İxtisas: Tarix müəllimliyi Kurs: II qrup: T2-21 Fənn: Pedaqogika-1 Müəllim: dos. Sevda Tağıyeva


Mövzu 3:Təhsilin məzmununu əks etdirən sənədlər



Yüklə 36,61 Kb.
səhifə3/5
tarix24.05.2023
ölçüsü36,61 Kb.
#112537
1   2   3   4   5
Pedaqogika

Mövzu 3:Təhsilin məzmununu əks etdirən sənədlər
Tədris planı. Tədris planı təhsilin məzmununu və bir sıra di- gər cəhətlərini təyin edən başlıca sənəddir. Ümumiyyətlə, ayn- ayrı siniflər və fənlər üzrə şagirdlərə verilən bilik, bacarıq va vərdişlərin məzmunu xüsusi dövlət sənədləri ilə müəyyən edilir.Tədris planı tədris müəssisələrinin sertifikatıdır. Tədris planı.
a) tədris ilinin, rüblərin və tətillərin müddətini;
b) tədris müəssisəsində öyrənilən fənlərin tam siyahısını;
c) təlim illəri üzrə fənlərin bölüşdürülməsini;
ç) hər fənnin bütün təlim müddətində və hər sinifdə öyrǝ- nilməsinə ayrılan saatların miqdarını;
d) hər fənnin öyrənilməsinə verilən həftəlik saatların miqdarını;
e) praktikaların strukturunu, müddətini və s. müəyyən edir.
Tədris planının tərtibi müəyyən prinsiplərə əsaslanır:
tədris planı dövlət təhsil standartlarına uyğun tərtib edilməlidir
fənlərin keçirilmə ardıcıllığına ciddi əməl edilməlidir;
təhsilin müxtəlif pillələri arasında varislik gözlənilməlidir;
şagirdlərin maraq və qabiliyyətlərinin təmin edilməsi üçün rait yaradılmalıdır;
tədris planında regionun milli tərkibi, şərait və xüsusiyyət- ri nəzərə alınmalıdır; (yəni az saylı xalqları və etnik qrupların zana dili və ədəbiyyatlarını öyrənməsi, məktəbin tədris maddə bazası və s.)Məktəbin tədris planı Təhsil Nazirliyi tərəfindən təsdiq edilir onun yerinə yetirilməsi məcburidir. Tədris planı tədris proq- ramı və dərs cədvəllərinin tərtibi üçün əsas sənəddir.Tədris proqramları. Hər tədris fənni üzrə bir proqram tərtib dilir. Tədris proqramları hər fənn üzrə veriləcək bilik, bacarıq vərdişlərin həcmi, sistem və ardıcıllığını müəyyən edən döv- sənədidir. Deməli, məktəbdə nə qədər fənn öyrədilirsə, oqədər də tədris proqramları olur və onların bir sira ümumi cəhət- lari var. Tədris proqramı iki hissədən izahat vərəqindən və verilən biliklərin, bacarıq və vərdişlərin məzmunundan ibarət olur. O, tədris planı əsasında tərtib olunur. Tədris planında fənnə ayrılan illik saatlar proqram mövzuları arasında bölünür. Tədris proqramı iki prinsip əsasında tərtib olunur:Xətti və konsentrik.Xətti prinsipə görə, tədris materialları ciddi sistemdə və ardıcıllıqla düzülür və mövzular arasında məntiqi əlaqə gözlənilir.Konsentrik prinsipa görə, eyni silsilədən olan tədris material- ları bir neçə pillədə keçirilir: həmin materiallar sonrakı pillələrdə daha geniş və dərindən öyrənilir. Məsələn: riyaziyyat, ana dili, təbiət silsiləsindən olan fənlər həm ibtidai siniflərdə, həm də orta və yuxarı pillələrdə keçirilir.Təbiət və cəmiyyət hadisələrindəki qarşılıqlı əlaqəyə və elm- lar arasındakı inteqrasiyaya uyğun olaraq, fənlərarası və fəndaxili əlaqələr də tədris proqramında nəzərdə tutulur.Program Təhsil Nazirliyi tərəfindən təsdiq edilir və fənni tədris edən müəllimlər üçün əsas sənəd hesab olunur. Tedris prosesində müəllim proqrama ciddi əməl etməlidir, lazım bilərsə, zəruri hallarda proqramda qismən dəyişiklik aparmaq olar. Müǝllim dərslərə hazırlaşarkən proqramla tanış olmalı, mövzusunun həcmi, həyatla əlaqəsi, fənlərarası əlaqə baxımından onu təhlil etməyi bacarmalıdır. Proqram dərsliklərin tərtibinin əsasını təşkil edir.Təhsil proqramı (kurikulum) dövlət təhsil standartlarına uyğun ayrı-ayrı təhsil pillələri və səviyyələri üzrə təhsilin məzmununu və mənimsəmə qaydalarını müəyyən edir. Kurikulum latınca "kurs", "elm" demekdir. O, mütərəqqi təhsil modellərindən sayılır. Kurikulum təhsilin məqsədini, məzmun standartlarıni, təlim texnologiyası və qiymətləndirmə standartlarını özündə birləşdirən konseptual sənəddir."Kurikulum "sözü ilk dəfə 1876 cı ildə ABŞ-da işlənmişdir və ilk fənn kurikulumları 1918-ci ildə ABŞ-da tətbiq olunmuşdur. Azərbaycada kurikulum rəsmi sənəd kimi 30 oktyabr 2006-cı ildən Nazirlər Kabinentinin qərarı ilə "Azərbaycan Respublikasında ümumi təhsilin konsepsiyası (Milli Kurikulum)" çərçivə sənədi kimi qəbul edilmişdir, 2007- 2008-ci ildən etibarən tətbiq olunur. Təhsil kurikulumları xarak- terinə görə müxtəlif növdə olur:
Fənyönümlü
Şəxsiyyətyönümlü
Nəticəyönümlü və s.
Fanyönümlü kurikulumlar məzmun etibari ilə elm sahəsini, onun anlayışlar sistemini əhatə etməklə bu anlayışların mənimsənilməsinə istiqamətləndirilir. Burada keyfiyyətcə biliklərin həcmi və miqdarı əsas rol oynayır.Şəxsiyyətyönümlü kurikulumlar bilavasitə həyati bacarıq və vərdişlərə üstünlük verilməsi ilə fərqlənir. Bu kurikuluma görə insanın gələcək həyat fəaliyyətində lazım olacaq praktik bacarıq və vərdişlər əhatə edilir, onun əqli fəaliyyətlə bağlı qabiliyyətlərinin formalaşması ön plana çəkilir. Burada minimum biliklərin müəyyənləşdirilir.Şəxsiyyətyönümlü kurikulumlar inteqrativ (kompleks yanaş- ma) məzmunu ilə seçilir. Kurikulumların inteqrativ məzmunda hazırlanması onun bir neçə cəhətdən keyfiyyətinin yüksəlməsinə təsir göstərir. Yəni fənlərin inteqrasiyası onların sayının azalması ilə nəticələnir, həftəlik saatların minimum səviyyəyə endirilməsinə imkan yaradır, şagirdlərin şəxsiyyətinin formalaşması üçün ən zəruri praktik işlərin həyata keçirilməsinə imkan yaranır. Bütün bunlar təhsilin humanist prinsiplər əsasında qurulmasına təminat verirFənn kurikulumları nəticayönümlü xarakterə malikdir. Bu xüsusiyyətlər onu əvvəlki proqramlardan kəskin fərqləndirir. Nəticǝyönümlülük müasir kurikulumların hazırlanmasında nəzərə alınan mühüm didaktik prinsiplərdən biri hesab edilir. Nəticəyönümlünümlülüyün olması ilk növbədə təlim fəaliyyətinə əsaslanır və son nəticəni görməyə imkan verir.Kurikulum modeli təhsil modellərindən biri kimi dünyada, xüsusən Avropada geniş yayılmışdır. Kurikulum modeli ənənəvi təlim modellərindən fərqlidir. Ənənəvi təlim daha çox bilik vermək məqsədi güdür. Kurikulumda əsas diqqət bilikləri verməklə yanaşı onun tətbiqinə, bacarıq və vərdişlərin formalaşmasına, həyati bacarıqların inkişaf etdirilməsinə yönəlir, yəni biliklərə bacarıq səviyyəsində yiyələnmək tələb olunur.Ənənəvi təlimdə üstünlük doqmatik (yunanca ehkam, gördüyü işa, atdığı addıma arxayın deyil), izahlı - illüstrativ metodlara verilirsə, yeni təlimdə fəal (interaktiv) təlim metodları aparıcı yer tutur. Ənənəvi təlimdə təhsilverici funksiya ön plana keçir, təlimin inkişafetdirici, stimullaşdırıcı funksiyasına lazımi diqqət yetirilmir, yeni təlim modelində motivasiyaya, şagirdlərin stimullaşdırılmasına, maraqlarına hər bir dərsdə xüsusi diqqət yetirilir.Ənənəvi təlimdə dərs standart xarakterdə olur, kurikulum təlimində qeyri-standart məşğələlərə daha çox yer verilir. Ənənəvi təlimdə müəllim fəal, şagird isə passiv rol oynadığı halda, yeni modeldə müəllimin, şagirdin funksiyaları və mövqeyi dəyiir; müəllim məsləhətçi, bələdçi, şagird isə müstəqil fəaliyyət göstərən tədqiqatçı kimi çıxış edir. Indi təlimdəki subyekt-obyekt münasibətləri, subyekt-subyekt münasibətlərinə çevrilir. Kurikulum şagird nailiyyətlərinin qiymətləndirilməsi baxımından da fərqlidir. Burada qiymətləndirmə zamanı hər bir fənnin məzmun standartlarında şagirdlərə aşılanacaq bilik va bacarıqlarla yanaşı, əldə edilən nəticələr və onları qiymətləndirmək üçün meyarlar da öz əksini tapır. Bu da bilik və bacarıqları obyektiv şəkildə qiymətləndirməyə imkan verir.Tədris ədəbiyyatı: Təhsilin məzmunu, onun tərbiyələndirici və inkişafetdirici xüsusiyyətləri dərsliklərdə konkretləşdirilir. Dərslik tǝrdris proqramı əsasında və ona müvafiq olaraq tərtib edilən sənəddir. Uşağın şəxsiyyət kimi formalaşmasında dərsliyin əhəmiyyəti əvəzolunmazdır. Şagird üçün dərslik bilik mənbəyidir. Şagirddən fərqli olaraq, dərslik müəllim üçün metodik vəsaitdir. Dərsdə şagirdlərin təhsili, inkişafı, tərbiyəsi kimi sələləri həll edərkən müəllim dərsliyə əsaslanır, dərs üçün zəruri materialı axtaranda, seçəndə dərslikdən istifadə edir. Vaxtilə K.D.Uşinskinin dediyi kimi, yaxşı dərslik və metodika şəraitində orta səviyyəli müəllim də yaxşı nəticə ala bilər .Derslikdə bölmələrin mövzuların adları və ardıcıllığı tədris proqramına uyğun gəlir. Proqramda nəzərdə tutulan mövzular və məsələlər ardıcıl şərh olunur.Təriflər, qaydalar, qanunlar dərsliklərdə iri və qara hərflərlə verilir ki, şagirdlərin diqqətini cəlb etsin və yadlarında qalsın. Dərslik, adətən, əyani səciyyə daşıyır. Dərsliklərdə cədvəllərə, sxemlərə, şəkillərə, xəritələrə, dioqramlara və digər vasitələrə la- zımınca yer verilir. Dərsliyin bədii tərtibatı şagirdlərin estetik tərbiyəsində mühüm əhəmiyyət kəsb edir. Dərsliklər şagirdlərin müstəqil düşünməsi, mühakimə yürütməsi üçün istiqamət verir. Dərslik fəal təlim prosesində bir komponent kimi şagirdi idraki fəallığa sövq etməli, onu tədqiqatçılığa və yaradıcılığa istiqamətləndirməlidir. Dərsliyin ən mühüm atributlarından biri onun yeniliyi və müasirliyi daima izləməsidir.Dərslikdən əlavə müxtəlif formalı və məzmunca fərqli olan dərs vəsitləri də mövcuddur, o cümlədən müntəxəbatlar,lüğətlər, məsələ və misallar məcmuəsi, çalışmalar toplusu, imla və ifadə toplusu, test kartoçkaları, paylama materialları, sorğu kitabları, musiqi üzrə plastinkalar, albomlar, tarix və cografiya üzrə xəritələr toplusu və s.



Yüklə 36,61 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə