İxtisas: Tarix müəllimliyi Kurs: II qrup: T2-21 Fənn: Pedaqogika-1 Müəllim: dos. Sevda Tağıyeva



Yüklə 36,61 Kb.
səhifə1/5
tarix24.05.2023
ölçüsü36,61 Kb.
#112537
  1   2   3   4   5
Pedaqogika


Azərbaycan Respublikası Elm və Təhsil nazirliyi


Bakı Qızlar Universiteti


Fakültə: Filologiya tarixi
İxtisas: Tarix müəllimliyi
Kurs: II
Qrup: T2-21
Fənn: Pedaqogika-1
Müəllim: dos.Sevda Tağıyeva
Tələbə: Salmanlı Fidanxanım

Mövzular:
1.Görkəmli alimlərin şəxsiyyətin inkişafına dair fikirləri
2.Pedaqoji proses və onun səciyyəvi cəhətləri
3.Təhsilin məzmununu əks etdirən sənədlər
4.Təlimin əyanilik prinsipləri
5.Bacarıq və vərdişlərin formalaşdırılması (tətbiqetmə metodu)

Mövzu 1: Görkəmli alimlərin şəxsiyyətin inkişafına dair fikirləri

Şəxsiyyət insanı digər bioloji varlıqlardan fərqləndirən sosial varlıq olub, sosial mühitdən, sosial-iqtisadi səviyyədən və digər sosial-bioloji amillərdən asılıdır. Şəxsiyyətin ahəngdar inkişafını təmin etmək tərbiyənin başlıca məqsədidir. Şəxsiyyət məfhumu iki mənada başa düşülür: fəlsəfi və pedaqoji.


Fəlsəfi mənada şəxsiyyət dedikdə cəmiyyəti dəyişdirməyə qadir olan tək-tək adamlar nəzərdə tutulur.
Pedaqoji manada şəxsiyyət dedikdə hər bir adamın həyatda qazandığı mənəvi keyfiyyətlərin məcmusu başa düşülür.
Pedaqoqların fikrinə görə, şəxsiyyət haqqında nəzəriyyələrin sayı 100-ü ötüb keçmişdir. İndi dünyada 7,6 milyarddan çox bir birinə oxşamayan insan yaşayır. Onlar bioloji və fizioloji xarakteristikalarına görə bir-birindən fərqlənirlər. Şəxsiyyət və şəxs məfhumlarını eyniləşdirmək olmaz. Şəxs bioloji və sosioloji xüsusiyyətlərin məcmusudur. Şəxsiyyət dedikdə isə müəyyən sosial keyfiyyətlərə malik olan şüurlu fərd başdüşülür.Insan fard (bioloji varlıq) kimi doğulur, sonradan müxtəlif sosial amillərin təsiri ilə şəxsiyyətə çevrilir.
Şəxsiyyətin inkişafı dedikdə, insanın müəyyən keyfiyyətlərə yiyələnməsi və özünü təkmilləşdirməsi başa düşülür. Şəxsiyyət birdən-birə formalaşmır. O, tədricən müəyyən mərhələlərdən keçib (yəni aşağı, orta, yüksək, ideal səviyyə) şəxsiyyətə çevrilir. Ayrı-ayrı tarixi dövrlərə nəzər salsaq, insan və onun təbiətinin, mənəvi dünyasının hərtərəfli öyrənilməsi haqqında çoxlu qaranlıq məqamların qaldığı üzə çıxır.
Şəxsiyyətin mahiyyəti və onun inkişafı ilə bağlı fikirlərdə müxtəliflik vardır. Məsələn, metafizika inkişafa (metafizika termininin mənası "təbiətdən sonra, təbiətdən sonra gələn mənasını verir), sadəcə təkrar öyrəniləcək hadisənin çoxalması və azalması kimi baxır, yəni inkişafı mexaniki proses kimi başa düşür.Dialektik materializmin (Dialektika maddi dünyanın mövcudluğunu daim dəyişərək hərəkət, mübarizə və inkişafla izah olunması üsuludur) nümayəndələri isə inkişafa təbiətin, cǝ- miyyətin və təfəkkürün ayrılmaz hissəsi, sadədən mürəkkəbə, ibtidaidən aliyə doğru hərəkət, yeninin yaranması, köhnənin ölməsı və ya dəyişdirliməsi kimi baxırlar. Yəni dialektik baxış şəxsiyyətin inkişafına kəmiyyət dəyişmələrindən keyfiyyət dəyişmələrinə keçid kimi yanaşır və inkişafın mənbəyini ziddiyyətlərin həlli prosesində axtarır. Dialektik materialist baxışa görə şəxsiyyətin inkişafının hərəkətverici qüvvəsini ziddiyyətlərin yaranması və həlli təşkil edir. Əsas ziddiyyətlər isə insanın tələbatları ilə imkanları arasındakı ziddiyyətlərdir ki, hər dəfə bu ziddiyyətlər holl olunduqca şəxsiyyətin inkişafında yeni cəhətlər, keyfiyyətlər və xüsusiyyətlər əmələ gəlir. Bu zaman insan həyatı, özünü, başqa adamları dərk edir, yeni təsəvvürlərə yiyələnir. Onun dünya görüşü, münasibətlər sistemi formalaşır. İnsan şəxsiyyəti müxtəlif amillərin nəticəsində formalaşır. Onlar daxili və xarici, tabii va ictimai, subyektiv və obyektiv, planlı va kortabii olur. Bu amillərin hansının əsas və hansının həlledici olması ilə bağlı şəxsiyyətin inkişafına dair müxtəlif nəzəriyyələr meydana gəlmişdir. Hansı amillərə üstünlük verilməsindən asılı olaraq həmin nəzəriyyələri bir neçə qrupa bölmək olar:
1.Bioloji amilin rolu
2.Tərbiyənin rolu
3. Mühitin rolu.
4. Mühit və tərbiyə, irsiyyət və tərbiya, irsiyyət və mühit, bioloji və sosial amillər, insanın şəxsi fəallığı.
1. Orta əsrlərdə və XIX əsrin sonlarında mövcud olan "biogenetik" nəzəriyyə şəxsiyyətin inkişafında irsiyyətin rolunu əsas götürürdü. Məsələn: ABŞ-da Z.Freyd, E.Trondayk, C.Dyui və başqaları yazırdılar ki, orqanizmdəki genlər adamın həm fiziki, həm zehni keyfiyyətlərini təyin edir, bəzi amillər: qabiliyyətlər, göz və qulaq kimi insana genlər vasitəsi ilə hazır verilir.XIX əsrin sonu XX əsrin əvvəllərində insanların zehni, mənəvi və sosial fərqlərini irsi amillərlə izah edən "Biheviorizm", "Freydizm", "İrqçilik", və "Elita" nəzəriyyəçiləri irsiyyəti həll- edici amil kimi irəli sürür və məhz bu mövqedən çıxış edirdilər.
2. Tərbiyənin rolunu əsas götürən və tərbiyəyə böyük qiymət verən Y.A.Komenski (XVII əsr), K.A.Helvetsi (XVIII asr),. Robert Ouen şəxsiyyəti formalaşdıran səbəblərin izahında irsiyyətin də, mühitin də rolunu azaldır və bəzən də onları inkar edirdilər. Fransız materialisti K.A.Helvetsi deyirdi ki, "Tərbiyə hər şeyə qadirdir". Onun fikrincə, insanın inkişafındakı fərqlər tərbiyənin nəticəsidir.
Y.A.Komenskinin əqidəsinə görə, insan tərbiyə sayəsində insan olur. Fransız materialist filosofu olan K.A.Helvetsi "İnsan, onun ağıl qabiliyyətləri və tərbiyəsi" adlı əsərində belə bir nəti- cəyə gəlmişdir ki, adamların hamısı eyni dərəcədə təhsil almağa qadirdir, təbii imkanlarına görə adamlar bərabərdirlər. Ağıl və əxlaqi cəhətdən bərabərsizlik tərbiyədəki fərqin nəticəsidir. O deyirdi: "Tərbiyə hər şeyə qadirdir".
3. Mühitin rolunu əsas götürən və irsiyyətin rolunu heçə endirənlər də olmuşdur. Fransız filosofu, XVIII əsr "Maarifçilik" hərəkatının ən görkəmli nümayəndəsi J.J.Russo "Azad və təbii tərbiyə" nəzəriyyəsi ilə bu mövqedə durmuşdur. Onun fikrincə, uşaqla uzun-uzadı söhbət aparmağın, ona nəsihət verməyin mə nası yoxdur. İstənilən əxlaqi keyfiyyəti uşaqda görmək üçün onu müvafiq şəraitə salmaq lazımdır. Həmin mühit özü istədiyiniz keyfiyyəti uşağa aşılayacaqdır.
4. Mühitin va tarbiyanin roluna yüksək qiymət verən C.Lokk (1632-1704) şəxsiyyətin tərbiyəsi sahəsində dolğun nəzəriyyə yaradan ingilis maarifçilərindən biridir. O, tərbiyə haqqında öz ideyalarını 1693-cü ildə yazdığı "Tərbiyə haqqında fikirlər" sa- rində vermişdir. Onun fikrincə bütün millətin rifah halı uşaqların tərbiyəsindən asılıdır. C.Lokk yeni tərbiyə sisteminin bünövrəsi- ni qoymuş və "Ağ lövhə" nəzəriyyəsini (XVII əsr) irəli sürmüş- dür. C.Lokk şəxsiyyətin formalaşması səbəbini irsiyyətlə izah edənlərin əleyhinə çıxmış, tərbiyənin başlıca rol oynadığını əsas- landırmağa çalışmışdır.
5. İrsiyyət və tərbiyənin roluna yüksək qiymət verən Fransız filosofu D.Didro (XVIII əsr), İsveçrə pedaqoqu İ.Pestalotsi (XVIII-XIX əsr) olmuşlar. D.Didro Helvetsinin "Tərbiyə hər şeyi həll edir" tezisinə qarşı çıxaraq deyirdi: "Tərbiyə hər şeyə yox, çox şeyə qadirdir." Onun fikrincə, tərbiyə insanın təbii qüvvələrinə istinad etməlidir. Tərbiyə yolu ilə insanın müsbət təbii imkanlarını inkişaf etdirmək vo mənfi keyfiyyətlərinin qarşısını almaq olar.İ..Pestalotsi insanın təbii qüvvələrini, yəni irsi imkanlarını əsas götürməyin əleyhinə çıxırdı. O qeyd edirdi ki, tabii im- kanlar tərbiyənin iştirakı olmadan inkişaf edə bilməz, özbaşı- na buraxılmış kortəbii inkişaf edən insan ahəngdar şəxsiyyət kimi formalaşa bilməz, onun təbii qüvvələri lazımi dərəcədə inkişaf etməz.
6. İrsiyyətin və mühitin roluna üstünlük verən nəzəriyyəçilər (XIX əsr) qeyd edirdilər ki, hər şey insanın irsiyyətindən və düşdüyü mühitdən asılıdır. Bu nəzəriyəyə üstünlük verənlər iddia edirdilər ki, şəxsiyyət həm irsiyyətin və həm də mü- hitin məhsuludur, bu amillər bir-birindən asılı olmayaraq insan xarakterinin formalaşmasında iştirak edir. Hətta bəziləri genlərin təsir faizini rəqəmlə göstərməyə cəhd etmişdilər, onların fikrincə, şəxsiyyətin formalaşmasına genlər 80%, mühit 20% təsir edir (Q.Ayzek, C.Qrey).Bioloji və sosial amilləri, eləcə də insanın şəxsi fəallığını vəhdətdə götürən dialektik nəzəriyyəyə (XX əsr) görə şəxsiyyətin inkişafında irsiyyət amili müəyyənedici, sosial amillər isə həlledici rol oynayır. İrsiyyətin müəyyənedici rolu onunla əlaqǝdardır ki, irsi imkanlar tərbiyə və mühitin iştirakı olmadan öz- özünə inkişaf edib qabiliyyətlərə çevrilə bilməz. Dialektik nəzəriyyə şəxsiyyətin inkişafında insanın şəxsi fəallığının da rolunu qəbul edir. İnsan mühitin və tərbiyənin passiv obyekti deyildir.O, mühitə fəal təsir göstərə bilər.



Yüklə 36,61 Kb.

Dostları ilə paylaş:
  1   2   3   4   5




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə