41
izahat verilsin. Halbuki izahat verilməmişdir. Biz Rica edəridik əvvəla izahat
verilsin, sonra maddəbəmaddə oxunsun.
Sədr - Etiraz yoxdur ki, söz maliyyə nazirinindir.
Maliyyə naziri Əliağa Həsənov - Dövlət bankı barəsində olmuş və olacaq
bil-cümlə etirazlara cavab verməyə hazıram. Əvvəla, etiraz böylə olur ki, açılacaq
bankın qıraq sözləri var. Namə'ölum əhvalatları, intriqaları var. Halbuki, bu
xüsusda qaranlıq və qapalı bir şey yoxdur. Bank təşkili xüsusunda qəbul etdiyimiz
nizamnamə sənədlərdən biri böyük Rusiya daxilindəki, banklarda işlənən
nizamnamələrdən alınmışdır. Biz bunu qəbul edirik. Bank bir müəssisədir ki, onda
qaranlıq olmaz, doğrudur, ticarət işlərində bir çox təsadüfü ziyanlar olur. Fəqət, bu
məsələlər banklara məxsus deyildir. Şimdiyə qədər Rusiyada minlərcə bank olduğu
halda böylə bir şey olmamışdır. Ya xüsusi bizim açmaq istədiyimiz bank hökumət
bankıdır ki, böylə intriqalara qətiyyən meydan verilməz. Bəli, xüsusi banklarda
münafiqlər ola bilər və yəni bizim açdığımız banka şəxsi bir mənfəət üçün deyil
ümum cəmaətə xeyir və mənfəəti üçün açılır. Cəmaətimizin əksəriyyəti
demokratiya sinfinə mənsubdur. Dövlətli qismləri azdır və bir iki prosentdən artıq
deyildir. Bu bank ən ziyadə demokratiya əsasları üzərinə qurulan və
demokratiyanın mənfəətdar olması üçün açılır. Bankdan ehtiyacı olan kimsələr
istifadə edəcək və dövlətlilər heç bir şey qazanmayacaqlar. Və yenə hökümət
bankının açılması ilə digər banklarda zühur edə bilmək, olan fənalıqların onünü
alıb, adətən kontrol vəzifəsini ifa edə biləcəkdir. Və yenə bankın açılmasilə də
prosent miqdarı azalacaqdır. Pək böyük sui-istemallara meydan verən yüzdə 10, 12
prosent alan mənfəətdarların da işləri olmayacaq. İntriqaları pozulacaq. Və, əlhasil
bankda dövlətlilərdən ziyadə cəmaət istifadə edəcəkdir.
Bir millət və dövlətin tərəqqi və təalisi isə maliyyə işlərini yola qoymasına
bakayız. Əgər maliyyə işlərimizi yoluna qoymazsaq, digər hərbi və maarif kimi
işlərimiz qabağa getməz, çünkü ona bağlıdır. Binaən-ileyh biz əvvəla maliyyə
işlərimizi layiqilə aparmamız lazımdır. Və yenə mühüm olan məsələ ərzaq
məsələsidir. Bunu ucuzlatmaq və ərzağı cəm stmək, hazır etmək lazımdır. Əgər bu
ərzaq işləri möhtəkirlərin əlində qalarsa millətin fəqir sinfinin işi pisləşəcək
hökumətin işləri xarab olacaqdır. Pək çox şəxslər vardır ki, mallarını gizlədib bir az
sonra çox baha fiyətə satırlar. Hərgah böylə bir bank olsa ki, o biri banklara nəzarət
eyləsin, o banklar o cür malları cəm edib, saxlaya bilməz və onlar ki, onlar gərək
cəmaətin ehtiyacına sərf olunsun. İndi sizə məlumdur ki, banklar keçmiş vıkladları,
vermirlər. Halbuki, onlarda lazım olan qədər pul var. O pul ilə onlar, əz borclarını
verməyib gələn mallara girov verirlər. Bununla da malları ucuz satmayıb tacirlər
banklara qoyurlar, sonra xırda-xırda çıxarıb satırlar. Banklar bu kimi işlər ilə
məşğul olub xalqın borcunu vermirlər. Deyirlər ki, bu köhnə əhvalatdır. Xalqı
cürbəcür dolaşıq işlərə salırlar. Amma bu dövlət əlində olsa, onun əvvəlinci borcu
42
olacaq, köhnə borcları versin. Hansılar ki, cəmaət onları — banklara qoyub, özləri
üçün zəxirə etmişlərdi. Əlbətki bunlar da birdən verilməyib, tədrislə veriləcəkdir.
Demək bu bankın hər cəhətdən faydası aşkardır. Sabiqdə bankların üstündə rus
dövlət bankının Bakı şöbəsi dururdu. İndi bu bankın lüzumu daha artıqdır. Halbuki,
bu bank da öz mənasını və əhəmiyyətini itiribdir. Sizə məlumdur ki, indi öylə bir
bank yoxdur ümumi bankları idarə etsin. Hazırda bu işi görsək öylə bir müəssisə
yoxdur. Bizim açacağımız bank isə bu vəzifəni görəcək.
Sonra bu bankın keçmiş dövlət bankilə rabitəsindən bəhs etmişdilər. Bunu
sizə ərz etməliyəm ki, bu bankın köhnə bank ilə əlaqəsi yoxdur və olmayacaqdır. O
bir bankdır, qalıb öz yerində. Borcu var, yoxdur işimiz deyil. Bu bank isə yeni əsas
üzrə sizə təqdim edilən nizamnaməyə müvafiq bir surətdə açılacaq. Bu bankın əsas
sərmayəsi əlli milyon manat olacaq. İyirmi milyon manat da ehtiyac sərmayəsidir.
Köhnə bankın nə borcunu öhdəsinə götürəcək, nə də onun alacağından mənfəət-
bərdar olacaqdır. Böylə ki, bu bankın köhnə banklar ilə heç bir əlaqəsi yoxdur. Bir
də buyurdular ki, sberqatelni kassa var. O barədə danışdılar. Bunlar da iki qismdir.
Birisi burada sentralni sberqatelni kassalardır. Onlar kaznaçeystvalardadır. On iki
kaznaçeystvoda on iki mərkəzi kassamız vardır. 2-ci qism posta idarələrindədir.
Onlar da 35 dənədir. Hökumətin iznilə bunları açmışıq və təcili olduğundan işə
başlamışlar. Bu barədə tazə nizamnamə yazılıb məclisə pişnihad olub. Köhnə
kassaların ki, borcları 12 milyon idi, onları da qəbul etmişik. Hər nə qədər bizim
keçmiş kassalar ilə əlaqəmiz yoxsa da işin yaxşı keçməsi üçün bu 12 milyon borcu
qəbul etmişik. Zahirdə 12 milyondur. Güman var ki, bu pulun yarsını almasınlar.
Mərkəzi kassaların borcu isə əlli milyondur. Hökümət bankı onları açsın. Lakin o
zaman Tomson q-sudarstvenni bankı açanda elan etmişdi ki, mərkəzi kassalar
açılacaq, sonra dəfəat ilə bizə təklif etdilər ki, onları açaq. Biz isə cavabında
deyirdik ki, hərgah mərkəzi kassaları açmaqla əlli milyon zərər edəcəyiksə də bank
əlimizdə olduğundan faidəmiz də olacaqdır. O vaxt köhnə borcları da gərək verə
idik. Bu borcları verməklə xalq arasında etibar da qazanarıq. Bu mərkəzi kassalar
sabiqdə Rusiya dövlət bankı ilə əlaqədar idi. Bizim vəkilimiz bankın bizə verilməsi
barəsində ingilislər ilə bir çox danışıqdada oldu. Axır vaxta kimi arada razılıq
olmadı. Çünkü biz deyirdik bank kimin ixtiyarında olarsa mərkəzi kassaları da o
açar. İngilislər mərkəzi kassaları açıb düzəltmək istədilər. Bu barədə adam
çağırdılar, qulluqçular tutdular, elanları da var idi. Lakin işlər bir təhər olduğu üçün
açmadılar. O ki, qaldı xəzinələr, hökumət müfəttişi və mərkəzi kassalar bank ilə
bağlıdır. Bunların hamısı hökümət ixtiyarındadır. Kaznaçeystvoya bağlı olan işlər
haqqında kənar adamlar ilə danışmaq olmayırdı. Çünki ingilislər deyirdilər ki,
bunlar hamısı sizin əlinizdədir. Bir mərkəz tapılmayırdı ki, köhnə borcları versin.
Budur ki, hökumət öz üstünə götürdü. Hərgah lazım olsa kassalar açılsın və borclar
da verilsin. Ayrı məsələ bilmirəm. Bu cəhətə ki, bu qanunun heç bir keçmiş