Azərbaycan xalq cümhuriYYƏTİNİn keçİRİLMƏSİ ÜZRƏ DÖVLƏt komiSSİyasi



Yüklə 5,97 Mb.
Pdf görüntüsü
səhifə12/334
tarix28.08.2018
ölçüsü5,97 Mb.
#65057
1   ...   8   9   10   11   12   13   14   15   ...   334

27 

 

verilmiş  isə  də  şimdiyə  qədər  həll  olunmamışdır.  Filhəqiqə  bu  məktəblər  keçən 



sənəyə  qədər  hökumət  ixtiyarına  köçməmişdir.  Fəqət  keçən  sənədən  məzkur 

məktəblərin məsarifatını hökumət kəndi öhdəsinə aldığından o binalərda hökumət 

əmlaki hesab edilə bilər. Hər gah bu 4-cü maddə qəbul edilməyəcək isə hər halda 

bu  binanın  müvəqqətən  maarif  nəzarətinə  verilməsini  təmənna  edirəm.  Digər 

cəhətdən məslisi-möbusan ixtiyarı varki lazım olan binanı həcz etsin. Ya bu ixtilafi 

hökumət  həll  edənədək  bu  binanı  nəzarətə  verəsiniz,  yainki  bunu  bir  istimlak 

qanunu kimi qəbul edəsiniz. 

Əhməd bəy - Zənnimcə Rəşid bəyin fikri doğru deyildir çünkü əgər bir iki 

il  müddətinə  məktəblərin  məsrafi  hökumətə  verilir  isə  bu  [o  demək  deyil  ki, 

məktəblərin  binaları  da  hökumətə  verilmişdir.  Ola  bilər  ki,  müəllimlər  məarif 

nəzarətinə keçər. Lakin binalar keçməz. Rəşid xan buyurur ki, bu barədə müzakirat 

davam  edir,  madam  ki,  bu  məsələ  həll  olmayıb  mən  təklif  edirəm  ki,  bu  maddə 

bütün-bütünə buradan çıxarılsın, çünkü bu məktəb üçün hökumət bina verməlidir. 

Daha bunu bir qanun surətilə qəbul etmək olmaz. 

Mehdi  bəy  Hacıbababəyov  -  Köhnə  şəhərdə  məktəb  açılanda  maarif 

nəzarəti şəhər idarəsilə bir yerdə sözə gəlirdilər ki, filan məktəb üçün yer verərsiniz 

ya  yox? Və şəhərdə istənilən məktəb üçün yer və imarət göstərirdi, sonra o mülk 

olar  idi  nəzarətin  xüsusi  malı.  Məsələn  bu  mülk  demək  olmaz  ki,  Hacı  

Zeynalabdinindir.  Bu  yeri  şəhər  vermiş  ki,  məktəb  tikilsin.  Bu  məktəbə  baxsan, 

şəhər deyə bilməz ki, yer mənimdir. Hacı da deyə bilməz ki, mülk mənimdir. Onda 

bu mülk keçir maarif nəzarətinə. 

Fəalin məktəbin yerini şəhər verib onlar da bir qədər ianə yığıb  o  binanı 

tikmişlər. İndi o məktəb bağlansın. Şəhər deyə bilməz ki, yer mənimdir. Bəlkə bu 

binalar  keçir  məarif  nəzarətinə,  həmçinin,  köhnə  hökumət  bir  qədər  pul  verdi. 

cəmaət onun üsütünə bir qədər pul qoyub, yer verib, məktəb bipası tikdirdi, sonra 

məktəb  qapandıqda  cəmaat  deyə  bilməz  ki,  bu  bina  bizimdir.  Yenə  də  məarif 

nəzarəti  ixtiyarında  qalır  idi.  İndi,  Əgər  şəhər,  məktəbləri  saxlaya  bilmirsə  onda 

məktəblər və binalar da keçir nəzarətin ixtiyarına. 

Sədr – Söz Məmməd Əmin Rəsulzadənindir. 

Məmməd  Əmin  -  Burada  bu  maddə  münasibətilə  bir  praktik  əməli 

məsələdən  bəhs  olunur.  Bir  də  əsas  prinsipdən  bəhs  olur.  Mülkü  həcz  etmək 

mümgündür,  ya  yox.  Bu  xüsusda  hökumətin,  dövlətin  əlbəttə  səlahiyyəti  haqqı 

vardır  ki, lazım  bildiyi  təqdirdə müəssisələri  xüsusi  şəxslərə  aid mülkləri  cəmaət 

idarələrini  ümumin  xeyri  üçün  səlah  bildiyi  üçün  sahibinin  əlindən  alar.  Bu 

nöqteyi-nəzərdən  iki  məktəblərin  binası  lazımsa  hökumət  alar.  Bu  iki  bina 

görməzsə hökumət bir qanun parlamana göndərir. Parlaman da darülfünuna lazım 

olduqu  üçün  qərar  verir,  mülkləri  həcz  edir,  mülgün  qiyməti  verilir,  sahibi  razı 

salınır. Bununla da məsələ bitmiş olur. Əsas ilə belədir. Fəqət burada söylədilər ki, 




28 

 

darülfünun açılanda ticarət məktəbini qapamaq doğru deyildir. Məarif naziri dedi 



ki,  ticarət  məktəbi  xüsusi  deyildir.  Bu  məktəbi  məarif  nəzarəti idarə  edir.  Ticarət 

məktəbini həcz etmək üçün nazir əvvəlcə düşünmüş ki, nə yapacaqdır. Ehtimal ki, 

ticarət məktəbi başqa bir yerdə olsun, daha müvafiqdir. O binanı alıb darülfünuna 

vermək  və  ticarət  məktəbini  başqa  bir  binaya  köçürməyə  məclisi-məbusan  qərar 

verirsə  işə  əngəl  qatmaz.  Məəmafiyə,  Əhməd  bəyin  dediyi  kimi  bir  darülfünun 

üçün xüsusi olaraq parlamandan bir qanun keçirməyə lüzum yoxdur. Darülfünuna 

bina vermək üçün hökumət idarəyi aliyyəsi mövsü-binsə rəftar olunsun. Buna görə 

də Əhməd bəyin təklifi qəbul edilsin. 

Sədr - Söz Qasım bəy Camalbəyovundur. 

Camalbəyov  -  Mən  yoldaşım  Əhməd  bəyin  təklifinə  təəccüb  edirəm  və 

onun  əqidəsinə  şərik  olamam.  Səbəbi  də  budur  ki,  əvvəl  Əhməd  bəy  dedi  ki,  bu 

binalar xüsusunda bu qanun hələlik qalsın. İkinci dəfə dedi ki, bu qanunu kənarə 

qoymalı. Təmiz çıxarılsın. Bu iki əqidə bir-birilə tutmadı. Mən bunların heç birinə 

razı olmaram. Darülfünun lazım görülür ki, gərək onun üçün yer binaküzarlığında 

bulunsun. İmarət göstərilsin. Əhməd bəy və qeyriləri göstərmədilər ki, darülfünun 

harada  olsun.  Darülfünun  keçirsə  dedilər hökumət  tərəfindən həcz  edilməsin.  Bu 

bina  lazımdır  və  ya  başqa  bir  imarət  tikmək lazımdır,  onu da  göstərmədilər.  Bəs 

harada  olsun.  Darülfünun güşadını  parlaman  qəbul  edir  və lazım  bilir.  Yeni  bina 

tikmək  üçün  vaxt  azdır.  Ona  görə  mən  təklif  edirəm  ki,  dövlət  verən  qanun 

müvəqqəti  parlaman  tərəfindən  qəbul  edilsin,  müvəqqəti  keçsin.  Bu  binalar 

müvəqqəti darülfünun əlində olsun. Ta bir qanun bu barədə keçincəyə qədər. Və, 

tezliklə də darülfünundan ötəri özgə bir yer tapılsın. 

Sədr - Söz parlaman üzvü Vanseviçindir. 

Vanseviç - (Rusca). 

Sədr - Muxtar Əfəndizadə. 

Muxtar Əfəndizadə - Mən öylə bilirəm ki, bu məsələ üçün çox uzun boylu 

danışıldı. 

Sədr  (Natiqə  xitabən)  -  Müsaidə  ediniz.  Məclisə  -  Rica  edirəm, 

danışılmasın, heç bir şey eşidilmir. 

Muxtar  Əfəndizadə  -  Davamla.  Əlbəttə  hökumət  mənafeyi-ümumiyyəni 

nəzərə  alıb,  darülfünun  kimi  mühüm  müəssisələr  açar.  Və  bina  haqqında  maarif 

naziri buyurdu ki, ixtiyar nəzarətin əlində olduğu təqdirdə nəzarət istədi ki binanı 

işğal edə bilir. Ola bilməz ki, şəhərin ixtiyarı da nəzarətin ixtiyarına keçsin. 

Və yenə nəzarətin edadi və yaxud ticarət məktəbini büsbütün bağlamaq və 

orada darülfünun açmaq fikri yoxdur, olsa belə yenə ticarət məktəbi üçün məarif 

nəzarəti bir bina intixab edər və oraya nəql edilər. Bu xüsusda Əhməd bəyin fikrinə 

iştirak edirəm. Darülfünun güşadi üçün intixab edilən bina ilə bu xüsusdakı məsarif 

göstərilsin. Biz də bunu qəbul edib bu paranı büdcəyə idxal edək. 




Yüklə 5,97 Mb.

Dostları ilə paylaş:
1   ...   8   9   10   11   12   13   14   15   ...   334




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə