724
çalışmalıyıq ki, hökumətimiz baqi olsun. Daxili tənqid edənlər desə idi ki, daxili
siyasətimiz fənadır, dəyişək. Bu yollu tənqidə bir söz deməzdik. Amma müəlliflər
deyirlər ki, xaricdə də işləməyək. Böylə təklif etmək hökumətin istiqlalını məhv
etmək deməkdir. Bəziləri dəxi deyirlər ki, nümayəndəliklər neçün İngiltərədə,
Fransada təşkil edir. Çində və Yaponiyada etmir. Amma onu bilmirsiniz ki, bu gün
bütün dünya siyasəti və millətlər müqəddaratı Yaponiya ilə Çindən deyil, Paris və
Versaldan asılıdır. Özünüz bilirsiniz ki, sovet hökuməti dəxi bir çox yerlər axtardı.
Bu feil sair bu kimi yerlərə nümayəndələrini göndərdi. Bolşeviklər, bütün
ingilislərin və Antantanın böyük düşməni olmaqla bərabər onlara nümayəndələrini
göndərir, onları tanıyır. İndi biz bir əlimizə xəncərimizi, digər əlimizə isə
bayrağımızı alıb, özümüzü Antantaya düşmən elan etsək, bu avantüradan başqa bir
şey deyildir. Bu avantüradır. Müxtəsəri, siz görürsünüz ki, xarici siyasətsiz işimiz
düzəlməyəcək. Hər nasıl olursa olsun, xarici siyasətimizi yürütməliyik. Xaricdə
işləməkdən fayda yoxdur, deyənlər bilməlidirlər ki, daha beynəlmiləl diplomatlar
vardır, onlar qaldırılmamışdır. Başqa bir yol, ayaq yersiz təşkil edəcək.
Nümayəndəliklərin məsarirəfinə gəldikdə 200 funt sterlinq çox bilməyirik. (Yeddi
aya da Rumınyaya) rasxodlara azacıq çox para veriləcək. Amma bununla bərabər
məsrəfdən qorxmamalı və nümayəndəliklər təşkil etməlidir.
Sədr - Qara bəy Qarabəyli.
Qara bəy - Mənim sözlərimə başqa mənalar istinad etdilər. Bizim xaricdə
adamlarımız var və adlarını da ehtiramla söylədim. Mən dedim ki, onlar oynayırlar,
işimiz eylədir ki, oradakı qüvvətli adamlarımız öhdəliklərinə bir çox şeyləri niyə
götürə bilir. Yeni təşkilatlara lüzum yoxdur. Əvvəl məscidin içi, sonra tişarısı.
Ələlümum təcili surətdə səfarət yapılması tərəfdarı deyilik. Madam ki, lazımi
görmürük. Orada qüvvətli adamlarımız var, işimizi görə bilərlər, onları buraya
çağırmalıyam, oxuyub Avropadan buraya gələcəklər, buradan oraya müvəqqətən
gedəcək, bunlara 5-10 milyon pul məsarifi xərclənəcək. Biz deyirik ki, onlar
hələlik orada qalsınlar, əsasən buna etiraz etmirik. Təcili surətdə onu tərk et
deyirik. Bizim nöqteyi nəzərimiz bunun əleyhinədir. Heç bir qərəzimiz də yoxdur.
Sədr - Müzakirə bitdi. Burada bir iki natiq layihənin əleyhinə deyil, təcili
olmasının əleyhinə getdilər. Onu demək istəyirəm ki, bu layihə təcili deyil. Son söz
məruzəçinindir.
Muxtar Əfəndizadə - Mən Məclisi-Məbusanın üzvü olduğum üçün güman
edirəm ki, məclisi-məbusanın bütün əzaları bu məsələyə dövləti nöqteyi-nəzərlə
baxırlar və layihə asan bir surətdə etirazsız keçər. Fəqət, etiraz oldu. O qədər də
zəif etirazlar oldu ki, heç bir tənqidə davam etməzlər. Səmədağanın dediyindən bu
anlaşıldı ki, layihənin əsasına deyil, vaxtına zərərdir. Dedilər hökuməti işlərimizi,
daxili işlərimizi düzəltməmiş heç bir yerə nümayəndə göndərə bilmərik. Və bir də
dedilər ki, heç çox dövlətlər Azərbaycanın adını belə eşitməyiblər. Mən təəccüb
725
edirəm. Bu söz layihənin əleyhinə, ya ləhinə. Min dəlil ola bilir. Söz dəlil olsa, o nə
olar ki, tezliklə nümayəndə göndərib, adımızı bilməyənlərə özümüzü tanıtdıraq.
Sonra, dedilər, "Qızıl deyil" deməklə olmaz. Gərək eyisi olsun. Əgər siz balaca
Azərbaycanımızın qızıl kanı olmasını istəyirsiniz, onda gül əkməmiş, əvvəl
arxlarını çəkməli və su gətirməlisiniz ki, əkəcəyiniz güllər və ağaclar susuzluqdan
yanmasınlar. İmdi biz də o məmləkətlərə nümayəndə göndərməliyik ki, oradan
bizə mədəniyyət suyu gəlir. Biz hələ bir mismar da qayırmağı bacarmırıq. Buraya
gələn bütün emalat Amerikadan, İngiltərədən gəlir ki, ən əvvəl onların yanına
nümayəndə göndərməliyik. Bilirsiniz ki, qonşularımız başqalara məhkum ikən
özlərini tanıtdırmaq üçün nümayəndələr göndərib, özlərini tanıdırlar. Halbuki, biz
hakim ikən belə özümüzü tanıtdırmağa nümayəndə göndərmək istəmirik. Əgər, biz
bu vaxta qədər, özümüzü tanıtmamışıq, o da bizim qəbahətimizdir. Sonra Qarabəy
cənabları dediyi şimdiki hökumət mötəbər bir hökuməti deyil. Ona görə
göndərəcəyi səfirlər də mötəbər olamazlar. Bu doğru ola bilər.
Amma layihəyə baxarkən hökumət nəzərdə alınmaz. (Qara bəy yerindən:
Mən öylə demədim, mötəbər deyil dedim). Madam ki, ixtiyar Parlamandandır. Bir
pristavın nöqsanı üçün hökuməti yıxan Parlaman bir səfirin yararsızlığı üçün
hökumət yıxamazmı? Əgər, hökumətiin göndərdiyi səfirlər yaramaz olar, bizim
xeyrimizə qalmaq yerinə öz cibi üçün çalışırsa, bir pristav üçün yıxarlarsa, niyə bir
səfir üçün yıxılmasın. Sonra Qarabəy dediyi, Avropada bizim yararlı və qüvvətli
adamlarımız vardır. Onlar orada ikən yenidən adam göndərib para xərcləmək nə
lazım. Əvvəla, o heyətin indi göndəriləcək adamların hamısının yerinə gedib
işləməyə əli çatmaz. Onlar ancaq Parisdə otururlar. Halbuki, biz Amerika,
İsveçrəyə adam göndəririk. Və bir də bu heyət göndərilərkən oradakı adamlarımız
azad olub gələcəklər. Bir də burada bolşevik və Yaponiya məsələsindən bəhs
etdilər. Bilirsiniz ki, münasibət olmayan yerlərə nümayəndə göndərilməz. Onlar
bizim istiqlalımızı tanımamışlar, münasibət olarsa, istiqlalımızı tanıyarsalar, əlbəttə
ora göndərərik. Niyə münasibətimiz yoxdur, o başqa məsələdir ki, o xüsusda sonra
da danışmaq olar. Əlbəttə, gələcəkdə münasibətimiz olacaq. Biz arzu edirik ki,
hamı ilə münasibətimiz olsun, bizim istiqlalımızı tanısınlar və biz də nümayəndə
göndərək. Bizim heç kəslə qərəzimiz yoxdur. Mən bununla sözümü bitirib,
layihənin təsdiq edilməsini rica edirəm.
Sədr - Maddələrin müzakirəsinə keçməyi səsə qoyuram. Etiraz edənlər əl
qaldırsınlar (Əllər qalxır). Kim lehinədir? (Əllər qalxır). Kim səs verməyib? (Əllər
qalxır). Maddələrin müzakirəsinə keçmək qəbul olunur. (Katibə) Maddələri
oxuyun.
Muxtar Əfəndi - Birinci maddəni oxuyur.
Mehdi bəy - Ruscasını oxuyur.