Azərbaycan VII-IX əsrləRDƏ



Yüklə 2,81 Mb.
Pdf görüntüsü
səhifə33/156
tarix01.08.2018
ölçüsü2,81 Mb.
#60576
1   ...   29   30   31   32   33   34   35   36   ...   156

100

vergini yüngülləşdirsin. Cənub padşahı buna məmnuniyyətlə razı

oldu və əmr etdi ki, vergi yükü üçdə bir yüngülləşdirilsin"

1

.



Tarixçinin verdiyi məlumata görə, Cavanşirin bütün

hökmranlığı onun adına yalnız şöhrət və iftixar qazandırdı. "O, dörd

xalqın hakim padşahlarının hörmət və iftixarını qazanmışdı"

2

, çünki



Arranı iranlıların, bizanslıların, xəzərlərin və  ərəblərin qarətindən

mühafızə edə bilmişdi.

Gördüyümüz kimi, xəlifə Müaviyə hələ Cavanşirin nüfuzu ilə

hesablaşıb, Xilafətin şimal sərhədlərində Arranın strateji mövqeyini,

həmin sərhədləri Bizans və xəzərlərin hücumlarından müdafiə etmək

üçün onun silahlı qüvvələrindən istifadə etmək imkanını nəzərə

alaraq, Arranın daxili müstəqilliyinə toxunmamış və oradakı əvvəlki

qaydaları saxlamışdı.

Xilafətdən bir vassal kimi asılı olan Arran, ona yalnız bac

verir, lakin knyaz hakimiyyətini toxunulmaz şəkildə saxlayırdı.

İstilaların ilk dövründə  ərəb ordularının hücumları müxtəlif

dəlillərlə pərdələnirdi, guya Allah müsəlmanları Sasanilər İranı və

digər bütpərəst ölkələrin qanuni varisi edibmiş: Allah "istədiyi adama

hakimiyyət verir və (onu) istədiyi adamdan geri alır"

3

; İslam dinini



bütün yer üzərində yaymaq lazımdır və nəhayət, ərəblər hər hansı bir

ölkəni işğal edəndə, tabe etdikləri ölkə xalqlarının can və malını hər

cür düşməndən qorumaq təəhhüdünü öz öhdələrinə götürməlidirlər.

Ərəb sərkərdələrinin tutduqları ölkə və  şəhərlərin əhalisi ilə

bağladıqları müqavilələr, məhz yuxarıda göstərilən təəhhüdlərin

rəsmən yazıldığı sənədlərdir.

İstila edilən ölkələrin əhalisi ərəblərə düşmən nəzəri ilə

baxmayıb onların gəlişini öz əvvəlki ağaları tərəfindən alınan ağır

vergidən və edilən zülmdən qurtuluş kimi hesab etsinlər deyə hələ

xəlifə  Əbu Bəkr (632-634) ərəb istilalarının ilk dövründə  ərəb

1

Yenə orada, səh. 160/128. K.P.Patkanovun tərcüməsində: "...o,



[Müaviyə] əmr etdi ki,vergi yükü yarıyadək azaldılsın, üçdə bir tələb olunsun".

2

Yenə orada, səh. 162/130



3

Quran, III, 25,




101

qoşunlarına belə  əmr etmişdi: "Düşmənləri şikəst etməyin, nə kiçik

uşaqları, nə çox qoca adamları, nə də qadınları öldürməyin; xurma

ağaclarını qırıb yandırmayın; meyvə ağaclarını tələf etməyin, yemək

üçün lazım olandan başqa, qoyun, inək və dəvələri kəsməyin. Siz,

hücrələrdə dini ayinlə məşğul olan adamların yanından keçəcəksiniz:

onları rahat buraxın və məşğələlərinə mane olmayın"

1

. Sonra əmrdə



deyilir: "Sizi qəbul edən hər bir şəhər və xalq ilə müqavilə bağlayın,

onlara verdiyiniz vədlərə sadiq olun, qoy onlar biz gələnədək əməl

etdikləri qayda və qanunlarla yaşasınlar. Onlarla aranızda bir hədd

olmaq üçün bac qoyun ki, onlar öz din və öz torpaqlarında qalsınlar.

Sizi qəbul etməyənlərlə müharibə edin"

2

.



Ərəb qoşunları  İranda Rey və Qəzvin şəhərlərini işğal

etdikdən sonra Azərbaycana soxuldular, lakin Azərbaycan

qoşunlarının şiddətli müqavimətinə rast gəldilər. Azərbaycan

qoşunlarına mərzban İsfəndiyar ibn Fərruxzad komandanlıq edirdi; o,

Bacrəvan, Mayməd, Nariz, Şiz, Miyanəc və digər yerlərin

əhalisindən Ərdəbildə böyük qoşun toplayıb ərəblərlə vuruşmağa

girişdi; vuruşma bir neçə gün davam etdi

3

. Lakin ərəblər qələbə



qazandılar. İsfəndiyar əsir alındı, amma onu öldürmədilər. O,

ərəblərə dedi ki, Azərbaycan əhalisini tabe etmək çox çətin olacaqdır,

çünki əhali çoxlu qalası olan dağlarda gizlənəcək və oradan ərəblərə

hücum edəcəkdir

4

. Çox keçmədən ərəblər İsfəndiyarın qardaşı



Bəhramın komandanlığı altında olan Azərbaycan qoşunlarının

günlərlə davam edən hücumlarına tab gətirməli oldular

5

. Ərəblər



yenidən qələbə çaldılar; odur ki, əsirikdə olan İsfəndiyar ərəblərlə

aşağıdakı məzmunda sülh müqaviləsi bağlamağa məcbur oldu:

1

Ət-Təbəri, I, 1850. Müqayisə et: İbn əl-Əsir, II, 310.



2

Из анонимной сирийской хроники, 1234 г., стр. 27

3

Əl-Bəlazuri, səh. 325-326; Yaqut, I, 173.



4

 Ət-Təbəri, I, 2660; İbn əl-Əsir, VII, 20

5

Ət-Təbəri, 1,2661.




102

"Bismillahirrəhmanir-rəhim (Mərhəmətli və rəhmdil Allahın

adı ilə). Bu sənəd o barədədir ki, Utbə ibn Farkad, Əmir əl-Möminin

Ömər ibn əl-Xəttabın canişini (amili), Azərbaycan əhalisinə, onun

dərələrdə və dağlarda, ucqarlarda və sərhədlərdə olan bütün xalqına

əmin-amanlıq (aman) bəxş edir [ə'ta əhli Azərbaycan], həm onların

özlərinə, həm də onların əmlakına, din və ayinlərinə; bu şərtlə ki,

onlar öz varına görə cizyə versinlər; uşaqlar, qadınlar, daim xəstə

olanlar, habelə heç bir vəsaiti olmayan (şəxslər) və heç bir gəliri

olmayan zahidlər isə can vergisindən azad olunurlar. [Bu

əminamanlıq] onlara, həm də onlarla birlikdə yaşayanlara verilir;

onlar  da borcludurlar ki, müsəlman qoşunundan olan müslimi (ərəbi

– Z-B) bir gün bir gecə saxlayıb yedirsinlər və ona yol göstərsinlər.

Orduya götürülən adamdan həmin ilin vergisi alınmır, kim [ölkədə]

qalırsa, ölkəni tərk etməyən adamlara verilən hüquqlar eynilə ona da

verilir. Ölkəni tərk etmək istəyənlər özlərinə təhlükəsiz bir sığınacaq

tapıncayadək onlara aman bəxş edilir.

Bunu Cunadib yazmışdır, şahidlər isə Bukeyr ibn Abdullah

əl-Leysi və Simak ibn Xaraşi əl-Ənsari olmuşlar. Hicri 18-ci il (b.e.

639-cu il)"

1 .

Bəlazuri isə yazır ki, "hicri 18-ci ildə Xuzeyfə ibn əl-Yəmən



Azərbaycanı dinc yol ilə istila edib, Azərbaycan əhalisi adından

hərəkət edən Azərbaycan mərzbanı ilə müqavilə bağlamışdır. Bu

müqaviləyə görə mərzban "800 min dirhəm verməyi öhdəsinə

götürdü" ərəblər isə öz tərəfindən öhdələrinə almışdılar ki, heç kəsi

öldürməsinlər, əsir almasınlar, atəşgədələri dağıtmasınlar və

Balasacan, Savalan və Satrudan kürdlərini təqib etməsinlər. Şiz

əhalisinin öz bayramlarında rəqs etməsinə və (keçmişdə) icra

etdikləri hər işi açıq görmələrinə mane olmasınlar"

2

. Bundan sonra



xəlifə Ömər, Xuzeyfə ibn əl-Yəməni vəzifəsindən götürdü və Utbə

ibn Farkadı Azərbaycana canişin təyin etdi.

1

Ət-Təbəri, I, 2662. Müqavilənin tarixi hicri 18-ci ildir, lakin ət-Təbəridə



"Hicri 22-ci il hadisələri" bölməsində verilmişdir. İbn əl-Əsirdə müqavilənin mətni

yoxdur.


2

Əl-Bəlazuri, 326; əl-Yaqut, I, 173.




Yüklə 2,81 Mb.

Dostları ilə paylaş:
1   ...   29   30   31   32   33   34   35   36   ...   156




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə