731
Qəbul olunur. Layihənin 3-cü qiraəti qalsın gələn iclasa. Rza bəy Ağabəyov,
buyurun.
Rza bəy - Bakıda bir çox pristavlarda rekvizirovannı mallar vardır. Bunlar
bir çox pristanlarda dağınıq olduqlarından və baxılması çətin olduğundan hərbiyyə
nəzarəti, bunlar üçün bir ümumi veşevoy sklad təsis etmək istəyir. Bu sklad 2-ci
razryad olacaqdır. Ştatı da vardır. Orada əsgərlər də olacaqdır, məmurlar da.
Layihə bir maddədən ibarətdir. (Oxuyur).
Sədr - Bu barədə danışan yoxdur? Yoxdur. Müzakirə bitir. 2-ci qiraətə
keçməyi səsə qoyuram. Etiraz yoxdur? Yoxdur, Qəbul olunur. Birinci maddəyi
səsə qoyuram. Etiraz yoxdur? Yoxdur, Qəbul olunur. Üçüncü qiraət qalır gələn
iclasa.
Rza bəy - 1919-cu sənəsində bir feldşer məktəbi açılmasına qərar
verilmişdi. O zaman müəllim tapılmamışdı, dərsləri də rus dilində aparmaq
mümkün deyil idi.
Sədr - Növbədəki məsələ Şuşada hərbiyyə nəzarətinin əmrində hərbi
feldşer məktəbi güşadi. Məruzəçi Ağabəyov.
Ağabəyov - 1919-cu sənəsi hərbiyyə nəzarəti bir feldşer məktəbi açmaq
fikrində idi. Fəqət müəllimlərin tapılmaması dolayisilə açılmadı. Çünkü,
əsgərlərimiz rusca bilmədikləri üçün dərsləri rusca aparılması qeyri mümkün idi.
Bu sənə məzkur məktəbin güşadını və türk dilində tədricatın tətbiqini hərbiyyə
nəzarəti öhdəsinə gotürmüşdür. Şimdi, tezliklə işə başlamaq, məzkur məktəbi
açmaq istəyir. Məktəbi açmaq üçün 55,800 rublə istənilir. Məktəbin bir də
nizamnaməsi vardır. Nizamnaməyə görə əgər çastnı adamlar da daxil olmaq
istəsələr, qanunən təyin edilən bir zaman içində əsgəri hökumət qulluğunda
bulunacaqlardır. Təqdim edilən layiheyi-qanuniyyə bir maddədən ibarətdir.
Sədr - Qanun layihəsi barəsində danışmaq istəyən yoxmu? Deməli
müzakirat bitir. Birinci maddə barəsində danışmaq istəyən yoxmu? Səsə qoyuram.
Etiraz edən varsa ayağa dursun. Etiraz yoxdur. Qəbul olunur. Layiheyi-
qanuniyyənin 3-cü qiraəti qalır gələcək iclasa. Növbədə başqa bir məsələ yoxdur.
Sədr - Növbədə Gəncə quberniyasının 2 hissəyə bölünməsi haqqında.
Məruzəçi Səmədağa Ağamalı oğlu.
Səmədağa - Gəncə uyezdini hökuməti 2 hissəyə bölməyi lazım bilir. Bir
hissəsi Gəncə uyezdi, yeni hissəsi isə Şamxor uyezdidir. Şamxorun mərkəzi Zəyəm
olur. Maliyyə büdcə komissiyasında məsələ danışıldı ki, uyezdin adı Şamxor
olmayıb, Zəyəm olsun. Əksəriyyət ilə Şamxor keçibdir.
Məmməd Əmin (yerindən) - Səbəb nə idi ki, Şamxor olmayıb, Zəyəm
olsun.
Səmədağa - Səbəbi odur ki, mərkəz Zəyəmdir, adı da Zəyəm olsun və
tarixdə bir neçə şeylər olub, onu da yadda saxlamaq lazım deyil.
732
Məmməd Əmin - Sizin təsəvvür etdiyiniz Zəyəm tarixdən qədim daha
tarix vardır ki, o da Şamxor tarixidir.
Səmədağa - Danışan yoxdur.
Sədr - Layihə barəsində kim danışmaq istərdi? Rzabəy Ağabəyov.
Ağabəyov - Möhtərəm əfəndim, komissiyonda bir şey danışıldı ki, onu
məruzəçi unutdu. Komissiyonda bir arzu olundu ki, hökumət ümumən bir
administrativni prodel məsələsinin baxılmasına şüru etsin.
Səmədağa - Mən danışmadım ki, ona görə ki, bu məsələ keçəciydi.
Sədr - Muxtar əfəndi.
Muxtar əfəndi - Bu arzu nəzərə o qədər böyük gəlir isə fəqət lazımdır.
Rzabəy buyuran kimi çox uyezdlər məsələsi gərək həll olunsun. Məsələn, Nuxa
uyezdinin 4-cü nahiyəsi yüz verst məsafəsi var, əlaqə mümkün dəyil. Bir zaman
Ağdaşa Ərəş deyirdilər, çünkü mərkəz Ağdaş idi. Poçta, teleqram hər şey Ağdaş
adına gəldikcə bir növ anlaşılmazlıq əmələ gəlirdi. Burada da madam ki, mərkəz
Zəyəmdir, nə səbəbə Şamxor olsun. Bəzi tarixi şeylər var ki, ortada sudlar olanda,
onların əhəmiyyəti qalmayır. Bunu siz indi etməz isəniz. Bunu sonra camaat ərizə
verib, Zəyəm etdirəcək, necəki mən neçə vaxt bundan əqdəm Ərəş uyezdini
Ağdaşa döndərmək üçün ərizə vermişəm.
Sədr - Danışan yoxdur? Müzakirə bitir. Axırıncı söz məruzəçinindir.
Səmədağa – Mən güman edirəm ki, işin asan olmağı üçün, gərək Zəyəm
olsun, camaata Zəyəm adı ilə məşhurdur. Şamxor, Gəncə yolunda bir balaca
stansiyadır. Zəyəm deyəndə bütün camaat məşhur olur ki, Muxtar Əfəndi zəhmət
çəkib danışdı. Mən onu podderjat edirəm.
Sədr - Qanun layihəsi 5 maddədən ibarətdir. 2-ci qiraətini səsə qoyuram.
Etiraz yoxdur? Qəbul olunur. Bir təklif var ki, Gəncə qəzası Şamxor olsun.
Komissiyon tərəfindən etiraz yoxdur. Məmməd Əmin.
Məmməd Əmin - Bu komissiyonun əksəriyyəti Şəmkir əqəliyyəti isə
Zəyəm tərəfdarı olmuşdur. Əqəliyyətdə qalanlar, bəlkə də praktik nöqteyi-nəzərilə
haqlıdır. Lakin Şəmkir tarixdə bir mövqe qazanmışdır. Qədimlərdə ruslar bizim
müstəqil xanlarımızı yıxmaq istədikdə Gəncə xanlıqının Şəmkirdə hərbi
müvəffəqiyyəti olmuşdur və ərəb tarixinə baxsanız, hər yerdə Şəmkir nəzərinizə
yetər. Binaən biz Şəmkirə səs verəcəyiz.
Sədr - Təklifi səsə qoyuram. Aşurov.
Aşurov - Möhtərəm əfəndilər! Burada çox vaxt komissiyon sədrləri öz
fikirlərini deyirlər və biz də danışmağa haqqımız olmayır, çünkü biliriz nə var.
Komissiyonda Şamxordur. Sədr deyir ki, Zəyəmdir. Mən bilmirəm ki, Zəyəm
hankisinin, Şamxor hankisinin təklifidir.
Sədr - Həmişə qanun budur ki, məruzəçi komisyonun rəyinə dəyər və
müdafiə edər. Mənim vaxtım olmayır ki, hər məruzəçi oxuyam. Həm də çox vaxt