Azərbaycan VII-IX əsrləRDƏ



Yüklə 2,81 Mb.
Pdf görüntüsü
səhifə36/156
tarix01.08.2018
ölçüsü2,81 Mb.
#60576
1   ...   32   33   34   35   36   37   38   39   ...   156

109

köçürürdülər və onlar islamı qəbul etmədikdə onlardan cizyə və

xərac, müsəlman olduqda isə üşr alırdılar.

2. Azərbaycan əhalisinin müsəlmanlaşdınlması

    və qriqoryanlaşdırılması

Ərəb orduları 642-ci ildə Sasani ordularını darmadağın

etdikdən sonra Sasani şahlarının əfsanəvi sərvətlərindən başqa, Sasa

nilər İranının bütün ərazisi də onların əlinə keçdi. Zahirən qüdrətli

görünən bir dövlətin məhv olub getməsi ərəblər üçün bir qədər

təəccüblü və gözlənilməz oldu, çünki Təbərinin dediyinə görə,

ərəblər öz istilalarını daha da davam etdirmək fikrində deyildilər

1

 və



əsas məqsədləri, məlum olduğu kimi, hələ o zaman ərəblərin yaşadığı

və onların həyatı üçün zəruri olan Mesopotamiyanı (Beyn ən-

Nəhreyni) tutmaq idi. Xəlifə Ömər ibn əl-Xəttab (634-644) öz

qoşunlarını təhlükəyə salmaq istəmirdi və görünür, ərəblərə məlum

olmayan digər ölkələrdə Xilafət ordularının başına nələr gələ

biləcəyindən ehtiyat etdiyinə görə qoşun komandanı Sədə belə bir

əmr verdi: "Öz yerində dayan və onları (düşmənləri) təqib etmə"

2

.



Lakin ərəb qoşunu, məğlub olub hər tərəfə qaçışan Sasani orduları

üzərində asanlıqla qazandığı qələbələrdən və  əldə etdiyi zəngin

qənimətlərdən həvəsə gəlib daha şimala doğru irəliləməkdə davam

edirdilər və xəlifələr adətən öz komandalarının bu "özbaşınalığına"

fıkir vermirdilər, xüsusilə ona görə ki, qələbə ilə qurtaran hər bir

vuruşma xəlifənin xəzinəsinə və qoşuna böyük gəlir gətirirdi. Ərəblər

yeni vilayət və ölkələri tutanda əvvəllər həmin yerləri öz idarə

1

Ət-Təbəri, IV257.



2

Yenə orada, 141.




110

anlayışları  əsasında idarə etməyə başladılar. Bu idarə üsulu həmin

ölkələrdə yalnız mümkün olduğu qədər çox vergi və natural

mükəlləfıyyətlər əldə etməkdən, habelə başqa dinə mənsub olub itaət

altına alınanlar arasında islam dinini yaymaqdan ibarət idi.

Azərbaycan və xüsusilə Arran əhalisi, bu ölkələr ərəblər

tərəfindən istila edilməzdən əvvəl, daimi Bizans-İran müharibələri,

xəzərlərin və digər köçəri xalqların basqınları nəticəsində çox yoxsul

vəziyyətdə idi. Müharibələr təsərrüfatın dağılmasına səbəb olur,

ölkələrin istehsal qüvvələrini tükəndirirdi. Buna görə  əhali ərəb

istilaçılarının Azərbaycana gəlməsini illər boyu davam edən zülm və

əzablardan xilas olmaq kimi hesab edirdi. Ərəblərin dövründə (hər

halda Əməvilər hakimiyyəti başlayanadək) kəndlilər əvvəlkinə

nisbətən, bir qədər yaxşı yaşamağa başlamışdılar, çünki ərəblər

yalnız vergi və töycüləri yığıb, bu ölkələrin daxili həyatına

qarışmırdılar, öz dini əqidələrində və dini ayinləri icra etməkdə

onlara sərbəstlik verirdilər. N.V.Piqulevskayanın qeyd etdiyinə görə,

"Ərəblərin bunları (müxtəlif vilayətləri - Z.B.) işğal etdikdən sonrakı

ilk onilliklərdə ağır vergi yükü şübhəsiz azaldılmışdı, habelə dini

əqidəyə görə təqiblər dayandırılmışdı"

1

.

Əksəriyyəti köçəri olan istilaçı ərəblərin özləri hələ yeni olan



dini (islamı) lazımınca mənimsəmədiklərinə görə, əvvəllər

Azərbaycan əhalisini islamı qəbul etməyə məcbur etmirdilər

2

,

əlbəttə, yeni dini qəbul etmək istəyənlərə mane olmurdular. Bu



xüsusilə Arrana aid idi, çünki onun əhalisi xristian, "Kitab əhli" ("əhl

əl-Kitab") idi

3

.

1



Н.В.Пигулевская. К  вопросу  об  общественных  отношениях  на

Ближнем Востоке, стр. 68.

2

B a x : Beyt ül-müqəddəs xristianları ilə xəlifə I Ömərin bağladığı



müqavilənin 9-cu şərtinə, burada deyilir: "Sizin (xristianların - Z.B.)

qohumlarınızdan biri islamı qəbul etmək istəsə, ona mane olmamaq" (Ət-Turtuşi.

Sirac əl-Mülük. Bulaq, 1872, səh. 229-230); müqayisə et: Əli əl-Həmədaninin bəhs

etdiyi müqavilə mətninin 6-cı şərti.

3

Е.А.Бельяев. Мусульманское сектанство, стр.17.




111

Ölkənin cənub hissəsinə gəldikdə isə, burada islam dini İranın

dövlət dinini (zərdüştiliyi) sıxışdırmışdı. Ancaq atəşpərəstlər və

məcuslar (çoxallahlılar) təqib olunurdular, çünki onlar "Kitab əhli"

deyildilər.

Azərbaycan dehqan-feodalları  əvvəllər öz ata-babalarının

dinini müdafiə etməyə cəhd etmiş olsalar da, çox keçmədən yəqin

etdilər ki, öz əvvəlki imtiyazlarını saxlamaq üçün onlara ancaq

ölkədə hakimiyyəti ələ keçirmiş  ərəblərlə  əməkdaşlıq etmək qalır.

Buna görə də Azərbaycanın feodal aristokratiyasının (kəndli kütlələri

hələ bir yana dursun) islam dinini qəbul etməsi prosesi çox tez başa

çatdı, belə ki, cəmi yüz il ərzində, Abbasilərin hakimiyyət başına

keçməsi ilə islam dini zərdüştiliyi tamamilə sıxışdırdı

1

.



Azərbaycanda yalnız ərəb qoşunları və hakimiyyət

idarələrinin əl çatdıra bilmədiyi dağ rayonlarının əhalisi qədim dinə

inanmaqda davam edirdi, çünki ibn Xəldunun sərrast söylədiyi

fıkrinə görə, ərəblər "dağlıq yerlərə deyil, düzənlik yerlərə basqın

etməyə meyil göstərirlər, ona görə ki, bu xalq öz vəhşiliyindən qarəti,

soyğunçuluğu və viran etməyi sevir, dağ yerlərində isə bu məqsədə

nail olmaq asan deyildir"

2

.



Lakin qeyd etməliyik ki, ərəblərin Azərbaycanda "Kitab-əhli"

ilə mülayim rəftar etmələrinin səbəbi bir də odur ki, onlar Bizans

imperiyasına qarşı mübarizədə hərbi əməliyyat meydanı olan

Zaqafqaziya vilayətlərinin strateji əhəmiyyətini yaxşı başa

düşürdülər. Buna görə də işğalçı ərəblərin Zaqafqaziya əhalisi ilə, nə

səbəbə belə "dostcasına iltifatla" rəftar etdiklərini başa düşmək olar.

Şimali Azərbaycanda da islam dini əvvəlki xristian dilini

sıxışdırıb aradan qaldırmağa başlamışdı, lakin Cənubi Azərbaycana

nisbətən müsəlmanlaşdırma prosesi burada uzun sürdü. Arranda

islam dini birinci növbədə o qədər də müqavimət göstərmədən

ərəblərə tabe olan yerli zadəganlar tərəfindən qəbul olunurdu

3

, çünki



1

Yenə orada, səh. 18.

2

İbn Xəldun, I, 125.



3

А.Ю.Якубовский. Ирак на грани VIII-IX вв., стр. 28.




Yüklə 2,81 Mb.

Dostları ilə paylaş:
1   ...   32   33   34   35   36   37   38   39   ...   156




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə