Azərbaycan xalq cümhuriYYƏTİNİn keçİRİLMƏSİ ÜZRƏ DÖVLƏt komiSSİyasi



Yüklə 5,97 Mb.
Pdf görüntüsü
səhifə3/334
tarix28.08.2018
ölçüsü5,97 Mb.
#65057
1   2   3   4   5   6   7   8   9   ...   334

 

Sədr - Bütün fraksiya tərəfindənmi? . 



Qara bəy Qarabəyli - Əvət... 

Sədr - Təklifiniz ancaq beş nəfərin imzasilə ola bilər. 

Qara  bəy  (gedə-gedə)  -  Parlamana  təklif  ediniz  bəlkə  qəbul  ediləcək. 

Bizim fraksiyanın təklifi budur. 

Sədr - Fraksiyanız təklif edir? 

Qara bəy – Bəli, fraksiyamızın təklifidir. 

Sədr - Qarabəyli təklif edir ki, bu məsələ təcililikdən götürülsün. Ona görə 

iki natiqə icazə verilir. Biri lehinə, digəri əleyhinə. Danışmaq istəyən yox isə səsə 

qoyuram. 

Səslər - Bu cür doğru deyildir. 

Sədr - Siz danışmaq istəyirsiniz? Bəlkə, təcili olmaması üçün danışasınız. 

İndi  əvvəlinci  təklifi  səsə  qoyuram.  Kim  tərəfdardır  ki,  məsələ  təcili  hesab 

olunmasın,  əlini  qaldırsın.  (Əllər  qalxır).  Kim  təcili  tərəfdarıdırsa,  əlini  qaldırsın. 

(Əllər qalxır). 28 nəfər istəyir, tərəfdarıdır. 17-si tərəfdar deyildir. Əksəriyyət rəylə 

məsələ təcili hesab olunmayır. Bəlkə müzakirə olunmağı lazım gəlir. Onda qalsın 

komissiyaya  verilir.  Haraya  lazımdırsa  komissiya  ustav  və  qeyriləri  göndərər. 

Məsələ böyləliklə qalır gələn səfərə. 

Məmməd Əmin (yerindən) - Bu cür səhvdir. 

Sədr  -  Siz  danışmaq  istəyirsiniz?  Buyurunuz.  Söz  Məmməd  Əmin 

Rəsulzadənindir. 

Məmməd  Əmin  ("Müsavat")  -  Bu  məsələdə  yanlışlıq  olur. Burada  qəbul 

olmayan məsələnin müstəcəlliyidir. Qanun layihəsinin surəti müzakiratı başqa, adi, 

surətdə  növbədən  çıxarılması  nakaz  üzrə  bu  layihə  müstəcəl  olanda  bir  gündə 

qəbul  edilir.  Qeyri-müstəcəl  olanda  isə  layihənin  üçüncü  qiraəti  başqa  bir  iclasa 

qalır. Məsələ gərək müzakirə olunsun. Ümumi surətdə danışıq olsun. 

Sədr  -  Burada  təklif  olunur  ki,  məsələ  qeyri-təcili  surətdə  müzakirəyə 

qoyulsun. 

Səslər - Qoyulub. 

Sədr - Söz istəyən varsa buyurun. Söz Məmməd Əmin Rəsulzadənindir. 

Məmməd Əmin ("Müsavat") - Burada universitet məsələsində gərək bizim 

əfkari-ümumiyyəmiz,  gərək  parlaman  məhfilələrində  ayrı-ayrı  fraksiyalarda 

müxtəlif rəng almış və başqa-başqa nöqteyi-nəzərlərlə bu məsələyə yanaşırlar. Hər 

şeydən əvvəl biz hamımız bunu etiraf edirik ki, Azərbaycan daxilində ülüm, finuna 

aşina  mütəxəssis  adamlar  ələlümum  məmləkət  üffanını  yüksəltmək  üçün 

darülfünun binası lazımdır. Deyirlər ki, əsas etibarilə universitet açılması əleyhinə 

deyilik. Fəqət doğrudan isə əleyhinədirlər. Məsələ mübin şəkildədir. İndi görək bu 

universitet təsisi lazımdır, lazım deyildir. Bu xüsusda müzakirə lazımdır. Bilirsiniz 

ki,  məmləkətlərdə,  ələlxüsus  bizim  məmləkətdə  darülfünuna  ehtiyac  o  nöqteyi-




 

nəzərdən  vardır  ki,  bizdə  mütəfənnin,  mütəxəssis  elmi  nöqtələrə  alim  adamlar, 



üləma yoxdur. Bu  cür adamların yoxluğu hər cəhətdən təsirini  göstərir. Ona görə 

bir  an  əvvəl  üləma,  mütəfənnin,  üsula  aşına  adamları  yetişdirmək  hökumət  və 

məmləkət  vəzifəsidir.  Əlbəttə,  yaxşı  olardı  bu  fənn  ocağı,  bu  elm  mənbəb  öz 

lisanımızda  ola  idi  və  orada  ki,  professor  və  müdərris  türkcə  tərbiyə  verəydilər. 

Məəttəssüf  felən  bunu  tətbiq  etmək  böylə  bir  fənn  osaqı  açmaq  imkanı  bizdə 

hələlik  yoxdur.  Başqa  məmləkətlərdə  olduğu  kimi  heç  bir  zaman  elmin,  fənnin 

başqa  lisanlarda illərlə  olsa da  ehtiyacı  lüzumsuz  olduğunu  təcrübə  göstərmişdir. 

Madam ki, biz hamımız bir nöqteyi-nəzərdəyik ki, ülum, finun bizə lazımdır. Etiraf 

etməliyik  ki,  darülfünun  da  bizə  lazımdır.  Başqa  bir  lisana  müraciət  edirkən  bu 

xüsusda nə üçün yalnız Rus lisana iltizam edilir və buna imkan verilir. Bu nə üçün 

belə - cavabı aşkardır. Bu öylə bir məsələ deyil ki, onu həll etmək olmasın. İlk dəfə 

içimizdə bir çox tədrisə hazırlanmış tələbələr vardır ki, yalnız rusca tədris etməyə 

dərsləri və imkanları vardır. Binaən-ileyh Avropa məmləkətlərindən başqa birinin 

lisanında  mümkün  olsa  idi,  o  lisanda  götürərdik.  Bu  olmayacaqdır,  çünkü 

tələbələrimiz  rus  məktəblərində  rusca  dərs  almışlar.  Bu  nöqteyi-nəzərdən  bir 

dəlalət var. Ülum və finunun darülfünunda rusca tədris edilməsinə gəldikdə əlbəttə, 

bizə söyləyə bilərlər ki, vaxtaki darülfünun milli olmayacaq, orada keçirilən dərslər 

türkcə  olmayacaq,  bu  surətdə  tələbələrimizi  xarici  məmləkətlərə  göndərib,  bu 

surətdə  təhsil  etmələri  mümkündür.  Bu  doğrudur.  Fəqət  nəzərdə  tutmalıdır  ki, 

məmləkətimizin elm və fənnə olan ehtiyacının bu yol ilə təmini mümkün deyildir. 

Əlbəttə biz daha ixtisaslı və bilikli adamlar yetişdirmək üçün Avropaya tələbələr 

göndərəcəyik.  Fəqət  eyni  zamanda  məmləkət  daxilində  bir  fənn  və  elm  ocağı 

vücuda  gətirəsəyik.  Çünkü,  darülfünun  yalnız  tələbələr  hazır  etməyir.  Bununla 

bərabər elm və fənnə aşina adamların və ərbab ixtisasın bir məcmui olacaq ki, bir 

tərəfdən  təlim  etməklə  digər  tərəfdən  məmləkəti  öyrənir,  onun  əhval  və 

xüsusiyyatını  təhlil  və tədqiq  edir.  Bu nöqteyi  nəzərdən  darülfünun  Azərbaycana 

xaricdən  bir  çox  alimlər  və  professorlar  cəlb  edəcəkdir.  Onlardan  heç  bir  surətlə 

qorxub ehtiyat etmək lazım gəlməz ki, guya o alimlər və prfessorlar burada bir rus 

mədəniyyətinin  ocağı  olub  qalacaq  da,  tələbələr  ruslaşacaqdır.  Məndən  əvvəl 

söyləyən  natiq  burada  açılacaq  darülfünunda  rus  mədəniyyəti  ocağı  deyə  hər  nə 

qədər  söyləndisə  də  fəqət  mən  zənn  edirəm  bu  surətdə  söz  söyləyən  zəvat  o 

fraksiya namindən burada bəyani-əfkar edir ki, o komisyonda tamamilə darülfünun 

əleyhində cərəyana daha qüvvət vermək və ona kömək etmək nöqteyi-nəzərindən 

bu surətlə burada çıxışda bulundular. Lakin əmin olsunlar ki, madam ki, hökumət 

bizim  əlimizdə  darülfünuna  dəvət  etdiyimiz  adamlar  üzərinə  hakim  olacağıq  və 

maddi  cəhət  əlimizdə  olduğundan  məvacib  əndişə  heç  bir  şey  təsəvvür 

etməməlidir.  Onların  dəfələrlə  rus  elmi,  rus  mədəniyyəti  deyə  təkrar  etmələri 

əfkari-ümumiyyəni qorxudanmaz. Çünkü hər kəs bilir ki, rus və ya başqa bir millət 




Yüklə 5,97 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   334




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə