Azərbaycan xalqinin maddi VƏ MƏNƏVİ MƏDƏNİYYƏTİNİn qəDİm köKLƏRİ



Yüklə 4,8 Kb.
Pdf görüntüsü
səhifə19/100
tarix23.01.2018
ölçüsü4,8 Kb.
#21976
1   ...   15   16   17   18   19   20   21   22   ...   100

41
                    “Hər bir xalqın naxış sənəti nüəyyən etnik xüsusiyyətlərə sahibdir və 
digər  xalqların  naxış  sənəti  ilə  ümumi  cəhətlərə  malikdir.Xalqın  mədəniyyəinin 
əhəmiyyətli  tərkib  elementlərindən  biri  olan  və  onun  tarixi  ilə  sıx  bağlı  olan 
naxışlar  etnik  mədəniyyət  tarixinin  öyrənilməsində  də  mühüm  mənbə  rolunu 
oynayır.Naxış sənəti xalqın məişəti,ictimai şəraiti ilə sıx bağlı olmaqla yanaşı,onun
fəlsəfi-dini  və  magik dünyagörüşünü  də  əks  etdirir.Naxış  motivləri  təkrarlanaraq 
ritmlər yaradır.Təsadüfi deyil ki,ornament motivlərini ritmlər də adlandırırlar.Bu 
baxımdan  Tunc  dövrünə  aid  keramika  məmulatlarının  naxışlarının  öyrənilməsi 
böyük  önəm  daşımaqdadır.Həmin  dövrə  aid  Naxçıvan  saxsı  qablarının 
üzərlərindəki 
naxışları 
gözdən 
keçirməklə 
ornamentlərin 
xarakterini 
müəyyənləşdirmək mümkündür.Bu qabların üzərindəki naxışlar içərisində nəndəsi 
fiqurlar:romblar,üçbucaqlılar,latın  əlifbasının  “S”hərfini  və  üç  rəqəmini 
xatırladan  spiralvari  elementlər,spirala  çevrilən  düz  xətlər  və  sairə  geniş 
yayılmışdır.Eyni motivlərə Azərbaycan xalçalarında da rast gəlinir.”
                 Alim danışdıqca arxa fonda xalça və saxsı qab naxışları görüntülənir.
                                                                
                Ekranda “Azərbaycan nağılları” kitabımın üz qabığı görüntülənir.
                Diktor mətni:
                “Mütəxəssislər xalça naxışlarının qədim pikoqrafiya və ideoqrafiya nü-
munələri kimi qiymətli mənbə olduğunu və qədim insanların dünyagörüşü barədə 
informasiya  daşıyıcıları  olduğunu  qeyd  edirlər.Belə  hesab  edilit  ki,hər  bir  naxış 
müəyyən  bir  sözü  ifadə  edir  və  bu  naxışlar  əslində  mənaları  unudulmuş  təsvirli 
yazılardır.Bu fikri “Şahla qız”  adlı bir  Azərbaycan nağılının məzmunu da təsdiq 
etməkdədir.(Ekrandakı kitab açılır və səhifələr bir-birini əvəz edir.).Həmin nağılda 
şahın bir qıza aşiq olmasından,qızınsa ona şərt olaraq bir sənət öyrənəcəyi halda 
ərə gedə biləcəyini söyləməsindən,şahın da xalçaçılıq sənətini öyrənməsindən söz 
açılr.Bir  gün  şah  əsir  düşür.O,əsirlikdə bir  xalça  toxuyur.Arvadı  həmin  xalçanın 
naxışlarını oxuyaraq şahın başına gələnlərdən xəbərdar olur və onun əsir olduğu 
yeri başa düşür.Bundan sonra şahı əsirlikdən xilas edirlər.”
                                                          
           Ekranda  tanınmış  qumuq  tədqiqatçısı  Murad  Aci  peyda  olur.Ekranın  alt 
tərəfində onun adı,soy adı və məşğuliyyəti yazılır. O deyir:
           “Практичные  тюрки,оказывается,  не  просто  так  укзрашали  свои 
шашки, шлемы, колчуги, сбрухи коней.  Орнамент означал принадлежность
вещи    ее    хозяину  из  того  или  иного  тухума,рода,  он  служил  своеобразной 
меткой. 
Этим 
подчеркивалось 
единство 
рода.У 
тюрков 
стандартизировались  даже  орнаменты.    Потому  что  орнaменты  несли 
информацию!
              Оригинально  и  талантливо    расшифровал  эту  информацию  чуваш-
ский  ученый  Трофимов,очень  наблюдательный  человек.Он  устоновил,что  в 
орнаментах  предки  часто  шифровали  слова  и  фразы.Мастерство 


42
художника    позволяло  придать  руническим  письменам  витеаватый  вид 
узора.  Иследовав  вышивки  украинцев,казаков,чувашей    Трофимов  прочитал 
их    и  сделал  неожиданный    вывод,  что  eщe  в  глубокой  древности  именно 
орнаменты  выполняли  роль  визитной  карточки  человека.    В  ниx  была  не 
просто красота. А, красота , понятная только своим: тайнопись!”
              Murad  Aci  danışdıqca  kadr  arxasından  diktor  onun  sözlərini  sinxron 
tərcümə edir:
              “Praktik  insanlar  olan  türklər,demə,öz  qılınc,dəbilqə və  zirehlərini,eləcə 
də  at  nəsnələrini  bəzəmək  xatirinə  bəzəmirdilər.Naxış  onun  sahibinin  bu  və  ya 
digər  soy  və  ya  boya  mənsub  olduğunu  bildirirdi,yəni  işarə  rolunu 
oynayırdı.Beləcə  soyun  birliyi  vurğulanmış  olurdu.Türklərdə  hətta  ornamentlər 
standartlaşdırılırdı.Çünki naxışlar informasiya daşıyıcısı idilər.
                Bu informasiyanı çox istedadlı və diqqətli adam olan çuvaş alimi Trofi-
mov  orijinal  yolla  və  çox  uğurla  deşifrə  edə  bilmişdir.O,əcdadlarımızın  adətən 
ornamentlərin     köməkliyi ilə   söz   və   kəlmələri    ifadə    etdiklərini     təsbit 
etmişdir.Rəssamlar  ustalıqla  tamğalara  naxış  şəkli  verirdilər.Ukraynalı,kazak  və 
çuvaşların  tikmələrini  araşdıran  Trofimov  onları  oxudu  və  gözləniçməz  bir 
nəticəyə  gəldi:Ən  qədim  dövrlərdə  insanların  vizit  kartı  rolunu  məhz  naxışlar 
oynayırdılar.  Onlar  sadəcə  gözəlliyə  xidmət  etmirdilər,yalnız  özünkülərin  başa 
düşəcəyi gizli yazı kimi də çıxış edirdilər.”
Ekranda  Murad  Acini  dilçi  alim  Firidun  Ağasıoğlu əvəz  edir.  Alt 
tərəfdə onun adı, soy adı və elmi dərəcəsi yazılır. O deyir:
-XlX  əsrdən  üzü  bəri  Tomsen,  Şifner,  Aristov,  mallitski,  Polivanov, 
Emre, Batmanov, Bekmıradov və bir çox başqa alimlər türk - run əlibasının qədim 
türk  tamğalarından  yaranması  fikrini  söyləmişlər.  Lakin  onlardan  daha  öncə 
türkmən şairi  Əndalipin qələminə  məxsus "Oğuznamə"də bu  fikir söylənmiş, əski 
türk hərflərinin 24 oğuz boyunun tamğalarından törədiyi vurğulanmışdır.
Azərbaycan  xalçalarında  rastlanan  qədim  loqoqram,  tamğa  və  runik 
işarələr artıq ilkin unksiyasını itirərək naxışlaşmışdır.Lakin onların bugünə qədər 
xalçaçılıqda işlədiımə gələnəyi göstərir ki, vaxtilə onlar inormativ yük daşımış və 
geniş şəkildə işlədilmişdir...
Ekranda  Azərbaycan  xalçalarında  rastlana  tamğa  və  loqoqramlar 
görünür. Alim sözünə kadr arxasından davam edir:
-...Runik  əlifba  və  tamğaların  yayılma  arealını  tədqiq  edən  türkiyəli 
tədqiqatçı alim Doğana görə, mərkəzləri Doğu Anadolu və Quzey Qafqaz olan bu 
əlifba loqoqramdan tamğaya keçid dönəmini Qafqazda keçirmişdir. 
                 Ekranda “Damğalı”tipindən bir xalça təsviri görünür.


Yüklə 4,8 Kb.

Dostları ilə paylaş:
1   ...   15   16   17   18   19   20   21   22   ...   100




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə