21
çox professorların gələcəyi şübhəsizdir. Məlumatımıza görə Yekatrinodardan bir
çox müəllimlər gələcəkdir. Əl-lisanə gəlincə burada Məmməd Əmin əfəndinin
buyurduğu kimi şərqin üçün böyük və geniş meydan olduğundan buraya gəlmələri
təbiidir. Şərq şöbəmizin müəllimlər cəhətindən ehtiyacı qalmayacağına əminəm.
Ən müşkülü vəsaiti madiyyədir. Bina harada olacaq yəqin, qanun layihəsi təsdiq və
təxsisat verilən kimi işə başlayacağıq. Kanun əvvəl deyil kanun sanidə
başlayacağıq. Darülfünun açılması qəbul edilən kimi bir kaç zat Avropaya
göndərib bir-iki ay zərfində vəsait eləmiyyəni alıb, cəlb edə biləcəyimizə qəti
surətdə əminik. Önümüzdə mümaniətin böyüklüyünə etirafla hər halda bunların
izalə edilməsi üçün çalışacaqdır. Madam ki, darülfünun açılması qabildir, madam
ki, bunun əhəmiyyəti-siyasiyyə və milliyyəsini təsdiq edərik o zaman tərəddüdə
lüzum yox. Xatiməyi-kəlam olaraq əlavə etmək istəyirəm ki, təbiidir biz bunu
təşəbbüsü milli tələqqi edərik. Və qətiyyən firqə mülahizatını buna
qarışdırmamalıdır. Elm məbədinə dərəcəyi hörmətlə, camələrə, məscidlərə girərkən
ayaqqabılarımızı çıxaran kimi bu elm məbədinə də girərkən mülahizati-şəxsiyyə,
siyasiyyə və firqə nizailərini unudaraq girməlidir. Əminəm ki, bu darulfünuna
istiqbali-milliyyəmizi təmin edici bir məbəd, elm nəzərilə baxacağıq.
Sədr - Fətəli xan, istəmirsiniz danışmağa, onda söz Mixaylovundur.
Mixaylov - Rusca.
Sədr - Natiqlər yoxdur. Layihənin ikinci qiraətinə keçiləcək. Son söz
məruzəçinindir.
Mehdi bəy Hacınski - Mən çox danışmayacağam. Danışmağa da bir şey
yoxdur. Nə də danışa bilirəm. Burada hər bir şeyi dedilər. Yadıma bir şey düşür.
Gənə köhnə əhvalat. Bizim bu halımız, o hala oxşayır. Bir vaxt qışqırıb dedilər,
aydad üsuli-cədid məktəbi açılmasınki kafir olarsınız. İndi də deyirlər ki,
darülfünun açılmasın uruslaşarsınız. Siz mötərizlər millətimizi Moskvada çar
zamanı saxlaya bilirkən Azərbaycandamı saxlamayacaqsınız. Hərgah siz Qara bəy
deyən kimi qanunu təxirə salsanız, bütün bütünə rədd etmək deməkdir. Komisyon
tərəfindən özüm də deyirəm ki, layihənin ikinci qəraətinə keçməsək vəla layihə
rədd olur.
Sədr - Burada danışılanda təxirə salınması təklif olundu ki, üstünə bir
qədər məlumat artırılsın. Təcili, öylə qeyri təcilinin təvafütü var, o da budur ki,
təcili olanda fikirlər məhdud olur, ətraflı baxmaq olmayır. Qeyri təcili olanda əxbar
məlumat artıq olur. Müzakirə olunacaq. İkinci qəraətə keçin. Qəraətə keçmədən 10
dəqiqə tənəffüs elan edək.
Səslər - Gecdir, vaxt keçib, məclisi qapayın.
Sədr - Müsaidə eyləyiniz. İkinci qiraəti indi yox, səsə qoyuram. Hər kəs
ikinci qiraətə tərəfdardır, əlin qaldırsın. Səsə qoyuram. (Əllər qalxır). Əksəriyyət
ilə keçir. Başlanır.
22
Mustafa Məmmədov (yerindən) - Müsaidə veriniz.
Sədr - Buyurunuz. Söz Mustafa Məmmədovundur.
Mustafa Məmmədov ("Müsavat") - Əfəndilər! Məsələni sədr cənabları
çox düz qoydu. Məsələ, əsasən müzakirə olundu. Bu müzakirədən sonra gərək
məclisin də bir qərarı ola idi. Rəylər aşkar olandan sonra darülfünun layihəsinin
ikinci qiraətinə keçir ya yox. Bunu da qərar qoyduq. Deməli, bu gün darülfünunun
2-ci qiraətinə keçməsini qəbul etmək ilə Azərbaycan da, parlaman da tarixi bir
günü vaqe oldu. Lakin layihənin maddə-maddə müzakirəsini təklif edirəm gələn
məclisə qoyaq. Çünkü, bəlkə bəzi əlavələr və təshihlər ola bildi.
Sədr - Təklif olunur ki, layihənin maddə-maddə müzakirəsi gələn şuraya
qalsın. Çünkü məlumat hasil olsun. Bunu səsə qoyuram. Kim bunun tərəfdarı isə
əlini qaldırsın. Əksəriyyət əsvat ilə qəbul olunur. 15 dəqiqə tənəffüs elan edirəm.
Tənəffüsdən sonra
Sədr - Məclisi açıram. Sosialistlər tərəfindən hal-hazıriyyə dair hökumətə
bir sual verilmişdi. Vaxt gec olduğuna görə gələn şuraya qalır. Bundan başqa beş
nəfər məbusların imzasilə bir təklif varid olmuşdur ki, iclas qapansın. Ona görə
səsə qoyuram. Hər kəs tərəfdardır, əlini qaldırsın. (Əllər qalxır). Əksəriyyət rəylə
qəbul olunur. Məclis qapanır.
İclas qapanır saat 3 tamamda. Arxiv, siy.895, siy. I, iş 133, vər. 1-31.
№68
Altmış səkkizinci iclas
25 avqust 1919-cu il
İclas saat 11.35 dəqiqədə açılır.
Sədr - Sultan Məcid Qənizadə. Katib - Əhməd Cövdət Pepinov.
Sədr - Məclisi-Məbusan açılır. Mehdi bəy yomiyyeyi-müzakirəti
oxuyunuz.
Mehdi bəy (katib) - Müzakirati-yomiyyə.
1) Azərbaycan darülfünunun təşkili haqqında 2-ci qiraət, məruzəçi-
Hacınski; 2) Azərbaycan hökumət bankı təsisi haqqında, 2-ci qiraət. Məruzəçi –
Ağabəyov; 3) Yüz nəfər tələbələrin xaricdə inamli-təhsil etmək üçün göndərilməsi
haqqında qanun layihəsi; 4) Türkcə kitablar alınmaq üçün bir milyon manat
buraxılması haqqında; 5) spirt məhsulatından alınan aksiz vergisi miqdarının
təğyiri və təbdili haqqında. Məruzəçi - Ağabəyov; 6) Tövcü vergisinin artırılması
ilə bərabər torpaq gəlir və məxaris smetasının və torpaq vergisi miqdarının təmdidi
haqqında. Məruzəçi - Ağabəyov; 7) Ümumi əyləncəxana və tamaşa yerlərindən
23
alınan müvəqqəti vergi naloq hökümət mübaliğ müstəhfizəsinə idxalı haqqında.
Ağabəyov; 8) Həmin sənə üçün İrəvan ümuri-xeyriyyə naziri vəkilinin maaşı və
onun idarəsi məsarifatı üçün məzkur nazirə 177.000 manat kredit açılması
haqqında. Məruzəçi - Ağamalov; 9) Şəhadətnaməsiz olan içki ticarətindən alınan
cərimələrin qüvvələnməyi haqqında. Məruzəçi - Hacınski; 10) Azərbaycan
cümhuriyyəti ümuri-xeyriyyə nəzarətinin ştat siyahısı və maaşlarının artırılması
haqqında. Vəkilov Mustafa; 11) Bakı xəzinə palatası müdir müavinliyi vəzifəsinin
ləğvi haqqında. Muxtar Əfəndizadə; 12) Sosialist fraksiyasının hökumətə sualı; 13)
Tamğar rüsumatı qanunnaməsinin bəzi maddələrinin təbdili və rüsum
miqdarlarının təzyidi haqqında. Hacınski; 14) Nəşr elan haqqında; 15) Fabrika
inspeksiyasına dair qəvaidin təbdili haqqında; 16) Maliyyə naziri şurası haqqında;
17) Daxil olmuş kağızlar.
Sədr - Tazə daxil olan kağızlardan ancaq Qarabağ valisi Sultanovdan bu
məzmunda teleqram gəlmişdir: Qarabağ məsələsi sülh ilə həll olundu. Sabah
təntənəli surətdə bir beynəmiləl nümayiş olacaqdır. Müfəssəl xəbər ayın 24-də.
Katib Mehdi bəy - Darülfünun qanun layihəsinin birinci maddəsini
oxuyur.
Sədr - Əvvəlinci maddə barəsində danışan yoxsa, səsə qoyuram. Hər kəs
buna etiraz etmir isə iltimas edirəm əlini qaldırsın. Bər əks olan kimdir. 35 səs ilə
keçir.
Katib - 2-ci maddəni oxuyur.
Kiçikxanov - 2-ci maddənin 2-ci qeydini biz bu cür təklif edirik. "Türk
dili hamı şöbələrdə məcburi olmaqla bərabər ümum şöbələrdə öylə bir surətdə
tədris edilməlidir ki, hər barədə ədadi məktəbin türk proqramına müvafiq gəlsin".
Sədr - Daha alahı danışan yoxdur ki? Söz Abdulla bəy Əfəndizadənindir.
Abdulla bəy ("Əhrar") – Məni bir az bağışlayınız, dişim ağrayır, səsim
tutulub. Murad bu deyil. Təklif aydındır. Bizim firqə, bizim fraksiya proqram
göstərir. O ölçüdə, o dərəcədə olsun ki, türk dilinə, Türkcə elmə və fənnə o dərəcə
dara olsun ki, darülfünunu bitirmiş kişilər edadilərdə tədris etdikləri zaman öz
dilində ixtisası olduöu şeylərə asan vəchlə hər kəs keçə bilsin. Mətləb budur. Türk
dili məcburi olmaqla o dərəcə oxunsun ki, fənn istilahlarını ixtisas olduğu dərsdən
tədris edə bilsin. Bu bir proqramdır. Başqa bir təklif deyildir.
Sədr (rusca) - Kim bunun barəsində, təklif barəsində danışmaq istər. Buna
etiraz yoxdur.
Məmməd Əmin (yerindən) - Musaidə veriniz.
Sədr - Buyurunuz.
Məmməd Əmin – Təbii bilirsiniz, bu "Əhrar" fraksiyası tərəfindən edilən
arzu mətlub bir arzudur. Bütün fakültələrdə türkcə alınması qeyd olunduğu zaman
bu arzu zənn edirəm eyni məqsuddır. Bu əlavə edilmiş arzunu parlaman bir arzu
Dostları ilə paylaş: |