Azərbaycan VII-IX əsrləRDƏ



Yüklə 2,81 Mb.
Pdf görüntüsü
səhifə46/156
tarix01.08.2018
ölçüsü2,81 Mb.
#60576
1   ...   42   43   44   45   46   47   48   49   ...   156

139

vuruşmadan sonra təslim oldu və ərəblər çoxlu qənimət əldə etdilər

1

.

Cərrah bu şəhərlərin əhalisini Arran ərazisinə, xüsusilə Qəbələ



mahalına köçürtdü, burada xəzərlərin məskən saldığı kəndlər var idi

2

.



idi

2

.



İbn əl-Əsirin verdiyi məlumata görə, hər bir ərəb atlısı

Balancar vuruşmasından sonra qənimət olaraq 300 dinar almışdı

3

.

Yenə də ibn əl-Əsirin verdiyi məlumata görə, ərəb ordusunda 30 min



atlı olduğunu nəzərə alsaq, xəzərlərdən alınan pulun böyük bir

məbləğ təşkil etdiyini görərik. Ərəblər xəzərlərdən çoxlu əsir aldılar.

Balancardan sonra Cərrahın ordusu Vabandar (ya da

Vananlar)

4

 şəhərini aldı; burada 40 min türk evi var idi, bu ordu



xaqanlıq ərazisində daha bir neçə yürüş etdikdən sonra, qışlamaq

üçün Şəki vilayətinə çəkildi.

Hicri 107 (725-726)-ci ildə xəlifə Hişam (724-743) Cərrahı

vəzifədən kənar edərək Ermənistan və Azərbaycan hakimi vəzifəsinə

öz qardaşı Məsləmə ibn Əbd-ül-Maliki təyin etdi

5

.



Hicri 108 (726-727)-ci ildə xəzərlər "xaqanın oğlunun"

komandası altında Arrana növbəti hücum etdilər. Ölkəni işğal

etdikdən sonra Azərbaycana tərəf yeridilər və orada bəzi şəhərləri

mühasirəyə aldılar. Əl-Haris ibn Əmra ət-Tainin komandası altında

ərəb ordusu onlara qarşı hücuma keçdi. Xəzərlərin qarşısı alındı,

onlar məğlub edilib Arazın o tayına qovuldular, oradan isə geri

çəkilməyə məcbur oldular

6

.



1

Əl-Bələmi, səh. 522-524; İbn Əsam, vər. 180a-181.

2

Əl-Bəlazuri, səh. 194. b a x: A. Bakıxanov. Sitat gətirilən əsəri, səh, 55.



3

 İbn əl-Əsir, V, 84; M.Kmoşko (səh. 152) 30 dinar göstərir.

4

İbn əl-Əsir, V, 84; Vardan (səh. 95): "Varaçan"'. Bu şəhər haqqında b a



x: М.Артамонов. Очерки…, стр. 1-49; История хазар, стр. 207-208.

5

Məsləmə haqqında b a x: İbn əl-Əsir, V, 102.



6

Ət-Təbəri bu hadisə üçün hicri 108 (729/130)-ci ilini göstərir: İbn əl-

Əsir, V, 104; Feofan, səh. 340-341; "Həmin [728] ildə xəzər şahzadəsi xaqanın

oğlu Midiyaya [Azərbaycana] böyük hücum etdi. Xəzərlər Midİya əyalətlərini

viran etdilər".



140

727 və 728-ci illərdə Məsləmə ibn Əbd-ül-Malik

Azərbaycandan iki dəfə xəzərlərin üzərinə hücum etdi

1

. O, xaqanlıq



ərazisinə basqın edib, müxtəlif yaşayış məntəqələrinə hücumlar edir,

əsir və qənimətlərlə geri qayıdırdı

2

.

729-730-cu illərdə Hişam Məsləməni geri çağırdı və  əl-



Cərrah ibn Abdullah əl-Həkəmini yenidən Ermənistan və

Azərbaycanın hakimi təyin etdi; o isə çox çəkmədən yenidən şimala

doğru hücuma başladı

3

.



730-731-ci illərdə xəzər və türklərin 300 min nəfərlik ordusu

4

ordusu



4

 Barcikin komandası altında ərəblərə qarşı  əks-hücuma

başlayıb Dərbənd, Daral və digər keçidlərlə Arran ərazisinə soxuldu

5

.



soxuldu

5

. Əl-Cərrah öz qoşunlarını Bərdə yolu ilə Ərdəbilə çəkdi və



orada hadisələrin inkişafmı gözləməyə başladı.

Xəzərlər ərəb qoşunlarının harada yerləşdiyini bir gürcü

knyazından öyrəndilər

6

. İki ordu Araz sahilindəki Varsanda üz-üzə



gəldi. Ərəblər xəzərlərin üstün qüvvələrinin təzyiqi altında Ərdəbilə

tərəf çəkildilər; burada Savalan dağı yaxınlığında onların arasında bir

gecə-gündüz davam edən böyük vuruşma oldu. Ərəblər tamamilə

məğlub edildilər, əl-Cərrah öldürüldü

7

.

Xəzərlər uzun mühasirədən sonra Ərdəbili aldılar, şəhərin kişi



əhalisini qırdılar, qadın və uşaqları isə  əsir apardılar

8

. Sonra xəzər



1

İbn əl-Əsir, V, 108, 115.

2

Ət-Təbəri, II, 1500-1506; əl-Yəqubi, II, 315; İbn əl-Əsir, V, 108, 115;



Feofan, səh. 341.

3

История Агван, стр. 209-210; ət-Təbəri, II, 1527; İbn əl-Əsir, V, 117.



4

Gevond, səh. 71-72; ət-Təbəri, II, 1530-31; İbn əl-Əsir, V, 118.

5

Bələmi, səh. 517.



6

Yenə orada, səh. 516.

7

История  Агван, стр. 261; əl-Malik, səh. 79; ət-Təbəri, II, 1521; əz-



Zəhəbi, səh. 56; Dərbəndnamə, səh. 175-176; İbn əl-Əsir, V, 118; "Aqvan tarixi"nə

görə  əl-Cərrah erm. erasının 179 (28.05.730-27.05.731)-cu ilində, ərəb

mənbələrinə görə hicri 112 (26.03.730-14.03.731)-ci öldürülmüşdür (Baratov. Sitat

gətirilən əsərisəh. 79).

8

İbn əl-Əsir, V, 112, Feofan, səh. 626; Gevond, səh. 72,




141

ordusu Azərbaycanı viran etdi, ölkənin şəhər və qalalarını bir-birinin

ardınca tutub Diyarbəkrə və Mosula çatdı

1

.



Gevond xəzərlərin basqını haqqında belə məlumat verir.

"Onlar Hunlar torpağından, Cor [Dərbənd] keçidindən, Maskutlar

torpağından keçərək Paytakaran [Beyləqan] ölkəsinə basqın etdilər;

Araz çayından keçib İrana [Azərbaycana] getdilər, Artaveti

[Ərdəbili], Qandzak-Şahastanı, Atşi-Baquan adlanan vilayəti, Spatar-

Perozu və Ormizd-Perozu dağıtdılar"

2

.

Xəzərlərin belə sürətli hücumu xəlifəni və onun saray əhlini



çox çaşdırdı. Hişam ərəb qoşunlarının baş komandanı vəzifəsinə Səid

ibn Əmr ül-Xəraşini təyin etdi və o dərhal 30 minlik ordu ilə

xəzərlərə qarşı yola çıxdı. Səid xəlifədən məxaric üçün 100 min

dirhəm pul da aldı

3

.

Ərəblər Van gölü yaxınlığındakı Xilat şəhəri hasarları



qabağında xəzərlərlə qarşılaşdılar

4

.  Ərəblər  hücumla  şəhəri  alıb



xəzərləri təqib etməyə başladılar. Onlar Bərdə üzərinə hücuma

keçərkən yolda bütün qalaları dağıdırdılar. Ərəblər "onları [xəzərləri]

tamamilə məğlub edib onların bayrağını  aldılar; bayrağın mis təsviri

indiyədək Xəraşi dəstəsində onların əcdadının igidliyi şərəfinə

saxlanılır"

5

.



Bərdədə Səid şəhər əhalisi qarşısında nitq söyləyib, onları

xəzərlərdən gözlənilən böyük təhlükə qarşısında birləşməyə çağırdı.

O, xüsusilə Arran paytaxtının zəngin sakinlərinə müraciət edərək,

vəsait verməkdə xəsislik etməməyi onlardan xahiş etdi

6

.

Sonra Səid Beyləqana getdi, şəhəri alıb Varsana gəldi,



buradan da xəzərlərin qarnizonunu qovdu.

1

Əz-Zəhəbi, səh. 56-57; İbn əl-Əsir, V, 118.



2

Gevond, səh. 72.

3

Bələmi, səh. 520.



4

İbn əl-Əsir, V, 118.

5

Gevond, səh. 72.



6

Dərbəndnamə, səh. 117-178; A. Bakıxanov. Sitat gətirilən əsəri, səh. 56.




Yüklə 2,81 Mb.

Dostları ilə paylaş:
1   ...   42   43   44   45   46   47   48   49   ...   156




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə