34
qapılarını bağlamış oluruq. Üzünə bağlı olmaz. Gərək orada iştirak eyləsin. O
müəllimlər ki, qüvvəsi var oxuya bilər, getsin oxusun. Təklif edirəm ki, könüllü
tələbələr ki, olacaq onlar oxusunlar. Ola bilər ki, edadini qurtarıb, ya
darülmüəllimin qurtarıb, ya qurtarmayıb, ancaq istedadı və qüvvəsi var. Gərək
könüllü formasında qəbul olunsun ki, gedib oxusun. Bir də darülfünun gərək
məccanı olsun hər kəs oxusun.
Sədr - Daha danışan yoxdur bu barədə. Söz Rza bəy Ağabəyovundur.
Ağabəyov ("Müsavat") - Təklif olundu ki, universitetə əlində ədadi
məktəblərin attestatı olmayanların da daxil olmağa ixtiyarı olsun. Dəlildə budur ki,
öylə ittifaqlar olub ki, bəziləri məktəbi qurtarmayıb, ona görə ki, rus dili
bilməyiblər. 4-cü, 5-ci, 6-cı sinifdən çıxıblar. Demək istəyirəm ki, böylə şeylər
olur. Doğrudan da aramızda bəy sinifi deyirdilər.
Onların çıxmasına səbəb bir tək rus dili bilmək deyildir. Onlarda nə qədər
cürət, nə qədər mətanət, nə də səyi bilik var idi. Bilmirdilər, çıxırdılar. Natiqin
məntiqi isə belədir ki, gərək bu cür adamları qoyaq darülfünunda iştirak eyləsin.
Nəzərlərinizi ona cəlb edirəm ki, bu darülfünun ki açılır, bu darülfünun özü çətin
və pis bir halda açılır. Gələn professorlar nevə olacaq. Yaxşımı olacaq, pismi
olacaq bu boyük məsələdir. Buna ümidimiz azdır. Əgər professor yaxşı olmasa,
yarımçıq tələbələr də gəlsə oradan çıxanlar nə olacaq. Təbibmi olacaq ya nə
olacaq. Darülfünuna gələnlərin əlində kağızları olmalıdır. Yoxsa hər kəs 3 sinif
qurtarıbsa ora buraxsanız onda narodna universitet açın, hər kəs həlsin oxusun.
Sədr - Natiqlər var. Təkrar rica edirəm danışmayasınız.
Səslər - Tənəffüs edin.
Sədr - Tənəffüs olacaq. Sonra olacaq. Söz Əhməd Cövdətindir.
Əhməd Cövdət - Mən Ağabəyov cənablarının danışığına razı ola
bilmərəm. Doğrudur, bizim məktəblərdə bir çoxları istedadlı olmadığından
çıxardılar. Lakin bütün tələbələrə darülmüəlliminin axırıncı sinfindən çıxanların
hamısına istedadsız demək olmaz. O yoldaşlar ki, çıxıblar, öylələri vardır ki,
özünün istedadsızlığından deyil, ailəsi səbəbi, ya başqa təsadüfü səbəblərdən
dolayi çıxmışlar. Madam ki, darülfünun öylə vaxtda açılır ki, tələbəmiz az,
ehtiyacımız çox, qeyri darülfünunlar açılanda bir təshilat olursa, eybi yoxdur.
Tələbələrdən ötəri bu təshilat xeyir verir. O şəxslər ki, gimnaziyanın 6-cı
klasından, 7-ci klasından çıxıb, ya darülmüəllimindən çıxıb, onları məcbur eləmək
olar ki, onlar o vaxta qədər orta məktəb proqramından imtahan versinlər. Böylə bir
qeyd qoyarsaq yaxşı olar. Biz tüzemnilər xüsusən bitirəmirlər və rus dilindən
axsıyırlar. Əgər universitetin qapısını qurtarmamış tələbələrdən ötəri açarsaq tələbə
çox olar, həm hökumət, həm xalq mənfəət görər.
Sədr - Söz Qara bəy Qarabəylinindir.
35
Qarabəyli - Bu ustav başdan ayağa görünür haman o qanuna tabedir ki,
indiyə [qədər] əhalinin böyük dairəsinin üzünə darülfünun qapısını bağlıyırdı.
Çünkü indiyə qədər edadını qurtarmayanlar darülfünuna buraxılmırdılar. Qıraqda
öylə adamlar qalır ki, öz istedadı ilə şəhadətnamə sahiblərindən daha artıq
darülfünuna girməyə layiq idilər. İndi ki, darülfünun açırıq keçmiş istibdad
qanunları kimi deyil darülfünun qapısı gərək o adamların üzünə açıq olsun ki
özündə istedad olduğunu bilir və orada dərsləri oxuyub anlayacağam və
müəllimləri özümlə götürüb xidmət edə biləsəyəm deyir. Böylə adamlar çoxdur.
Gimnaziyada bir az latın dili nəyə lazım? Öyrənib girə bilərsə, gimnaziyada
oxumayıb özünü hazırlayan və layiq adamlar ki, darülfünundan artıq müəssisədə
oxuya bilər, nədən onların üzünə darülfünunu bağlayaq? Bir kiçik imtahan qoymaq
olar ki, bir para hazırlıqdan sonra latın dili və qeyriləri bir-iki aya öyrənir. Bu
böyülə qəbul olunsun. Bu maddəni böylə dəyişmək lazımdır. Bu adamlar tazə
qayda ilə darülfünuna qəbul edilsinlər. Orada ki, elmləri eyisə öyrəndikdən sonra
kəndiləri üçün götürdükdən sonra faydalı adamlar ola bilərlər. Burada böylə bir
təshih lazımdır. Tainki köhnə maddəyə oxşamasın. Böylə olsa darülfünunda
oxumağa çox adamlar tapılar. Müsəlmanlar arasında oxumuşlar vardır. Daxil
olmaq istəyənləri qəbul edin. Təshihi indi yazıb verəcəyəm.
Sədr - Söz parlaman üzvü Malxazyanındır.
Malxazyan - (Rusca).
Sədr - Rica edirəm danışmayasınız. Bu xüsusda danışmaq istəyənlər
Mehdi bəy Hacınski, Ağabəyov, Qarayev, Əhməd bəy. Mən təklif edirəm ki, bu
məsələ Malxazovun dediyi kimi gətürülsün, yoxsa gotürülməyib qalsın. İndi
Malxazyanın təklifini səsə qoyuram. Darülfünuna könüllü dəvam dəvam edəcəkləri
haqqında Malxazyanın fikrini qəbul edənlər Rica edirəm əllərini qaldırsın. Kim
əleyhinədir? (Əllər qalxır). 29 lehinə, 11 əleyhinə, səs verməyən yoxdur.
Əksəriyyətlə bu təklif qəbul olunur.
Əhməd Pepinov - Müsaidə edərmisiniz.
Sədr - Əhməd bəy, buyurunuz.
Əhməd bəy Pepinov - Bu saat Sədr cənabları Malxazyan əfəndinin
təklifini səsə qoydular ki bu maddə götürülsün, yoxsa qəbul edilsin. Mən Rica
edirəm ki, bu qərarların əleyhinə, lehinə danışmaq istəyənlər var, söz verilsin.
Sədr - Şu şəkildə danışan olmadığından, doqquzuncu maddəni səsə
qoyuram.
Əhməd bəy Pepinov - Mən danışacağam, müsaidə ediniz.
Sədr - Əsasən, məsələ barəsində danışılır. Mən lehinə, əleyhinə danışığı
səsə qoydum. Yalnız Malxazyan cənablarının təklifini səsə qoyuram.
Əhməd bəy Pepinov - Madam ki, hal-hazirə nəzərə alınır, o surətlə
darülfünun təşkil edilir, o halda meyilləri olub da edadi təhsilini bir takım səbəblər