İxtisas: Tarix müəllimliyi Kurs: II qrup: T2-21 Fənn: Pedaqogika-1 Müəllim: dos. Sevda Tağıyeva


Mövzu 2: Pedaqoji proses və onun səciyyəvi cəhətləri



Yüklə 36,61 Kb.
səhifə2/5
tarix24.05.2023
ölçüsü36,61 Kb.
#112537
1   2   3   4   5
Pedaqogika

Mövzu 2: Pedaqoji proses və onun səciyyəvi cəhətləri

Qarşıya qoyulmuş məqsədə çatmaq üçün müəllimlərlə girdlərin qarşılıqlı təsirinə pedaqoji proses deyilir. Başqa sözlə, pedaqoji proses dedikdə, şəxsiyyətin tərbiyəsi, təhsili və inkişafı ilə bağlı aparılan bütün məqsədyönlü, planlı, mütəşəkkil işlər nəzərdə tutulur. Pedaqoji proses - tərbiyə, təhsil, təlim və şəxsiyyətin inkişafı prosesinin məcmusudur. Pedaqoji proses anlayışını elmə ilk dəfə rus pedaqoqu R.F.Kapterev daxil etmişdir. O, pedaqoji prosesi "Şəxsiyyətin özünüinkişafı və daxili qüvvələri əsasında sosial ideala uyğun hərtərəfli təkmilləşməsi" kimi müəyyənləşdirir, daxili pedaqoji prosesi orqanizmin və mühitin xüsusiyyətləri ilə müəyyən olunan insanın özünüinkişafı prosesi kimi qəbul edirdi.Pedaqoji proses mürəkkəb bir sistemdir, çünki o pedaqoji prosesin tərkib hissələrinin vəhdətindən ibarətdir və təlim-tərbiyə, təhsil, inkişaf, öyrədənlərlə öyrənənlərin, tərbiyə edənlərlə tərbiyə olunanların qarşılıqlı fəaliyyətini özündə birləşdirir.Pedaqoji prosesin inkişafını obyektlə (öyrənənlər) subyekt (tərbiyəçi, müəllim, valideyn) arasında qarşılıqlı münasibətlərin vəhdəti təşkil edir. Təlim və tərbiyə prosesində onun obyekti eyni zamanda onun subyektinə çevrilməlidir. Müstəqil Azərbaycan Respublikasının I Müəllimlər qurultayında deyilmişdir:Ümumtəhsil məktəblərində şagirdlərin şəxsiyyət kimi for- malaşmasının, onun təlim-tərbiyə prosesinin subyektə çevrilməsinin başlıca vəzifə hesab edilməsinin, təlim-tərbiyənin uşağın, şagirdin meyil, maraq və potensial imkanlarını nəzərə almaqla təşkil olunması, maddi-mənəvi tərbiyənin ön plana çəkilməsi... təhsil-tərbiyə müəssisələrinin kollektivləri üçün fəaliyyət proqramı olmalıdır".Pedaqoji proses dinamik sistemdir, o daim inkişafdadır. Pedaqoji sistemin öz strukturu və bu struktura uyğun komponentləri: məqsədi, məzmunu, vazifalari, metodları, prinsiplari, fəaliy yat və nəticələri vardır. Maqsad komponenti pedaqoji fəaliyyətin vəzifələrini, məzmun komponenti ümumi məqsədə və konkret vəzifəyə uyğun mənanı, fəaliyyat komponenti subyektlərin əmək- daşlığımı, nəticə komponenti isə bu prosesin baş verməsinin sə- mərəliliyini əks etdirir.Pedaqoji proses öz məqsədi, vəzifələri, məzmunu, metodları, müəllim və şagirdlərin qarşılıqlı təsir formaları sayəsində əldə olunmuş nəticələri ilə xarakterizə olunur. Məqsəd, mazmun, faqliyyat va nəticə sistem yaradan komponentlərdir.Pedaqoji proses ümumilik və vahidlik keyfiyyatlari, pedaqoji prosesin vahid məqsədinə xidmət edir, bu özünü ümumi məqsədlər və qanunauyğunluqlarda, metod və formalarda göstərir.Təlim və təhsil şəxsiyyətin tərbiyəsinə, ümumi və psixi inki- şafına güclü təsir göstərir. Tarbiya va inkişaf prosesi ise öz növbəsində təlim və təhsil prosesinə, şagirdin zehni işdə daha səylə çalışmasına, fəallığına kömək edir.Pedaqoji prosesin təşkili formalarında da ümumi cəhətlər özünü göstərir: həm təlim, həm də tərbiyə prosesində fərdi qrup və kollektiv formalar tətbiq olunur. Pedaqoji prosesin inkişaf dinamikası obyektlə subyekt arasında qarşılıqlı münasibətlərin xarakterindən asılıdır. Pedaqoji prosesin obyektini ayrı-ayrı fərdlər (şagirdlər) və onların qrupları (sinif, məktəb kollektivi) təşkil edir. Pedaqoji prosesin subyekti kimi isə ayrı-ayrı şəxslər (müəllim, tərbiyəçi, valideyn və b.), habelə kollektiv orqanlar (pedaqoji şura, ictimai təşkilatlar, pedaqoji kollektiv və b.) çıxış edir. Pedaqoji prosesdə tərbiyənin obyekti eyni zamanda onun subyektinə çevrilməlidir. Bu cəhətin nəzərə alınmaması pedaqoji prosesdə ciddi qüsurlar doğura bilər (avtoritar tərbiyə, şəxsiyyətin passivliyi və s.)Pedaqoji prosesin səciyyəvi cəhətlərindən biri onun inkişafı, mütəhərrikliyidir. Bunun da sayəsində gənc nəslin tərbiyə, təhsil, təlim və inkişaf səviyyəsi dəyişir, təkmilləşir. Pedaqoji prosesin daxili hərəkətverici qüvvəsini şagirdlər qarşısında qoyulan tələblərlə onların bu tələbləri yerinə yetirmək üçün real imkanları arasındakı ziddiyyət təşkil edir. Bu ziddiyyət o zaman inkişafın mənbəyi olur ki, irəli sürülən tələblər şagirdlərin imkanlarına müvafiq gəlsin. Tərbiyəçinin vəzifəsi şagirdlərin və uşaq kollektivinin təlim-tərbiyə səviyyəsini öyrənməkdən, onlar qarşısında real tələblər qoymaqdan, şəxsiyyət və kollektivin inkişaf perspektivlərini layihələşdirməkdən ibarətdir.Pedaqoji prosesi səciyyələndirən cəhətlərdən biri də bu prosesdə ümumi məqsədin, qanunauyğunluq və prinsiplərin, forma və metodların olmasıdır. Pedaqoji prosesin qanunauyğunluqları bu prosesə xas olan zəruri, davamlı əlaqələrlə - səbəb-nəticə asılılıqları ilə bağlıdır. Belə qanunauyğun əlaqələr çoxcəhətlidir: pedaqoji proseslə cəmiyyətin tələbatları, imkan və şəraiti arasında əlaqə; pedaqoji prosesin müxtəlif sahələri - tərbiyə, təhsil, təlim və şəxsiyyətin inkişafı arasında əlaqə; şəxsiyyətin fəaliyyəti və ünsiyyəti ilə onun inkişafının nəticələri arasında əlaqə; pedaqoji prosesin subyekti və obyekti arasında əlaqə; kollektiv və şəxsiyyət arasında əlaqə; pedaqoji prosesin məqsədi, məzmunu, forma və metodları arasında əlaqə; şəxsiyyətin imkanları ilə ona pedaqoji təsirin xarakteri arasında əlaqə və s.Hər bir əlaqə ilə bağlı müvafiq qanunauyğunluqlar özünü göstərir. Əgər bu qanunauyğunluqlardan (eləcə də onları əks etdirən pedaqoji prinsiplərdən) hər hansı biri nəzərə alınmazsa, pedaqoji prosesi səmərəli qurmaq olmaz. Bu cəhət pedaqoji prosesin forma və metodlarına da aiddir.Pedaqoji prosesin ümumi metodları fəaliyyətin tamlığı konsepsiyası baxımından müəyyən olunur. Bu metodlar həm təlim, həm də tərbiyə fəaliyyətində özünü göstərir: şəxsiyyətin ağlını, şüurunu formalaşdıran metodlar; zehni və mənəvi fəaliyyəti, ünsiyyəti və ictimai davranış təcrübəsini formalaşdıran metodlar; fəaliyyəti və davranışı stimullaşdıran və motivləşdirən metodlar; nəzarət, özünənəzarət və özünüqiymətləndirmə metodları.Pedaqoji prosesin təşkili formalarında da ümumi cəhətlər özünü göstərir: həm təlim, həm də tərbiyə prosesində fərdi, qrup və kollektiv formalar tətbiq olunur.Pedaqoji prosesə xas olan ümumi cəhətlərlə yanaşı, bu prosesə daxil olan sahələrin spesifik cəhətləri, özlərinə məxsus xüsusiyyətləri də vardır. Bu xüsusiyyətlərin nəzərə alınması təlim, təhsil, tərbiyə və şəxsiyyətin inkişafı proseslərini daha səmərəli təşkil etməyə imkan verir.


Yüklə 36,61 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə