Azərbaycan VII-IX əsrləRDƏ



Yüklə 2,81 Mb.
Pdf görüntüsü
səhifə39/156
tarix01.08.2018
ölçüsü2,81 Mb.
#60576
1   ...   35   36   37   38   39   40   41   42   ...   156

118

hissəsi kimi baxılırdı"

1

 və bu zaman Arran vilayətlərindən Sünik,



Arsax, Uti və başqaları erməniləşdirildi

2

.

Bu iki kilsənin kilsə mübahisələri məsələsi böyük və  ətraflı



tədqiqat tələb edirsə də biz bu barədə qısaca danışacağıq, çünki

Arranın dövlət dini VII əsrdə və sonrakı  əsrlərdə erməni

katolikosluğu üçün böyük cəncəl olub ona daim narahatlıq və

başağrısı vermişdir.

Yuxarıda qeyd edildiyi kimi, Mitilenli Zaxarinin VI əsrə aid

olan "Suriya xronikası"nda deyilir: "Bu şimal tərəfdə (Zaqafqaziyada

Z.B.} özlərinin 24 yepiskopu olan beş dindar xalq vardır. Qurzan da

Ermənistan torpağındadır, onların dili yunan dilinə oxşayır, onların

İran şahına tabe olan xristian padşahı vardır. Arran torpağı da həmin

Ermənistan torpağındadır, onların [öz] dili, dini və xaçpərəst xalqı

vardır, onların da İran şahına tabe olan padşahı vardır".

3

Qurzanın (İberiya, Gürcüstan) və Arranın VI əsrdə öz dilləri



və öz padşahları olduğunu nəzərə alaraq qeyd etmək olar ki, nə

Qurzan, nə Arran etnik və ya siyasi cəhətdən Ermənistanın bir hissəsi

olmamışlar. Burada birlik sırf kilsə birliyi olmuş və 527-ci ildə Dvin

şəhərində çağırılan Alban, İberiya və erməni kilsələrinin

yığıncağında elan edilmişdi; lakin 607-ci ildə həmin Dvində bu

kilsələr erməni kilsəsindən ayrılmışdır

4

.

Bizim üçün isə bu cəhət daha çox əhəmiyyətlidir ki, Suriya



xronikası müəllifi açıqca deyir ki, Arranın öz dili vardı və bu dil

müəllifin xronikada adını çəkdiyi xalqlardan heç birinin dilinə  əsla

1

С.Т.Еремян. Идеология и культура Албании III-VII вв., стр. 328.



2

Kursiv bizimdir. İki müxtəlif anlayış olan erməniləşdirmə və

qriqoryanlaşdırma anlayışlarının qarışdırılması diqqəti cəlb edir. Bu yerdə erməni

kilsəsinin köməyi ilə Arran əhalisinin yalnız qriqoryanlaşdırılmasından danışıla

bilər. S.T.Yeremyanın bu barədəki nöqteyi-nəzəri o qədər də doğru deyildir, çünki

Arran vilayətlərində Sünik vilayəti və Arsaxın xeyli hissəsi, XII əsrin əvvəllərinə

yaxın erməniləşdirilmişdir. B a x: А.С.Вартапетов. Христианские  памятики

Карабаха, л. 8.

3

Из сирийской хроники Захария Митиленского, стр. 114.



4

Histoire de la Siounie, p. 252: İ.A.Cavaxov. Sitat gətirilən əsəri, səh.

445.a



119

oxşamırdı. N.V.Piqulevskaya qeyd edir ki, "VI əsrdə güclü erməni

təsirinə baxmayaraq, bu vilayət (Arran - Z.B.) hələ öz doğma

ləhcəsini saxlamışdı"

1

.

Biz yalnız bunu əlavə edək ki, "güclü erməni təsiri" xeyli



dərəcədə onda ifadə olunurdu ki, ərəblərin basqını və  Ərəb-Bizans,

ondan əvvəl isə, İran-Bizans müharibələri zamanı Arrana külli

miqdarda erməni köçmüşdü və bunlar yerli əhali ilə qarışaraq,

qriqoryan kilsəsinin təlimi və ehkamlarını yaymaqda bu kilsəyə

böyük yardım göstərirdilər. Buna baxmayaraq, təkcə VI əsrdə deyil,

habelə IX-X əsrlərdə Bərdə  ətrafında Arran dili qalmışdı. Orta

əsrlərdəki ərəb müəllifləri və coğrafiyaşünasları (İstəxri, ibn Havqəl,

Müqəddəsi və s.) bildirirlər ki, Arran əhalisi öz Arran dilində

danışırdı. XIII əsrdə Gəncədə yaşamış Kirakos Qandzaketsi yazır ki,

yalnız Alban "rəislərinin", yəni zadəganlarının əksəriyyəti erməni

dilini bilirdi və bu dildə danışırdı

2

.



Müasir tədqiqatçılar (A.Y.Krımski, V.F.Minorski, S.Nəfisi,

Z.İ.Yampolski və s.) da bu fikrə şərikdirlər ki, IX-X əsrlərdə Bərdə

şəhərinin ətrafında Arran dilində danışırdılar; onlar belə güman

edirlər ki, Azərbaycan Respublikasının şimal hissəsində və

Gürcüstanda yaşayan udilər (utilər) Alban dilçiliyi ənənələrinin

bilavasitə davamçıları hesab olunur

3

.

Beləliklə, Arranın öz dili olduğundan bəhs edən həm Suriya



mənbəyi, həm də IX-X əsrlərdəki ərəb müəlliflərinin verdiyi

məlumat belə bir həqiqəti təsdiq edir ki, Arran nə etnik, nə də siyasi

cəhətdən Ermənistan və ya onun bir hissəsi olmamışdır, yalnız eyni

adlı bir kilsəyə mənsubiyyət buna səbəb olmuşdur ki, suriyalılar

1

Н.В.Пигулевская. Сирийский  источник VI в. о  народах  Кавказа,



стр.109.

2

Киракос Гандзакеци, səh 99.



3

А.Крымский. Страницы  из  истории  Северной  или  Кавказского

Азербайджана, стр. 372; Səid Nəfisi.Babək xürrəmdin. Tehran, 1333, səh.21.



120

Arran və Qurzanı Ermənistanın tərkibinə daxil etmiş və Ermənistan

adlandırmışlar.

VIII əsrin əvvəllərində erməni katolikosu İlya, xəlifə Əbd ül-

Malikə (685-705) xəbərçilik edib bildirmişdi ki, albanlar Xilafət

əleyhinə Bizansla ittifaq bağlayırlar. Onda, Əbd ül-Malik ərəblərin

hərbi siyasi qüdrətinə istinad edərək, Arran katolikoslarını  İlyaya

tabe etdi. Ermənistan, Arran və İberiya torpaqlarının Suriya və ərəb

mənbələrində "Arminiya" adlandırılması yalnız onların inzibati

birliyini və Ermənistan katolikosluğunun iddialarına iltifatla yanaşan

Xilafətdə erməni keşişlərinin yaxınlığını ifadə edirdi

1

. Alban



(diofızit) kilsəsinin Bizansdan kömək umub ona arxalanması

ərəblərin heç xoşuna gəlmirdi. Buna görə də  ərəblər erməni

katolikosluğunun xahişlərini böyük həvəslə qəbul edir və beləliklə,

bir oxla "iki dovşan" vururdular, yəni Zaqafqaziyada Bizansın

mənafeyini sarsıdır və qriqoryan keşişlərindən yardım görürdülər; bu

keşişlər isə Arranda öz mənafelərini yeridirdilər.

Erməni katolikosu İlyanın xəlifə  Əbd ül-Malik ilə yazışması

aşağıda verilir.



Erməni katolikosu İlyanın Əbd ül-Malik Əmir əl-

Mömininə məktubu

"Hökmdar Əbd ül-Malik

2

 Əmir  əl-Mömininə  erməni

katolikosu İlyadan.

Qadir Allahın iradəsi ilə bizim tabe ölkəmiz Sizə qulluq edir.

Biz və Alban kilsəsi bir ilahi İsa dininə etiqad edirik. Partav taxtında

oturan indiki Alban katolikosu yunan imperatoru ilə sazişə girib öz

ibadətlərində onun adını çəkir və ölkəni məcbur edir ki, hamı dini

etiqadda ona qoşulsun və onun himayəsini qəbul etsin.

İndi qoy bu Sizə məlum olsun, ta bu barədə qərar qəbul

edəsiniz, çünki bu bədəfkarlıqda onun bir əyan qadın həmfikri də

1

История Агван, стр. 237; Киракос Гандзакетси, səh. 101.



2

Vardan (səh. 92) və Drasxanakertli İohannes (səh. 78}onu səhv olaraq

Ömər (II. 717-720) adlandırırlar.



Yüklə 2,81 Mb.

Dostları ilə paylaş:
1   ...   35   36   37   38   39   40   41   42   ...   156




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə