Azərbaycan xalq cümhuriYYƏTİNİn keçİRİLMƏSİ ÜZRƏ DÖVLƏt komiSSİyasi



Yüklə 5,97 Mb.
Pdf görüntüsü
səhifə4/334
tarix28.08.2018
ölçüsü5,97 Mb.
#65057
1   2   3   4   5   6   7   8   9   ...   334

 

mədəniyyəti yoxdur. Ülum və finun bitərəfdir. Dünyada rus elmi deyil, beynəlmiləl 



bir elm var. Biz bu beynəlmiləl elmi, hər bir millətin ağzından eşitdiyimiz kimi, rus 

professorları  ağzından  öyrənə  bilərik.  Çünkü  bizə  "Otlobul  elm  və  lo  bel  çin" 

demişlər. Elmi və fənni Çində belə olsa öyrənməyi tövsiyə etmişlər. Binaən-ileyh 

Çində öyrənilməsi lazım gələn bir elmi Azərbaycan paytaxtında bir çinli ağzından 

öyrənməkdən bizim üçün heç bir fərq və xətər yoxdur. Biz rusluq mərkəzində, rus 

darülfünunlarında  təhsil  edənlərdən  zərər  görmədik.  Biləks  onlar  daha  sabatkar 

olurlar. Biz, rus darülfünunlarında təhsil edənlərin tamamilə təmsil etməsini deyil, 

politikasilə ciddi surətdə mübarizə-edənləri o darülfünunlardan çıxanlar içərisində 

görürük.  Binaən-ileyh  bu  nöqteyi-nəzərdən  heç  bir  qorxu  yoxdur.  Darülfünunun 

faydalarından birisi də budur ki, burada bir kərə elmi bir müəssisə vücuda gələcək. 

Bununla  məmləkətin  məshul  qalmış  bir  çox  xüsusiyyəti  öyrəniləcəkdir.  camaət 

arasında  elmə  və  fənnə nə qədər hənəs artacaqdır.  Digər  tərəfdən  xaricə  getməyə 

imkanı olmayan tələbələr elm və fənn hasil etmək imkanında olacaqlar. Vəqtilə bu 

darülfünun get-gedə milliləşəcək. Bununla bərabər orada türk  dili ümumi  surətdə 

məcburi  olaraq  keçiləcək  və  öyrədiləcəkdir.  Rus  və  ya  əcnəbi  bir  lisanda  təhsil 

etdiyin bir elmi öz dilində ifadə edə biləcək. Halbuki xaricə gedən tələbəmiz üçün 

bu  mümkün  deyil.  Onlar  öz  lisan  və  mühitlərindən  ayrılmaq  məcburiyyətində 

olduqları  halda  darülfünunumuzun  tələbələri  isə  təhsil  etdikləri  elmlərlə  bərabər 

xalq arasında olacaqlar ki, bunun da bizə bir çox faydası dəyəcəyi təbiidir. Fəqət, 

bəzi  mülahizələr  vardır.  O  mülahizələrə  bizim  fraksiya  daxilində  əqəliyyətdə 

qalanlar  da  iştirak  ediyorlar.  Onlara  etiraz  etmək  də  mümkün  deyil.  Əvvələn 

istənilən professorlar tapılmayacaq. Təbii və başqa bu kimi şöbələr üçün olan alət 

və  ədavət  əldə  edə  bilməyəcəyimizdən  darülfünunumuz  naqis  olacaqdır.  Eyni 

zamanda  burada  rus  professorları  olduğundan  və  bizə  Rusiyadan  yeni  ayrılmış 

olduqumuz  üçün  haman  professorlar  bizi  təkrar  Rusiya  ilə  birləşdirmək  fikrini 

təqib  edəcəklər.  Bunlar  sırf  praktik  mülahizələrdir.  Fraksiya  əksəriyyət  etibarilə 

buraxılan qanunun tərəfdarıdır. Bunun qəbulunu təklif edir. Fraksiyamızın nəzərini 

ərz etdim və xüsusi olaraq deyirəm ki, hər məmləkətdə, hər yerdə darülfünunlar bu 

növlə  təsis  olmuşlar.  Ümumi  surətdə  əgər  Rusiya  darülfünunlarının  tarixinə 

müraciət etsəniz görərsiz onlar da böylə başa gəlmişdir. Ona görə demək olmaz ki, 

bizdə  yoxsa  heç  olmamalıdır.  Və  əgər  bugünkü  türk  darülfünunlarına  baxsanız 

orada  da  almansa,  firəngsə  təlim  aldıqlarını  görərsiniz.  Heç  bir  millət  tarixən  ilk 

addımında  milli  bir  darülfünuna  sahib  olmamışdır.  Əvvəlcə  özgələrdən  istifadə 

edərək,  sonra  get-gedə  qüvvət  kəsb  etmişdir.  Binaən-ileyh  qorxmamalıdır. 

Darülfünun hər dildə olsa da olsun açıb oxumalıyıq. Çünkü bu müəssisə ilə biz bir 

ürfan müəssisəsi quracağıq və get-gedə öz gənclərimizi onun vasitəsilə ziyalandırıb 

istədiyimiz  milli  professorlarımıza  tədricən  sahib  olacağıq.  Məşhur  rus 

müstəşriqləri hərgah buraya cəlb etməyə müvəffəq olarsaq və təbiidir ki, olacağıq 




10 

 

da,  çünkü  bir  professor  təhdidi  altında  vətəni  Rusiyada  akoplar  içərisində 



çalışmaqdansa Azərbaycanda oturub kəndi əfkarını yürütmək, ələlxüsus ki, onları 

maddi cəhətdən də təmin edəsiniz, onlar bura gələr və əmin olunuz ki, xəyanət də 

etməzlər.  Siz  buna  kəmali-itminan  ilə  əlinizi  ürəyinizə  qoyub  səs  verə  bilərsiniz. 

(Alqış). 

Sədr - Söz məbus Yusif Əhmədovundur. 

Yusif  Əhmədov  -  Möhtərəm  məbuslar!  Güman  edirəm  ki,  məbuslardan 

biri  bu  mənbərə  çıxıb  darülfünun əksinə  danışmış  olsa  bu ona  bənzər  ki,  bir  şəxs 

elmə  bərəks  ola,  ansaq  böylə  deyil.  Darülfünun açılmasını təkrar  edirəm, heç  kəs 

deməz  ki,  olmasın.  Lakin  hanki  vaxtda  və  nə  şəraitilə  açılsın.  Söz  bunun 

üstündədir.  Burada  keçən  natiqin  dediyi  düzdür,  lakin  gələcəyə  aiddir.  Bizim 

fraksiyamızın  rəyincə  darülfünun  hökmən  lazımdır,  lakin  indi  mümkün  deyildir. 

Əgər bizə bir elm mənbəi lazım isə o da ibtidai məktəblərdir. Çünkü, darülfünun 

ki,  biz  açmaq  istəyirik,  onun  ibtidai  işlərini  düzəltməyə  möhtacıq.  Məlumdur  ki, 

millətimizin  yüzdə  doxsanı  əvamdır.  Onlar  onsuz  da  elmə  möhtacdırlar.  Bunlar 

üçün bir də tərəqqi edib, elmin ən yuxarı pilləsinə çıxmaq çətindir. Bir çox şeylər 

də  var  ki,  indi  darülfünunun  açılmasına  müsaidə  vermiyir.  Maddi  cəhətdən  çox 

şeylərə və ləvazimat düzəltmək lazımdır. Bizim rəyimizcə o da mümkün deyilikən 

bizə lazım olan şeylərdən də bir çoxları mümkün deyil. Deyə  bilərəm ki, bizə bu 

saat bir tramvay olsun, mümkün deyil, çünkü texnika cəhətindən bir çox ləvazimat 

tapmaq  çətindir.  cəmi  kəndlərdə  məktəb  açmaq  lazımdır  ki,  əhali  əqlən  elmin 

əvvəlinci  mərhələsində  olsun.  Bir  də  deyə  bilərəm  ki,  darülfünun  Bakıda  olması 

münasib  deyildir,  çünkü  məncə  bilirsiniz  ki,  darülfünun  olan  yerlərdə  həmişə 

böyük  inqilablara  bais  olmuşdur.  O  biri  tərəfə  baxanda  bu  cərəyanlar  üçün 

cürbəcür  rəylər  olacaq.  Əlbəttə  bu  yaxşıdır,  lakin  indi  münasib  deyil.  Mən 

istəyirəm ki, burada rus adı gələndə düşmənlərimiz onu dəstavüz edib müfəttinlik 

edərlər.  Lakin  bizim  Rusiya  ilə  heç  bir  düşmənçiliyimiz  yoxdur.  Biz  ruslar  ilə 

həmişə bir yerdə yaşamışıq və bundan sonra da qonşuluq cəhətcə yaşayacağıq. Biz 

istərdik ki, hər bir təcisat ki, yapırıq onu öz dilimizdə yapa idik. Lazımdır ki, hər 

bir millət çalışıb yoldaşa elmdə bərabər olsun. Güman edirəm ki, hər bir təsisat öz 

dilimizdə ola. Maddi cəhətdən o şeylər ki, nəzərdə tutulub bunun meydana gəlməsi 

üçün,  bizim  üçün  qırx-əlli  milyon  paraya  ehtiyac  vardır.  İstənilir  ki,  bir  bina 

qurulcun, möhkəm  olsun.  Fəqət  şu  bulunduğumuz zamanda  bu  mümkün deyildir. 

Çünkü  görürük  ki, zəmanəmizdə  cərəyan  edən  vüquatın  bir  saatı,  digər  bir  saata 

olmayır.  Bu  məsələ  üçün  bir  az  ehtiyat  lazımdır.  Durəndiş  olmaq,  zamanı 

gözləmək  icab  edər.  Əgər  bizim  elmə  pək  çox  həvəsimiz  varsa  o  da  təbiidir.  Bir 

darülfünundan  ziyadə  şimdiki  zaman  üçün  ibtidai  məktəblərə  əhəmiyyət 

verilməlidir.  Çünkü  cəmaətimizin  yüzdə  doxsanı  sahildir.  Təkrar  edirəm, nəticəni 

gözləmək,  bir  müddət  də  tofiq  etmək  lazımdır.  Fraksiyamızın  fikri  budur  ki,  bu 




Yüklə 5,97 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   334




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə