59
Ekrandakı şəkilləri mixi yazı təsvirləri və şumer
incəsənəti nümunələri əvəz
edir.
Diktor mətni:
“Əhməd Cavad,Naili Boratav və Miziyev də Hommel kimi bir çox şumer-
türk sözlərinin qarşılıqlı müqayisəsini vermiş və bu dillərin genetik qohum
olduqları versiyasını müdafiə etmişlər.Osman Nədim Tuna şumer və türk dillərinin
tarixi əlaqəsinə həsr etdiy əsərində 170-ə qədər şumer kəlməsini türk kəlməsi ilə
tutuşdurmuş və linqvistik qanunauyğunluqlar əsasında şumer-türk leksik
uyğunluqlarını müəyyən etmişdir.Alim fonetik səs əvəzlənməsi prinsipinə istinad
edərək belə nəticəyə gəlmişdir ki,şumer dilində həm qərbi,həm də şərqi türk ləhcə
və şivələrinin ünsürlərinə rast gəlinir.”
Ekranda yazılır:
“Şumer dilinin turani dillərə bənzədiyi artıq qəbul edilmişdir.Şumerlər
haqqında ən yeni və mötəbər əsər nəşr etdirən Vulley şumerlərin morfoloji
cəhətdən əski türkcəyə bənzər bir dildə danışdığını qəbul edir: Şumerlərin türk
olduğu məsələsinin çoxlu sübutu var.Bizi bu qənaətə gətirən ən güclü sübut ikidir:
1)Dil sübutu; 2)Geoloji və arxeoloji sübut.
Əhməd Cavad”
Diktor eyni mətni kadr arxasından oxuyaraq təkrarlayır.
Ekrandakı yazını aşağıdakı yazı əvəz edir:
“Şumerlərin dili ayrıca bir dildir. Bizə məlum olan dillərlə onu bağlamaq
hələlik əsaslı və mübahisəsiz nəticələr verməmişdir.Yalnız onu qəti demək olar ki,
o,iltisaqi dillər ailəsinə daxildir və öz quruluşuna görə ən çox türk dilləri ilə
müqayisə edilə bilər.
Dmitri Reder”
Kadr arxasından səslənən diktorun səsi bu mətni də təkrarlayıır.
Ekranda yeni yazı peyda olur və oda diktor tərəfindən təkrarlanır:
“Bizə gəlib çatmış şumer mətnlərinin çoxunun dil xüsusiyyətlərini hələlik
izah edə bilməsək də,dünyada ən qədim mədəni dil olan şumer dilinin ümumi
xarakteri barədə kifayət qədər bizdə təsəvvür yaranıb.Bu dil əsas əlamətlərinə görə
türk dillərinə uyğun iltisaqi quruluşlu dildir və sami dillərinin quruluşundan
tamamilə fərqlənir.
Qulo Vinkler”
Ekranda filoloq alim Elməddin Əlibəyzadə peyda olur.Ekranın
alt tərəfində
60
nun adı,soy adı və elmi dərəcəsi yazılır.O deyir:
“Məşhur Amerika şumerşünası Samuel Kramer şumerlərə həsr etdiyi
kitabını belə adlandırıb: “Tarix Şumerdən başlayır.” Kitabın ayrı-ayrı fəsil və
bölmələri bu məntiqi davam edir: “İlk məktəblər”,İlk ikipalatalı Parlament”, “İlk
tarixçi”, “Heyvanlar haqqında ilk təmsillər”, “İlk ədəbi mübahisələr”,
“Bəşəriyyətin ilk qəhrəmanlıq əsəri”, “İlk matəm nəğmələri”, “İlk ədəbi
əxzetmə”, “İlk məhəbbət nəğməsi”, “İlk kitabxana kataloqu” və sairə.Hər şeyin
ilki,hər şeyin çıxış nöqtəsi,yəni tarixin başlanğıcı.
Kitabda zəngin mətnlər , yazılar əsasında təsdiq edilir və göstərilir
ki,miladdan öncə ən azı 3 min il əvvəlki qədim Şumerdə güclü mədəniy-
yət,elm,ədəbi ənənə olmuşdur.Şumerdə məktəblər,sistemli oxu mətnləri,sabit
dərsliklər,müəllimlər,mirzələr,xəttatlar var idi.Şumerdə zəngin kitabxana və orada
gil lövhələrdən ibarət kitablar,yüzlərcə müxtəlif növ kitablar,elmi əsəsrlər
vardı.Rəsm və şumer dili müəllimləri fəaliyyət göstərirdi,yaxşı işlənmiş
qrammatika kitablarından istifadə edilirdi.Elmin ayrı-ayrı sahələrinə aid dərs
vəsaitləri,proqramlar yaradılmışdı və sairə.”
Ekranda Oljas Süleymenovun şəkli görüntülənir.
Diktor mətni:
“Tanınmış qazax ədibi və tədqiqatçısı Oljas Süleymenov belə hesab edir
ki,qədim mixi yazılarda qeyri-dəqiq ifadə olunmuş şumer vokal sisteminin bərpası
məsələsində müasir türk dili materialı ilə müqayisənin böyük əhəmiyyəti vardır.
Onun fikrincə,bu halda U-Ü və A-Ə qarşıdurması nəzəri cəlb edir.
Oljas Süleymenov şumer cingiltili samitlərinin bir qayda olaraq türk kar sa-
mitlərinə uyğun gəldiyini söyləyir və fikrini aşağıdakı nümunələrlə əsaslandırır...”
Ekrandakı şəkli aşağıdakı mətn əvəz edir:
Şumercə Türkcə
-----------------------------------------------
DİNGİR TENQRİ (TANRI)
UD UT (OD)
UDUN UTUN (ODUN)
ADA ATA
DİRİQ TERİK (DƏRİN)
TAQ TAK (TƏK)
-------------------------------------------------
Diktor mətni: