Azərbaycan VII-IX əsrləRDƏ



Yüklə 2,81 Mb.
Pdf görüntüsü
səhifə20/156
tarix01.08.2018
ölçüsü2,81 Mb.
#60576
1   ...   16   17   18   19   20   21   22   23   ...   156

61

Xosrov belə bir şərt qoydu ki, Viro ömrünün axırınadək "öz ölkəsinə

qayıtmasın və sarayda nəzarət altında qalsın. O, (Xosrov) Vironun

patriarx gəlirini əlindən almadı və onu katolikos ləqəbindən məhrum

etmədi"

1

.



Təəssüf ki, "Ağvan tarixi" əsərindən başqa heç bir mənbə

Sasanilərin zülmünə qarşı Albaniya üsyanı haqqında məlumat

vermir. Lakin həmin illərdəki hadisələri "Məktublar kitabı" bir qədər

işıqlandırır. 606-607-ci ildə Gürcüstan katolikosu Kürion Dvində

olan Virk

2

 (İveriya) mərzbanı Smbat Baqratuniyə bu məzmunda bir



məktub yazmışdı: "Tsurtav yepiskopu Moisey öz pis əməllərinə görə

gecə gizlicə qiyamçılara [Albaniya qiyamçılarına] tərəf qaçaraq

Vaqramın [Vironun] yanına gəldi və etdiyi pis hərəkətilə arilər

ölkəsinə (yəni  İrana  - Z.B.} böyük ziyan verdi

3

. Lakin yepiskop



Moisey özünü doğruluğa çıxararaq həmin Smbata yazır: "Mən

Vaqramın yanında olmamışam. Lakin sən cənaba bildirirəm ki,

Vaqram mənə belə yazmışdır: "Sənin kilsədən uzaqlaşmağın böyük

bir işdir, indi ki, sən çıxıb getmişdin, gərək yolunu bizə tərəf

salaydın. Burada [Albaniyada] kilsənin mülkü vardır; bu mülk səni

də təmin edə bilər". Mən bu məktubu katolikos Abraama göstərdim,

sən hakimə də göstərirəm, mən elə buradaca cavab verdim: "Mən

[Vaqram-Viroya] dedim nə üçün oradan getdim - Sizin yanınıza

gəlmək üçün - axı sizinlə [albanlarla] onların [gürcülərin] dini etiqadı

birdir"


4

.

1



 Yenə orada.

2

Deux 'historiens armeniens. Oukhtanes d'Ourha, p. 280 (daha sonra –



Ухтанес Урхаеци). Gürcü, alban, erməni kilsələri arasında olan çəkişmələr üçün

bax; И.А.Джавахова, "История  церковного  разрыва  между  Грузией  и

Арменией  в  начале VII века", стр. 433-536. Virk adı haqqında bax: Н.Эмин.

Происхождение  и  значение  имени: Иверия-Вирк, армянских  писателей

(Приложение 13 в  книге, "Всеобщая  история  Степанноса  Таронского", стр.

255-258); С.Т.Еремян. Феодальнйе образования Картли, стр. 3.

3

Книга писем,стр. 171; Ухтанес Урхаеци, стр. 333-334.



4

 Yenə orada, стр. 173.




62

Zənnimizcə, bu iki yazı parçası Vironun (Vaqramın)

Albaniyadakı üsyan rəhbəri olduğundan şübhə etməməyə əsas verir

1

.



Ktesifonda I Xosrovun yanında əsir kimi qalan Viro, Şirinin

himayəsindən istifadə edərək, öz yanına gələn adamları qəbul edir,

vətəni haqqında məlumat alır, müxtəlif dini mübahisələrdə iştirak

edirdi.


612-613-cü ildə  İran yığıncağı adlanan dini yığıncaq oldu,

bir-birinə düşmən olan iki təriqətin keşişləri xalkedon və

antixalkedon dini yığıncaqların mahiyyətini II Xosrovun təklifi ilə bu

yığıncaqda aşkara çıxarmalı və bir "nəticəyə gəlməli idilər". Bu

yığıncaqdakı xalkedonçular arasında Albaniya katolikosu Viro da var

idi


2

. Asogik


 qe

yd edir ki, yığıncaqda "xalkedon dini yığıncağının

təliminə etiqad Paytakaranda İran padşahının sarayında məhbus olan

Albaniya katolikosu [Viro] da var idi"

3

.

Viro həbsdə ikən Mehranilər



4

 xanədanından olan Albaniya

knyazlarına "Girdiman hakimi və Albaniya ölkəsinin knyazı"

ləqəbini bəxş etdiyi haqqında II Xosrovun bir sərəncam verməsinə

nail oldu

5

. Bu hüquq əldə edildi və Albaniyanın ilk knyazı seçilən



Varaz Oriqor 627-ci ildə Ktesifonda (Mədaində) "Albaniya

katolikosu Viro tərəfindən edilən xaçaçuran (xristianlığı qəbuletmə)

mərasimindən keçdi"

6

.



Bəzi alimlərin Viroya verdiyi xarakteristikanın dəqiq

olmadığını burada qeyd etmək lazımdır. M.İ.Artamonov belə güman

1

 Viro (Vaqram) haqqında bax: N.Akinean. Kİwrion, Katolikosi Wraç, p.



203-207.  Gürcüstan xalkedon katalikosu Kürion haqqında b a x: “История

Армении каталикоса Иоаннеса Драсканакертского”  , стр. 53

2

История епископа Себеоса, стр. 104.



3

Всеобщая история Степанноса  Таронского…, стр. 68 (Asogikin rusca

tərcüməsində); "Агванский католикос, что при дворе царском в Пайтакаране"

(стр. 68).

4

 Mixr sülaləsi haqqında bax: History, p. 107-198, n. 3.



5

История Агван, стр. 281/229.

6

 Yenə orada, səh. 137/109; С.Баратов. История Грузин, тетрадь II, стр.



69-70.


63

edir ki, onun monofızit hesab etdiyi Viro, knyaz Varaz-Qriqoru

xaçaçuran etdiyi halda xalkedonçu Bizans imperatoru I

İraklinin

1

Varaz-Qriqoru ikinci dəfə xaçaçuran etməsi Vironun



xoşuna gəlməyə bilərdi

2

. Gördüyümüz kimi, Viro da xalkedonçu idi;



odur ki, Varaz-Qriqorun İrakli tərəfındən ikinci dəfə xaçaçuran

olunması Albaniya kilsəsini Gürcüstanın da mənsub olduğu xalkedon

kilsə yığıncağına daha möhkəm bağladı

3

. Albaniya tarixində baş



verən sonrakı hadisələr

4

təsdiq edir ki, Albaniya kilsəsi məhz



katolikos Vironun hökmranlığı dövründən etibarən xalkedon kilsə

yığıncağı mövqeyində idi

5

. Viro 25 illik həbsdən azad olunduqdan



sonra vətənə getdi. "Viro vətəninə gəldikdən sonra öz yerarxiya

kilsələrinin qarşısında səcdə edib qapı və döşəmələrini qucaqlayır,

sel kimi göz yaşı axıdıb dizi üstə yerdə sürünürdü"

6

. Lakin katolikosa



katolikosa "bir az istirahət etmək və həsrətini çəkdiyi" doğma

yurdunu "doyunca görmək" müyəssər olmadı, çünki "onu dəhşətli

kədər, zəhmət və məşəqqətlər gözləyirdi və çox keçmədən baş verən

dağıntının şahidi olmalı idi"

7

.

Məlum olduğu kimi, 627-ci ildə, Vironun azad olmasına bir il



qalmış, Bizans ilə xəzərlər arasında İrana qarşı bağlanan hərbi

ittifaqa görə Xəzər orduları Zaqafqaziya ərazisinə ilk böyük basqına

başladılar. Bizans tarixçisinin bildirdiyinə görə, "İmperator İraklinin

1

Е.С.Такайшвили. Источники грузинских летописей, стр. 128; Hİstoire



de la Georgia, p. 228.

2

M.İ.Artamonov. Sitat göstərilən əsəri, səh. 60.



3

İ.A.Cavaxov. Sitat gətirilən əsəri, səh. 514; С.Баратов.История Грузии,

стр. 70; "O [İrakli] Varaz-Qaqeldən (Varaz-Qriqordan) və bütün Qardabani [yəni

Qardman] əhalisindən xahiş etdi ki, həmin dövrdə monofizitlərin təlimi iIə

zəhərlənmiş erməni kilsəsindən üz döndərsinlər". Histoire de la Georgie, p. 228, n.

5; p. 231, n. 7; V.SaintMartin. Memoires sur l'Armenie, I, p.333; C.Toumannoff.

Iberia; v. 65, 3-4, p. 250; yenə onun: The Bagratids of Iberia, p. 288-289.

4

Bax: katolikos Nerses Bakur və knyaginya Spramanın işi



5

N.Akinean. Wiroç katolikosi Aluaniç, p. 473-474.

6

История Агван, стр. 118/94.



7

Yenə orada, səh. 118-119/94-95.




Yüklə 2,81 Mb.

Dostları ilə paylaş:
1   ...   16   17   18   19   20   21   22   23   ...   156




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə