Azərbaycan VII-IX əsrləRDƏ



Yüklə 2,81 Mb.
Pdf görüntüsü
səhifə35/156
tarix01.08.2018
ölçüsü2,81 Mb.
#60576
1   ...   31   32   33   34   35   36   37   38   ...   156

106

getdi, Kürün o tayını keçib Qəbələni tutdu, Şakkan və Kamiberan

hakimləri ilə bac vermək şərti əsasında sülh bağladı. Xeyzan əhalisi,

Şirvan padşahı, qalan dağların padşahları, Məsqət, Şabran və Bab

(Dərbənd) şəhərinin əhalisi də onunla (Salmanla) eyni məzmunda

sülh bağladılar"

1

.

Sonra Salmanın dəstəsi Dərbənddən şimala doğru hərəkət



etdi, lakin Balancar çayının o tayında xəzər qoşunları ilə rastlaşdı və

qanlı vuruşmadan sonra, demək olar, bütün dörd min nəfərlik dəstə

qırıldı və Salmanın özü öldürüldü.

Salmanın ölümündən sonra xəlifə Osman Azərbaycan və

Arrana Xuzeyfə ibn əl-Yəməni hakim təyin etdi; Xuzeyfə artıq xəlifə

canişinlərinin iqamətgahı olan Bərdə  şəhərinə gəldi, bir tərəfdən

Bərdə ilə Qaliqala, digər tərəfdən Bərdə ilə Xayzan (yəni Bərdənin

şimal-qərbində) arasında olan bütün vilayət və  şəhərlərə məmurlar

(amillər) göndərdi

2

.



Ərəblər Azərbaycanda və Arranda möhkəm yerləşdikdən

sonra öz hərbi səfərlərində yerli əhalidən, istər islamı qəbul etmiş

olanlardan (mövlalardan), istərsə xristianlardan (zimmilərdən)

döyüşçü kimi istifadə etməyə başladılar, lakin mövlaları yalnız

piyada qoşuna götürürdülər

3

, Bu hərbi səfərlərdə zimmilər görkəmli



rol oynayaraq, əvvəllər yerli hərbi rəislərin komandanlığı altında

əlahiddə doyüş vahidləri kimi əməliyyatda iştirak edirdilər; Zimmi

birləşmələri ərəblərlə birlikdə, müqavilə  əsasında

4

 vuruşurdular  və



dövlət hesabma dolanmırdılar. Onlar yalnız qənimətin

bölüşdürülməsində iştirak edirdilər.Ərəblər zimmi birləşmələrindən

vuruşmaların ən ağır sahələrində istifadə edirdilər; bu ağır sahələrdə

zimmilər, şəraitdən asılı olaraq, ya ərəb qoşunlarını qoruyur, ya da

1

Əl-Bəlazuri, 203-204; əl-Yəqubi, II 194-195.



2

Yenə orada.

3

Ət--Təbəri, III, 1934, 639; Əbd əl-Əziz əd-Duri. Əl-Əsr əl-Abbasiy əl-



əvvəl, səh. 7.

4

Əl-Bəlazuri, 200, 439; əl-Yəqubi, II, 381.




107

düşmənin başlıca zərbəsini öz üzərindən götürürdülər. Zimmi

qoşunlarından istifadə edildiyini göstərən məlumatı həm yerli, həm

də  ərəb müəlliflərinin əsərlərində tapmaq olar. M.Kalankatuklu

bildirir ki, 713/714-cü illərdə Məsləmə ibn Əbd ül-Malik xəzərlərin

təzyiqi altında Dərbənddən geri çəkiləndə, "bütün əmlakilə birlikdə

öz qərargahını tərk etdi, hətta öz hərəmxanasını da arxada

buraxmışdı. Onun arxasını [Aqvan] patrisilərindən Eranşahik

Vaçaqan müdafıə edirdi"

1

.



Sonralar xəlifə olan Mərvan ibn Məhəmməd də Arran

canişini olarkən [xəlifə Hişamın - 724-743 - hökmranlığının son illəri

və xəlifə Validin xəlifəliyinin bir ili - 743/744] eynilə belə hərəkət

etmişdir. "O, Şirvan hakiminə  əmr etmişdi ki, müsəlman ordusu

xəzərlərə qarşı qəzvəyə (hərbi səfərə) gedəndə qabaqda, oradan

qayıdanda isə arxada olsun; Filanşaha əmr etmişdi ki, yalnız

müsəlmanların hücumlarında iştirak etsin; Tabarsaran şahına isə əmr

etmişdi ki, onlar (müsəlmanlar) hücum edəndə ordunun arxasında

geri çəkiləndə isə qabaqda olsun"

2

.



Zimmilərin yerli birləşmələri ərəblərə silahlı kömək

göstərəndə, ərəblər onları vergi ödəməkdən azad edirdilər, çünki

hərbi xidmət vergini əvəz edirdi. Əhali ərəb qoşunlarında xidmət

etməkdən və onlara yardım göstərməkdən boyun qaçıranda,

Azərbaycan əhalisi də belə etmişdi - azad olmaq üçün böyük ödənc

verməli idi

3

. Bu cəhəti ibn əl-Əsir təsdiq edərək yazır: "Kim evdə



qalıb, düşmənlə müharibə etmirsə, cizyə onlardan alınmalıdır"

4

.



Bəzən zimmi birləşmələrinin komandanı olan yerli hakimlər

ərəblərin hərbi səfərləri zamanı onlara yalnız kömək etmək deyil,

onlar üçün xəbərçilik də edirdilər; məsələn, 722/723-cü illərdə  əl-

Cərrah Arranı tərk edərkən, əldə etdiyi bütün sərvət və qənimətləri

1

История Агван, стр. 261/299; Gevond, səh. 28.



2

Əl-Bəlazuri, 209.

3

Ət-Təbəri, 1,2665; müqayisə et: Ameer Ali. A short History, p. 33;



A.S.Tritton. Non Muslim Subjects, p. 206-207.

4

İbn əl-Əsir, III, 12.




108

Balancar hakiminə vermişdi, çünki bu hakim ərəblərin xeyrinə gizli

xəbərçilik edib öz müttəfıqlərinin niyyətlərini ərəblərə xəbər verirdi

1

.



Ərəblər bu kimi xidmətlərdən istifadə edərək ayrı-ayrı

feodallar arasındakı ixtilafları çox məharətlə qızışdırırdılar və bunun

nəticəsində həmişə onların ixtiyarında kifayət qədər zimmi qoşunu

olurdu. Lakin Xilafətin hərbi sistemini nəzərdən keçirmək bizim

vəzifəmizə daxil deyildir, çünki bu məsələyə dair maraqlı  əsərlər

vardır ki, bunlarda istər Əməvilərin, istərsə Abbasilərin hərbi

qüvvələrinin quruluşu haqqında çox qiymətli məlumat tapmaq olar

2

.



Ərəblər Azərbaycanı, Arranı və digər vilayətləri istila

edəndən sonra əhali ilə bağladıqları müqaviləyə əsasən, uzun müddət

onlardan vergi alırdılar. Onlar hətta ayrı-ayrı  şəhərləri (məsələn,

Naxçıvan, Beyləqan, Bərdə, Bacravan) aldıqdan sonra, onlarla

müqavilə bağlamışdılar.

Ərəblər hər hansı vilayəti itaət altına alanda torpaqları sülh

müqaviləsinə görə (sülhən) öz əvvəlki sahiblərinin ixtiyarında

saxlayırdılar bu şərtlə ki, onlar torpaq vergisi versinlər. Bir vilayəti

silah gücünə (ənvətən) işğal edəndə isə, ya torpaqları qoşun arasında

bölüsdürür, ya da yerli əhalinin ixtiyarında saxlayırdılar. Təxtəvinin

fikrincə bu kimi hallarda, ərəblər itaət altına aldıqları ölkələrin

əhalisi üçün əkinçilikdə zəruri olub daşınan əmlakın hamısını

əhalinin ixtiyarında saxlayır, əhali üzərinə cizyə və torpaq üzərinə

xərac qoyurdular, torpaq isə ordularına vəqf olub ayrı-ayrı  əsgərlər

arasında bölünmürdü

3

. Lakin belə hallar da olurdu ki, ərəblər əvvəlki



torpaq sahiblərini öz yerindən qovub, onların yerinə başqalarını

1

İbn əl-Əsir, V, 84.



2

Л.Е.Куббель. О  некоторых  чертах  военной  системы  халифата

Омайядов (661-750 гг); A.V.Kremer. Cultur geschichte des Orients, p. 203-255;

W.Fries. Das Heereswesen der Araber zur Zeit der Omajjaden..., Nüman Sabit. Əl-

Cundiyyə fi-d-davla əl-Abbasiyyə. Bağdad, 1929.

3

Sitat V.Girqasdandır. Права христиан на Востоке по мусульманским



законам, стр. 16.


Yüklə 2,81 Mb.

Dostları ilə paylaş:
1   ...   31   32   33   34   35   36   37   38   ...   156




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə