Azərbaycan VII-IX əsrləRDƏ



Yüklə 2,81 Mb.
Pdf görüntüsü
səhifə47/156
tarix01.08.2018
ölçüsü2,81 Mb.
#60576
1   ...   43   44   45   46   47   48   49   50   ...   156

142

Xəzərlər Barcikin komandası altında 100 min nəfərlik qoşunu

Səid ordusuna qarşı göndərdilər. Beyləqan yaxınlığındakı çayın

kənarında

1

baş verən vuruşma nəticəsində xəzərlər darmadağın



edildi. Barcikin özünü isə Səid atdan saldı və başını kəsərək Hişama

göndərdi


2

.

Ərəblər xəzərlərin üzərində böyük qələbə çaldılar, çoxlu



qənimət ələ keçirdilər. Hər bir ərəb əsgərinə mükafat olaraq, azı 1700

dinar (!) verildi

3

.

Yenə də hicri 112 (730-73l)-ci ildə xəlifə Hişam əl-Xəraşini



paytaxta çağırdı. Məsləmə ibn Əbd ül-Maliki Ermənistan və

Azərbaycana hakim təyin etdi; o dərhal xəzərlərə qarşı hücuma

başladı və qışa yaxın Dərbəndə çatdı

4

. Hicri 113 (731-732)-cü ildə



Məsləmə daha irəliyə doğru hücum edərək, Balancara çatdı; buradakı

vuruşmada xaqanın ikinci oğlu öldürüldü

5

.

Yenə də hicri 113-cü ildə xəzərlər yenidən Arrana



soxuldular

6

, lakin Dərbənddə məğlub edildilər. 1000 nəfər öz ailələri



ailələri ilə birlikdə əsir düşdü

7

.



Sonrakı hicri 114 (732-733)-cü ildə

8

 ərəblər Hişamın Cəzirə,



Azərbaycan və Ermənistan hakimi təyin etdiyi Mərvan ibn

Məhəmmədin komandası altında xəzərlərə qarşı hücuma keçdilər.

Mərvanın qərargahı Kasalda (Qazaxda) idi

9

, buradan Bərdəyə 40



fərsəx  və  Tiflisə  20  fərsəx  yol  var  idi

10

.  O,  buradan  Daryal  keçidi



1

 İbn əl-Əsir, V, 120; Dərbəndnamə, səh. 178-180

2

Əl-Yəqubi, II, 381.



3

Bələmi, 531; A. Bakıxanov. Sitat gətirilən əsəri, səh. 57.

4

Ət-Təbəri, II, 1531-1532; İbn əl-Əsir, V, 120; Kitab əl-Uyun, səh. 90.



5

Ət-Təbəri, I, 1560; Kitab əl-Uyun, səh. 90; İbn ət-Əsir, V, 129-130.

6

Ət-Təbəri, II, 1560; İbn əl-Əsir, V, 120; əl-Yəqubi, II, 381.



7

Bəlaziri, 207; Bələmi, 533-534.

8

Ət-Təbəri, II, 1562; İbn əl-Əsir, V, 131-132; Kitab ol-Uyun, səh. 90.



9

Kasal haqqında b a x: V.Minorsky. Kasal (Kazah), p. 120-123.

10

Əl-Bəlazuri, 207. Vardan (səh. 95) deyir ki, "Mərvan hun şəhəri



Varaçana hücum etdi və oradan qələbə ilə qayıtdı".


143

vasitəsi ilə xəzərlərin diyarına hücuma keçdi, qoşunun digər

hissəsinə isə əmr etdi ki, Dərbənddən hücuma keçsinlər. Bəlazurinin

dediyinə görə, ərəblərin gücündən qorxuya düşən xaqan sülh istədi,

Mərvan isə  əsir aldığı xəzərləri "Samur ilə  Şabiran arasında

düzənlikdə Lakzlar vilayətində yerləşdirdi"

1

. Gevond bildirir ki,



Varaçan şəhərini alan Mərvan böyük qənimət əldə etdi və "Hunlar

ölkəsindən şanlı qələbə ilə qayıtdı. Partav şəhəristanına [paytaxtına]

çatan Mərvan qənimətin beşdə birini və əsirləri öz hökmdarı Geşama

[Hişama] gondərdi və ona məktub yazıb qələbə haqqında məlumat

verdi"

2

.



Xaqan islam dinini qəbul etdi, Mərvan isə "Şirvan

hökmdarına (Şirvanşaha - Z.B.) bir vəzifə olaraq tapşırdı ki,

müsəlman ordusu xəzər diyarına hücum edərkən qoşunun qabağında

getsin, bu ordu oradan qayıdarkən arxada gəlsin"

3

.

Sonrakı iyirmi il ərzində  Əməvilər sülaləsi devrilənədək



xəzərlər ərəblərin nəzarəti altında idi. Abbasilər hakimiyyət başına

gələndə xəzərlər Xilafətdə baş verən hadisələrdən istifadə edərək, öz

paytaxtlarında xəlifə nümayəndələrini öldürüb, bir müddət müstəqil

oldular.


Bizans da Xilafətdəki daxili çəkişmələrdən istifadə edərək,

Zaqafqaziyada öz hərbi və diplomatik fəaliyyətini gücləndirdi.

Xəlifə Mənsur (754-775) hakimiyyət başına gələn kimi,

ərəblər Bizansa qarşı dərhal əks-tədbir gordülər, "Mənsur xəlifə

olanda Yəzid ibn Useyd əs-Sulamini Azərbaycan və Ermənistana

hakim təyin etdi. O, [Yəzid] Bab əl-Lanı [Daryal] tutdu və orada

muzdlu əsgərlərdən ibarət qarnizon yerləşdirdi. Sonra o, sanarları

tabe etdi və onlar xərac verməyi öhdələrinə götürdülər. Bu zaman

Mənsur ona  məktub yazaraq əmr etdi ki, xəzər padşahı ilə qohum

olsun. Yəzid bu əmri yerinə yetirdi"

4

. Bu, şübhəsiz, onu göstərir ki,



1

Əl-Bəlazuri, 208; İbn əl-Əsir, V, 132.

2

Gevond səh. 80-81.



3

Əl-Bəlazuri, 209; əl-Yəqubi, II. 382; İbn əl-Əsir, V, 133

4

Əl-Bəlazuri, 209-210; əl-Yəqubi, II, 446-447.




144

xəzərlər yenidən qüvvətlənmişdilər və Bizansdan kömək görüb təhrik

edilərək, Xilafətin mənafeyi üçün təhlükə təşkil etməyə

başlamışdılar. Mənsur bununla hesablaşmalı idi, çünki Bərdədə olan

Yəzidə göndərdiyi başqa bir məktubda belə yazmışdı: nə qədər ki,

xəzərlər fəaldır, Azərbaycan onun canişinliyi üçün rahat yer

olmayacaqdır – "mən sənin üçün və bütün sənin vilayətin üçün

xəzərlər tərəfindən gələn təhlükədən ehtiyat edirəm"

1

.

Yəzid ibn Useyd xəzər xaqanının qızı ilə evləndi. Bu qadın



"onun üçün bir oğlan doğdu, lakin uşaq öldü; anası da doğum zamanı

öldü"


2

. Bu hadisə haqqında Gevond belə məlumat verir: "Yəzid öz

hökmranlığı zamanı, Xaqan adlanan Şimal padşahının yanına elçilər

göndərdi ki, onunla qohum olsun, beləliklə də, onunla və xəzər

qoşunları ilə sülh şəraitində dolansın. Xəzər padşahı öz qızı Xatunu

ona verməyə razı oldu"

3

.

Xəzərlərin arasında belə bir şayiə yayıldı ki, Xaqanın qızını



və uşağı  ərəblər özləri öldürmüşlər. Bundan bir az sonra Xaqan

ərəblərə qarşı müharibəyə başladı. "Xaqan güclü qoşun toplayaraq,

onu Xatirlitber nəslindən olan sərkərdə Raj Tarxana [ərəbcə Rəs

Tarxana] tapşırdı və Yəzidin idarə etdiyi bizim ölkəyə göndərdi.

Xəzərlər böyük Kür çayının şimal tərəfınə səpələnərək, bir çox

vilayətləri

4

,  hamısı  Albaniya  vilayətləri  olan  Xecar,  Qala,  Ostan-i



Marzpanyan

5

, Xaband



6

, Qelave, Şake, Biyes, Xeni, Kambexçan

7

,

Xozmas vilayətlərini tutdular; çox gözəl Balasakan çöllərini də



tutdular

8

 və saysız-hesabsız mal-qara və ilxı apardılar



1

. Bundan


1

İbn Əsam, II, 241. (Kurat, p. 272).

2

Əl-Bəlazuri, 210; İbn Əsam, II, vər. 242 a.



3

Gevond, səh. 92; K.Segledi. Sitat gətirilən əsəri, səh. 79.

4

Albaniya vilayətlərinin adları haqqında b a x: М.Хоренский. История



Армении.

5

N.Hubsehmann. Die Altar menische ortsnamen, p. 461.



6

Yenə orada, səh. 348-349.

7

Y.Marquart. Sitat gətirilən əsəri, səh. 118.



8

Н.Адонц. Армения в эпоху Юстиниана, стр. 220.




Yüklə 2,81 Mb.

Dostları ilə paylaş:
1   ...   43   44   45   46   47   48   49   50   ...   156




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə