Azərbaycan VII-IX əsrləRDƏ



Yüklə 2,81 Mb.
Pdf görüntüsü
səhifə37/156
tarix01.08.2018
ölçüsü2,81 Mb.
#60576
1   ...   33   34   35   36   37   38   39   40   ...   156

112

knyazlar öz aralarındakı  şəxsi ixtilafları həll etmək üçün işğalçıları

köməyə çağırırdılar. Bundan əlavə, Arran zadəganlarının islam dinini

qəbul etməsi maddi mənfəətdən və  əsasən bundan irəli gəlirdi ki,

ərəblər zadəganların torpaq mülkiyyətinə sahiblik hüququnu olduğu

kimi saxlayır vo onları cizyə verməkdən azad edirdilər; məlum

olduğu kimi, cizyə aşağıdakı prinsipə görə alınırdı: dövlətlinin

dövlətindən, varlının varından, yoxsulun yoxsul güzəranından.

V.V.Bartold qeyd etmişdir ki, "xristianlıqdan fərqli olaraq,

islam dini fərdi missionerlərdən istifadə etmirdi və yalnız istila yolu

ilə yayılırdı; müsəlman torpaqlarının sərhədləri ilə islamın yayılan

sərhədləri bir-birinə uyğıın gəlirdi", həm də "islam dini zorakılıqla

yayılmırdı və nə xristianlar, nə də zərdüştilər təqib olunmurdular"

1

.



Biz, islam dininin qəbul edilməsi məsələsində yalnız

Əməvilərdən sonrakı Xilafət dövründə kəskin dönüş  əmələ

gəldiyindən bəhs edə bilərik. Vaxtilə V.R.Rozen bu cəhətə diqqəti

cəlb etmişdi; o, X əsrin əvvəllərindəki ərəb münəccimi ibn Əbu

Tahirin (Tayfurun) aşağıdakı sözlərini sübut gətirir: "...bu vəziyyətdə

(göstərilən övzəyi kəvakibdə - Z.B.} hakimiyyət Əməvilərdən

Abbasilərə keçdi, dehqanların da sehrbaz maqlara etiqadı ölüb getdi

və onlar Əbu Müslimin dövründə islam dinini qəbul etdilər; bu

[etiqad] dəyişikliyi [yeni] dinin başlanğıcına oxşayırdı [yəni bu

dəyişiklik öz əhəmiyyətinə, öz mənasına görə, yeni dinin əsası

qoyularkən əmələ gələn dəyişikliyə bənzədilə bilər]"

2

.



Əməvilər Xilafətdə vahid hakimiyyət və vahid dil bərqərar

edib, Xilafətin təbəələri arasında islam dinini yaymaqla yalnız

sonralar onların xələfləri Abbasilərin istifadə etdikləri maddi şəraiti

yaratmışdılar

3

.

Arran əhalisi haqqında hətta bunu da demək olmaz, çünki



"Kitab əhli" olan Arran əhalisini onlar üçün yeni olan bir dini qəbul

1

 В.В.Бартольд. Место прикаспийских областей…, стр. 45, 142



2

В.Розен. Рецензия на "Alberuni's İndia", стр. 156.

3

H.A.R.Gibbə (Арабская  литература, стр. 36) görə Abbasilərin



tərəqqisi "teokratik və monarxiyaçı  ərəb partiyalarının ittifaqı və farsların dövlət

tabeliyində olan digər xalqların sayəsində" baş vermişdi.




113

etməyə heç də məcbur etmirdilər, əksinə, xristianların özləri islam

dinini çox müvəffəqiyyətlə qəbul edirdilər

1

.



Xəlifələr ərəblərdən "təqaüd alan və divanın hesabında olan

şəxsləri"

2

 Azərbaycan torpaqlarında yerləşdirir və onlara əmr



edirdilər ki, "əhalini islama dəvət etsinlər"

3

.



Bütün islam tədqiqatçıları qeyd edirdilər ki, ərəblərin itaət

altına aldıqları ölkələrin xalqları yeni dini kütləvi şəkildə qəbul

edirdilər, cünki V.Rozenin dediyinə görə "ərəblər öz sadəliyi və

bəsitliyi ilə əzəmətli, yeni bir din gətirmişdilər və dini təqib və

didişmələrin təzyiqi altında haldan düşüb əzilən kütlələrin zövqünə

bu yeni din xüsusən ona görə uyğun gəlmişdi ki, demək olar, hər

yerdə yadellilərin (əlavə edək: öz həmvətənlərinin də - Z.B.} ağır

iqtisadi zülmündən kütlələri azad edən xilaskar kimi göstərirdi"

4

.

Buna görə aydındır ki, ərəblərin itaət altına aldıqları xalqların



ərəb istilaçılarının zülmündən şikayət etməyə heç bir ciddi əsası yox

idi. Başqa dindən olanlar öz əvvəlki dinlərini dəyişdirməyə bilərdilər,

lakin bu halda onlar xəracdan başqa cizyə də verməli idilər, ərəblər

isə öz təbəələrinin "ruhunu xilas etmək" ilə heç maraqlanmırdılar.

Yalnız vergilər vaxtında və düzgün ödənməyəndə və  əvvəlki dini

etiqadı müdafıə etmək bəhanəsi siyasi və milli istəkləri örtüb

gizlədən bir pərdə rolunu oynayanda, yəni iş böyüyüb ərəb hakim

dairələrinə qarşı açıq üsyan şəklini alanda ərəblər cəza tədbirlərinə əl

atırdılar.

Əlbəttə, xəlifə I Ömərin zimmilər (başqa dindən olanlar)

haqqında təhqiredici qərarları, yəni onların öz əvvəlki dini

etiqadlarında qala biləcəklərini, lakin aşağı silkə mənsub olub cizyə

verdiklərinin əlaməti olaraq boyunlarına qurğuşundan nişan

taxdıqlarını yadda saxlamalı olduqlarını göstərən bu qərarlar

bildirirdi ki, Allah elçisinin qanunları yalnız çoxallahlılara və

1

V.Rozen. Sitat gətirilən əsəri, səh. 155.



2

Divan əl-'əta - təqaüd verilən dəftərxana.

3

Əl-Bəlazuri, 328.



4

V.Rozen. Sitat gətirilən əsəri, səh. 155.




114

atəşpərəstlərə qarşı çıxır. A.J.Krımski düzgün olaraq qeyd etmişdir

ki, "xristianlıqda hər bidəti amansızlıqla təqib edən qonşu xristian

Bizansa nisbətən, islam dini qanunu, hətta Ömərin nəzəriyyəsində

kifayət qədər liberal qanun idi"

1

, xəlifə Ömər ibn Xəttab isə



Məhəmmədin özündən daha ardıcıl müsəlman idi

2

.



Ərəb istilasından sonra zərdüşt ruhaniləri ölkədə öz hakim

mövqelərini itirmiş olsalar da, yerli əhali üzərində öz təsirlərini

itirməmişdilər

3

. Bu cəhət, xüsusilə, Azərbaycanın və  İranın digər



əyalətləri, dağ rayonlarının (Deyləm, Gilan, Təbəristan) əhalisinə

aiddir, zira bu yerlərdə hakim vəziyyətdə olan din ərəblərə qarşı

üsyanlar zamanı əhalini birləşdirirdi. Azərbaycanın dağ rayonlarının

əhalisi, digər rayonlardan ayrılmış vəziyyətdə olduğuna görə, uzun

zaman müstəqil siyasi həyat keçirməkdə davam edirdi.

Ərəblər Azərbaycanda özlərine tabe etdikləri əhalinin mədəni

səviyyəsindən aşağıda olaraq, Azərbaycana islam dini və öz

dillərindən başqa heç bir şey gətirmədilər. Bundan əlavə, ərəblər

özlərindən əvvəl bu ölkələrdə mövcud olan qayda və  ənənələri öz

ehtiyaclarına uyğunlaşdırmağa başladılar, xüsusilə ona görə ki,

ərəblərdən əvvəlki dövlət mexanizmi "yaxşı qurulmuşdur"

4

.



Sasanilər İranının və Bizansın siyasi mexanizmləri Ərəb

xilafətinin təzyiqinə tab gətirmədilər, çünki bu mexanizmlər çoxdan

"içəridən pozulmuşdu"

5

, lakin həm İranın, həm də Bizansın mənəvi



qüvvələri kütlələr içərisində yaşamaqda davam edirdi və Xilafət

əleyhinə çoxlu üsyanlar şəklində özünü büruzə verirdi.

VIII əsrin əvvəllərinə doğru, islam dini Azərbaycanda hakim

bir din olur. Azərbaycanda islam dinini yuxarı silk adamları birinci

1

Ət-Turtuşi, səh. 232.



2

A.Y.Krımski. Sitat gətirilən əsəri, səh. 131; Th. Nöldeke, Orientalische

Skizzen, p. 83.

3

Zərdüştilik ruhaniləri haqqında ətraflı b a x: Karaka. The History of the



Parsis, v. I, II, London, 1884.

4

К.А.Иностранцев. Сасанидские этюды, стр. 2.



5

V.Rozen. Sitat gətirilən əsəri, səh. 153.




Yüklə 2,81 Mb.

Dostları ilə paylaş:
1   ...   33   34   35   36   37   38   39   40   ...   156




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə