xərac (torpaq vergisi, xərac), gizit (can

vergisi, cizyə) və bac alırdılar

2

. Bu vergilərin, can vergisi və bacların



Arranda pul və ya məhsulla alındığını söyləmək çətindir. Sasanilər

dövründə ölkədə olan daimi və səyyar sikkəxanalar ölkənin hər iki

hissəsi üçün pul kəsirdi; bu isə göstərir ki, lap ərəblərin istilası

zamanından ölkədən vergi həm məhsulla, həm də pulla alınırdı.

Sasanilərin Azərbaycandan vergi almaq qaydasına gəlincə, bu

qayda imperiya əhalisi və torpaq mülklərini xüsusi olaraq siyahıya

aldıran  I Xosrov Ənuşirəvan tərəfindən  qoyulmuşdu.  Bu isə

Sasanilər xəzinəsinin,  istər Azərbaycanın  hər iki  hissəsində, istərsə,

ümumiyyətlə, bütün imperiyada əhalidən vergi alınmasını qaydaya

salmasına imkan vermişdi. I Xosrovadək torpaq vergisi

3

, kənd


təsərrüfatı məhsullarının gəliri nəzərə alınaraq, götürülən hasilatın

üçdə bir, dörddə bir, beşdə bir və altıda bir hissəsi miqdarında əsasən

məhsulla alınırdısa, I Xosrovun dövründə vergi torpağın becərilməsi

və suvarılmasından və məhsulun miqdarından asılı idi. Can vergisi,

əyanlardan, ruhanilərdən və hərbi adamlardan  başqa, 20-dən 50

1

История Агван, стр. 62/48. B a x; Н.В.Пигулевская. Города Ирана в



раннем средневековье, стр. 202-206.

2

Bu barədə b a x: ət-Təbəri-Neldeke, səh. 243-245; Н.В.Пигулевская. К



вопросу о податной реформе Хосрова Ануширвана. ВДИ, 1937, №1.

3

 M.M.Dyakonov. Sitat gətirilən əsəri, səh. 284.




90

yaşadək bütün əhalidən alınırdı. Can vergisinin miqdarı qəti

müəyyən edilməmişdi və ildə 4 dirhəmdən tutmuş 12 dirhəmədək

alınırdı


1

.

  III FƏSİL



                            AZƏRBAYCAN ƏRƏBLƏRİN

                              HAKİMİYYƏTİ ALTINDA

1. Ərəblərin Azərbaycanı istila etmələri

642-ci ildə Nəhavənd yaxınlığındakı vuruşma və Sasani

ordusunun ikinci məğlubiyyəti, əsasən, onun nəticəsində baş

vermişdi ki, ayrı-ayrı müstəqil vilayətlərdən ibarət olan İran vahid və

birləşmiş bir dövlət deyildi. Yerli hökmdarlar çox güclü olub şahdan

asılı olmadıqlarına görə, III Yəzdigerdin çağırışına gəlmirdilər,

gələndə isə aralarında köhnə ixtilaflar başlanırdı, nəticədə onlar öz

qoşunlarını aparıb gedirdilər. İranın ayrı-ayrı hökmdarlarının ayrılma

əhvali-ruhiyyəsi Sasani imperiyasının dağılmasma son dərəcə kömək

edir və bir-birindən ayrılmış hissələrinin ərəblər tərəfindən işğal

edilməsini asanlaşdırırdı.

İranın ayrı-ayrı vilayətlərinin, o cümlədən Azərbaycanın

hökmdarları, mərkəzi hakimiyyətin mövcud olmadığını nəzərə

alaraq, ərəb qoşunu qarşısında təslim olmaq qərarına ayrılıqda

gəlirdi, çünki bilirdilər ki, faydasız müqavimət ancaq qırğına səbəb

olar. Buna görə onlar ərəblərə təslim olub onlarla sülh müqavilələri

1

Ət-Təbəri, l, 960-962; əd-Dinəvəri, səh72-73.




Yüklə 2,81 Mb.

Dostları ilə paylaş:
1   ...   25   26   27   28   29   30   31   32   ...   156




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə