Azərbaycan VII-IX əsrləRDƏ


 Ərəb-Xəzər müharibələri və Azərbaycan



Yüklə 2,81 Mb.
Pdf görüntüsü
səhifə45/156
tarix01.08.2018
ölçüsü2,81 Mb.
#60576
1   ...   41   42   43   44   45   46   47   48   ...   156

136

4. Ərəb-Xəzər müharibələri və Azərbaycan

Xəlifə I Validin hökmranlığı illərində (705-715) ərəblər

tədriclə  şimala keçməyə başladılar. Lakin I Valid xəzərlərə qarşı

ciddi hücuma başlamazdan əvvəl öz arxasını: Arranı, Şərqi

Gürcüstanı və Ermənistanı bu ölkələrdə olan yerli bizanspərəst

hakim və knyazların gizli qəsdlərindən təhlükəsiz hala gətirməli idi.

İlk növbədə erməni naxararlarına qarşı cəza tədbirləri görülmüşdü.

Xəlifə sərkərdəsi Məhəmməd ibn Mərvan yunan-erməni qoşunlarını

darmadağın etdikdən sonra təslim olmayan bütün erməni

başçılarından 800 nəfəri aldadıb əsir etdi və Naxçıvan hakimi

Hişama (?)

1

 əmr etdi ki, onları kilsəyə salıb yandırsın. Bu qayda ilə



də 400 nəfər məbəddə yandırıldı

2

.



Bu hadisələrdən sonra 89 (707-708)-cu ildə, Təbərinin verdiyi

məlumata görə, xəlifənin qardaşı Məsləmə ibn Əbd-ül-Malik

Azərbaycanda təslim olmamış bütün qala və şəhərləri tutub, türklərlə

vuruşa-vuruşa Bab ül-Əbvaba çatdı

3

.

Hicri 91 (709-710)-ci ildə Məsləmə ibn Əbd-ül-Malik



türklərə qarşı yeni hücuma keçdi və "Azərbaycan vilayətində əl-Baba

çatdı, burada şəhər və qalaları aldı"

4

. Lakin erməni erasının 158



(2.06.709-1.06.710)-ci ilində "xəzər hökmdarı 80 min nəfərlik

qoşunla yürüş etdi və Albaniyanı tutdu"

5

, yəni ərəblər Dərbənddən



qovuldular və Arrandan Azərbaycana geri çəkildilər. İki il sonra

(711) xəlifə  Əbdül-Əzizin canişini ibn Xatim əl-Bəhili Arran

paytaxtı Bərdəyə gəldi və xəzərlərə qarşı yeni hücum hazırlayaraq,

1

Asogik, səh. 92.



2

История  Агван, səh. 259; Asogik, səh. 92-93; Gevond, səh. 22-24;

Vardan, səh. 91-92; Q.Artsruni, səh. 93.

3

Ət-Təbəri, II, 1200; İbn əl-Əsir, IV, səh. 428.



4

Ət-Təbəri, II, 1217; İbn əl-Əsir, IV, səh. 439.

5

История Агван, стр. 260; əl-Məkin, səh. 62.




137

yenidən Kürün o tayına keçdi

1

. Yəqin bu, ərəb qoşunlarının Dərbənd



üzərinə yeni hücumu idi, çünki Təbəri bildirir ki, hicri 92 (710-711)-

ci ildə  ərəb ordusu Dərbəndə çatdı, lakin şəhəri yalnız 714-cü ildə,

xəlifə I Validin hökmranlığının axırıncı ilində ala bildi

2

. Məsləmə



714-715-ci ildə Dərbənd üzərinə yenidən hücuma keçdi, onu

dağıdaraq, xaqanlığın ərazisinə soxuldu. Burada xəzərlər Məsləmənin

ordusu ilə vuruşmağa başladılar və  ərəblər geri çəkildilər. Ərəblər

geri çəkilərkən onları "Alban patrisilərindən..." Eranşahik Vaçaqanın

komandanlığı altında olan Arran qoşunları arxadan mühafizə edirdi.

"Xəzərlər onun üzərinə atıldılar, lakin məğlub edilib qaçmağa

başladılar"

3

.



Asogik və Gevond bildirirlər ki, Məsləmənin komandanlığı

ilə ərəblərin Dərbənd üzərinə hücumu xəlifə Süleymanın (715-717)

hökmranlığının "üçüncü ilində" (Asogik) və ya "ikinci ilində"

(Gevond) başlandı

4

. Şəhər üstündə vuruşma gecə-gündüz davam etdi



və ertəsi gün səhərçağı Dərbənd alındı. Ərəb ordusunda 6 min nəfər

var idi və hər birinə çoxlu qənimət düşdü. Məsləmə  Əbd əl-Əzizi

Arranda qoyub özü Dəməşqə qayıtdı

5

.



Xəlifə II Ömərin (717-720) hökmranlığının birinci ilində

xəzərlər ərəblərə qarşı böyük hücumlara başladılar

6

. Xəzərlər



Arrandan keçib Azərbaycana soxuldular və işğal edərək ərəb

qoşunlarından bir qədər qırdılar. Bu hadisəni Təbəri belə qeyd edir:

"Bu il [99(717-718)-cu il] türklər Azərbaycana hücum edib bir qədər

müsəlman qırdılar və onlara ziyan yetirdilər. Ömər ibn Əbdül-Əziz

1

Yenə orada, səh. 260/209.



2

Ət-Təbəri, II, 1217.

3

История Агван, стр. 260-261.



4

Asogik, səh. 27-28; Gevond, səh. 95. Hər iki müəllif bildirir ki, ərəblər

Dərbənd qala hasarlarını dağıdarkən üzərində aşağıdakı yazı olan bir daş tapdılar:

"İmperator hökmdar Markian (450-457) bu şəhər və qalanı saldı və buna öz

xəzinəsindən çoxlu talant (pul vahidi - mütərcim) sərf etdi. Sonralar İsmayıl

övladları [ərəblər] onları dağıdıb öz pulları ilə yenidən quracaqlar".

5

A.Bakıxanov. Gülüstani-İrəm, səh. 53-54.



6

M.Kmoşko. Araplar ve Hazarlar, s. 135-136.




138

onlara qarşı Xatim ibn əl-Noman d-Bəxilini göndərdi. O həmin

türkləri qırdı və  əsir düşən 50 nəfərdən başqa heç kəs canını

qurtarmadı; o, bu əsirləri Xunasirə Ömərə göndərdi"

1

.

II Yəzidin (720-724) hökmranlığı zamanı 722-723-cü illərdə



xəzərlər qıpçaq və digər türk tayfalarının köməyi ilə təqribən 30 min

nəfərlik ordu ilə yenidən Arrana soxuldular

2

 və onun ərazisindən



keçərək Ermənistana girdilər. Mərc əl-Həcərdə bunları Sübeytə  ən-

Nəhraninin komandası altındakı  ərəb ordusu qarşıladı

3

. Ərəblər



məğlub edildilər və onların ordugahı xəzərlərin əlinə keçdi.

Həmin ildə II Yəzid əl-Cərrah ibn Abdullah əl-Həkəmini

Azərbaycan və Ermənistana hakim təyin etdi və ona 25 min nəfərlik

qoşun verib, əmr etdi ki, xəzərlərə qarşı hücuma başlasın

4

. Lakin


xəzərlər böyük ərəb ordusunun hücuma keçdiyi xəbərini alıb

Dərbəndə tərəf çəkildilər. Cərrah Bərdəyə yaxınlaşdı, orduya

istirahət verdi, sonra Kürdən keçərək, Dərbəndə yaxınlaşdı. Xəzərlər

xaqanın oğlu Barcikin

5

 komandası altında 40 min nəfərlik ordunu



Cəraha qarşı çıxartdılar. Vuruşma nəticəsində xəzərlər məğlub

edildilər, onlardan çoxu əsir düşdü. Ərəblər Xamzin

6

 və  Tarqu



7

şəhərlərini tutdular və Balancara çatdılar

8

. Qala qarnizonu qısa



1

Ət-Təbəri, II, 1346; İbn əl-Əsir, V, 31

2

Bal'ami. Chronicle, ed. B. Dorn. Nachrichten uber die Ghazaren. St- P.,



1844, p-510 (sonralar-Bələmi).

3

Ət-Təbəri, II, 1453; İbn əl-Əsir, V, 82-83.



4

Yenə orada, 83-84.

5

Bələmi (səh. 510): "Barxabak"; "Dərbəndnamə" (səh. 72); "Paşenk"; İbn



Əsam (vər. 180 a): "Barsbik", Gevonda görə (səh. 71) xaqanın anası "Parsbit"

adlanır. Bartolda görə (Türküstan, səh. 79). Xaqanın oğlunun adı gərək "Barcinq"

olsun, bu Aral dənizinin şərqində Barciq Liq kənd adı ilə  əlaqədardır. B a x:

V.Minorsky. A New Book, p, 126.

6

İbn Əsam (vər. 180 a): "Xasin"; İbn əl-Əsir (V, 84); "əl-Hüseyn".,



7

İbn əl-Əsir, V, 84; "Yarqu".

8

Ə

T



-T

ƏBƏRI


, II, 1453; əl-Mekin, səh. 79.


Yüklə 2,81 Mb.

Dostları ilə paylaş:
1   ...   41   42   43   44   45   46   47   48   ...   156




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə