Azərbaycan VII-IX əsrləRDƏ



Yüklə 2,81 Mb.
Pdf görüntüsü
səhifə28/156
tarix01.08.2018
ölçüsü2,81 Mb.
#60576
1   ...   24   25   26   27   28   29   30   31   ...   156

85

Bütün Arran yepiskopluqlara bölünmüşdü. Ruhanilər silki

sırasına yepiskoplardan başqa, alim ilahiyyatçılar, keşişlər, dyakon

və rahiblər də daxil idi. Onlar katolikosun ətrafında toplanan adamlar

idi. Yepiskoplar əsil ruhani knyaz olub, böyük qüvvəyə malik idilər.

Əgər bunlardan bəziləri hər hansı bir bidətçi təriqətə tərəfdar

olduğuna və ya başqa səbəblərə görə katolikosun itaətindən

çıxırdılarsa, katolikos onları öz əlində saxlamaq üçün zora əl atırdı.

Xristian bir ölkə olan Arranda ruhanilərin çox olmasının

səbəbi qismən budur ki, hər bir knyaz keşişdən tutmuş dyakonlara

qədər öz xanədan kilsəsinə mənsub çoxlu ruhanini vassal kimi öz

itaətində saxlayırdı. Lakin əsas səbəb budur ki, kilsə hakimiyyətə və

sərvətə yol açırdı, buna görə hamı kilsəyə soxulmağa cəhd edirdi.

Bütün bu kilsə xadimləri kütləsinin yaşamaq üçün çoxlu vəsaitə

ehtiyacı  vardı,  odur  ki,  onlar  bu  vəsaiti  qara  camaata  dəhşətli  zülm

etməklə onların belindən çıxarırdılar.

Ərəblərin hücumuna yaxın zamanda kilsələrə, necə deyərlər,

"bəxşiş" olaraq kənd və vilayətlər verilməsi sistemi diqqəti cəlb edir.

M.Kalankatuklu bu "bəxşişlər" üçün, demək olar, standart bir ifadə

olaraq, "əhalisi ilə birlikdə kəndlər" və "balığı çox olan çaylar"

sözlərini təkrar edir

1

; bu cəhət isə kilsə və feodalların mülkləri özləri



istismar etdiklərindən, yaxud icarəyə verdiklərindən asılı olmayaraq,

kilsə və feodal hakimiyyətinin iqtisadi xarakterini qeyd edir, habelə

kilsə və feodalın əsas gəlir mənbəyi olan kənd əhalisinə onların

münasibətini göstərir. Kilsə və feodallara edilən bəxşişlər cox vaxt

kəmər, qolbaq, paltar, mirvari, qızıl, parça, az tapılan heyvan, quş,

zinət şeyləri və sairədən ibarət idi

2

.

Arran xalqı başlıca olaraq kənd əhalisindən ibarət idi; onların



çox hissəsi isə mülki və ruhani knyazların feodal asılılığında idi.

Məsələn, yada salaq ki, padşah Vaçenin min ailəlik təhkimli kənd-

1

Yenə orada, səh. 139/112.



2

История Агван, стр. 139, 149, 249/112, 120, 199.




86

liləri var idi.. Kilsə və feodalların ixtiyarında olan bütün kəndlərin

əhalisi, əlbəttə, təhkimçilik asılılığında idi.

Lakin tədqiq edilən vaxtda Arranda azad olub bir qədər

sıxışdırılan kəndlilər hələ var idi. Bu kəndlilər çox vaxt öz

hüquqlarını açıq (çox ehtimal, silah ələ alıb) müdafiəyə qalxırdılar.

Bu mübarizə çox kəskin idi və padşah Vaçaqanın hökmranlığı

dövründə bununla nəticələndi ki, padşah Aquen dini yığıncağını

çağırdı; burada isə azad icmaçıların feodallar və kilsə ilə mübahisəsi

müəyyən dərəcədə həll olunurdu. Elə "əsilzadələr" və qara camaat bu

yığıncağın çağırılmasına və "Kilsə qaydası" qərarlar qəbul etməsinə

səbəb olmuşdur.

Yığıncaqda bir tərəfdən padşah Vaçaqanın özü ilə bərabər

Partav, Qəbələ və digər şəhərlərin yepiskopları, keşişləri, digər

tərəfdən "azad adamlar", "əsilzadələr", Arsax və Kalankatuk və sair

yerlərin qəbilə ağsaqqalları iştirak edirdilər.

"Azad adamların" açıq müqavimətinə baxmayaraq, padşah

Vaçaqan öz hökmü ilə  əmr etdi ki, "hər bir azad şəxs, yaxud kənd

əhli, ya da "əsilzadələrdən" hər kəs ölənləri yad etmək üçün bir il

ərzində ibadət etməli" və bunun üçün kilsəyə müvafıq nəzir

verməlidir

1

, kəndli pəhriz vaxtı  ət yedikdə, kilsə kətxuda vasitəsilə



kəndlinin öküzünü əlindən alıb keşişə verirdi

2

.



Həmin yığıncaqda yepiskoplar və keşişlər padşah Vaçaqana

şikayət edib demişdilər ki, azad kəndlilər öz kəndlərinin hər birində

iki-üç kilsə və ya monastır tikməklə kilsənin gəlirini dağınıq hala

salırlar. Padşah Vaçaqan buradaca sərəncam vermişdi ki, bu

kilsələrin bütün gəliri bütöv kilsə camaatını birləşdirən vahid baş

kilsəyə verilsin

3

.

Vaçaqan onda bir vergini ödəyən "azad adamları" məcbur etdi



ki, bu verginin yarısını baş kilsəyə, ikinci yarısını isə öz kənd

kilsəsinə versinlər; halbuki əvvəllər onda bu verginin hamısı kənd

1

Yenə orada. səh. 66-67/51.



2

Yenə orada, səh. 68/52.

3

История Агван, стр. 68/53.




87

kilsəsinə verilirdi

1

. Bundan sonra "azad adamların" keşişləri öz



kəndlərindən qovmaları və öz istədiklərini kəndə gətirmələri qadağan

olunurdu.

Qərarın həmin və digər maddələri əsasında azad kəndlilərin

hüququ xeyli məhdud edilirdi və onlar tədricən kilsə və feodallardan

asılı olurdular.

Qeyd etmək lazımdır ki, tədqiq etdiyimiz dövrdə, Arranda

quldarlıq hələ ləğv edilməmişdi, qul və kənizlərin sayı olduqca çox

idi


2

.

Arranda bu silklərdən başqa "hərbi adam" və "atlı" adlananlar



var idi; bunlar, yəqin, müharibə zamanı feodal ordusu kimi padşahın

qoşununda xidmət etmək üçün pulla tutulan və padşah qoşununun

özəyini təşkil edən muzdlu əsgərlərin bir növü idi və kənd yerlərində

qoşun sırasına yığılırdı. Dinclik dövründə bu "hərbi adamlar" heç bir

maaş almır, ancaq qənimət və qarətlə dolanırdılar, Çətinlik çəkmədən

ehtimal etmək olar ki, bu silk həqiqətdə kilsənin fəaliyyəti üçün ciddi

təhlükə təşkil edirdi, buna görə də kilsə var qüvvəsini sərf edirdi ki,

"hərbi adamların" kilsəyə zidd fəaliyyətini cilovlasın. Varaz-Trdatın

hökmranlığında katolikos Simeon xüsusi bir qərar çıxarmalı oldu; bu

qərarda Arran kilsəsinə və onun xadimlərinə tövsiyə olunurdu ki,

"ləyaqətsizlərə, hərbi adamlara, habelə atlılara kilsə üzərində hakim

kəsilməyə icazə və yol verilməsin. Heç kəs cəsarət edib kilsənin

ixtiyarını onlara tapşırmasın, onlara nə taxıl, nə də başqa gəlir

verilməsin". "Ləyaqətsizlər və hərbi adamlar" cürət edib kilsəyə

yaxınlaşmırdılar. "Ləyaqətsizlər və hərbi adamlar kilsəyə hakim

kəsilməməli və ölkəni Allahın qəzəbinə düçar etməməlidirlər...

Ləyaqətsizlər və hərbi adamlar cəsarət edib kilsəni özlərinə tabe

etməsinlər, kim cəsarət edərsə, ona lənət oxunsun... Heç kəs cürət

1

Yenə orada, səh. 69/53. K.P.Patkanov səhv olaraq "onda bir alır"



tərcümə etmişdir.

2

Yenə orada, səh. 249-250/199-200.




Yüklə 2,81 Mb.

Dostları ilə paylaş:
1   ...   24   25   26   27   28   29   30   31   ...   156




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə