722
Sədr - Abbasqulu, rica edirəm, yerinizdən danışmayasınız. Söz Sadıq
Axundzadənindir.
Axundzadə - Mən başqa söz danışmayacağam. Fəqət, bəzi natiqlərə cəvab vermək
istəyirəm. Zəif bir inamla deyirlər ki, biz hasar çəkməmişik, üstünü örtmək lazım
deyil. Mən deyirəm ki, hasar var, üstünü örtmüşük ki, o da Parlamentdir. (Alqış).
Sədr - Camaatdan rica edirəm ki, alqışda iştirak etməsin.
Axundzadə (dəvamla) - Zemstvo qanunundan söylədilər. Biz nə etməli idik? Biz
göndərdik sizə, komissiyonda baxılsın. Sonra bir də qırmızı qoşun və füqərayi-
kasibə tərəfindən danışdılar. Mən demək istəyirəm ki, burada oturan qırmızı qoşun
nümayəndəsi deyil, onların da tərəfindən danışmağa ixtiyarı yoxdur. Avropa ilə
münasibət düzəltmək xüsusunda danışıldı. Təbii, Avropa ilə münasibətimiz olmaz
isə, onların mədəniyyətindən xəbərdar olmarıq, hər zaman mədəniyyətdən dəm
vuranlar nə vaxt onları öyrənəcəklər. Aslan bəy deyir ki, səksən milyon əvəzinə əlli
milyon ola idi qəbul edərdim. Sonra deyirlər ki, Avropaya hər eyi fərdlər gedəcək
və o kimi şəxslərin kandidaturası qoyulubdur. Mən demək istəyirəm ki, bu
qanundur, qanunun əsasən məntiqi cətilə qəbul edin, kandidat xüsusunda sonra
danışarsınız. (Alqış).
Sədr - Camaatdan rica edirəm ki, iştirak etməsinlər. Söz Abdulla bəy
Əfəndizadənindir.
Abdulla bəy - Əfəndilər! Bu axır vaxtlarda nədənsə ümum millət və
məmləkət üçün nəfli qanun müzakirəyə qoyulanda, qanunun əhəmiyyətli maddələri
kənarda qalır, ortaya bir firqəbazlıq gəlir. Bugünkü qanunun qəbul ya rədd etmək
üçün dəlilli sözlər söylənmədi.
Əslində Səmədağanın "Dərya kənarında bir ev tikmişəm, üstünü
örtməmişəm" məsələsi. Mən Səmədağaya isbat etmək istəyirəm ki, hasarsız ev
tikmək olmaz. Bizim yerlərdə evlər çiy kərpiçdən tikildiyi üçün, əvvəl dörd şalban
basdırırlar, sonra onun üstünü örtürlər. Məəttəəssüf Səmədağanın dediyi kimi
kərpiçimiz çiydir. Mən Azərbaycan xalqı barəsində o cürəti etmərəm. Dedim ki, bu
xalq bacarıqlıdır... Siz bilirsiniz ki, hökumət sui-istemalından birinci şikayət edən
mənəm.
Bu məsələlər başqa-başqadır. Bəs bu kərpiçlərin çiyliyi nədədir? Çiylik
ondadır ki, qanunlarımız, ziyalılarımız firqəçilik əvəzinə firqəbazlıq edirlər.
Əlbəttə, firqə və məslək mübarizəsi lazımdır, fəqət mühüm dövləti bir məsələyə
ancaq firqə hesabı soxmaq və bir dəfə deyil həmişə belə rəftar etməyi mən bu ali
məclisə rəva görmürəm. Çəkilməz bir cəhət də bundadır ki, millətimizin kəsir bəzi
xassələridən biri də budur ki, görsə bir adam tərəqqi edir, yaxşı mənsəbə çatır,
çalışar onu alçaq mərtəbəyə çəksin, halbuki bu saat biz əgər bir-birimizi əldə
saxlamasaq, düşmən bizə daha tez əl tapır. Heç birinizə gizli deyil ki, düşmən bizi
hər yerdə alçaq, sani göstərir. Özgələrin bizə göstərdiyi zülmə və təəddi azdır ki,
723
biz özümüz də bir-birimizi əzək. Qabaqlarda bu məclisdə doğrusu insan
fərəhlənirdi. Çünkü, mühüm məsələlərdə hamı yekdil və yekcəhət rəy verərdi,
çünkü o zamanda ingilis və Biçeraxovlar və daha kimlər var idi. Şimdi bəzi
cəhətlərdən camaat rahat olmuşdur. Odur ki, əxlaqi-zimimdən olan firqəbazlıq
meydan almışdır. Mən öz tərəfimdən və mənimlə həmrəy olan "Əhrar" firqəsi
tərəfindən deyirəm ki, biz bu qanuna razı və onu qəbul edirik. Şura hökumətilə
anlaşmağın tərəfdarıyıq. Şura hökumətimi olsun, Antantamı olsun, hər yerdə olursa
olsun, o yerdə ki bizim mənafeimiz var və bizi sevirlər, o yerdə ki istiqlalımızı
müdafiə etmək lazımdır, orada çalışmalıyıq. Bir də nə çox milyonlardan bəhs edib,
xalqı qorxudursunuz. Əvvəla yüz milyon nədir? Köhnə hesabla o üç yüz min
manatdır. Saniyən də belə mühüm bir zamanda milyard sayıb camaatı
qorxuzmazlar. O yerdə ki lazımdır, biz milyonlar da xərcləməliyik. İstiqlal uğrunda
ölməyə lazım gəlsə, millətin qabağında da olmalıyıq. (Alqış).
Sədr - Aslan bəy Qaraşov.
Qaraşov - Çünkü bu qanunun sağdan və soldan əleyhinə çox hücumlar edirlər. Ona
görə söyləməyə məcburam ki, qanun əleyhinə də olanlar sağ və soldan heç birisi
deyənməzdi ki, əcnəbilərə məmur göndərmək əsla lazım deyildir. Ancaq bir
tərəfdən dedilər tezdir, o birisi tərəfdən dedilər adamımız yoxdur. İndi sual edirəm
əgər hökumət tamamilə sağlar, yainki sollardan olsa da, onlar özləri belə bir
təşəbbüs edəcək idilər, ya yox? Əlbəttə, edəcək idilər. Böylə olan surətdə
görünürkü, qanuna dövlət və millət nöqteyi-nəzərindən deyil, ancaq firqəbazlıq
nəzərilə baxırlar. Əvvəla, el firqəsi "Əhrar" ümumi, mühüm məsələni heç vaxt
firqəyə qurban etməyəcəkdir "Əhrar" firqəsini nə qədər zəif hesab etsəniz də, mən
il yarımlıq Parlament həyatı təcrübəsindən görürəm ki, "Əhrar" sağlardan da,
sollardan da artıq dövləti nöqteyi-nəzərdə durur. Binaən-ileyh biz bu qanuna səs
verəcəyik, qəbuluna da var qüvvəmizlə çalışacağıq. Çünkü, biz dövləti məsələni
firqə məsələsindən yuxarı tuturuq.
Sədr - Ağabəyov.
Ağabəyov - Möhtərəm əfəndilər! Danışılan sözləri çoxu məsələdən kənar
olub, sakit qulaq asmaq olmayır. Bu sözlərə demaqoqu və fitnə sözü deməkdən
başqa bir söz bulamıram. Danışanda bir dairədə danışmalıdır. Məsələ bu cürdür.
Hökumətimiz xaricə nümayəndələr göndərmək istəyir. Mən sizi inandırıram ki,
ingilis hökuməti bizim nümayəndələri qəbul etməsə idilər, bizim sosialistlər o
zaman bağırardılar idi ki, görürsünüz, ingilislər sizin nümayəndələri qəbul etmirlər.
İndi ingilislər qəbul etmişlər, sosialistlər deyirlər, getməsin. Burada söylənilən
sözlər, o qədər məntiqsizdir ki, cavab vermək çətindir, nümayəndə getməsinə razı
olmayanlar deyirlər ki, daxilimiz düz deyildir. Məmuriyyətlərimiz rüşvətxordur.
Daxili böylə qoyub xaricə neçün gedirik. Amma öylə deyildir. Hər hökumətin iki
tərəfi var, biri daxili, digəri isə xaricidir. Biz dəxi həm daxildə və xaricdə