Azərbaycan VII-IX əsrləRDƏ



Yüklə 2,81 Mb.
Pdf görüntüsü
səhifə41/156
tarix01.08.2018
ölçüsü2,81 Mb.
#60576
1   ...   37   38   39   40   41   42   43   44   ...   156

124

V.S.Nalbandyan isə Tbilisi haqqında bu yaxınlarda çıxan kitabında

inadla sübut etməyə cəhd edir ki, M.Kalankatuklu erməni tarixçisi

imiş


1

.

Şübhəsiz, M.Kalankatuklu VII əsrin başlanğıcındakı hadisələr



haqqında "məzmunlu və aydın nəql edir" və "bu dövrdəki Tbilisi

tarixi haqqında yeganə etibarlı mənbə" M.Kalankatuklunun əsəridir

2

.

Ancaq qəribə görünən cəhət budur ki, Moisey Kalankatuklunun



həqiqətən "qədim Alban tarixçisi olması" inkaredilməz bir fakt

olduğu halda, V.S.Nalbandyan həm bu faktı, həm də bu barədə məhz

"Gürcüstan tarixi" kimi mötəbər əsərdə də bəhs edildiyini bir növ

kədərverici bir anlaşılmazlıq" hesab edir

3

.

T.Ter-Qriqoryan  "Ağvan  tarixi"  əlyazmasına  erməni  kilsə



xadimlərinin münasibətini göstərən maraqlı faktlar gətirir. Məsələn,

Eçmiədzin katolikosu Simeon əlyazmasının kənarlarında bu sözləri

yazmışdır: "Yalnız Albaniya tarixində [deyilir ki,] - buna bütün

nüsxələrdə deyil, ancaq bəzi nüsxələrdə rast gəlmək olar – guya

Yegişedən sonra (b.e. 74-cü ili) Müqəddəs Qriqoriyədək (340)

Albaniya patriarxı taxtında başqaları (albanlar) da oturmuşlar. Lakin

bu yalandır və bunlar sonradan əlavə edilmişdir". Başqa bir yerdə:

"Bizim dırnaqla işarə etdiyimiz yerlər - yalandır və sonralar

şöhrətpərəstlər tərəfindən öz xeyrinə  əlavə edilmişdir, çünki digər

tarixlərdə ("Ağvan tarixi" əlyazmalarında - Z.B.) bu əsla yoxdur.

Belə güman olunur ki, bunu katolikos Ananiyadan sonra (945-ci il)

Alban rahibləri etmişlər"

4

.

Albaniya şairi Davtakın əsərlərinin aqibəti də belə olmuşdur.



S.T.Yeremyan onu "Alban-erməni (?) işxanı Cuanşerin saray şairi"

1

В.С.Налбандян. Тбилиси  в  армянских  литературных  памятниках



древних и средних веков, стр. 32, 34, 39, 44, 47.

2

В.С.Налбандян. Тбилиси  в  армянских  литературных  памятниках



древних и средних веков, стр. 34, 47.

3

Н.Бердзенишвили, И.Джавахишвили, С.Джанашиа. История



Грузии' I, стр. 142. (V.Nalbandyanda b a x səh. 34).

4

 Архив армянской истории, 1894, стр. 399; T.Ter-Qriqoryandan sitat



gətirilmişdir, səh.5.


125

hesab edir

1

. Bizim fıkrimizcə, Davtakın qəsidələrini Albaniyanın



deyil, "feodal Ermənistanı ilk dünyəvi poeziyasının abidəsi"

2

hesab



etmək doğru deyildir.

Mxitar


 Qoşun

 "Qanunnamə"sinin

 taleyi

 də


M.Kalankatuklunun "Ağvan tarixi"nin taleyinə bənzəyir. Məlumdur

ki, Mxitar Qoşun başlıca əsərinin adı "Datastanak", yəni

"Qanunnamə"dir və onu müəllif təxminən 1184-cü ildə (erm.

erasının 633-cü ilində) tərtib etmişdir

3

. Lakin Qoşun bu əsərinin



naşirləri nədənsə əlyazmasında olmayan "hayos" sözünü onun adına

əlavə etmişlər və beləliklə, Qoşun özünün heç bir zaman yazmadığı

yeni qondarma ad: "Datastanagirk hayos", yəni "Erməni

qanunnaməsi" adını uydurmuşlar

4

.

Məlum olduğu kimi, Qoş bu "Qanunnamə"ni "Alban sülalə



kilsələrinin nəcib başçısı" Albaniya katolikosu III Stepannosun

dəfələrlə etdiyi xahişinə görə yazmışdır

5

. "Qanunnamə"yə heç bir



sistem və rəhbər rabitə olmadan Şərqi Roma imperiyası qanunları ilə

yanaşı Albaniya kilsə qanunları, "Musanın qanunları"

6

 və  erməni



xalq adətləri daxil edilmişdir ki, bu da "Qanunnamə"nin erməni

hüququ sənədlərinə aid olduğunu əsla təsdiq etmir.

Arran tarixinə dair bir çox digər orta əsr mənbələri kimi

Qoşun "Qanunnamə"si və Kirakos Qandzaketsinin "Tarix"i də

qrabarca yazılmış Alban ədəbiyyatı abidələri hesab edilməlidir.

Azərbaycanda Arran (Albaniya) tarixinin xristian dövrü

1

С.Т.Еремян. Раннефеодальная культура Армении, стр. 236.



2

Yenə orada, səh. 237.

3

Bu barədə b a x G.Vovsepean. Visatakarank jeragrac..., Antelias, 1951,



507-508; C.J.Dowsett. The albanian chronicle..., p. 473.

4

Mxitar Qoşun "Erməni qanunnamə"si, A.A.Papovyanın tərcüməsi.



Yerevan, 1954. Mütərcim Alban qanunlarını  şərh edən mətnin xeyli hissəsini

atmışdır.

5

Yenə orada.



6

B a x:  Kirakos Qandzaketsinin "Tarix"i. T.İ.Ter-Qriqoryanın 540-cı

qeydi,  səh. 260.



126

tədqiqatçılarının mövcud olmaması buna imkan vermişdir ki, ortada

dildən başqa heç bir əsas olmadığı halda, bütün bu ədəbiyyat

nədənsə, erməni ədəbiyyatı hesab edilmişdir. Geniş yayılmış Alban

ədəbi abidələrinin mövcud olduğu, Ermənistan dövlətinin

Matenadaran kitab anbarında tapılmış  əlyazmaları ilə təsdiq olunur.

Məsələn, A.D.Anasyan bu yaxınlarda belə bir əlyazması tapmışdır

(siyahı  № 101, səh, 386a-389a; siyahı  № 2121, səh. 341b-343b);

"Müqəddəs və ilahi mərhəmin tarixi haqqında"; bunu müqəddəs keşiş

babalar Şərqdə (yəni Albaniyada - Z.B.) Alban dilində tapmış və

erməni dilinə tərcümə etmişlər"

1

.



A.Q.Şanidze göstərir ki, VII-IX əsrlərdə albanlar Qafqazın

bütün siyasi və mədəni həyat sahələrində gürcü və ermənilərlə

bərabər fəal surətdə iştirak etmişlər"

2

. S.T.Yeremyan belə bir sual



verir: "Səbəb nədir ki, erməni və gürcü yazıları tətbiq olunduğu ilk

günlərdən etibarən erməni və gürcü dillərində indiyədək mövcud

olan zəngin ədəbiyyat meydana gəldiyi halda Alban yazısı və Alban

dilində mətnlər heç izi-tozu qalmadan yox olmuşdur?"

3

.  Bu  sualın



cavabını, nəticə etibarilə Alban kilsəsinin bütün hüquqlarını

zorakılıqla qəsb etmiş qriqoryan katolikosluğunun albanlara zidd

olan siyasətində axtarmaq lazımdır.

Alban ədəbi abidələrinin yox olmasını heç də bununla

əsaslandırmaq olmaz ki, "Alban dili daha dini ibadət dili deyildi" və

yaxud "Alban kilsəsi dini cəhətdən erməni kilsəsinə mənsub idi"

4

.

Alban dili ərəb istilası dövründə ərəblərin nüfaz dairəsindən kənarda



qalan vilayətlər əhalisinin qriqoryanlaşdırılması nəticəsində yox

olmuşdur; bu hal ermənilərin kütləvi surətdə aşağıda göstərilən

rayonlara köçürüləndən sonra baş vermişdi; ərəblərin işğal etdiyi

1

С.Т.Еремян. Идеология  и  культура  Албании III-VII вв., стр. 329.



Matenadarandakı əlyazmalarının diqqətlə yoxlanılması nəticəsində, çox ehtimal ki,

digər bu kimi əlyazmaları da kəşf edilə bilər.

2

А.Шанидзе. Новооткрытый алфавит кавказских албанцев, стр. 3.



3

S.T.Yeremyan.  Sitat gətirilən əsəri, səh. 327.

4

Yenə orada, səh. 328.




Yüklə 2,81 Mb.

Dostları ilə paylaş:
1   ...   37   38   39   40   41   42   43   44   ...   156




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə