193
Quba şəhərinin talan edilməsi haqqında sənədlər
Quba şəhərinin sakinlərinin şahid ifadələri və müraciətləri
Sənəd № 72
Dindirmə protokolu
1918-ci il. 29 dekabr, Quba şəhəri.
Azərbaycan Hökuməti yanında Fövqəladə Təhqiqat Komissiyasının
üzvü Novatskinin Cinayət Prosessual Məcəlləsinə uyğun olaraq şahid
qismində dindirdiyi aşağıda imza edən şəxs göstərmişdir:
Mən, Molla Hacı Baba Axundzadə, 60 yaşlı, daimi olaraq Quba
şəhərində, müvəqqəti olaraq isə Bakı şəhərində Təzə Pir məscidinin
yaxınlığında yaşayıram.
Mən Quba şəhərinin Axunduyam. Bu ilin aprel ayında Quba şəhərinə
David Gelovaninin başçılığı altında bolşevik dəstəsi gəldi. Gelovani şəhərin
nümayəndələrini yığıncağa topladı və məni və Əbdürrəhman Əfəndi
İmamı da zorla oraya gətirdilər ki, biz də başqaları ilə birlikdə bolşevik
hakimiyyətini tanıyaq. Biz qorxu altında bolşeviklərə tabe olduq, lakin, nə
mən, nə də Əbdürrəhman Əfəndi İmam bolşevizm ideyasının Şəriətə zidd
olmadığını iddia etməmişik. Gelovani bolşevik qaydalarını tətbiq etməyə
başladı. O, Qubaya gələn kimi, Quba həbsxanasına salınmış erməniləri,
onlara qarşı heç bir təhlükə görmədiyi üçün, həbsxanadan buraxdı.
İş orasındadır ki, Bakı, Şamaxı şəhərlərində və Şamaxı qəzasında baş
vermiş qanlı mart hadisələrindən sonra, fürsət düşən kimi varlanmağa
can atan bəzi qarafikirli müsəlman şəxslər bu hadisələrdən də istifadə
edərək Qubada yaşayan ermənilərə hücum etmiş və onları qarət
etmişdilər. Ağıllı və tədbirli müsəlmanlar, ermənilərin həyatına görə nara-
hat olduqlarından, ermənilərin hamısını bir yerə toplayaraq onları etibarlı
mühafizə altında həbsxanada təcrid etdilər. Ermənilər cəmi 200 nəfərə
yaxın idi. Onların arasında qadın və uşaqlar da var idi. Elə həmin erməniləri
müsəlman tərəfindən heç bir təhlükə gözləmədiyi üçün Gelovani azad
etmişdi. Bir neçə gün sonra ətraf kəndlərin ləzgiləri bolşevikləri Qubadan
qovmaq qərarına gəldilər, şəhəri mühasirəyə aldılar və bolşeviklərlə
atışmaya girdilər. Bolşeviklər şəhəri tərk etməli oldular. Onlar gedərkən
şəhərdə olan və əksəriyyəti ermənilərdən ibarət bütün xristianları özləri
ilə apardılar. Bu adamlardan bir hissəsi geri çəkilərkən öldürüldü, çün-
ki atışma dayanmırdı. Bu hadisələrdən on gün sonra, may ayının 1-də
yalnız ermənilərdən ibarət olan və adı məşhur Amazaspın başçılıq etdiyi
toplarla və pulemyotlarla silahlanmış “cəza dəstəsi” ləzgilər tərəfindən
öldürülmüş ermənilərə görə qubalıları cəzalandırmaq üçün Qubaya gəldi.
Dəstə şəhərə gündüz girmişdi.
Quba. Aprel-may 1918-ci il. Müsəlman qırğınları sənədlərdə
194
Ermənilər elə ilk hücum vaxtı müsəlmanları, qadın və uşaqları
amansızlıqla və qəddarlıqla öldürməyə başladılar. Onlar, küçələrdə və
meydanlarda olanların hamısını qətlə yetirdikdən sonra, evlərə soxu-
laraq, südəmər körpələrə belə rəhm etmədən, bütöv ailələri qırırdılar.
Bundan əlavə, ermənilər müsəlmanların qızılını, pulunu və qiymətli
əşyalarını əllərindən alaraq, qarət edirdilər. Bu azmış kimi, onlar evlərə
və mağazalara yandırmağa başladılar. Yığışdırılmamış meyitlər küçələrdə,
evlərdə qalmışdı və çürüyürdü. Ermənilər azğınlaşmışdılar və bir neçə gün
müsəlman qanı içməkdən doymurdular.
Dördüncü gün Amazasp məscidin qarşısındakı meydana gələrək
orada yığılmış əhaliyə müraciət edəndə, onun çıxışından mənim
yadımda yalnız o qaldı ki, Amazasp qubalılardan ləzgilərin öldürdüyü
ermənilərin qisasını alır. Mən şəxsən Quba şəhərində törətdiyi vəhşiliklərə
görə Amazaspın gözünün içinə baxaraq danladım. Amazasp və onun
ətrafındakılardan heç kim deməmişdir ki, onlar bir çox müsəlmanlara
mənim çoxlu erməni qadınlarını xilas etdiyimə görə rəhm etmişlər, çün-
ki mən erməni qadınlarını xilas etməmişəm. Mənə yaxşı məlumdur ki,
Qubada yüzdən çox qadın və qızlara qarşı təcavüz edilmişdir, lakin onların
adlarını bilmirəm, çünki valideynləri və qohumları onları gizlədir: bizdə
adət belədir, anlayış belədir. Mən Amazaspın dəstəsində Quba ermənisi
qəssab Arutyunu görmüşəm, soyadını bilmirəm, və daima Amazaspın
yanında idi, mən digərlərini də görmüşəm, amma onların adını və
soyadlarını bilmirəm. Xatırlayıram ki, Amazasp öz nitqində belə dedi:
“Mən buraya Şirvanda olduğu kimi, sizi məhv etməyə və sizin şəhərinizi
yer üzündən silməyə gəlmişəm, amma sizə rəhm etdim”.
Oxundu. İmza (ərəb hərfləri ilə)
Tərcümə etdi: Ə.Xanbudaqov (imza)
Fövqəladə Təhqiqat Komissiyasının üzvü: А.Novatski (imza)
Əlavə olaraq göstərirəm ki, Quba şəhərinin talan edilməsi zamanı
Amazaspın dəstəsinin əsgərləri mənim mənzilimin qapı və pəncərələrini
qıraraq, min rubl nağd pulumu və üç min rubl dəyərində əşyalarımı
aparıblar. Qarətçilərin adını və soyadını deyə bilmərəm.
Oxundu. İmza (ərəb hərfləri ilə)
Tərcümə etdi: Ə.Xanbudaqov (imza)
Komissiyanın sədri: Ə.Xasməmmədov (imza)
Fövqəladə Təhqiqat Komissiyasının üzvü: А.Novatski (imza)
AR DA, f. 1061, s. 1, i. 96, v. 113-114
195
2-ci hissə
Quba şəhəri sakinlərinə vurulmuş
zərərlər haqqında sənədlər
Quba. Aprel-may 1918-ci il. Müsəlman qırğınları sənədlərdə
196
Sənəd № 74
1 may 1918-ci il tarixində
erməni milli alayının hücumu nəticəsində
Quba şəhərinin 2-ci hissəsinin sakinlərinə dəyən zərərin
Siyahısı
45
1. Hacı Cəfər Mirzəyev – daşınan və daşınmaz əmlak, ikimərtəbəli
15 otaqlı ev və hər birinin öz gözü olan 6 dükan –, 80 yaşlı
qardaşım Məşədi Heybətin evi və digər avadanlığı talan
edilib, dəyən zərərin ümumi məbləği – 800.000 rubl.
2. Musa Əlirza Əsgərzadə (2-ci məhəllənin mollası) – ev, ev
avadanlıqları və kitabxana (400 cild kitab ) yandırılıb,
dəyən zərərin ümumi məbləği – 15.000 rubl.
3. Məşədi Əbdül Xaliq Kərbəlayı Hacı Qədir oğlu – ev, ev
avadanlıqları – 200.000 rubl, içində 225.000 rubl dəyərində mal
olan dükan və mağaza talan edilib.
4. Mirzə Asif Əlibaba oğlu, anası Xanım Turab qızı yaralanıb – ev
avadanlıqları, iri mal-qara, ümumi dəyəri 10.000 rubl ərzaq
məhsulu talan edilib.
5. Məmməd Rza Məmmədov – ev avadanlıqları, iribuynuzlu
qaramal, dərzi dükanı alətlərlə birlikdə qarət edilib –
ümumi məbləğ 20.000 rubl.
6. Məşədi Abbas Qulu Səməd oğlu – ev avadanlıqları və baqqal
malı ilə birlikdə ev yandırılıb – 44.000 rubl.
7. Məşədi Hüseyn Qulu Sultanov – ev avadanlıqları ilə birlikdə
ikimərtəbəli ev, anbarda 12 çetvert quru meyvə, 3 gözlü
böyük mağaza və 1 qeyri-yaşayış evi – cəmi 1.500.000 rubl.
8. Hacı Hüseynin oğulları – Məmməd Hüseyn və Əli Asif – 2 ədəd
ikimərtəbəli ev, anbardan dəyərində arşın malı və ərzaq
məhsulu oğurlanmışdır, cəmi – 100.000 rubl.
9. Məşədi Allahqulu Həsənov – ev avadanlıqları, dərzi dükanı
alətlərlə birlikdə, cəmi – 20.000 rubl.
10. Əli Hüseyn Məlik oğlu – nağd pul və ev avadanlıqları, ümumi
dəyəri – 5000 rubl.
11. Hacı Molla İbrahim Axund – ev avadanlıqları və ərzaq
məhsulları, ümumi dəyəri – 30.000 rubl.
Dostları ilə paylaş: |