720
rəngində boyayıb, bu qızıl güldür deyəsən, əlbəttə kimsə inanmaz. Çünki qızıl
gülün iyi də olur. İranın da səfirləri var. Amma heç bir iş görə bilməyirlər. Ona
görə ki, özlərində danışıq yoxdur. O məmləkətlərin özlərinin burada
nümayəndələri, adamları vardır. Biz burada yoldan gedən adamı tutub basdırırıqsa,
onlar görəcək, öz məmləkətlərinə xəbər verəcəklər. Hay çığır-bağır eyləyin ki, biz
beləyik. Qraxmal və manjet ilə insan obrazovannı ola bilməz, onun üçün bilik
lazımdır. Yoxsa hər kəs deyəcək qraxmalına baxmayaraq başında heç bir şey
yoxdur... Bunu hamı bilir. Deməli hesab nə danışandadır, nə də səfir göndərəndə,
hesab bizim özümüzdədir. Əgər Gürcüstana və buraya gələn avropalılar qəzetlərdə
bizim haqqımızda iki sətir yaxşı şey yazsalar, bu bizim yüz səfirimizə dəyər.
İkinsi, Dağıstan qabağımızda gəldi, getdi. İçərisini düzəltməmiş, bütün
aləmə səfir göndərdi. Beşi onu bizdə, beşi onu da Gəncədə və Tiflisdə otururdu.
Amma, axırda nə oldu, artıq adamı olan və bacarıqlı olanlar, öz içərini əvvəl
tiksinlər, yağış yağanda buğda göyərər deyirlər. Bizim dediyimiz odur ki, öz
içərimizdə işlərimiz düzəlsin, mədəniyyətimiz olsun. Bunlar olmayınca xaricdəki
səfirlərimizin səsi qəbul olunmaz. Buradan gedən qəzetlərdə vəhşilikdən başqa şey
eşitməyəcəklər. Bunlar ola-ola Avropanı heç vaxt aldatmaq olmaz. Biz, əsasən
səfir göndərmənin əleyhinə deyilik. Biz deyirik ki, əvvəlcə o pullarla içimizi
düzəldək. Əgər içərimizdə səfirliyə layiq adamlar varsa, burada qalsınlar, onlara
ehtiyacımız var. Əgər köhnə adamlar gedəcəkcə gözləmək mənfəət verməz. Nəticə
ki, pis ata yaxşı yəhər yaramaz.
Burada, ministr tapmadığımız halda necə ola bilər ki, Avropaya,
Amerikaya ministerlərlə danışmağa adamlar göndərək. Mən özüm bilirəm ki,
Azərbaycanda get-gedə layiqli adamlar törənir. Əgər başlı adamlar gedəcəksə,
Fətəli xan da getsin. Nəsib bəy də getsin, Məmməd Əmin Rəsulzadə də getsin,
Qarayev də getsin. Bəs burada kim qalsın? Adamlara möhtac olduğumuz zaman,
adam qəhətliyi olan bir vaxtda bu səfirləri göndərmək zərərdir.
Sədr - Əliheydər Qarayev.
Qarayev – Əfəndilər! Məsələ Avropaya nümayəndə göndərmək məsələsi
deyildir. Məsələ başqadır ki, onu da açmaq lazımdır.
Səslər - Aç, aç.
Qarayev - Bilirsiniz ki, Azərbaycan iki quberniyadan ibarətdir. Bakı və
Gəncə quberniyaları.
Aşurov (yerindən) – İrəvanda da var.
Qarayev - Bu vilayətlərdə olan camaatımızın bəzisi İrana, Türküstana,
Rusiyaya, Osmanlıya getmişdir.
Bu gün nümayəndə göndərmək propoqanda üçün deyil. Nümayəndə gedir
ki, Azərbaycan təbəələrinin hüququnu müdafiə etsin, bədəfkarlar tərəfindən vaqe
olan hücumlara cavab versin. İndi soruram, Parisdə çıxan jurnaldan kim
721
mənfəətbərdar olur. Ondan ancaq burjuaziya nəf aparır. Daşnaqlar yazırlar ki,
Azərbaycan milləti vəhşidir, barbardır. Bunu İngilis burjuyu oxuyur və buranı da
işğal edir. Bu məqsəd ilə bura gələn ingilis raboçiləri isə gəlib gördülər ki, xeyir,
Azərbaycan milləti barbar deyil, istiqlala layiq bir millətdir. Bu gün əgər
Azərbaycan əfkari-ümumiyyəsi və ingilislərin nəzərincə bizim tərəfə cəlb etsək,
onlar bizə cavab verəcəklər ki, biz sizin əhvalınızı sizdən yaxşı bilirdik.
Azərbaycanda nə olduğunu, Qarabağda nə hadisə üz verdiyini, Şərur, Naxçıvan,
Kars oblastında olan əhvalatlar dəxi bizə məlumdur. Onlar bizi yaxşı tanıyırlar,
burada bir şey var ki, həqiqi surətdə nümayəndə göndərmək lazımdır. Fəqət, həqiqi
surətdə nümayəndə nerəyə göndərmək lazımdır. Zaman ki, Türküstanı Denikin
işğal etmişdir, o vaxt hökumət tərəfindən oraya Sadıqov nümayəndə göndərilmişdi
ki, özü də Aşqabadda olurdu. Fəqət Aşqabad qırmızı qoşun tərəfindən işğal
edildikdə Denikin qüvvəsi qovulduqda, hökumətimiz oraya bir nümayəndə
göndərmədi. Bizə bir şey lazım isə o da yaxın qonşularımız ilə həqiqi rabitə
olmaqdır ki, onların da birincisi Şura hökumətidir. Biz deyirik ki, Şura hökuməti
bizi təsdiq etməmiş, biz ora nümayəndə göndərmirik. Mən bir şey soruşmaq
istəyirəm, əcəba Denikin bizi qəbul etmişdi ki, ora Əkbər Sadıqovu nümayəndə və
yaxud Kuban hökuməti bizi qəbul etmişdi ki, ora da Rüstəmbəyovu nümayəndə
göndərmişdiniz. Kuban haman hökumət idi ki, öz övladlarını Denikinə verirdi ki,
qırmızı qoşun ilə mübarizə etsin. Onlar öz nicatlarını ancaq Denikində görürdülər.
Böylə bir qanunlarını ortaya çıxarıb qəbul etdirmək ilə siz öz nicatınızı ancaq
imperialistlərdən gözləyirsiniz, istəyirsiniz ki, qırmızı qoşun köməyiniz olsun?
Bizim bir məqsədimiz varsa, o da Şura hökumətilə tezlik ilə xah iqtisadi, xah
ticarət, xah sənaye cəhətcə onlar ilə sıxı rabitəyə girməliyik. Zira Avropalılar bizi
iqtisadca əsarətə saldı. İndi mən görürəm ki, hər eyi şeyləri Avropaya
göndərəcəklər. Keçən illərdə bizim məşhur şair və ədibimiz Nəcəfzadə cənabları
"Tartan partan" jurnalında böylə bir şey yazmışdı: "Görürsən ki, Tokio xariciyyə
nazirinin qapısı döyülür. Bir teleqramma gəlir ki, Azərbaycan ilə Ermənistan
istiqlallarını elan etdilər. O istiqlalı təsdiq etdirmək istəyirlər. Nazir qalır məəttəl
ki, bu yer haradadır. Sonra, xəritələri araşdırıb tapırlar ki, Azərbaycan Gəncə ilə
Bakı quberniyalarından ibarətdir". Bizə Tokio lazım deyil, bizə Şura hökuməti
lazımdır. Bizə, həqiqi Azərbaycan istiqlalı verənlər lazımdır. Sizə bu istiqlalı
Nikolay istibdadi deyil, ingilis və alman imperialistləri deyil, bəlkə böyük Şura
hökuməti veribdir ki, bugünkü gün yeni dünyaya qədəm qoyur ki, onunla da
rabitəmizi düzəltmək lazımdır. Biz Antanta imperialistlərinə tüpürürük və bu
qanunu ləğv edərək qərar qoyuruq ki, biz Şura hökuməti ilə sıxı bir əlaqədə
bulunmalıyıq, nəinki zənciri-əsarətdə bizi saxlayan İngiltərə.
Abbasqulu (yerindən) - Dediyi eşidilmir.