İxtisas: Tarix müəllimliyi Kurs: II qrup: T2-21 Fənn: Pedaqogika-1 Müəllim: dos. Sevda Tağıyeva


Mövzu 4:Təlimin əyanilik prinsipləri



Yüklə 36,61 Kb.
səhifə4/5
tarix24.05.2023
ölçüsü36,61 Kb.
#112537
1   2   3   4   5
Pedaqogika

Mövzu 4:Təlimin əyanilik prinsipləri
Prinsip latın sözündən götürülüb, əsas ideya, ilkin ideya, başlıca tələb mənasında işlənib. Təlimin prinsipləri ilkin ideyalar, fəaliyyət normaları, başlıca tələblər olub təlimin qanunauyğunluqlarını əks etdirir və təlim prosesinin səmərəli qurulmasına imkan yaradır. Bu tələblərə müəllimlər əməl etməklə təlim pro sesində yüksək nəticələrə nail olurlar. Didaktik prinsiplərə əsas lanan təlim, bu prosesin istiqamətini, müəllimin fəaliyyətini kara çıxararaq həmişə müsbət nəticə verir. Həmin prinsiplərə is tinad etmədikdə təlimdə uğur qazanmaq mümkün deyildir. Ta limin prinsipləri təlimin müvəffəqiyyətlə nəticələnməsini təmin etmək üçün irəli sürülən əsas tələblər deməkdir. Təlimin mahiyyətindən və qanunauyğunluqlarından irəli gələn prinsiplər təlim zamanı müəllimin necə hərəkət etməli olduğunu müəyyənləş dirməyə imkan verir. A Didaktikanın inkişaf tarixində təlimin ümumi prinsiplərinin aşkara çıxarılması həmişə aktual bir məsələ olmuşdur. Təlim prinsipinin miqdarı və adları baxımından pedaqoji ədəbiyyatda bu vaxta qədər fikir birliyi yoxdur. Prinsiplər tarixən konkret olub müəyyən ictimai tələbatı əks etdirir. Hələ orta əsrlərdə Əbu Reyhan Biruni (973-1048) təlimin beş prinsipini (şüurluluq, aya nilik, ardıcıllıq, inandırıcılıq, nəzəriyyə ilə təcrübənin vəhdəti)irəli sürmüşdür.Elm inkişaf etdikcə, təlimin yeni qanunauyğunluqları aşkara müəllimlərin təcrübəsi artdıqca təlim prinsipləri dəyişir çıxdıqca, və təkmilləşir.Məktəbdə tədris prosesini optimal təşkil etmək üçün müəllim ilk növbədə təlimin məqsəd və vəzifələrini müəyyənləşdirməyi bacarmalı və şagird şəxsiyyətinin inkişaf etdirilməsi vəzifələrinə kompleks yanaşmalıdır. Çünki müəllim və şagirdlərin talim prosesindəki birgə fəaliyyətində təlimin prinsipləri özünün tam ifadəsini tapır. Prinsiplər didaktik qanunlarla sıx bağlıdır. Y.A.Komenski, 1.H.Pestalotsi, J.J.Russo, A.Disterveq K.D.Uşinski didaktik görüşlərində bu gin də təhsil sistemində istifadə olunan prinsipləri müəyyənləşdirmiş, onların elmi əsaslarını vermişlər. Təlimin prinsipləri vəhdət halında çıxış edir. Prinsiplərə qısaca nəzər salaq.
1. Təlimdə məqsədyönlülük prinsipi. Gənc nəslin tərbiyə- sində aydın məqsədlərin müəyyən edilməsi başlıca şərtdir. Yəni müasir dövrdə hüquqi dövlət qurmuş Azərbaycan Respublikasınım gənc nəslini vətənimizə, dövlətimizə layiq maqsadlar in da yetişdirməliyik. Gənc nəslin dövlətimizin məqsədini aydın başa düşməsi təlim prosesində həyata keçirilir. Təlim prosesində onlar müvafiq biliyə yiyələnməklə hərtərəfli inkişaf etmiş olurlar. Təlim sadəcə bilik verməklə kifayətlənmir. Bu prinsipə sən müəllimlər və tərbiyəçilər təlimi elə qurmalıdırlar ki, şagirdlər hər an təlimin məqsədini dövlətçilik baxımından, ənənəvi və hüquqi cəhətdən aydın dərk edib və onu həyata keçirməyi bacarsınlar. Təlimin başlıca məqsədi, Azərbaycanın fəal və mənəvi cəhətdən inkişaf etmiş vətəndaşlarının şüurunda, vətənə, xalqa, dövlətə, ölkənin siyasi və mənəvi inkişafına xidmət etməyə inam yaratmaqdır. Hər bir müəllim dərsi planlaşdırarkən hansı m di həyata kecirəcəyinə diqqət yetirməlidir.
2. Təlimin həyatla əlaqələndirilməsi prinsipi. Dərsin elmi- nəzəri səviyyəsini yüksəltmək üçün ən vacib tələblərdən biri dərsin həyatla əlaqəsinin təmin edilməsidir. Bu prinsip təlimi həyatla əlaqəli şəkildə qurmağı nozərdə tutur. Məktəb insanı hayata hazırlamalıdır.
Talim prosesində tədris olunan fənlərin hər biri həyatla, icti mai mühitlə, əməklə, ölkədə gedən quruculuq işləri ilə əlaqədardır.. Hər bir fənnin məzmunundan asılı olaraq nəzəri biliklər təc rübə ilə, hayati faktlarla əlaqələndirilməlidir. Buna görə məktəb lilər görüşlərdə, kütləvi tədbirlərdə iştirak etməlidirlər. Belə tǝdbirlər məktəblilərin əqli və fiziki qabiliyyətlərini praktik olaraq inkişaf etdirir. Praktika idrak fəaliyyətinin mənbəyidir. Təlimin həyatla əlaqələndirilməsi prinsipi nəzəriyyə ilə təcrübənin vəh dətini həyata keçirir. Nəzəriyyə öyrədilərkən təcrübəyə istinad edilməlidir.
3. Şüurluluq və fəallıq prinsipi. Şüurluluq və fəallıq prinsi pi təlim prosesində şagirdlərin fəaliyyətinin xarakterini, onların təlimə münasibətini əks etdirir. Bu prinsip təlim prosesində şagirdlərin fəaliyyətini, mənimsəmənin xarakterini, onların təlimə münasibətlərini əks etdirir. Təlimə hər bir şagird şüurlu, fəal və müstəqil surətdə yanaşmalıdır. Çünki təlimin ən vacib şərtlərindən biri şüurlu fəaliyyətdir. Biliklərə yiyələnmə əsasən şüurlu fəaliyyətin nəticəsində yaranır və pedaqoji prosesin mahiyyətindən irəli gəlirŞagirdlərin bilikləri şüurlu mənimsəməsi bir sıra amillərdən: biliyin başa düşülməsi, düzgün ifadə olunması, onun tətbiqi, idrak motivlərindən, idrak fəallığının səviyyəsi və xarakterindən, müəllimin təlimdə tətbiq etdiyi metod, vasitələrdən və s. asılıdır. Şüurluluq fəallıqla sıx bağlıdır, təlimə şüurlu yanaşan şagird həm də fəaldır.Fəallığın daxili (zehni) və zahiri (əməli) cəhətləri vardır. Zehni fəallıq şagirdin zehni məsələlərin həllində, əməli fəallıq isə müxtəlif növ praktiki işlərin, çalışmaların icrasında özünü göstərir. Şüurluluq və fəallıq şagirdlərin müstəqilliyi ilə sıx bağlıdır, müstəqillik şüurluluğun və fəallığın yüksək təzahür formasıdır. Şərqin görkəmli filosofu Əbu Reyhan Biruni təliminqanunauyğunluqlarını təsdiq edərkən təlimə şüurlu yanaşmanı əsas götürmüşdür. Öyrənmədə müşahidə, müqayisə etmək yalnız asas şüurlu fəaliyyət zamanı mümkündür .
4. Təlimdə əyanilik prinsipi. Hələ informasiya texnologiya- larının olmadığı bir dövrdə Şərq fəlsəfəsinin baniləri Ol-Farabi, Ə.R.Buruni bu prinsipdən istifadə etmişlər. Oyanilik prinsipi təlimi öyrənilməsi vacib olan konkret şeylər və hadisələr üzərində qurmağı nəzərdə tutur. Dərsdə əyani vasitələrdən istifadə edən müəllim şagirdlərin şüurunda fakt və hadisələr haqqında aydın təsəvvür yaradır. Oyanilik prinsipi idrak prosesinin öz təbiətindən irəli gəlir. İdrak prosesi canlı müşahidədən, yəni fakt və hadisələrin qavranılmasından başlanır.Əyaniliyi "qızıl qayda" adlandıran böyük çex pedaqoqu YA.Komenski deyirdi ki, əşya və hadisələrin dərk olunmasında bütün duyğu üzvləri birlikdə fəaliyyət göstərməlidirlər, belə olduqda əyani göstərilən hər bir şey uşağın yaddaşına, təfəkkürünə həkk olunur. Biliklərin mənimsənilməsində İ.H.Pestolitsi təfəkkürün əyaniliklə əlaqələndirilməsini vacib hesab edirdi. 1.Disterverq əyanilik prinsipini təlimin əsas prinsipi hesab etmiş- dir. Əyaniliyə yüksək qiymət verən K.D.Uşinski uşaqların duy- ğularının anlamaya keçməsini, anlamadan fikir yaranmasını, yeni yaranan fikrin sözə çevrilməsini zəruri hesab etmişdir. Əyani vasitələrlə öyrənilən mövzu asan və şüurlu mənimsəməyə, yadda saxlamağa, şagirdləri fəallaşdırmağa kömək edir. Əyanilik müx- təlif vasitələrlə həyata keçirilir. Məsələn: təbii ayanilik, tasviri ayanilik, sxematik ayanilik, obrazlı ayanilik va simvolik ayanilik.Əyanilik prinsipi təlimi cansıxıcılıqdan, quru sözçülükdən xilas edir, sinifdə şən ovqat yaradır. XXI əsr elmi və texnikanın inkişaf etdiyi bu dövrdə əyani vasitələrdən istifadə edilməsi tələb olunur.


Yüklə 36,61 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə