24
olaraq qəbul edə bilər. Fəqət yeni maddə kimi qanuna qeyri müəyyən qoymaq
mümkun deyildir. Qanuna yazılan maddələr səhih olmalıdır. Qanunda yazılan
maddələr aydın yazılıb. O dərəcədə müqtədir müəllim olsun ki, oxuduqlarını türkcə
deyə bilir. Bu bir arzu olaraq qəbul edilir. Fəqət bir maddə qanun olamaz, bu arzu
maddə olmadığından parlaman arzu qəbul edir.
Sədr - Daha danışan yoxdur. Söz Mehdi bəy Hacınskinindir.
Mehdi bəy Hacınski - Mən əlbəttə əsasən türkçü olduğumdan, türk dili
olsun buna razıyam. Fəqət, qətiyyən açılmamış bir məsələni qanuna qoymaq
olmaz. Mən bir arzu tərəfdarı olaram. Lakin qanuna salınmasına razı ola bilmərəm.
Mən bunun əleyhinəyəm, açılmamış təşrih edilməmiş bir məsələni əlavə etməyin
nəticəsi pis olar. Mən arzu tərəfdarıyam.
Sədr - "Əhrar" fraksiyanın təklifini səsə qoyuram. Kim tərəfdardır, əlini
qaldırsın. Səs verməyən? Məsələ keçir. İndi komisyanın təklifini səs qoyuram. Kim
tərəfdardır, əlini qaldırsın. Kim əleyhinədir, əlini qaldırsın. Kim səs verməyib, əlini
qaldırsan. Komisyonun təklifi keçir. (Katibə) 3-cü maddəni oxuyunuz.
Katib - (3-cü maddəni oxuyur).
Sədr - Söz danışan varsa, buyura bilər. Yoxdur. Ona görə bunu səsə
qoyuram. Hər kəs komisyonun təklifini qəbul edirsə, əlini qaldırsın. Kim bərəksdir,
əlini qaldırsın. Kim səs verməyib, əlini qaldırsın. 32-11 əksəriyyət rəy ilə keçir.
Katib - Dördüncü maddəni oxuyur.
Sədr - Bərkdən oxuyunuz.
Katib - Davamla.
Səslər - Təkrar oxuyunuz. Anlaşılmadı.
Katib - Təkrar oxuyur.
Sədr - Rica edirəm danışılmasın. Söz Qara bəyindir. Buyurunuz.
Qarabəyli Qara bəy - Bu muxtariyyət məsələsi var, izah edilməlidir.
Muxtariyyət kimlərə verilir. Nasıl verilir. Başqa tərəfdən çağırılış və millətin
etimadını qazanmamış məchul adamlara etimad edilmədiyi kimi, onlara
muxtariyyət də vermək doğru deyildir. Bu səbəbə binaən parlaman və yaxud
maarif
nəzarətinin
etimadını
haiz
professorların
ədədi
qədər
öz
mütəxəssislərimizdən məzkur komitəyə əlavə edib, sonra muxtariyyət verilməsinə
tərəfdarıq. Və, bunu mən firqəmiz tərəfin təklif edirəm. Məsələ bu surətdə
müzakirə edilib, səsə qoyulsun.
Sədr - Məmməd Əmin Rəsulzadə.
Məmməd Əmir Rəsulzadə - Yaxşı olardı ki, məruzəçi bu xüsusda
müfəssəl məlumat verə idi. Sonra biz də bəyani-məal edərdik. Biz belə edək.
Əvvəla buradan muxtariyyətin mənası nədir?
25
Mehdi bəy Hacınski - 72 maddədən ibarət darülfünun nizamnaməsilə
onların muxtariyyəti təhdid edilmişdir. Onlar əllərindəki 72 maddəlik nizamnamə
daxilində hərəkət edəcəklər və xaricə çıxmayacaqlardır.
Sədr - Vanseviç.
Vanseviç - Rusca danışır.
Sədr - Daha danışan yoxmu?
Qara bəy - Mən istəyirəm.
Sədr - Buyurunuz.
Qara bəy Qarabəyli - Biz bir az məsələni yaxşı başa düşmədik. Məsələ
nədir. Biz kəndimiz üçün muxtar olacağıq? Yoxsa yabancı bilmədiyimiz
adamlaramı muxtariyyət verilir. Biz yabancı professorlardan ibarət olacaq böylə bir
muxtar darülfünun heyətinin təşkili əleyhindəyik. Onlar, əcaba bizcə mətlub
darülfünun təşkilatı yapacaqlarmı? Bizə öylə bir heyət lazımdır ki, orada bizim
etimadımızı qazanmış mütəxəssis və təbəəmizdən olan şəxslər də bulunsun və bu
surətlə təşkil olunan müttəhid heyətə 72 maddə daxilində səlahiyyət və muxtariyyət
verilsin. Bizim təklifimiz budur.
Sədr - Bu xüsusda daha danışmaq istəyən yoxdurmu? Məmməd Əmin bəy
buyurunuz.
Məmməd Əmin Rəsulzadə - Ortada bir sui-təfhim var. Ona görə məsələlər
əngələ uğrayır. Ya şimdiki şərait daxilində darülfünun təsis olmaz dəməli və israr
etməli. Və yaxud əldə mövcud şəraitlə az-çox nöqsanilə məktəbi açması. Madam
ki, şimdiki şərait daxilində ətrafdan professorlar çələbilə darülfünun açılır, etiraz
edilməyir, o halda onların muxtariyyətinə də etiraz olmamalıdır. Muxtar olan
darülfünunlarda professorlar intixab və təhdid edilir. Yoxsa onların muxtariyyəti
siyasi bir muxtariyyət deyil, nizamnamə daxilində elmi muxtariyyətdir. Biz əgər bu
elmi muxtariyyəti haiz heyətə elmlə əlaqəsi olmayanları da idxal edərsək bu doğru
olmayacaqdır. Hər halda şimdiki zamanda nöqsanlarilə bərabər darülfünunu bu
şəkildə qəbul edib, ona muxtariyyət verilməlidir. Məsələnin əleyhində olanlar ən
ziyadə siyasi cəhətdən düşünürlər. Əgər muxtariyyət verilməsilə bir təhlükə
mövcud isə bu təhlükədən önünü maarif nəzarətinə veriləcək üfaq bir səlahiyyətlə
kontrolludur. Əsasən hökumət əlinizdədir. Hakim sizsiniz, hər şeyi yapa bilərsiniz.
Fəzlə təhlükə görəndə icabında təhsisatını kor və maliyyə nəzarətinə əmr edərsiniz.
Sədr - Daha bu barədə söz danışan yoxdur. Sizin təklifiniz yoxdur? Onda
ittihadın təklifini səsə qoyuram. Oxuyunuz.
Katib - Təklifi oxuyur.
Aşurov (yerindən) - Bu təklif deyil.
Sədr - Bu təshihdir, səsə qoyulur. Kim tərəfdardır, əlini qaldırsın. Kim
buna bərəksdir? 19, 19 - Səslər bərabərdir.
Səslər - Kvorum varmı? Keçmir...
26
Sədr - Səs verməyənlər kimdir? 4. Deməli onda keçir.
Səslər - Keçmir... Keçmir...
Sədr - Dübarə səsə qoyuram. Kim Qara bəy Qarabəylinin təklifi ləhinədir?
18. Kim buna bərəksidir? 21, Kim səs verməyib? 3. Kəsirəti-əsvat ilə təshih
keçməyir. Komisyonun maddəsini səsə qoyuram. Hər kəs komisyonun bu
maddəsinə tərəfdardırsa əlini qaldırsın? Kim buna bərəksdir? Kim səs verməyib?
Tərəfdar 20, bərəks 19, səs verməyən 3. Komisyonun təklifi keçir. (Katibə). Dalını
oxuyunuz.
Mehdi bəy - 5-сi maddəni oxuyur.
Sədr - Kim danışmaq istəyir? Ağa Aşurov.
Aşurov - Bir şeyi bir adama vermək olar ki, sənin öz malın olsun. Bir şey
ki, sənin deyil, onu başqasına vermək olmaz. Şəhər, birinci gimnaziyanı nə cür
böyük xərclər ilə əmələ gətirib tikdirmişdir. Habelə kommerçeski uçilişa. Bir
tərəfdən biz məarifə xidmət etmək istəyirik, digər tərəfdən zərər verməliyik. Bir
haldaki şəhərimizin kommerçeski uçilişə və gimnaziyaya ehtiyacı vardır, onun
binalarını o məktəblərdən almaq doğru deyildir. Darülfünuna bina lazımdırsa, onun
üçün bina hazırlamalıdır. Bu binanı nə cür hazırlamalıdır və nə cür verməlidir. Mən
təklif edərdim; bu binalar Əgər darülfünuna lazım isə, əvvəlcə onlara şəhərin
razılığı ilə almaq, sonra vermək.
Sədr - Təklifiniz nədir?
Aşurov - Təklifim almaq, ancaq şəhəri razı salmaq.
Sədr - Bu xüsusda kim danışmaq istəyir? Daha danışan yoxdur?
Səslər - Məsələ açıq və aydın deyildir...
Sədr - Bu barədə danışan yoxdurmı? Aşurovun təklifinə əhəmiyyət verib
tərəfdar olan varsa...
Səslər - Ayrı təklif var.
Sədr - Əhməd bəy, buyurunuz.
Əhməd Cövdət bəy - Doğrudan da Ağa Aşurov buyurduğu haqdır. Əgər
bu imarətlər hökumətin deyilsə onları başqasına verə bilməz. Ona görə təklif edirik
bu maddə gündəlikdən çıxıb səfər müzakirə edilsin.
Sədr - Qara bəy Qarabəyov.
Qara bəy - Böylə görünür ki, imarətlər şəhərindir. İndi bu imarət
darülfünuna veriləndə öylə görünür ki, kommerçeskiyə ehtiyac olmadığından onu
bağlayıb açırız. Bu olmaz. Darülfünunun əgər yeri yoxsa, bunu müvvəqətən verə
bilərik. O şəhərindirsə böylə bir qanunu keçirməyə haqqımız yoxdur. 2-ci başqa bir
adamın imarətini əlindən almaq olmaz. Şimdilik, müvəqqəti olaraq, başqa bina
tapanadək, bir illik, ya iki illik ondan istifadə edə bilərik.
Rəşid bəy Kaplanov - Bu məsələ haqqında [maarif] nəzarət ilə idarələr
arasında bir ixtilaf əmələ gəlmişdir. Bu məsələ həll olunmaq üçün hökumətə
Dostları ilə paylaş: |