29
Məarif naziri Rəşid bəy Kaplanov - Mən Əhməd bəyin fikrinə etiraz
etmirəm. Bittəb darülfünunun açılması üçün bu münaqişələr dəvam edəcəkdir.
hökumət də nəticədə məhkəməyə - təməyyüz sifətilə qalır. Madam ki, darülfünun
və binasının intixabı da hökumətin ixtiyarında olacaqdır, hökumət-vəzifəyi ifa
edəcəkdir. Müsaid bina intixab edib məslisə bir həcz qanunu təklif edəcəkdir.
Sədr - Ağa Aşurov.
Səslər - Yoxdur.
Qara bəy - Səsə qoyunuz.
Sədr - Təklif bir oldu. Hacət yoxdur. Sizin təklifiniz varsa, buyurunuz.
Qara bəy - Xeyir, yoxdur.
Mehdi bəy Hacınski - Burada bir şey daha var. Darülfünun üçün intixab
edilən ticarət məktəbi şəhərindir. Sovet Syezdindir. Bu qanunu düzəldənə sovet
syezdində vəkilləri vardı. Onlar etiraz etmədi. Qəbul etdi. Onun üçün maddəni
burada uzatmaq vaxt itirmək deməkdir. Qəbulu yaxşıdır.
Sədr – Maddənin bütün-bütün götürülməsi təklif edilir. Səsə qoyuram.
Kim maddənin bütün-bütün götürülməsi tərəfdarıdır? Əl qaldırsın. Kim əleyhinə?
Kim səs verməyir. (Kyüsterə) Neçə adam var, iştirak etmir? (Məslisə). Dübarə səsə
qoyacağam. Rica edirəm, iştirak edəsiniz.
Kyüster - 42 adamdan, ancaq 37 səs də iştirak edir.
Sədr - Kim maddənin götürülməsi tərəfdarıdır.
Səslər - Ayağa dur, deyiniz.
Sədr - Rica edirəm, o halda kim tərəfdardır, ayağa qalxsın. Kim əleyhinə?
Kim səs verməyir? Lehinə 39, əleyhinə 3, səs verməyən 1. Əksəriyyət rəy ilə
beşinci maddə büsbütün götürülür.
Sədr - 6-cı maddəni oxuyunuz.
Mehdi bəy - Oxuyur.
Sədr - Bu barədə danışan kimdir?
Səslər - Bir də... Başa düşmədik.
Sədr - Bir nəfərin xahişi lazımdır. Birdəmi? Onda qulaq asınız ki,
eşidəsiniz. Mehdi bəy, bir də oxuyunuz.
Mehdi bəy - 6-cı maddəni bir də oxuyur.
Sədr - Danışan varsa bu barədə... Yoxsa maddəni səsə qoyuram. Kim
bunun keçməsinə tərəfdardır, əlini qaldırsın. Əksəriyyət ilə keçir.
Mehdi bəy - 7-ci maddəni oxuyur.
Sədr - Bu barədə danışmaq istəyən varmı?
Qarabəyov - Rica edirəm, bundan sonra kağız ilə bildirəsiniz.
Qarabəyli Qara bəy ("İttihad") - Adətən qayda böylədir ki, əvvəlcə bir
smeta verilər, gərək bizdən istənilən bu beş milyon nə üçündür. Smeta olmayınca
bilinmir ki, bu pul nə üçün verilir. Bunun üçün heç vaxt qeyri müəyyən surətdə
30
böylə təxsisatı biz qəbul edə bilmərik. Buna görə smeta verilməyincəyədək böylə
təsisata etiraz edərik.
Sədr - Daha danışan kim var? Doktor, təklifinizi yazınız. Maarif naziri
Rəşid xan Kaplanov.
Kaplanov (maarif naziri) - Qara bəy əfəndi pək doğru buyurdular ki,
smeta lazımdır. Əhvali-adidə bu doğrudur. Fəqət keçirməkdə olduğumuz əhvalı
fövqəladə də bu pəkdə doğru deyildir. Çünkü hal-hazırda Bakıda inşa ediləcək
darülfünün binası üçün söyləmək mümgündür. Fəqət bununla bərabər bir buçuq ay
əqdəm olan fiyətlər ilə indi bu binanızı inşa edəməzsiniz. Binaən-ileh fiyət
dəyişdiyindən smeta da təbdil edir. Bu darülfünun əşyasının qismi-əzəmi xaricdə
alacağız orada nə fiyətlər olduğunu şimdidən söyləmək imkan xaricindəndir.
Onları müəyyən edib, burada söyləmək qətiyyət əlimizdə deyildir. Əvvəlcə 3
buçuq milyon söyləmişdik. Fəqət sonradan bunun kifayətsiz olduğu hiss edilərək 5
milyona qədər artırıldı. Smeta tələb etməyə haqqınız var. Fəqət burada mümgün
deyildir. Binaən, bu maddəni təmamilə qəbulu arzu edilir.
Sədr - Daha kim danışmaq istəyir? Buyurunuz.
Məmməd Rza Vəkilov ("Müsavat") - Nazir cənabları buyurdular ki,
mümgün deyil smeta vermək. Doğrudur mümgün deyil, qiymətləri təyin etmək
çətindir. Fəqət lazımdır, göstərilsin ki, hansı şeylər alınacaq, burada yoxdur. Mən
elə bilirəm ki, 5 milyon deyil, on beş milyon istənilsə, onu da vermək olar. Heç
olmazsa təxminən göstərilsin nə alınacaqdır.
Sədr - Əliheydər Qarayev.
Qarayev ("Hümmət") - Əfəndilər! Darülfünun məsələsində hamı
məbusların gözləri açılıb. Ümuri-xeyriyyə naziri burada pul istəyəndə çoxunun
yuxusu gəlirdi. Amma indi, nədənsə hər kəs darülfünun qarşısına səd çəkmək
istəyir. Onu bir qədər uzağa atmaq üçün cürbəcür təkliflər edirlər.
Səslər - Yalandır... Yalandır.
Qarayev - Bəli, öylədir, yalan demirəm, doğru danışıram. Əgər siz
layihəni qəbul etməyib smeta tələb etsəniz. O zaman parlaman iki aya ancaq o
smetaya baxa biləcəkdir. Onda darülfünun heç 3 aya da açılmaz. Professorlar
pulsuz darülfünun aça bilməz, gərək pul olsun ki, açsınlar. Ona görə siz bunu qəbul
edin. Ancaq hökumətdən onun nə yerə sərf olunmasını sonra tələb edək.
Sədr - Ağa Aşurov.
Aşurov - Burada bu əvvəlinci dəfədir ki, parlaman böylə avtonomnı
uçrejdeniyaya pul buraxır. Ona görə üzvlər həqlidir desinlər ki, bu pul nəyə xərc
edilir. Nəzarətlərə pul buraxanda bilirik ki, cəvabdeh nazirimiz var və bəlkə onlar
kontrol altındadırlar. Biz etiraz etməyirik ki, beş milyon niyə buraxılır, bəlkə lazım
gələcək 15 milyon buraxılsın, fəqət məlumat verilsə gözəl olar.
31
Əhməd bəy - Mən etiraf etməliyəm ki, maliyyə və büdcə komisyonunda
on milyon smetasına baxdıqda fəqət beş milyonun xərclənməyinə baxılıb, çünkü
bu qanun içərisindədir, mən də onun tərəfdarıyam ki, bu barədə məlumat verilsin,
bu beş milyonun sərfi haqqında bu qanunu tərtib edib pişnihad edən professor
Razumovski burdadır, məlumat versəydi gözəl olardı.
Sədr – Rəşid bəy.
Rəşid bəy - Əzayi möhtərəmdən birisi buyurdu ki, bu müəssisə muxtardır,
lakin məsarifatda muxtar deyil. Əlbəttə, bu məsarif barəsində nəzarət məlumat
verir, lakin bir şeyin qiyməti 10 manat - 12 manat arasında olsa, təfavütünü
göstərmək mümgündür. Bir halda qiymətlərin təfavütü 10 manat ilə min manat
arasında ola, onun smetasını düzəltmək gücdür. Hərgah arzu edilər isə professor
Razumovski izahat verər, lakin bu da o qədər faidə bəxş olmayacaqdır. Lakin
iclasda lazım olar isə məlumat verə bilərik.
Sədr - Professor Razumovski.
Razumovski - Rusca.
Sədr - Daha bu barədə danışan yox isə, söz məruzəçinindir.
Mehdi bəy – Mən beş milyona tərəfdaram. Məəttəəssüf ki, maliyyə və
büdcə komisyonu bu barədə müzakiratda bulunmayıb, hərgah mən bir üzv olmuş
olsa idim, başqa dürlü danışardım. Fəqət burada qanundan danışıram.
Sədr - 7-ci maddəyə kim tərəfdar isə əlini qaldırsın. Kim bunun bər
əksinədir, kim səs verməyibdir. Tərəfdar 36, bər əks 6, səs verməyən yoxdur.
Əksəriyyət rəy ilə qəbul olunur. 8-ci maddəni oxuyunuz.
Mehdi bəy - 8-ci maddəni oxuyur.
Sədr - Burada bir təklif var ki, tənəffüs olsun.
Səslər - Olsun, olsun.
Sədr - Təklif qəbul edilir. 5 dəqiqəlik tənəffüs elan olunur.
Sədr - Qarayev, buyurunuz.
Qarayev ("sosialist") - Mən nizamnamənin maddeyi-məxsusu mövcibincə
professorlara veriləcək pulun təhdid edilməsi tərəfdarıyam. Biz darülfünunda
bulunacaq doktorların zəhmətinə müqabil pul verməliyik. Öylə professorlar vardır
ki, mühüm bir əməliyyatı-cərrahiyyə yapar, bu zəhmətinə müqabil on min manat
pul alır, çünkü o zəhmət çəkmişdir. Biz də gərək pulu təhdid etməyib, zəhmətə
müqabil verməliyik.
Sədr - Buyurunuz, Arşaq Malxazyan.
Arşaq Malxazyan - Rusca danışır.
Sədr - Başqa danışmaq istəyən yoxmudur. Söz maarif nazirinindir.
Maarif naziri - hər bir darülfünunda ümumiyyətlə professorlar müxtəlif
pedaqojiyalara ayrılırlar. Bəzi professorlar asari-elmiyyə nəşr edir. Bəziləri isə
bunu biləməl edir. Tibb fakültəsi professorları ilə yakdigərindən ayrı və pək başqa
Dostları ilə paylaş: |