Azərbaycan VII-IX əsrləRDƏ



Yüklə 2,81 Mb.
Pdf görüntüsü
səhifə42/156
tarix01.08.2018
ölçüsü2,81 Mb.
#60576
1   ...   38   39   40   41   42   43   44   45   ...   156

127

digər vilayətlərdə isə Alban dili X əsrdən sonra yox olmağa başladı.

Lakin qriqoryanlaşdırma prosesi albanların kəskin müqavimətinə rast

gəldi, buna görə də bu çox uzun sürdü. XIII əsrdə Gəncədə yaşamış

Kirakos Qandzaketsi yazır ki, "...erməni dilini yalnız Alban

"rəislərinin" əksəriyyəti, yəni zadəganlar bilir və bu dildə danışırdı.

Deməli, hətta XIII əsrdə Arran əhalisinin hamısı erməni dilini bilmir

və öz ana dilində danışırdı. Bunu S.T.Yeremyan da təsdiq edir və bu

nəticəyə gəlir ki, "Alban ədəbiyyatı" yenə də (!) yaşayırdı"

1

.



Arranın dağlıq vilayət və rayonları olan Sünik

2

, Arsax,



Xaçen, Şəki, Girdiman əhalisi ilə indiki Gəncə, İsmayıllı, Qəbələ,

Oğuz rayonlarının və Azərbaycan Respublikasının bir sıra digər

rayonların əhalisi, həmçinin Ermənistan Respublikasında Sisian,

Basarkeçər və digər rayonların bəzi kənd yerlərinin əhalisi indi

erməni olsa da, bu əhalinin adət və ənənələri, qonşuluqda yaşayan və

ata-babaları müxtəlif səbəblər üzündən müsəlman olan

azərbaycanlıların adət və ənənələrinin eynidir. Bu rayonların əhalisi

məhz onlardır ki, “erməni dini kilsəsinə qoşulmuş və ermənilərlə

qarışmışlar”

3

.



İ.P.Petruşevski haqlı olaraq göstərir ki, erməni kilsəsi

Albaniyada "ölkəni erməniləşdirmək aləti olmuşdur. Onun bu rolu

VIII əsrin başlanğıcından etibarən xüsusilə nəzərə çarpır, yəni o

zamandan sonrakı erməni monofızit katolikosu Yegi xalkedonçuluq

edən Alban katolikosu Nersesi (Bakuru) ərəb xəlifəsinin köməyi ilə

devirmişdi və Albaniyada ruhanilər və knyazların bir hissəsinin,

Alban kilsəsinin erməni kilsəsindən müstəqilliyini qorumaq cəhdini

əks etdirən xalkedonçuluq (pravoslav, yunanpərəst, gürcüpərəst)

hərəkatı ermənipərəst monofızitlər tərəfındən yatırılmışdır"

4

.



N.Y.Marr da vaxtilə göstərmişdir ki, Albaniya ərəb

xəlifələrinin köməyi ilə "Ermənistanın antixalkedon kilsəsinin əlinə

1

Yenə orada, səh. 329.



2

Sünikin Alban vilayəti olması barədə b a x: Feofon.

3

A.İohannesyan. Sitat gətirilən əsəri, səh, 130.



4

И.П.Петрушевский. О  дохристианских  верованиях  крестьян

Нагорного Карабаха, стр. 8.



128

keçmişdir"

1

. Ruhanilərin başına əl qoyub onları keşişliyə keçirmək



hüququ Alban katolikoslarından erməni katolikoslarına keçdi və

bundan sonra Arranda xalkedonçuluğa rəğbət bəsləyənlər "qılıncla və

əsarətdə məhv edilməli"

2

 idi. Tədqiqatçıların bir hissəsi arasında



geniş yayılan "erməni Albaniyası", "erməni albanları"

3

 kimi adlar elə



buradan törəmişdir.

Beləliklə, aydın olur ki, nə Arsax və nə də  əhalisi

erməniləşdirilmiş albanlardan, hazırda isə ermənilərdən ibarət olan

digər vilayət və rayonlar "heç bir zaman erməni mədəniyyəti

mərkəzlərinə mənsub olmamışdır. Erməni kilsəsi heç olmazsa

Sünikdə Orbeli naxararları dövründə və ondan sonra göstərdiyi

mədəni təsiri Arran xalqlarının erməniləşmiş nəsilləri arasında

göstərə bilməmişdir."

4

Beləliklə, erməni kilsəsi "Albaniyanın bütün kilsələrində



sülh"ü yalnız yadelli işğalçıların köməyi ilə bərqərar etmişdi

5

.



Erməni katolikosluğu və naxararlarının mənafeyi hər dəfə tələb

etdikdə erməni kilsəsi həmişə yadelli işğalçıların köməyinə  əl atır,

1

Н.Я.Марр. Аркаун, монгольское  название  христиан  в  связи  с



вопросом об армянах-халкедонитах, т.XIII, 1906, стр. 7.

2

История Агван, стр. 240-247/192-198.



3

К.П.Патканов. Ванские  надписи  и  значение  их  для  истории

Передней Азии, стр. 338-339.

4

İ.P.Petruşevski. Sitat gətirilən əsəri, səh. 13. B a x: Н.Адонц. Армения



в эпоху Юстиниана (стр. 225): "Arsax həmişə erməni təsiri dairəsindən kənarda

olmuşdur". Belə fikirlər söyləndiyi halda, başa düşmək olmur, nə səbəbə

A.L.Yakobson, məsə-lən, iddia edir ki, Arsax (və Xaçen) qədim erməni

vilayətləridir (və ya knyazlıqlarıdır), halbuki onun özü Alban Qandzasar

məbədindən (monastırından deyil) bəhs edərkən təsdiq edir ki, bu məbəd "XIX

əsrədək Alban katolikosunun kafedrası olmuşdur (b a x

А.Л.Якобсон. Из истории армянского средневекового зодчества, стр. 144)

5

История Агван, стр. 247.




129

"xaç bayrağı ilə öz yolu üzərində tarixi Aqvaniya və onun bir hissəsi

olan Qarabağ (Arsax) xalqlarını" yox edirdi

1

.



N.Vartapetov qeyd etdiyi kimi, erməni kilsəsi "həmişə özü

üçün yeni şəraitə bacarıqla uyğunlaşırdı və siyasi vəziyyətdən asılı

olaraq, Səfəvilərə, sonra da rus çarına qulluq göstərirdi; necə ki,

vaxtilə eynilə həmin qaydada hərəkət edib Bizans imperatorları,

İranın Sasani şahları, ərəb xəlifələri, monqollar və digərləri

qarşısında baş əymişdi"

2

.

3. Azərbaycan Əməvilər xilafəti tərkibində



(VIII əsrin I yarısı)

Təxminən 681-ci ildə knyaz Cavanşir bizanspərəst əhvali-

ruhiyyəli Arran knyazlarının gizli qəsdi nəticəsində öldürüldü

3

.



Knyaz Cavanşir öldürüləndən sonra, Arran knyazlıq taxtını  ələ

keçirmək üstündə ölkədə daxili çəkişmə və vuruşmalar başlandı; bu

çəkişmədə knyazlar və ruhanilərdən başqa, "silahlı camaat" da iştirak

edirdi


4

. Xalq kütlələrini sakitləşdirmək üçün, paytaxt şəhəri Bərdəyə

zadəgan nəsillərinin başçıları, hökmdarlar, canişinlər, əyanlar,

naxararlar və ölkənin hıər yerindən knyazlar toplandılar; onlar

katolikos Yeliazarla birlikdə vəliəhd seçmək barəsində

məsləhətləşməyə başladılar. Onlar "razılaşdılar ki, [taxta] baş

naxararlardan birini, imperatorun verdiyi ekskonsul [apoipat] titulu

1

А.С.Вартапетов. К  вопросу  об  историческом  исследовании



христианских памятников Народного Карабаха, в I; yenə onun: Христианские

памятники Карабаха, л. 9.

2

А.С.Вартапетов. Христианские памятники Карабаха, стр. 11



3

Bu əhvalat, Alp İlitverin komandanlığı ilə xəzərlərin ölkəyə basqınından

bir az əvvəl,  681-ci ilin 9 iyun-23 dekabr arasında və yəqin 680-cı ilin

sentyabrından sonra baş vermişdir. B a x: История Агван, стр. 185.

4

История Агван, стр. 182/145.




Yüklə 2,81 Mb.

Dostları ilə paylaş:
1   ...   38   39   40   41   42   43   44   45   ...   156




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə