Azərbaycan VII-IX əsrləRDƏ



Yüklə 2,81 Mb.
Pdf görüntüsü
səhifə43/156
tarix01.08.2018
ölçüsü2,81 Mb.
#60576
1   ...   39   40   41   42   43   44   45   46   ...   156

130

dərəcəsinə yüksəldilən və patrisi rütbəsi olan bir şəxsi seçsinlər.

Onun adı, Cavanşirin qardaşı Varaz-Perojun oğlu, Varaz-Trdat idi"

1

.



Xəlifə I Yəzid (680-683) I Varaz-Trdatı (680-699) "Şərq

vilayətlərinin canişini, Alban padşahlığı və Uti əyalətinin hökmdarı"

kimi tanıdı

2

.



Varaz-Trdat taxta seçilən kimi böyük Xəzər ordusu Ali

İlitverin komandanlığı altında, xaqanın qohumu knyaz Cavanşirin

öldürülməsinin intiqamını almaq bəhanəsi ilə Arrana basqın etdi

3

.



Xəzərlər "Albaniyaya soxularaq lap Böyük Qafqaz dağları

ətəklərinədək irəlilədilər və Kapalax vilayəti kəndlərindən [keçdilər].

O, [Alp İlitver] çoxlu dəstələri ilə birlikdə düzənliklərə üz qoyaraq,

Kür sahili boyunca Uti əyalətinə getdi. Orada çoxlu əsir alıb,

vilayətin mal-qarasını tutub və qənimət götürüb, hamısını  əsarətə

apardi. Oradan qayıdandan sonra Lpink vilayətindəki düzənlikdə

ordugah qurdu"

4

.



I Varaz-Trdat Arranı xəzərlərin yeni basqınlarından xilas

etmək üçün bu qərara gəldi ki, mötəbər bir adamı xaqanla danışığa

göndərsin, çünki "çoxlu xəzər qoşununun ölkəyə basqın edərək çoxlu

əsir götürdüyünü və hər şeyi dağıtdığını görürdü"

5

.

681-ci ildə katolikos Yeliazar xəzərlərin yanına göndərildi; I



Varaz-Trdat xaqana yazdığı məktubunda "sədaqətlə itaət etdiyini"

bildirib deyir ki, knyaz Cavanşirin öldürülməsində albanların əli

yoxdur və onu "alçaq bir adam" öldürmüşdür. Yeliazar xaqanın

1

История Агван, стр. 185/149.



2

Yenə orada, səh. 186-187/151.

3

Yenə orada, St. Taronski (Asogik, səh. 72) xəzər basqınının tarixi üçün



erm. erasının 130-cu ilini (9. 06. 681) göstərir. Bu, İsrailin xəzər elçiliyi ərəfəsində,

yəni 681-ci il dekabnn 23-dən əvvəl olmuşdur. Bax: History, səh. 154, çıxarış 1.

4

История Агван, стр. 185-186/150.



5

Yenə orada.




131

ürəyini yumşalda bildi və ondan "sülh və pozulmaz dostluq" əldə

etməyə nail oldu"

1

.



Yenə həmin 681-ci ildə (sentyabrın 20-dək) Alban knyazları

və katolikosun iştirak etdiyi müşavirədə I Varaz-Trdat demişdir:

"Rəhmsiz Ərəbistan [Taçkastan] xalqının üzərimizə qoyduğu vergilər

bizi möhkəm sıxır, eyni zamanda hunların hər il ölkəmizə etdiyi

basqınlar da bizim üçün dəhşətli fəlakətdir, buna gorə də ölkəmiz

ikitərəfli düşmən basqınlarından talan olunub taqətdən düşür"

2

.

Müşavirədə yepiskop İsrailin başçılığı ilə xəzərlərə elçilər



göndərmək qərara alındı.

Erməni erasının 130-cu ilinin 18 mexekanında (23.12.681)

elçilər yola düşdülər. Altı həftədən sonra (8.02.682) onlar "gözəl

Varaçan şəhərinə

3

 gəldilər və burada "hunların böyük knyazı



tərəfındən ehtiramla qarşılandılar

4

.



Təəssüf ki, mənbələr İsrailin elçilik missiyasının nəticələri

haqqında məlumat vermir. Yalnız M.Kalankatuklu deyir ki, yepiskop

İsranlin dini təbliğatı nəticəsində xəzərlərin müəyyən hissəsi

xristianlığı qəbul etdi

5

. Xəzər xaqanı Alp İlitverin öz əyanları



1

Yenə orada

2

 История Агван, стр. 190/53.



3

Varaçan haqqında b a x: V.Minorsky. Hudud al-Alam, p. 453; yenə

onun: Addenda to the Hudud al-Alam, p. 268.

4

Səfir hahaqqında ətraflı b a x: Ю.Кулаковский. К  истории  Готской



епархии (в  Крыму) в VIII вв., 1898, ч. 315, стр, 186; С.Т.Еремян. Моисей

Каланкайтукский  о  посольстве  албанского  князя  Вараз-Трдата  к хазарскому

хакану Алп Илитверу, стр. 129-155.

5

Biz belə güman edirik ki, "İsaya yaxınlaşmağa tələsən və namuslu



keşişlərin əllərindən ata, oğul və məşhur Abo Tbileli müqəddəs ruh naminə

xristianlığı qəbul edən" xaçaçuran mərasimindən Varaçanda və ya harada isə onun

yaxınlığında keçmişdir, çünki M.Kalankatuklunun verdiyi məlumata görə (səh.

193-209), Alp-İlitverin başçılığı ilə bir çox xəzər xristianlığı qəbul etmişdi. Gürcü

tarixçisinin verdiyi məlumata görə, "bu şimal ölkəsində [Xəzərdə] sərbəst olaraq

xristian dinində olan çoxlu kənd və şəhər var idi". Biz akademik K.S.Kekelidzenin

belə bir fıkri ilə  şərik deyilik ki, Abonun xaçaçuran mərasimindən keçdiyi yer

"yalnız Azov dənizinin şərq sahilində qot-tetraksitlər ölkəsi ola bilərdi" (Иоанн




132

Xorasan iltigini

1

 və Çatn Xəzr vasitəsilə I Varaz-Trdata göndərdiyi



məktubda deyilir ki, ancaq yepiskop İsrail xəzərlərin yanında qalarsa,

"bizim vəhşi xalqların sizin ölkənizə basqınları kəsiləcəkdir”

  2

 .

Lakin nə Varaz-Trdat, nə də Arran katolikosu Yeliazar xəzərlərin



yanına İsraili göndərməyə razılıq vermədilər, yalnız buna razı oldular

ki, o, Arran ilə xaqanlıq arasında vasitəçi olsun

3

.

N.Akinyan qeyd edir ki, İsrailin bir daha xəzərlərin yanına



gedib gəlmədiyi məlum deyildir

4

. Aydındır ki, o, ikinci dəfə



xəzərlərin yanına getməmişdir, çünki Arran ilə xəzərlərin arasındakı

qısamüddətli sülh az sonra pozulmuşdu: "Onun [Bizans imperatoru II

Yustinianın - 685-711 padşahlığının] birinci ilində Xəzər adlanan

şimal xalqı Ermənistan, İberiya və Albaniyanı  ələ keçirdi. Onlar

vuruşmada knyaz Qriqorinin

5

, bir çox gürcü və alban əyan və



knyazlarını öldürdülər. Yenə onlar Ermənistanı talan etdilər, çoxlu

Сабанисдзе. Мученичество Або Тбилели, стр. 34,  49). Fikrimizi təsdiq etmək

üçün aşağıdakı mətnə istinad edək: "Müqəddəs, şanlı, məzlum Abo Tiflislinin

həyatı və çəkdiyi əzablar" (М.Сабинин. Полное  жизнеописание  святых

грузинской  церкви, ч. I, стр. 167-168). "Nerses [Kartaliniya hökmdarı] Daryeli

adlanan Osetiya qapısından üç yüz adamla kcçdi; müqəddəs Allah bəndəsi Abo da

onların arasında idi. Lakin Nerses təqib olunmaqdan çəkinərək Osetiya torpağında

qalmadı, xəzərlərin yaşadığı  Şimal ölkəsinə tərəf getdi, Müqəddəs Abo özünü

müsəlmanlardan xətərsiz gördükdə, İsaya qovuşmağa tələsdi və mömin keşişdən

xristianlığı qəbul etdi. Bu ölkədə elə  şəhərlər var idi ki, burada xristianlar əmin-

amanlıq içində İsaya ibadət edirdilər.

Bir az keçəndən sonra Nerses Xəzər padşahından xahiş etdi ki, onu Abxaziyaya

buraxsın... Nerses öz dəstəsi ilə yola çıxdı, bütpərəst ölkələrdən maneəsiz və

zərərsiz keçdi və üç aydan sonra Abxaziya hökmdarının torpağına qədəm qoydu".

1

K.P.Patkanov. "Zirdkin-Xursan".



2

История Агван, стр. 211/169.

3

Yenə orada, səh. 213/171.



4

N.Akinyan. Sitat gətirilən əsəri.

5

Qriqori Mamikonyan (662/3-685). Həmin İsrail I Varaz-Trdatın əmrilə



ondan ürfanlı Qriqorinin çənəsini xahiş edib almışdı. История  Агван, стр. 188-

190; Vardan. səh. 87.




Yüklə 2,81 Mb.

Dostları ilə paylaş:
1   ...   39   40   41   42   43   44   45   46   ...   156




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə