Azərbaycan VII-IX əsrləRDƏ



Yüklə 2,81 Mb.
Pdf görüntüsü
səhifə40/156
tarix01.08.2018
ölçüsü2,81 Mb.
#60576
1   ...   36   37   38   39   40   41   42   43   ...   156

121

vardır. Böyük hökmdar, Siz öz hakimiyyətinizlə  əmr buyurun onlar

Allaha qarşı  işlədikləri  günah üstündə müstəhəqq olduqları cəzaya

çatsınlar".

Erməni katolikosu İlyanın məktubuna Əbd ül-Malik

Əmir əl-Mömininin cavabı

"Ey Allahın xadimi və erməni xalqının katolikosu İlya, sənin

səmimi məktubunu oxudum və sənə mərhəmətim olduğuna görə öz

sədaqətli bəndəmi çoxlu qoşunla göndərdim. Əmr etdik ki, bizim

hökmranlığımıza qarşı qiyam edən albanlarda sizin dininizə uyğun

dəyişiklik edilsin. Bizim hökmü bəndəmiz Partavda, sənin hüzurunda

icra edəcəkdir: Nersesi və bədəfkarlıqda onun həmfikri olan qadını

bir zəncirə bağlayacaq və elə şahanə mühakimə edəcəkdir ki. onlar

bütün qiyamçıların yanında rüsvay olsunlar".

Erməni katolikosu İlyanın Partava gəlməsi; Nersesin

cəzalandırılması

Böyük erməni patriarxı Albaniya paytaxtı Partava gəlib

böyük kilsədə oturdu və  əmr etdi ki, Nersesi onun hüzuruna

gətirsinlər. Lakin Nerses gizlənmişdi və onu tapa bilmirdilər; onda

böyük din xadimi, Alban knyazı Şeroy onun yaxın adamlarını tutub

əmr etdi ki, Nersesi gətirsinlər; sonra onu böyük yığıncağın ortasında

İlyanın qarşısına gətirdilər. Lakin bu aciz adam cavab verə bilmədiyi

üçün padşahın əmri ilə dəhşətli əzab çəkdi, həmin qadınla addım-

addım  gətirildi və onların sürgün edilməsi qərara alındı. Nerses buna

dözə bilmədi, 8 gün heç bir şey yemədi və öldü. O vəsiyyət etdi ki,

özünü ayağındakı zəncirlə basdırsınlar. Nerses Şeroya lənət yağdırdı,

çünki hakimiyyət üstündə  Şeroy və Sprama arasında başlayan

çəkişmədə, o [Şeroy], Nerseslə Spramanın məhv olmasına səbəb

oldu. Nerses pravoslav məzhəbinin patriarx taxtında 14 il oturdu və 3

il yarım günahkar qaldı (688-704-cü illər).

Bütün bunlardan sonra dini yığıncaq həlim adam Simeonu

seçdi və onu Albaniyanın katolikosu etdi. O, ölkədə Nersesin

hərcmərcliyini dayandırdı və yolunu azmış kilsəyə çoxlu həqiqi




122

etiqad qərarı verdi. O özünün Berdakor adlanan yay iqamətgahında

əmr etdi ki, Nersesin bidət dolu bütün kitablarını sandıqlara doldurub

Trtu [Tərtər] çayına atsınlar

1

.

Bu əhvalatı IX əsrin başqa (erməni) mənbəyi də təsdiq edir.



"Böyük Yegiya öz hikmət və mərdliyi ilə ismaililərin amirapeti

(xəlifəsi - Z.B.) Ömərə

2

 məktub yazıb ərz etdi ki, "bizim ölkədə bir



yepiskop  və  onun  kimi  bir  qadın  (I  Varaz-Trdatın  arvadı  Sprama  -

Z.B) vardır; bunlar sizin böyük dövlətinizə tabe olmaqdan boyun

qaçırıb, oxuduğumuz dualarda sizin adınızı çəkmək məsələsində

bizimlə (erməni kilsəsi ilə - Z.B.) bir deyildirlər, əksinə, yunan

padşahının adını çəkib ölkəmizi onlara vermək fıkrindədirlər. Əgər

təcili surətdə onları aramızdan götürüb məhv etməsəniz, onlar vergi

məsələsində və digər işlərdə tez bir zamanda böyük imarətə

[Bizansa] tərəf keçərlər".

Sonra amirapet bunu oxudu və boyük patriarxın elçisinə

minnətdarlıqla hörmət etdi və xadimlərindən birini göndərib əmr etdi

ki, dərhal həmin Nersesi böyük qadınla birlikdə onun yanına

göndərsinlər.

O gəldi, hər ikisini tutub zəncirlə bağladı, dəvələrə mindirib

amirapetin yanına apardı

3

.



Az sonra xəlifənin nümayəndələri knyaz Şeroyu və Arranın

bir çox knyaz və əyanlarını Suriyaya apardılar

4

.

1



История  Агван, стр. 239-241; Vaxtilə Konstantinopol patriarxı

Malaxiya Ormannan "Erməni kilsəsi" adlı kitabında (səh. 45) Alban katolikosunun

"bidətini" əzməkdə Ilyanın rolunu xüsusilə qeyd edir: "Artçeşli İlyanın (703-717)

patriarxlığının ən görkəmli cəhəti Xəzər Albaniyasını erməni kilsəsinin ağuşunda

saxlamağa səy göstərməsi idi. Alban patriarxı Nerses Bakur yunan kilsəsinə tərəf

meyil göstərirdi. O, dərhal kənar edildi".

2

Burada səhv vardır, gərək xəlifə Əbd ül-Malik olsun.



3

Katolikos Drasxanakertli İohannesin "История  Армении", səh. 78;

Vardan, səh. 92,

4

Onların [knyazların] hamısını  Əbd ül-Malik Əmir əl-Mömininin



arxivinə yazdılar ki, əgər onlardan biri öz pərəstişində iki təbiətli olarsa, qılıncla və

əsarətlə məhv ediləcəkdir'". История Агван, стр. 247/198.




123

Arran yarımmüstəqil vəziyyətini itirir və tamamilə  ərəblərin

hakimiyyəti altına keçir.

Sonralar erməni kilsəsi Alban ruhanilərini tutduqları

mövqelərdən sıxışdırıb çıxarmış və ölkədə  ərəblərin əlləri çatmayan

dağlıq yerlərdə yaşayan albanları möhkəm qriqoryanlaşdırmağa

başlamışdı. Erməni ruhaniləri Arran kilsəsinin nüfuzunu yerli əhali

arasında tədricən heçə çıxarmış və ərəb hakimlərinin əli ilə albanların

bütün ədəbi abidələrini dağıdıb Alban mədəniyyətini, heç olmazsa,

azacıq xatırlada biləcək hər şeyi məhv etmişlər. Bütün bu işlər, təkrar

edirik, əvvəlcə Xilafətin köməyi ilə, sonralar isə digər istilaçıların

icazəsi və köməyi ilə görülmüşdür

1

.

Qriqoryan kilsə xadimləri Arran ədəbi abidələrini məhv



edərkən, əvvəlcə bu abidələri qrabara çevirirdilər

2

. Məsələn, Moisey



Kalankatuklunun "Ağvan tarixi" əsəri ilə, albanların bir çox başqa

ədəbi əsərləri kimi.

T.Ter-Qriqoryan qeyd edir ki, Moisey Kalankatuklunun əsəri

öz əvvəlki şəklində bizə gəlib çatmamışdır və onun üzünü köçürüb

yazanlar erməni rahibi olduqlarına görə, əsərin üzünü köçürəndə

erməni katolikoslarının göstərişi ilə mətndə qəsdən təhriflərə yol

vermişlər

3

. S.T.Yeremyan "Ağvan tarixi"nin bizə gəlib çatan məhz



erməni variantlarına istinad edərək yaza bilmişdir ki, guya Moisey

Kalankatuklu "öz Albaniya ölkəsinin tarixini" yalnız qədim ədəbi

erməni dilində yaza bilərdi"

4

.



Bizim fikrimizcə, M.Kalankatuklunun guya erməni tarixçisi

olduğu haqqında bəzi alimlərin "qəti iddiası" yanlışdır. Arran

(Albaniya) əhli olan M.Kalankatuklu yeganə müəllifdir ki, öz vətəni

haqqında X əsr hadisələrinədək məlumat verən tarixini yazmış və

bizə miras qoyub getmişdir. Y.Manandyan da bu fıkrə şərikdir. Lakin

1

İ.Ormanian. Sitat gətirilən əsəri, səh. 45, 118.



2

С.Т.Еремян. Идеология и культура Албании III- VIII вв., стр. 329

3

T.Ter-Qriqoryan. Sitat göstərilən əsəri, səh. 4; З.И.Ямпольский. К



изучению летописи Кавказской Албании..

4

С.Т.Еремян. Экономика  и  социальный  строй  Албании IV-VII вв.,



стр. 305.


Yüklə 2,81 Mb.

Dostları ilə paylaş:
1   ...   36   37   38   39   40   41   42   43   ...   156




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə