726
Sədr - Burada təklif var. Sosialistlər təklif edir ki, bir siyasi nümayəndə
Almaniya və Şura hökumətinə göndərilsin.
Qardaşov - Təklifi oxuyur.
Sədr - Bu əvvəlinci maddəyə əlavə vardır. Səmədağa, buyurunuz.
Səmədağa - Bayaq danışanda hamısı millət nöqteyi-nəzərindən bu
layihəyi keçirmək istədilər. Hərçəndi mən bu adamların millətçiliyinə şübhələnir
və danışıqlarını çox qorxulu bilirəm. Amma yenə deyirəm ki, hansı arşın ilə Rusiya
və Almaniyanı bu hesabdan uzaq salmısınız.
Abbasqulu (yerindən) - Xan arşını ilə.
Səmədağa - Deməli, o mənfəət ki, istəyirsiniz, onu Almaniyadan daha
artıq almaq olar, nəinki Amerikadan. Bəzi adamlar Almaniyayı yıxılmış hesab
edirlərsə də, həqiqət öylə deyil. Almaniya öylə bir yeni həyata başlayıb ki, onun
işıqı nəinki Londonu, bəlkə bütün qarreyi ərzi bürüyəcək. Bunu azar bilənlər varsa
öylə deyil, bu azar saflıq azarıdır. Deməli, bunları da növbəyə qoymalıdır. Bu
millətçilikdən dəm vuranlar buna razı olmalıdırlar.
Sədr - Hacı Hüseyn əfəndi.
Hacı Hüseyn əfəndi - Mən Səmədağanın həyəcanlı danışığına çox təəccüb
edirəm. Səmədağa çox yaxşı bilir ki, bu vaxta kimi bizim xətti-hərəkətimiz millət
nöqteyi-nəzərilə olubdur. Bu barədə Parlamandə firqəçilik olmamalı idi. Heç bir
vaxt biz Rusiya və Amerikaya zidd olmadıq və zidd dəyiliz. Əgər münasibətimiz
düzələrsə niyə millətimizin mənfəəti nöqteyi-nəzərindən bu məmləkətlərə də
nümayəndə göndərməyə tərəfdarız.
Sədr - Məməd Əmin Rəsulzadə.
Məmməd Əmin - Burada, təbiidir ki, həm Rusiyaya, həm də Almaniyaya
nümayəndə göndərmək əleyhinə deyilməz. Büqün qonşular ilə, bəlkə bütün cahan
millətlər ilə hüsni münasibət təsisi etmək bizim vəzifələrimizdəndir.
Burada, Qarayev də dedi və mərkəzi komitəyə də işarə edildi. Bu barədə
vaxtı gəlmişkən deməliyəm ki, biz sovet Rusiyası ilə heç bir vaxt düşmənçilik
etməmişik və heç bir vaxt o fikirdə də olmamışıq. Söylədilər ki, Denikinin yanına
və Zakaspiyə nümayəndə göndərmişdiniz. Bu barədə xariciyyə naziri danışdı. Vaxt
gəlmişkən mən də deməliyəm ki, haman Zakaspidə müvəqqəti bir hökumət əmələ
gəlmişdi ki, oraya nümayəndə göndərmişdik. O təmamilə başqa idi ki, orada
Denikin qüvvəsi icrayi-təsir etmişdi. Onda, Bakıda ingilislər var idi, demək deyil
ki, Bakıda ingilis hökuməti var idi. Kuban hökuməti nəzdində bizim
nümayəndəmiz olanda Kuban məclisi-milli nümayəndəsinin dar ağacından
asıldığına şahid olduq. Haman Kuban hökuməti nümayəndəsi idi ki, Parisdə bizim
nümayəndəmiz Gürcüstan və xırda hökumət nümayəndəsi ilə bir yerdə Denikin
hərəkatına Antanta hökuməti qarşısında protesto etmişlər. Burada deyirlər ki, biz
Denikin hökumətinə nümayəndə göndərmişik, böhtandır, yalandır. Biz Şura
727
hökuməti ilə həmişə vəzifəmiz dostluq olmuşdur. Fəqət, onlar bizə cavab
vermirlər, təqsir bizdə dəyil, kəndilərindədir. Bir də Almaniyaya nüayəndə
göndərmək xüsusunda. Biz, əsas etibarilə nümayəndələrin əksinə dəyiliz. Siz
bilirsiniz ki, səfir göndərməkdən əvvəl bir danışıq lazımdır. Əgər Rusiya ilə səfir
göndərmək danışığı olmayıb, müqəssir biz deyiliz. Almaniya ilə əlaqəmiz
anlaşılmayıb, bəzi şəraiti-təhənnün məsələsi aydınlaşmamışdır. Əgər hökumət bəzi
fikirlərə görə Almaniya ilə Rusiyayi bu növə idxal etməyib, Məclisi-Məbusanın
ixtiyarına var ki, ora nümayəndə göndərilməsini tələb etsin. (Alqış).
Sədr - Aslan Səfikürdski.
Aslan bəy - Müsavat firqəsinin bu məsələnin ilk müzakirəsində
vəziyyətini gördünüz. Şimdi də görürsünüz. Əvvəl, onlar belə demirdilər, sonra
burada Ağabəyov və Zəngəzur nümayəndəsi çıxıb demoqoqiya yapdılar. Lakin bu
məsələ üstündə dedilər ki, hökumət bu vaxta qədər niyə nümayəndə göndərmədi.
Abbasqulu da yerindən dedi ki, niyə tələbələri Çitaya göndəribsiniz? Biz deyiriz ki,
Almaniya hökuməti ilə əlaqəmizi düzəldək siz bilirsiniz ki, dünyada nemes
millətindən artıq çalıqşan millət yoxdur, ələl xüsusən son zamanlarda ki, Antanta
onlara necə zülm edir, onlar da qüvvələrini daha da artırmışlar. Əvvəl gərək
mədəniyyət nöqteyi-nəzərilə diqqət edəsiniz. Şura hökuməti də həmçinin onun
kimi soyulmuşdur. Denikin hər şeyi, hamıya satdı: Amerikaya, ingilisə və bizə də
bir qədər çatdı. Burda oturanların hamımı rus məktəblərini görmüş, onlardan
namus və millətpərəstlik öyrənmişlər.
Səslər - Loj, yalandır, polojim.
Aslan bəy (dəvamla) - Rusiya inqilabı milli cümhuriyyət fikrini vermiş və
mən də namus deyəndə bunu danışdım.
Məmməd Əmin (yerindən) - Öylə danışsanız, daha gözəl olar.
Aslan
bəy
-
Məmməd
Əmin də sosial-demokratlığı oradan
öyrənməmişmi?
Abbasqulu (yerindən) - Eşidilmir.
Aslan bəy - Buğunu yuxarı qaldırmağı, sən oradan öyrənməyibsənmi? Siz
bilirsiniz ki, Gürcüstan hökuməti nümayəndəsi Almaniyada və Moskva hətta
Odessada da var. Məmməd Əmin deyir ki, əvvəl münasibətimizi düzəldək. Biz
təklif edirik ki, haman qanun layihəsinə yazılsın ki, haman üsul və qanun ilə
Almaniyaya və Rusiyaya nümayəndə göndərmək qəbul olunsun.
Sədr – Müzakirə bitir. Söz məruzəçinindir.
Muxtar əfəndi - Komissiyon bunun əleyhinə deyil, lakin bir gəlmə
artırılsın ki mümkün olduqca.
Sədr - Maddəyə əlavə etmək olmaz. Əlbəttə mümkün olduqca hökumət
göndərəcək. Sosialistlərin təklifini rəyə qoyuram. Oxumağa ehtiyac yox, kim