36
dolayı ikmal edəmiyənlərin də götürülməsi tərəfdarıyam. Rica edirəm ki, məsələyə
yenidən baxılsın.
Sədr – Əhməd bəyin nitqindən sonra məsələni mən dübarə səsə qoyuram.
Əvvəla Malxazyan cənablarının təklifini səsə qoyuram. Kim tərəfdardır, Rica
edirəm əlini qaldırsın. Kim əleyhinədir, kim səs verməyir? Lehinə 28, əleyhinə 10,
səs verməyən 1. Əksəriyyət rəy ilə təklif qəbul edilir. Doqquzuncu maddəni səsə
qoyuram. Əlavə və qeydlə bərabər, kim səs verməyir, kim tərəfdardır? Lehinə 30,
əleyhinə 9, əleyhinə kim səs verməyən 4. Maddə əksəriyyət rəy ilə qəbul edilir.
Tənəffüsdən sonra
Sədr - Məclis açılır. 10-cu maddəni oxumağa şüru olunur.
Mehdi bəy - Oxuyur.
Sədr - Bu barədə danışan varsa... Yoxdur səə qoyuram. Onuncu maddəyə
kim tərəfdardırsa, əlini qaldırsın. Kim bərəksdir? Səs verməyənlər kimdir? Bəs
onda iştirak etməyən çoxdur. Onuncu maddəni yenə səsə qoyuram hər kim
tərəfdardır əlini qaldırsın. Kim bərəksdir? Səs verməyənlər kimdir? Lehinə 32,
əleyhinə yoxdur, səs verməyən 5. Keçir.
Səslər - Kvorum yoxdur.
Sədr - Var... Onda düz çıxmır ki, səs verməyənlər 5, bərəks yoxdur. Ona
görə üçüncü dəfə səsə qoyuram. Hər kəs maddənin keçməsinə tərəfdardırsa, ayağa
qalxsın. 38. Əyləşiniz. Kim buna bərəksdir, ayağa qalxsın, yoxdur. Kim səs
verməyib, ayağa qalxsın. 5. Lehinə 38, bərəks yoxdur, səs verməyən 5. səsin
çoxluğu ilə bu maddə keçir.
Mehdi bəy - 11-ci maddəni oxuyur.
Sədr - Abdulla Əfəndiyev.
Abdulla bəy - Doğrudur, xidmətçilərimizə yanvarın birindən əlavə
vermişik. Çünkü onlar xidmətdə olublar. Bunlar isə Hənuz xidmətdə olmayıblar.
Bunun üçün qanunu indi qəbul edib maaşlarını əvvəldən təyin etmək doğru
deyildir. Qanun qəbuldan sonra hökm şəklini ala bilər. Buna görə qanunun
özündən qabaq heç bir şeyi qəbul edə bilmərəm. Əgər başqa xərclər varsa onu ayrı
surətdə qəbul edərik. Buna görə təklif ediriz ki, maaşlar sentyabrın birindən qəbul
edilsin.
Sədr - Söz məarif naziri Rəşid bəy Kaplanovundur.
Rəşid bəy Kaplanov - Burada bir sui-təfhim hasil olub. Müəllimlər
təmmuzun birindən maaş almalıdırlar, deməyirik, bəlkə tədris ili təmmuzun
birindən başlanacaqdır deyirik. Müəllimlərin maaşı isə təyin günündən etibar kəsb
edəcəkdir.
Mehdi bəy - Əsasən biz təmmuzun əvvəlindən hesab olunmaq
tərəfdarıyam.
37
Sədr - 11 -ci maddəni səsə qoyuram. Kim tərəfdardır?
Səslər - Axır təklif var idi.
Sədr - Olsa idi, yazılıb verilər idi.
Abdulla Əfəndizadə (yerindən) - Müsaidə veriniz yazıb verim.
Sədr - Burada "Əhrar" fraksiyası tərəfindən təklif var ki, 11-ci maddə də
iyulun biri [ilə yox] sentyabrın biri ilə tədbil edilsin. Bunu mən səs qoyuram, hər
kəs bu Abdulla bəyin təklifinin tərəfdarıdırsa əlin qaldırsın. Kim bərəksdir, kim səs
verməyib, hamı iştirak etməyir. Kim təklifin tərəfdarıdır, əlin qaldırsın. Kim
bərəksdir, kim səs verməyibdir? Ləhinə, 29, əleyhinə 4, səs verməyənlər 9.
Əksəriyyət ilə qəbul olunur.
Mehdi bəy - 11-ci maddəni təkrarən oxuyur.
Sədr - 11-ci maddəni təshihi ilə səsə qoyuram. Hər kəs tərəfdardır, əlini
qaldırsın. Kim bərəksdir. Kim səs verməyib. Lehinə 39, əleyhinə yox, səs
verməyən 5. Əksəriyyət ara ilə qəbul olunur.
Mehdi bəy - 12-ci maddəni oxuyur.
Sədr - Danışan var? Yoxdur. 12-ci maddəni səs qoyuram.
Mustafa bəy Mahmudov - 12-ci maddə darülfünunun ustavını qəbul etmək
barəsindədir. O ustavı müzakirə etməmiş və baxmamış bu maddəni qəbul etmək
mümkün deyil. Biz təklif edirik ki, bu müzakirə burada bitsin və qalsın gələn
iclasa.
Sədr - Məsələ o deyil ki ustav təsdiq olunsun ya olmasın. Əmma 12-ci
maddədə deyilir ki, ustav gərək olsun. Malxazyan - (Rusca).
Sədr - Bu təklifin səsə qoyulması qalsın ustava baxılandan sonraya.
Bununla ixtifa edib layihənin 3-cü qiraəti 13-cü maddə ilə qalsın gələn səfərə.
Mehdi bəy Hacınski - Müsaidə veriniz. Sədr - Buyur.
Mehdi bəy Hacınski - Mən deyərdim ki, 13-cü maddəni 12-ci ilə əvəz
edib oxuyaq. 12-ci, 13-cü maddə olsun, qalsın sonraya. Səslər - Böylə olmaz.
Olmaz.
Sədr - sonraya qalmamasını səsə qoyuram. Kim sonraya qalmaması
tərəfdarıdırsa əlini qaldırsın. (Əllər qalxır). Əksəriyyət ilə qəbul edilir. Oxuyunuz
maddəni.
Katib - 13-cü maddəni 12-ci əvəzi olaraq oxuyur.
Sədr - Bu barədə danışan kimdir? Söz Əhməd Cövdətindir.
Əhməd Cövdət - Bu da ustava aid məsələdir ki, darülfünuna tələbə nə cür
qəbul olacaq. Müdərrislər necə olacaq. Ona görə bu maddəyə baxılmasın, qalsın
gələn səfərə. Ustav ilə bir yerdə baxılsın. 12-ci maddədən o tərəfə qalsın.
Sədr - Təklif var ki, bu maddə də qalsın gələn səfərə. Ustav ilə bir yerdə
baxılsın. Kim tərəfdardır, əlini qaldırsın. (Əllər qalxır). Əksəriyyət əvsat ilə keçir.
38
12-ci, 13-cü maddə ustav qurtarandan sonraya qalır. İkinci qiraəti qurtarıb, 3-cü
qiraəti qalır.
Səslər -2-ci qiraəti qurtarmayıb.
Sədr - Ustav oxunmasına nə deyirsiniz. Ustav və oxunması qurtarandan
sonraya qalır. İkinci qurtarıb, 3-cü qiraəti qalır.
Sədr - Qalır gələn səfərə. Növbədəki bank məsələsi var. İki dəfədir ki,
vaxtımız universitetə sərf olunur, bank məsələsi qalır. İstərdim ki, bank
məsələsinin ikinci qiraətinə iqdam edək.
Səslər - Qalsın, qalsın, saat 4-dən işləyir.
Sədr - Məbuslardan bir neçəsi tərəfindən təklif olunur ki, vaxt
keçdiyindən məslis qapansın.
Səslər - səsə qoyun qapansın.
Sədr - Bu təklifi səsə qoyuram. Səsə qoymadan əvvəl bəli, bəli, nakaz
belədir. Bərəksinə danışan varsa, buyursun.
Mehdi bəy Hacınski - Mən əleyhinə danışmaq istəyirəm.
Sədr - Buyurunuz.
Mehdi bəy Hacınski - Mən bu təklifin əleyhinəyəm. Həftədə iki dəfə iclas
olur. Saat 10-na təyin olunur, saat 12-də iclasa başlayırıq. Keçən dəfə bank
məsələsi qaldı. Nəzarətdən nümayəndələr gəlib bu məsələni gözləyirlər. Bank
məsələsi mühüm bir məsələdir. Ona görə mən bu təklifin əleyhinəyəm. İclas
qapanmasın. Məruzəçini dinləyiniz, sonra ikinci qiraətə keçək.
Sədr - Məclisi qapamaq məsələsini müzakirəyə qoyuram. Hər kəs
məclisin qapanmasına tərəfdardır isə əlin qaldırsın. (Əllər qalxır). Hər kim
bərəksdir, əlin qaldırsın. (Əllər qalxır). Kim səs verməyib? (Əllər qalxır).Neçə
adam var?
Səslər - Kvorum yoxdur.
Sədr - Kvorum var. Ancaq səsdə iştirak etmirlər. Dübarə səsə qoyuram.
Özünüz tələsirsiniz. İştirak da eləmirsiniz. İştirak ediniz, qurtarsın. Hər kəs
tərəfdardır ki, məslis qapansın, ayağa qalxsın. (Qalxırlar). Kim bərəksdir, ayağa
qalxsın. (Qalxırlar). Tərəfdar 32, 7 səs əleyhinə, ikisi səs verməyib. Səsin çoxluğu
ilə keçir. Ancaq hələ məslis qapanmır. Bir kağız var, elan olunacaq. Ona qulaq
asın. (Katibə). Oxuyunuz.
Katib - Erməni fraksiyonu tərəfindən gələn rusca kağızı oxuyur.
Sədr - Bu kağız elan olunur. Gələn dəfə ruznaməyi müzakiratda
olacaqdır. Müsaidə veriniz qalsın.
Məmməd Əmin (yerindən) - Müsaidə veriniz.
Sədr - Buyurunuz.
Məmməd Əmin - Bilirsiniz mən mahiyyət etibarilə bunun əleyhinə
çıxmadım. Şəkil etibarilə deyərdim ki, ümumən rəyə qoyulur. Məsələ odur ki,
Dostları ilə paylaş: |