Azərbaycan xalq cümhuriYYƏTİNİn keçİRİLMƏSİ ÜZRƏ DÖVLƏt komiSSİyasi



Yüklə 5,97 Mb.
Pdf görüntüsü
səhifə19/334
tarix28.08.2018
ölçüsü5,97 Mb.
#65057
1   ...   15   16   17   18   19   20   21   22   ...   334

43 

 

banklar ilə əlaqəsi yoxdur, bu kassaları siz izn versəniz açarıq. Bu qanunda güzəşt 



yoxdur  və  ola  da  bilməz.  Bu  banklar  vasitəsilə  cəmaətə  böyük  xidmət  etmiş 

olacağıq  və  kəndlərdə  mülkü  kreditlər  açıb,  cəmaətə  müavinət  edirik.  Sizə 

məlumdur  ki,  hasilat  vaxtında  kənd  cəmaəti  məsərət  çəkirlər  və  pulsuzluqdan 

varlılardan yüz, iki yüz, ta hətta mən bilirəm ki, üç yüz faizlə pul alırlar. Bir halda 

ki, biz dörd faiz alıb, cəmaətin dadına çatacağıq, bizim fikrimiz ticarət və  yaxud 

mənfəət  deyil,  bu  çastnı  bankirlərin  fikridir.  Bizim  fikrimiz  ticarəti  yoluna 

salmaqdır.  O  səbəbə  mən rica  edirəm ki,  bu  maddələri  oxuna-oxuna təsdiq  edib, 

bankın  tez  açılmasına  izn  verəsiniz.  Lakin  indi  nəzarət  edən  yoxdur  və  cəmi 

banklar  başsız  və  nazirsiz  qalıblar.  Maliyyə  naziri  də  kabinədə  oturub  onlara 

nəzarət edə bilməz. Bu, o vaxt olar ki, o bankların canı dövlət bankı əlində olsun və 

biz  də  hər  günkü  işlərini  kontrol  edək.  Bu  cəhətsə  rica  edirəm  ki,  tezlik  ilə  bu 

məsələni  bitirəsiniz,  çünkü  ingilislər  gedəndə  bizlə  etilaf  əmələ  gətiriblər  ki,  rus 

bankı öz əsasını itirib adi bank halına gəlmişdir. 

Sədr - Nazirin izahatından sonra danışan yoxsa, 3-cü qiraətə şüru edəlim. 

Kiçikxanov - 3-cü maddəni oxuyur. 

Sədr  -  Danışan  yoxdur.  Hər  kəs  tərəfdar  isə,  əlini  qaldırsın.  Kim 

bərəksdir?  Kim  səs  verməyib?  Lehinə  35,  əleyhinə  1  səs,  səs  verməyən  5. 

Əksəriyyət əsvat ilə keçir. 

Kiçikxanov - 4-cü maddəni oxuyur. 

Sədr  -  4-cü  maddəyə  etiraz  yoxsa  səsə  qoyuram.  Kim  tərəfdardır  əlini 

qaldırsın. Kəsrətilə keçir. 

Kiçikxanov - 5-ci maddəni oxuyur. 

Sədr  -  5-ci  maddəni  səsə  qoyuram.  Etiraz  yoxsa,  hər  kim  tərəfdardır,  əl 

qaldırsın.  Kim  bərəksdir?  Kim  səs  verməyib?  Lehinə  32,  əleyhinə  yoxdur,  səs 

verməyən 7. 

Səslər - Kvorum yoxdur. 

Sədr  -  Var.  Zalda  yoxdurlar.  Mən  onda  bir  də  səsə  qoyuram.  Kim 

tərəfdardır.  5-ci  maddəyə  əlin  qaldırsın.  (Əllər  qalxır)  Kim  bərəksdir?  Kim  səs 

verməyib? (Əllər qalxır). 35 səs ilə keçir. Bəli, dalını oxuyun. 

Katib - (Layihənin 6-cı maddəsini oxuyur). 

Sədr - 6-cı maddəni səsə qoyuram. Əgərləri etiraz yoxsa. Kim tərəfdardır 

əlin qaldırsın. (Əllər qalxır). Əksəriyyət əsvat ilə keçir. 7-ci maddəni oxuyunuz. 

Katib - Layihənin 7-ci maddəsini oxuyur. 

Sədr - 7-ci maddəni səsə qoyuram, əgər etiraz yoxsa. Hər kəs tərəfdardır, 

əlini qaldırsın. Kəsrət əsvat ilə keçir. Dalını oxuyunuz. 

Katib - 8-ci maddəni oxuyur. 

Sədr - 8-ci maddəni səsə qoyuram, etiraz yoxsa, hər kəs tərəfdardır, əlini 

qaldırsın.  Əksəriyyət  ilə  keçir.  Müsaidə  ediniz.  Burada  maddələr  çoxdur.  144 




44 

 

maddə var. Hələ səkkizin keçmişik. 132 kərə əl qalxıb düşəcək. Əgər parlaman razı 



olsa, qruppa-qruppa, fəqərə-fəqərə oxunsun. Nakazda da var. Nakaz yol verir. Bəzi 

paraları keçsin. Özünüz baxın. Əgərləri bu təklifə etiraz yoxsa, nakaz ilə... (Səslər - 

"Nakaz  üzrə  olmaz?")  Bəli?  Olmaz.  Etiraz  edən  varsa,  danışan  varsa,  buyursun. 

Əgər olmazsa öz qayəsilə... (Səslər - "Nakaz ilə düz olmaz") Qruppa-qruppa etmək 

olar. Bəli. Çünkü, burada o tazələnirlər. (səs - "bab-bab"). Məruzəçi danışsın. 

Ağabəyov - Burada sədr cənabları təklif etdi, doğrudan da bu təklif işi bir 

qədər asanlaşdırır. 144 maddədir. Səsə qoysaq, bu cür getsə bir aya qurtarmaz. Bu 

işi  asanlaşdırır.  Bu  barədə  bizim  təcrübəmiz  vardır.  Məslisi-Məbusan  qanun 

layihəsini  də  bu  cür  eylədiniz.  Nizamnamə  də  buna  yol  verir.  Bir  bab  oxunsun. 

Bunun maddələri barəsində sonra danışmaq olar. Sonra bir də səsə qoyular. Bu işi 

asan edər. 

Sədr – Məruzəçinin təklifini istəyirəm səsə qoyam. Bab-bab oxunsun. Bir 

bab  oxunur,  içində  maddələr  vardır.  Əgər  hansı  maddəyə  etiraz  olsa,  o  vaxt 

müzakirə olsun, mübahisə olsun. Əgər məruzəçinin təklifinə razı olsanız, bunu səsə 

qoyuram.  Kim  tərəfdardırsa,  əlin  qaldırsın.  (Əllər  qalxır). Əksəriyyətilə  keçir.  Bu 

cür bab-bab oxunacaq. 9-cu babı oxuyunuz. 

Katib - Layihənin 9-cu babını oxuyur. 

Sədr - Bu layihənin əvvəlinci fəslinin, əvvəlinci babını səsə qoyuram. Hər 

kim  buna  tərəfdardır,  rica  edirəm  əllərini  qaldırsın.  Kim  əleyhinədir?  Kim  səs 

verməyir? Burada hamısı iştirak etməyir. Rica edirəm, həpsi iştirak etsin. Məclisə 

rica  edirəm  danışmayasınız.  Dübarə  səsə  qoyuram  əvvəlinci  fəslin  birinci  babına 

kim tərəfdar isə əlini qaldırsın. Kim əleyhinədir? Kim səs verməyir? Ləhinə 34, səs 

verməyən 6, əleyhinə yoxdur. Əksəriyyət rəylə bab keçir. İkinci qismi oxuyunuz. 

Katib - 2-ci qismi oxuyur. 

Sədr - səsə qoyuram. Əvvəlinci fəslin, ikinci babına kim tərəfdar isə rica 

edirəm  əlini  qaldırsın.  Əllərinizi  endiriniz.  Əksəriyyət  yoxdur.  Kyüster,  zəngi 

vurun. 

Sədr -Dübarə səsə qoyuram. Əvvəlinci fəslin ikinci babının kim tərəfdarı 



isə əllərini, rica edirəm qaldırsın. Müttəhidül rəy qəbul olunur. (Katibə) Mabədini 

oxuyun. 


Katib - Üçüncü babı oxuyur. 

Sədr  -  Əvvəlinci  babın  3-cü  fəslini  səsə  qoyuram.  Hər  kəs  tərəfdardırsa 

əlini  qaldırsın.  (Əllər  qalxır).  Kəsrəti-əsvat  ilə  qəbul  olunur.  (Katibə)  Dalını 

oxuyunuz. 

Katib (Bayram Niyazi) - Oxuyur. 

Sədr - 2-ci babın əvvəlinci fəslini səsə qoyuram. Hər kəs tərəfdardır, rica 

edirəm  əlini  qaldırsın.  (Əllər  qalxır).  Kəsrəti-əsvat  ilə  qəbul  olunur.  (Katibə) 

Oxuyunuz. 




Yüklə 5,97 Mb.

Dostları ilə paylaş:
1   ...   15   16   17   18   19   20   21   22   ...   334




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə