50
cəmaətə və parlamana təskinlik verdi ki, Şimaldan üzərimizə təhlükə gələcək.
Amma Gürcüstan hökuməti böylə yapmadı. Onlar dedilər: bu cür xəttə biz razı
deyilik. Çünkü, əvvəla gərək bu barədə bizimlə danışa idiniz və saniyən bu xətt
bizə qarantiya verməyir ki, könüllü təşkilatı Suxum tərəflərinə yeritməyəcəyiz.
Biz bu xətti qəbul etmiş olsaq da düşmən buna razı olmayacaq idi.
Əlbəttə, Gürsüstan hərbə girişmədi. Lakin bu onun əlində bir haqq idi. O bununla
göstərdi ki, Gürcüstan içərisində qüvvə var və bir hökumət var ki, bu hallara razı
olmayacaqdır. Bizim hökumətin bu xətt barəsində yanlışlığı ondadır ki, bu xəttə
razı oldu. O təklifə baş əydi. Bununla bizim zəifliyimizi ingilislərə göstərdi
halbuki, başqa cürə müqabilə etmiş olsa idi, düşmənlərimiz yeni xətt çəkmək
istəyəndə bəlkə bizim arzumuzu nəzərə alardılar və xətti samur çayına
götürməzdilər bu bir tərəfdən. İkinci tərəfdən bu xətt hərbi böylə qəbul etmək ilə
rəsmi qəzetlər vasitəsilə bu xətt hərbin bizimlə də Denikin arasında qoyulduğunu
İngiltərə təsdiq etdiyini də bildirdi və qəzetlərdə əlavə yazıldı ki, ingilislər bizə
dostdurlar. Fəqət cəmaət onu eyni bilməlidir ki, o xarici qüvvə ki, bu gün minlərcə
Rus millətini qıraraq Rusiyaya əski halətinə gətirmək niyyətindədir. O, qətiyyən
bizim halımıza qalmayacaqdır və bizə kömək etməyəcəkdir. İştə bunun üçün görək
cəmaət təskinlik tapsın və hürriyyət səmərələri də müqəddəs olduqları üçün onların
müdafiəsi əhəmiyyətlidir, cəmaət gərək bilsin, əks inqilab bizə qarşı gələcək. Nəsib
bəyin bir sözünə şərikəm ki, buyururlar qüvvə lazımdır. Buna binaən nə qədər biz
içərimizdə böyük qüvvəyə malik olmuş olsaq bir o qədər də kəndimizi düşməndən
hifz edib və Avropada müqəddəratımızı təmin edəcəyik. Məlumi-alimizdir ki,
Avropa və Konfrans keçən vaxtlarda bizi Rusiyanın bir parçası hesab edərək oraya
göndərdiyimiz nümayəndələrimizi qəbul etmək belə istəmirlərdi, fəqət get-gedə bir
az bizə etina edirlər, buna da mənim o qədər imanım yoxdur. Mən onu da deyə
bilərəm ki, o qüvvəki Kolçak və Denikinləri qaldırıb, bu gün vahid Rusiya əmələ
gətirmək istəyir, təbiidir ki, sabahları o qüvvə bizim halımıza qalmayıb mütləqa
Rusların maraqını hifz edəcəkdir. İştə buna görə mən hökumətin səhvini onda
görürəm ki, hökumət cəmaətin nəzərini Xarici qüvvədən uzaq etdi. Qaldı dənizdəki
gəmilər, Nəsib bəy buyurdu ki, nə etməli, ingilislər gəmiləri bizə verməyib
Denikinə verdilər və topları da onlara verirlər, istəsələr daha da verərlər. Lakin o
vaxt təhlükə bir tərəfdən olduğu halda, şimdi o təhlükə iki tərəfdəndir. Əgər Nəsib
bəy desə idi ki, sahillərdə istehkamat var, o da bizi qane edərdi.
Və bir də verdiyimiz sualda daxildəki siyasətimizə aid bir maddə var idi.
Bu sualı biz üç həftə əvvəl verdik. O vaxt bugün qabaqımızda olan düşmən
içimizdə olan bir çox tərəfdarları vasitəsilə bizim qüvvənin azalmasına və rus
qəzetlərinin məqalələrində bizə Kolçak və qeyri ilə birləşməyi təklif edirdilər. O
vaxt bu qəzetlər bağlanmışdı. Lakin indi ola bilsin ki, sualımızın nəticəsi olaraq
qapanılıbdır. Bu saat biz əmin ola bilərik ki, düşmənin Bakıda gizli qüvveyi-
51
əskəriyyə və ləvazimati-hərbiyyəsi yoxdur. Zakaspi konsulunun metropolda olub
da gözümüz önündə gündə yüzlərcə könüllü yazmalarını görüb deyə bilərik ki, biz
bu hərəkətləri gördükdə heç vaxt sakit dura bilmərik.
Nəsib bəy - Möhtərəm məbus əfəndilər! Əgər bu dəqiqə eşitdiyim nitqi
əvvəlcə eşitsə idim, sizi daha ziyadə rahatsız etməz idim. Şimdi məsələ istizah
olduğu üçün mən buna cavab verirəm. Əvvəla xətti-hüdud məsələsində hökumət
səhv eləyir. Səhv nə imiş? Səhv o imiş ki, İngiltərə hökuməti bizə bir xətti-hüdud
göstərdi, biz buna razı olduq. Gürcüstana da bir xətt göstərildi. Onlar razı
olmadılar, çünkü razı olsa idilər, geri çəkilmələri isab edərdi. Daha eyi olardı ki bu
xətt Petrovskinin altından keçə idi. O zaman Dağıstan da bizim olardı. Xətt
Petrovskidon daha irəli gedə idi. Məsələn, deyək ki, Moskvaya qədər gedə bildi.
Bu allahı söhbətdir. hökumət heç bir vaxt hərb açmaq tərəfdarı deyildir. Kürsülər
razı olmadılar, çünkü geri çəkilmək istəmədilər. Hal-hazırda Gürcüstan müdafiə
vəziyyətində bulunub deyir ki, əgər üstümə gəlirsən, hərb edərəm. Hökumətin fəzlə
bir qüdrəti olaydı, ən əvvəl göstərilən xətti-hüdud məsələsində israr edər. Denikini
qüvvətlə məcbur edər idi. Hal-hazırda Gürcüstan müdafiə, Azərbaycan mütəariz
bir vəziyyətdədir. Əgər mənə də desə idilər ki, sən də qızıl yurta çəkiləcəksən, razı
olmaz, qanımın son damlasını axıdardım. (Şiddətli alqışlar).
Hökumət öylə bir vaxtda hərb açar ki, onun istiqlalı, hürriyyəti təhlükədə
olur. Hökumət heç bir vaxt millətin xaini deyildir. İkinci məsələ, Əhməd əfəndi
buyurdular ki, daxildəki denikinçilərə qarşı tədbirlər edilmir və tədbirlər ansaq
bizim hökumətə qarşı verdiyimiz suallardan sonra görüldü, deyə iftixar edir. Bu da
fəna deyil, hökümətin müti olduğunu göstərdilər və nəticədə tədbirlərin
görüldüyünü inkar etdilər. Biz daxildəki düşmənlərə qarşı mücadilə edirik və
edəcəyik. Yalnız aruzu edirik ki, qurunun yanında yaş da getməsin. Bizimlə işi
olmayan adamlar, az zərər görsünlər. Çünkü bir günahlını tapmaq üçün on
günahsıza səfa etmək, oları təhərri etmək isab edər. Biz böylə tədbirlərlə kimsənin
rahatsız olmasını istəmirik. Əgər isab etsə üç gün içərisində Bakıda Denikin və
bolşeviklərin tərəfdarlarını təmizləyə bilərəm. Son üç ay ərzində Bakını 2000 adam
tərk etmişdir.
Məsələləri düşünəndə Əhməd bəy iki cür arşın qollanır. Birisi Denikin,
ikincisi bolşevik. Birinci məsələyə gələndə Denikinin Bakıda qərargahı var, rəsmi
möhürləri var, millətə işləyir deyir. Fəqət bolşeviklərdən bəhs olanda deyirlər ki,
xayir olmaz. Hürriyyəti-vicdan var, hürriyyəti-kəlam var. (Alqışlar). Və yenə
Əhməd əfəndi buyurdular ki, xaricdən gələcək düşmənlər ilə hərb etməyə heç bir
əza yoxdur ki, razı olsun. Fəqət Əhməd əfəndi əlini ürəyinə qoyub da desə idi,
məsələdə bir az xəta olduğunu anlar idi. Məlumunuzdur ki, cəmaətimiz arasında
bolşevizmin artmasına çalışanlar və hökuməti yıxmaq istəyənlər də vardır. (Səslər:
Qəhr olsunlar! Türkcə oxunan bir çox qəzetlərdə illətən elan edilir ki, biz