|
Azərbaycan xalqinin maddi VƏ MƏNƏVİ MƏDƏNİYYƏTİNİn qəDİm köKLƏRİ
51
“Nağılın bu epizodunda hər iki yazı növünün elementi birlikdə çıxış edir.
Beləki,düşmənlərin yerdə çəkdikləri çevrə və Daşdəmirin çəkdiyi xətt ideoqrafik,
tərəflərin istifadə etdikləri ox,qılınc,darı və xoruz isə əşya yazısının elementləri-
dir.”
Ekranda Herodotun “Tarix”kitabının üz qabığının təsviri görünür.
Diktor mətni:
“Herodotun fars şahı Daranın iskitlər ölkəsinə hücumu zamanı iskit
türklərinin ona göndərdikləri əşya yazısı barədə verdiyi məlumat da çox
maraqlıdır.”
Ekranda peyda olan aktyor əlindəki kitabdan oxuyur:
“İskit xanları vəziyyəti belə görüb Daraya qasidlə quş,siçan,qurbağa və
beş ədəd ox göndərdilər.Farslar qasiddən bunların mənasını soruşdular,fəqət
qasid ona yalnız bu şeyləri çatdırmaq və dərhal geri dönmək əmr edildiyini söylədi
və dedi ki,əgər ağlınız varsa,onların mənasını özünüz başa düşərsiniz.Bunu eşidən
farslar məsləhətə toplandılar.Dara belə düşündü ki,iskitlər bununla ona boyun
əyməyə hazır olduqlarını bildirmək istəmişlər.Lakin Qobriy bu fikrə qarşı çıxdı və
dedi ki, iskitlərin bununla söyləmək istədikləri budur: Əgər siz-farslar quş olub
göyə qalx-masanız,siçan olub yerin altına girməsəniz və ya da qurbağa olub
bataqlığın dərinliklərinə enməsəniz,geri qayıda bilməyəcək,bizim oxlarımızdan
məhv olacaqsınız.”
Ekranda Araz çayı görünür.
Diktor mətni:
“Qədim yunanlar,artıq qeyd etdiyimiz kimi,Eneolit dövrünün başlanğıcına
start verən hadisəni,yəni misin kəşfini iskitlərlə bağlamışlar.Həm Herodot,həm də
Siciliyalı Diador iskitlərin ilk öncə Araz çayı sahilində yaşadıqlarını,sonradan
Avrasiyanın geniş torpaqlarına yayıldıqlarını bildirmişlər.Bu qədim türk xalqı
haqqında elmə məlum ən qədim yazılı mənbələr eramızdan əvvəl 7-6-cı əsrlərə aid
Aşşur mənbələridir və bu mənbələr həmin xalqdan Azərbaycan əhalisi kimi söz aç-
maqdadır.Təbi ki,Eneolitin başlanğıcına təsadüf edən yazılı mənbələr ola bilməzdi
və yox idi də.Lakin fakt budur ki,bu gün Araz çayı sahillərində yerləşən Naxçıvan
ərazisi dünyada misin ilk dəfə emal edilməyə başladığı ən qədim ocaqlardandır.”
Ekranda tarixçi alim A.Seyidov peyda olur.Ekranın alt tərəfində onun
adı,atasını adı və elmi dərəcəsi yazılır.O deyir:
“Naxçıvan ərazisi çox-çox qədim zamanlardan,eramızdan əvvəl 6-cı
minillikdən başlayaraq,yaxın Şərq və Qafqazın müstəqil metallurgiya mərkəzlərin-
dən biri kimi çıxış etmişdir.Burada çox sayda qədim metal məmulatı nümu-
52
nəsi,eləcə də metal emalı sənayesi qalıqları tapılmışdır ki,bu da Naxçıvanda ən
qədim zamanlardan metallurgiya sahəsində bilik və vərdişlrin ortaya çıxdığını
sübut edir.Eyni zamanda bu tapıntılar bir sıra həllini gözləyən məsələlərin həllinə
yardım edir.
Görkəmli Azərbaycan alimi Səlimxanov bu diyarın erkən Eneolit abidələ-
rindən olan Kültəpə abidəsindən əldə edilmiş ilk metal məmulatlarının spektral
analizini apararkən onların tərkibində mislə yanaşı arsen qarışığının da olduğunu
üzə çıxarmışdır.Kültəpənin erkən Eneolit dövründən son Tunc dövrünə qədərki
bütün mərhələlərini əks etdirən və qalınlığı 22,2 metr olan mədəni təbəqəsindən
tapılan məmulatların təhlili əsasında edilmiş bu böyük kəşf sayəsində
Azərbaycanda və sonrakı dövrlərdə bütün Qafqaz ərazisində ayrıca bir mis-arsen
mərhələsinin olduğu dünyaya məlum oldu.”
Ekranda Naxçıvan mənzərələri görüntülənir.Alimin səsi kadr arxasından
eşidilir:
“Məlum olduğu kimi,metallurgiyanın yaranması və inkişafı üçün xammal
bazasının olması vacibdir.Naxçıvan ərazisində belə bir baza vardır.Bu,mis,arsen
və polimetal yataqlarıdır.Azərbaycanda qalaydan başqa bütün zəruri metal
yataqları mövcuddur.Və bu yataqlarda malaxit ,azurit, xalkopirit ,helenit ,sfalerit
,antimonit və sairə minerallara da rast gəlinir.Onların erkən dövrlərdən emal
edildiyini sübut edən çox sayda qədim metalçıxarma və metalişləmə sənayesi izləri
tapılmışdır.”
Ekranda yenidən A.Seyidov görünür və sözünə davam edir:
“Belə izlərə Ordubad rayonu ərazisindəki Misdağ , Dizixçay,Parağaçay,
Göy-göl,Ağyurd və Şəkərdərədə rast gəlinmişdir.”
Ekranda kurqanlar görünür.
Diktor mətni:
“İslama qədərki türklərin,o cümlədən iskitlərin ayrılmaz atributlarından
biri də kurqanlardır.Bütün qədim müəlliflər iskitlərin və ümumiyyətlə türklərin öz
ölülərinin məzarlarının üzərində qum və ya daş kurqanlar ucaltdıqlarını söyləmiş-
lər.Eyni hal qədim şumer mədəniyyətinə də xasdır.Maraqlıdır ki,yer üzündə ən
qədim kurqan qəbirlərinin izlərinə məhz Azərbaycan ərazisində rast
gəlinmişdir.Söhbət son Eneolit dövründən və Ağstafa rayonu ərazisindən gedir.”
Ekranda tarixçi alim Nəcəf Müseyibli peyda olur.Ekranın alt tərəfində onun
adı,atasının adı və elmi dərəcəsi yazılır.O deyir:
“20-ci əsrin 80-ci illərində Azərbaycanda,Ağdam rayonu ərazisində,aran
Qarabağda son Eneolit dövrünə aid Leylatəpə məskəni tədqiq edilərkən,buradan
Dostları ilə paylaş: |
|
|